Məhkəmə qərarları › İş №2-1(104)-168/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-168/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-168/2024 29.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1663/2023 saylı qərarından iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023cü il tarixli 4/2-2527 nömrəli arxiv arayışına əsasən N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: 01.10.92-31.12.92, səh-28, sıra-66, məlumatda komandirin əmrinin verilmə tarixi xx.xx.1993-cü il" yazılmışdır) xx.xx.1992-ci il tarixdə Gədəbəy RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissəni şəxsi heyətin siyahısına salınması barədə məlumat yazılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılma qrafasında isə rus əlifbası ilə "исключен из списка л/с части исх. 1528 от 13.12.96" qeyd edilmişdir. xx.xx.1992-ci il tarixdə Gədəbəy RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 1973-cü il təvəllüdlü, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-10, səh-20) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və "sıravi" hərbi rütbəsi verilərək "kursant" vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: "20.01.94 (3)", səh-82, sıra-60) Gədəbəy RHK-dan çağırılmış, İddiaçı hərbi hissə komandirin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Gədəbəy RHK-dan göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 184 №-li əmrilə (əsas: səh-66, bənd-2, sıra-7) hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilərək İİ tabor komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə (əsas səh-53, bənd-22, sıra-4, əmrdə vəzifəsi yazılmamışdır) sıravi İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək İİ taborda vəzifəyə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 21 №-li əmrində (əsas: səh-23, bənd-4, sıra-119, əmrdə atasının adı yazılmamışdır) ADN-ın hərbi qulluqçusu, sıravi İddiaçı 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 46 №-li əmrində (əsas: səh- 119, §-11, sıra-110, əmrdə atasının adı yazılmamışdır) artilleriya divizionunun hərbi qulluqçusu, sıravi İddiaçı döyüş mövqeyində olduğuna görə 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli 696 nömrəli cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: 01.10.92-31.12.92, səh-28, sıra-66, məlumatda komandirin əmrinin verilmə tarixi xx.xx.1993-cü il" yazılmışdır) xx.xx.1992-ci il tarixdə Gədəbəy RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1993- cü il tarixli N №-li əmrilə hərbi hissəni şəxsi heyətin siyahısına salınması barədə məlumat yazılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılma qrafasında isə rus əlifbası ilə "исключен из списка л/с части исх. 1528 от 13.12.96" qeyd edilmişdir. xx.xx.1992-ci il tarixdə Gədəbəy RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 1973-cü il təvəllüdlü, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-10, səh-20) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və "sıravi" hərbi rütbəsi verilərək "kursant" vəzifəsinə təyin edilmişdir. Qeyd edir ki, N №-li hərbi hissə komandirinin yanvar-fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: "20.01.94 (3)", səh-82, sıra-60) Gədəbəy RHK-dan çağırılmış, İddiaçı hərbi hissə komandirin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Gədəbəy RHK-dan göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 184 №-li əmrilə (əsas: səh-66, bənd-2, sıra-7) hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilərək İİ tabor komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə (əsas: səh-53, bənd-22, sıra-4, əmrdə vəzifəsi yazılmamışdır) sıravi İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək İİ taborda vəzifəyə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 21 №-li əmrində (əsas: səh-23, bənd-4, sıra-119, əmrdə atasının adı yazılmamışdır) ADN-ın hərbi qulluqçusu, sıravi İddiaçı 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 46 №-li əmrində (əsas: səh-119, §-11, sıra-110, əmrdə atasının adı yazılmamışdır) artilleriya divizionunun hərbi qulluqçusu, sıravi İddiaçı döyüş mövqeyində olduğuna görə 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. 171(861) №-li hərbi hissənin may 1994-cü il tarixli əsgər heyətinə "Pul təminatının ödənilməsi cədvəlləri" qovluğunda (əsas: səh-60, sıra-32, məlumatda atasının adı yazılmamışdır) 1994-cü ilin may ayı üçün əmək haqqı alan ADN-nın hərbi qulluqçularının siyahısında, baş kəşfiyyatçı vəzifəsində, sıravi İddiaçı adı yazılmış, lakin əmək haqqı alması imzası ilə təsdiqlənməmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin maydekabr 1994-cü il, yanvar- dekabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və hərbi hissənin iyun-iyul 1994-cü il tarixli əsgər heyətinə "Pul təminatının ödənilməsi" cədvəllərində əmək haqqı alması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin 1992-1996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən 01.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli 1548 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli 3-25-4/2- 2628/2024 №-li məktuba (Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(104)-168/2024 №-li məktubuna əsasən) cavab olaraq, İddiaçı barəsində N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N No-li, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №li, xx.xx.1994-cü il tarixli 21 №-li və xx.xx.1994-cü il tarixli 46 №-li əmrlərindən Arxiv çıxarışları ünvanınıza göndərilir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: 01.10.92- 31.12.92, səh-28, sıra-66, məlumatda komandirin əmrinin verilmə tarixi xx.xx.1993-cü il" yazılmışdır) xx.xx.1992-ci il tarixdə Gədəbəy RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılma qrafasında isə rus əlifbası ilə "исключен из списка л/с части исх. 1528 от 13.12.96" qeyd edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar-fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: "20.01.94 (3)", səh- 82, sıra-60) Gədəbəy RHK-dan çağırılmış, İddiaçı hərbi hissə komandirin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. 171(861) №-li hərbi hissənin may 1994-cü il tarixli əsgər heyətinə "Pul təminatının ödənilməsi cədvəlləri" qovluğunda (əsas: səh-60, sıra-32, məlumatda atasının adı yazılmamışdır) 1994-cü ilin may ayı üçün əmək haqqı alan ADNnın hərbi qulluqçularının siyahısında, baş kəşfiyyatçı vəzifəsində, sıravi İddiaçı adı yazılmış, lakin əmək haqqı alması imzası ilə təsdiqlənməmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin may-dekabr 1994-cü il, yanvar- dekabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və hərbi hissənin iyun-iyul 1994-cü il tarixli əsgər heyətinə "Pul təminatının ödənilməsi" cədvəllərində əmək haqqı alması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin 1992-1996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən 01.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli 2128 nömrəli cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandiri tərəfindən xx.xx.1996-cı il tarixli 194 №-li və xx.xx.1996-cı il tarixli 152N №-li nizami hissə üzrə əmr verilməmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin sentyabr-dekabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsini verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-1996-cı illərdə Azərbaycan ordusunda xidmətdə olmuş və qanuni əsaslarla hərbi xidmətdən tərxis olmuşdur. Buna baxmayaraq cavabdeh orqan ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-25-11/2-1247/2023 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, inzibati işin tam və hərtərəfli məqsədi ilə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmişdir. Mərkəzi Arxivin arayışına əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən də iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1663/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçının vəkili həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, idddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1973-cü ildə Gədəbəy rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. 1993-1996-cı illərdə Azərbaycan Ordusunda xidmətdə olmuşdur. Qanuni əsaslarla hərbi xidmətdən azad olunmuşdur. Bu barədə müvafiq sənədləri vardır. Lakin buna baxmayaraq məhkəmə iddia tələbini təmin etməyib. O, iddia tələbi ilə bağlı məhkəməyə kifayət qədər mötəbər sübut təqdim etmişdir. Lakin məhkəmə həmin sübutlara obyektiv qiymət vermədi. Bununla da həm maddi, həm də prosessual hüquq normalarını kobudluqla pozub. Qanun normalarının tələbinə görə iddia tələbi təmin olunmalı idi. Göründüyü kimi iddiaçı müharibdə və döyüş bölgələrində aparılan hərbi əməliyyatlarda iştirak edib. Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adi qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrlərdən çıxarışlar arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmayıb. Məhkəmə qətnaməsindən aydın deyil ki, iddia tələbi hansı hüquqi əsasla rədd edilib. O, iddia tələbini sübut edən müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) proses iştirakçılarının izahatları İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Əsasnamə:

16. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: [13] çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün; b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;

20. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün;

“Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

Apellyasiya məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti müsbət həll edilmədiyindən hazırkı tələblə məhkəmədə iddia qaldırmış və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmədiyindən qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023cü il tarixli 4/2-2527 nömrəli arxiv arayışına əsasən N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: 01.10.92-31.12.92, səh-28, sıra-66, məlumatda komandirin əmrinin verilmə tarixi xx.xx.1993-cü il" yazılmışdır) xx.xx.1992-ci il tarixdə Gədəbəy RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissəni şəxsi heyətin siyahısına salınması barədə məlumat yazılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılma qrafasında isə rus əlifbası ilə "исключен из списка л/с части исх. 1528 от 13.12.96" qeyd edilmişdir. xx.xx.1992-ci il tarixdə Gədəbəy RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 1973-cü il təvəllüdlü, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-10, səh-20) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və "sıravi" hərbi rütbəsi verilərək "kursant" vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: "20.01.94 (3)", səh-82, sıra-60) Gədəbəy RHK-dan çağırılmış, İddiaçı hərbi hissə komandirin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Gədəbəy RHK-dan göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 184 №-li əmrilə (əsas: səh-66, bənd-2, sıra-7) hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilərək İİ tabor komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə (əsas səh-53, bənd-22, sıra-4, əmrdə vəzifəsi yazılmamışdır) sıravi İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək İİ taborda vəzifəyə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 21 №-li əmrində (əsas: səh-23, bənd-4, sıra-119, əmrdə atasının adı yazılmamışdır) ADN-ın hərbi qulluqçusu, sıravi İddiaçı 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 46 №-li əmrində (əsas: səh- 119, §-11, sıra-110, əmrdə atasının adı yazılmamışdır) artilleriya divizionunun hərbi qulluqçusu, sıravi İddiaçı döyüş mövqeyində olduğuna görə 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli 696 nömrəli cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: 01.10.92-31.12.92, səh-28, sıra- 66, məlumatda komandirin əmrinin verilmə tarixi xx.xx.1993-cü il" yazılmışdır) xx.xx.1992ci il tarixdə Gədəbəy RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1993- cü il tarixli N №-li əmrilə hərbi hissəni şəxsi heyətin siyahısına salınması barədə məlumat yazılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılma qrafasında isə rus əlifbası ilə "исключен из списка л/с части исх. 1528 от 13.12.96" qeyd edilmişdir. xx.xx.1992-ci il tarixdə Gədəbəy RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 1973-cü il təvəllüdlü, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-10, səh-20) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və "sıravi" hərbi rütbəsi verilərək "kursant" vəzifəsinə təyin edilmişdir. Qeyd edir ki, N №-li hərbi hissə komandirinin yanvarfevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: "20.01.94 (3)", səh-82, sıra-60) Gədəbəy RHK-dan çağırılmış, İddiaçı hərbi hissə komandirin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Gədəbəy RHK-dan göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 184 №-li əmrilə (əsas: səh-66, bənd-2, sıra-7) hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilərək İİ tabor komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə (əsas: səh-53, bənd-22, sıra-4, əmrdə vəzifəsi yazılmamışdır) sıravi İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək İİ taborda vəzifəyə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 21 №-li əmrində (əsas: səh-23, bənd-4, sıra-119, əmrdə atasının adı yazılmamışdır) ADN-ın hərbi qulluqçusu, sıravi İddiaçı 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 46 №-li əmrində (əsas: səh-119, §-11, sıra-110, əmrdə atasının adı yazılmamışdır) artilleriya divizionunun hərbi qulluqçusu, sıravi İddiaçı döyüş mövqeyində olduğuna görə 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. 171(861) №-li hərbi hissənin may 1994-cü il tarixli əsgər heyətinə "Pul təminatının ödənilməsi cədvəlləri" qovluğunda (əsas: səh-60, sıra-32, məlumatda atasının adı yazılmamışdır) 1994-cü ilin may ayı üçün əmək haqqı alan ADN-nın hərbi qulluqçularının siyahısında, baş kəşfiyyatçı vəzifəsində, sıravi İddiaçı adı yazılmış, lakin əmək haqqı alması imzası ilə təsdiqlənməmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin maydekabr 1994-cü il, yanvar- dekabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və hərbi hissənin iyun-iyul 1994-cü il tarixli əsgər heyətinə "Pul təminatının ödənilməsi" cədvəllərində əmək haqqı alması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin 1992-1996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən 01.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli 1548 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli 3-25-4/2- 2628/2024 №-li məktuba (Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(104)-168/2024 №-li məktubuna əsasən) cavab olaraq, İddiaçı barəsində N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N No-li, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №li, xx.xx.1994-cü il tarixli 21 №-li və xx.xx.1994-cü il tarixli 46 №-li əmrlərindən Arxiv çıxarışları ünvanınıza göndərilir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: 01.10.92- 31.12.92, səh-28, sıra-66, məlumatda komandirin əmrinin verilmə tarixi xx.xx.1993-cü il" yazılmışdır) xx.xx.1992-ci il tarixdə Gədəbəy RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılma qrafasında isə rus əlifbası ilə "исключен из списка л/с части исх. 1528 от 13.12.96" qeyd edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar-fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: "20.01.94 (3)", səh- 82, sıra-60) Gədəbəy RHK-dan çağırılmış, İddiaçı hərbi hissə komandirin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. 171(861) №-li hərbi hissənin may 1994-cü il tarixli əsgər heyətinə "Pul təminatının ödənilməsi cədvəlləri" qovluğunda (əsas: səh-60, sıra-32, məlumatda atasının adı yazılmamışdır) 1994-cü ilin may ayı üçün əmək haqqı alan ADNnın hərbi qulluqçularının siyahısında, baş kəşfiyyatçı vəzifəsində, sıravi İddiaçı adı yazılmış, lakin əmək haqqı alması imzası ilə təsdiqlənməmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin may-dekabr 1994-cü il, yanvar- dekabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və hərbi hissənin iyun-iyul 1994-cü il tarixli əsgər heyətinə "Pul təminatının ödənilməsi" cədvəllərində əmək haqqı alması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin 1992-1996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən 01.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli 2128 nömrəli cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandiri tərəfindən xx.xx.1996-cı il tarixli 194 №-li və xx.xx.1996-cı il tarixli 152N №-li nizami hissə üzrə əmr verilməmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin sentyabr-dekabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə əsas onun xx.xx.1994-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmaması qeyd olunmuşdur. İş materiallarından göründüyü kimi İddiaçı ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Belə ki, iddiaçının hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni əsaslarla ehtiyata buraxılması işə əlavə olunmuş sənədlərlə təsdiqini tapmamışdır. İddiaçı özü də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılmasını təsdiq edəcək mötəbər sənəd məhkəməyə təqdim etməmişdir. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1663/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar