Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-170/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayənəsi X3 iştirakları ilə, “İş illərinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1742/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il tarixdə Özbəkistan Respublikasının Səmərqənd Viilayətinin Pilal kəndində doğulmuşdur. 1972-1976-cı illərdə Özbəkistan Respublikasının Səmərqənd vilayətinin Aqdərya rayonunun Karl Marks kolxozunda fəhlə işləmiş, 1977-ci ildən 1978-ci ilə kimi Almaniya Federativ Respublikasında hərbi xidmətdə olmuş, 1978-ci ildən 1981-ci ilə kimi Özbəkistan Respublikasının Səmərqənd Vilayətində tibb texnikomundatəhsil almış, 1981-ci ildən 1989-cu ilə kimi Özbəkistan Respublikasının Səmərqənd Vilayətinin Aqdərya rayonunun Yıngü Kurqan qəsəbəsində həkim - Felşer işləmişdir. 1990-cı ildə Özbəkistan Respublikasından Aksxa türkləri məcburi köçgün kimi köçürüldüyündən Azərbaycan Respublikasının Şəmkir rayonunun İsgəndərli kəndinə məskunlaşmışdır. 1995-ci ildən 2004-cü ilə kimi Sənayekommunaltikinti idarəsində mühafizəçi vəzifəsində işləmişdir. O, əmək pensiyasına çıxması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduinun Şəmkir rayon şöbəsinə müraciət etmişdir. Təqdim etdiyi əmək kitabçasında xx.xx.1995-ci il tarixdən, xx.xx.2004cü ilə kimi Azərsənayetikinti (3 nömrəli PMK) mühafizəçi işləməyi qeyd olunmasına baxmayaraq, həmin müddətə fəaliyyət dövrlərinin araşdırılmasına zərurət yarandığından ona imtina cavabı verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1742/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmiş, İddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək "Sənayekommunaltikinti" birliyində və xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" SC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının mübahisələndirilməyən 18 il 3 ay 17 gün və xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək "Sənayekommunaltikinti" birliyində və xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" SC-də işlədiyi 8 il 11 ay 10 gün dövr də daxil edilməklə, ümumilikdə 27 il 2 ay 27 gün sığorta stajı vardır və bu cavabdeh orqanın imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1742/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı 13 aprel 1981-ci il tarixli, ГT-1 ******* nömrəli əmək kitabçasında qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "Sənayekommunaltikinti" Birliyinin 3 nömrəli filialının, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" Səhmdar Cəmiyyətinin 2 Saylı Müəssisəsin arxiv sənədlərinin saxlanılmaması səbəbindən qeyd olunan dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Belə ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi kolxozçunun əmək kitabçasının surətinə əsasən 1972- 1976-cı illər üzrə 4 il 6 ay, təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək 4 il 6 ay 29 gün, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 8 il 7 ay 18 gün və X1 X2 əsasən 2019cu ilin İX, 2020-ci ilin V- Vİİ, İX-Xİ ayları üzrə 7 ay, ümumilikdə iş stajı 18 il 3 ay 17 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Yəni iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, xx.xx.2006-cı il tarixədək olan sığorta stajına uyğun (17 il 8 ay 17 gün) sığorta kapitalı 14748,55 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 7 ay üzrə 824,07 manat, ümumilikdə 15572,62 manat olmaqla tələb olunan 34560 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, hazırki tələb üzrə iddiaçıya artıq müvafiq pensiya təyin edilmişdir və bununla bağlı hər hansı mübahisə mövcud deyildir. İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, işə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən təqdim edilmişvəsatətdən və “əmək pensiyasının təyin edilməsi haqqında” qərardan görünür ki, iddiaçıya hüququnun yarandığı- xx.xx.2023-cü il tarixdən yaşa görə pensiya təyin edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmişdir. Nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Mübahisənin artıq mövcud olmadığınızı nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1, 67.3-cü maddələrinə əsasən, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati кollegiyasına şikayət verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Fikrət Mehtiyev
Məhkəmə qərarları › İş №2-1(104)-170/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-170/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver