Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-171/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9-Sosial Espertiza və Reabilitasiya Agentliyi X11ə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, “xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2932/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. N nömrəli hərbi hissənin “4-cü taborun minaatan batareyasının 2-ci minaatan taqımının 6-cı minaatan komandiri vəzifəsində xidmət edən MAHHXHQ kiçik çavuş İddiaçı mütəmadi olaraq özünə qapanmaların olması və psixoloji gərginlik keçirməsi haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən də 4- cü taborun minaatan batareyasının 2-ci minaatan taqımının 6-cı minaatan komandiri vəzifəsində xidmət edən MAHHXHQ kiçik çavuş İddiaçı "Böyük vətən müharibəsi" zamanı yanında minaatan partlaması nəticəsində “qapalı kəllə-beyin" travması almışdır. Bir müddət sonra psixoloji vəziyyətində problemlər olduğu üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə almışdır. Müşahidələr zamanı yüksək psixi və fiziki yükləmələrdə psixi fəaliyyətin pozulmasına meyillilik və mütəmadi olaraq kəskin əsəbi-psixi pozuntu halları baş verməsi aşkar olunmuşdur.
2. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 98 nömrəli Travma haqqında arayışından görünür ki, MAHHXHQ kiçik çavuş İddiaçı xx.xx.2020- ci il tarixdə Ağdam uğrunda gedən döyüşlər zamanı, düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Sol çənə bucağı nahiyyəsinin, sağ qulaq seyvanının, ənsə nahiyyəsinin, boyunun C1 və C2 fəqərəsi səviyyəsinin, sol dirsəyin yumşaq toxumalarının yad cisimləri (qəlpələri)” diaqnozu ilə xəsarət almışdır.
3. Silahlı Qüvvələrin Baş X3 bölməsinin 2197 nömrəli Xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020) sol tərəfli xroniki koxlear nevrit, sol tərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağda 6 metr, solda 4,5 metr məsafədən eşitməsi ilə. Partlayış yaralanması (xx.xx.2020) sol çiyin qurşağının sol yuxarı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaralarının 1-cili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismi (metal qəlpələri). Partlayış travması (xx.xx.2020) uzun sol yarısının nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyət, yumşaq toxumaların yad cismi (bir ədəd kiçik ölçülü metal qəlpə). Keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı asteno-nevtrotik təzahürlər. Hər iki gözün blefariti, hər iki gözdə görmə itiliyi 1,0 olmaqla. Sol said nahiyyəsinin ön səthinin səthi cızılmış yaraları” kimi müəyyən edilmişdir.
4. Müdafiə Nazirliyinin Baş X4 bölməsinin 5876 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2020), baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020), soltrəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçılı nitqinin sol qulaqda 4,5 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə. Sol saidin ön səthinin sıyrılmış yarasından (2021-ci il aprel) sonrakı bərkimiş dəri çapığı” kimi qeyd olunmuşdur.
5. Azərbaycan Respublikiası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 706 nömrəli arayışında diaqnoz “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020), sol çənə bucağı nahiyyəsinin yumşaq toxumaların kor qəlpə yaralanmasından sonrakı vəziyyət, yumşaq toxumaların yad cismi. Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor eşitmə, pıçıltı nitqinin sol qulaqda 4,5 (dörd tam onda beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Boyun və sol dirsək nahiyyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Zəif qidalanma BÇİ-18,0. Hər iki gözün hipermetropiyası Hm 0,75D görmə itiliyi 1,0. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə” kimi qeyd edilmişdir.
6. Müdafiə Nazirliyinin Baş X4 bölməsinin 2544 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu və vegetativ damar davamsızlığı şəklində qalıq əlaməti. Sol çiyin qurşağının, sol yuxarı ətrafın, sol çənə bucağının, boyun nahiyyəsinin kor qəlpə yaralanmalarından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismi (metal qəlpələr). Barotravma (xx.xx.2020), soltrəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçılı nitqinin sol qulaqda 4,5 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə. Burun arakəsməsinin əyriliyi tənəffüsün mülayim dərəcədə pozulmasıyla. Sol saidin ön səthinin çoxsaylı səthi yaralarından sonrakı dəri çapıqları” kimi qeyd olunmuşdur.
7. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Ağdam Rayon Əsəb Dispanserində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Respublika Klinik Xəstəxanasında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X11də, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağdam Rayon Əsəb Dispanserində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cüil tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” X11də müalicədə olmuşdur.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 3871 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı üzvi dissosiativ pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Brotravma (xx.xx.2020) nəticəsində sol tərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 6 metr, sol qulaqda 4,5 metr məsafədən eşitməsi ilə. Sol çiyin qurşağının, sol yuxarı ətrafın, boyun nahiyyəsinin kor qəlpə yaralanmalarından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismləri (metal qəlpələr). Partlayış travması (xx.xx.2020) sol çənə bucağı nahiyyələrinin yumşaq toxumaların yad cismləri (metal qəlpələr)" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Hər iki gözün hipermetropiyası Hm 0,75D görmə itiliyi ilə 1,0. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə. Zəif qidalanma. BÇİ-17,8” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi isə “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi “müəyyənləşdirilmiş, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
9. “Respublika Psixiatrik Xəstəxanası” X11 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1622 nömrəli rəyində diaqnoz “Üzvi mənşəli (müharibədə alınmış travma nəticəsində) affektiv pozuntu, anamnezində intihar fikirləri və funksional tutmalarla F06.3” kimi qeyd olunmuşdur.
10. “Psixi Sağlamlıq Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli 586 nömrəli rəyində diaqnoz “Üzvi mənşəli (müharibədə alınmış travma nəticəsində) affektiv pozuntu, uzun davam edən depressiv epizod intihar cəhdləri ilə F06.3” kimi qeyd edilmişdir.
11. “Psixi Sağlamlıq Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli 10177 nömrəli rəyində diaqnoz “Üzvi mənşəli (müharibədə alınmış travma nəticəsində) affektiv pozuntu F06.3. Anamnezində intihar fikirləri və funksional tutmalarla” kimi qeyd edilmişdir.
12. “Psixi Sağlamlıq Mərkəzi” X11 xx.xx.2021-ci il tarixli 11498 nömrəli rəyində diaqnoz “Üzvi dissosiativ pozuntu F06.5” kimi qeyd edilmişdir.
13. X8 xx.xx.2022-ci il tarixli Komputer EEQ-nin nətiəsi “Bioelektrik aktivliyində dominant tezlik 9,7Hz, amplitudu 7-8 kkV alfa-dalğalar registrasiya olunmur. Alın-ənsə qradiyenti hamarlaşıb. Funksional siqnallar zamanı əsas ritmin dezorqanizasiyası və beta aktivlik üstünlük təşkil edir. İktal pattern aşkar olmayıb.
14. İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçı həmin qərardan verdiyi şikayət əsasında onun əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə əyani müayinə edilmiş və “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərar qəbul edilmişdir.
15. İddiaçı əlillik vəziyyəti növbəti dəfə xx.xx.2022-ci il tarixdə yenidə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçı həmin qərarda verdiyi şikayətə əsasən onun xx.xx.2022-ci il tarixdə əyani müaniyəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-343/2023 nömrəli qərar qəbul edilmişdir.
16. İddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.mİddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-2982/2023 nömrəli qərar qəbul edilmişdir.
17. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş E00176992ADS nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) Şəxsiyyət pozuntusu, depressiv epizodlar intihar fikirləri, funksional tutmalarla; Yanaşı xəstəliklər – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi mənşəli affektiv pozuntu, İntihar cəhdləri ilə; Yanaşı xəstəliklər – H52.0 Hipermetropiya, Hər iki gözün hipermetropiyası Hm 0.75D görmə itiliyi ilə 1,0; Yanaşı xəstəliklər – F44 Dissosiativ (konversion pozuntular, Dissosiativ konversion pozuntular; Yanaşı xəstəliklər - H90.7 Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, Sağ tərəfli normal eşitmə. Sol tərəfli yüngül (İ) dərəcəli eşitmə azlığı.
18. İddiaçı şikayəti əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-3378/2024 nömrəli qərar qəbul edilmişdir.
19. 118916 nömmrəli “Müharibə veteranı” vəsiqəsindən görünür ki, İddiaçı müharibə veteranıdır.
Birinci instansiya məhkəməsində icraat:
20. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X11ə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli travma haqqında arayışından görünür ki, xx.xx.2020-ci ildə (44 günlük Vətən müharibəsi zamanı) həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütüövlüyü uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində "keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Sol çənə bucağı nahiyəsinin, sağ qulaq seyvanının, ənsə nahiyəsinin, boyunun C1 və C2 fəqərəsi səviyyəsinin, sol dirsəyin yumşaq toxumalarının yad cisimləri (qəlpələri) diaqnozu ilə xəsarət almışdır. Həmin ərizəyə əlavə edilmiş Silahlı Qüvvələrin Baş klinik X2 2197 nömrəli Xəstəlik tarixindən görünür ki, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "partlayış tarvması (xx.xx.2020) keçirmiş qapalı kəliə beyin travması baş beyin silkələnməsindən sonrakı neqativ damar davamsızlığı. Barotravma (xx.xx.2020) sol tərflixronik koxlear nevrit, sol tərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağda 6 metr, solda 4,5 metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) sol çiyin qurşağının sol yuxarı ətrafın kor qəlpə yaralanmalarına görə aparılmış 1-ci cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumların yad cismi (metal qəlpələri) Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürləri diaqnozu" ilə stasionar müalicə olunmuşdur. Həmin ərizəyə əlavə edilmiş Müdafiə Nazirliyinin Baş X5 Bölməsinin 5876 nömrəli xstəlik tarixindən görünür ki, N nömrəli Hərbi Hissə komandanlığının göndərişinə əsasən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən sonrakı astononevrotik tazahürlər və vegetativ damar davamsızlığı" diaqnozu ilə həmin hospitalda stasionar müalicə olunmuşdur. Həmin ərizəyə əlavə edilmiş Müadfiə Nazirliyinin Hərbi Polikilinikasının 706 saylı arayışından, Müdafiə Nazirliyinin Baş klinik X6 2544 nömrəli arayışından da göründüyü kimi eyni diaqnozla həmin müalicə müssisələrində satasionar müalicə olunmuşdur. Həmin ərizəyə əlavə edilmiş Müadfiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 3871 nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən göründüyü kimi « keçirilmişmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı üzvi dissosioativ pozuntu, Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəliə beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı" qurşağının, sol yuxarı ətrafın, boyun nahiyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismləri (metal qəlpələr) "Partlayı travması (xx.xx.2020) sol çənə bucağı nahiyələrinin yumşaq toxumaların yad cismləri" (metal qəlpələr) "Barotravma (xx.xx.2020) nəticəsində soltərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə" "Sol çiyin Hərbi tarvmadır, Azərbaycan Respublikasını müdafiəsi zamanı alınmışdır. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiaysının yararlıq haqqında qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Ona görə də "Xəstəliklər Cədvəlinin müvafiq maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli 29 fevral 59 nömrəli qərarına əsasən hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdən sonra da səhhətində ciddi pozuntular (nevroloji, psixi) baş vermişdir. Dəfələrlə özünə intahar cəhdləri baş vermişdir. Dəfələrlə uzun müddət Psixatriya xəstəxanalarında stasionar müalicə olunmaq məcburiyyətində qalmışdır. Belə ki, həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirlyinin "X1 X11 Xəstəlik haqqında Çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək nəhayət sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında "Üzvi şəxsiyyət pozuntusu, uzun davam edən depressiv epizodu, intihar cəhdləri diaqnozu" ilə stasionar müalicə olumuşdur. Ona görə də ona müvafiq əlillk dərəcəsinin verilməsi üçün Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyininə müracət etmişdir. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinin X9-Sosial Ekspertiza komissyasının xx.xx.2024-cü il tarixli qərarı ilə ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspert Komissiyasının ona əlillik dərəcəsinin verilməsindəm imtinası tamamilə əsassız hesab edir.
22. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2024- cü il tarixdən orqanizmin funksiyalarının 35- 60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
23. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2932/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
24. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının göndərişdə əks olunmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 35-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
25. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı diaqnozu aşkara çıxarmaq məqsədilə ekspertiza təyin edilməmiş və şəxsin əyani müayinə edilməsi barədə aralıq qərardad qəbul edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Diaqnozun əlillik əlaməti təyin etməməsi halı İddiaçı əyani müayinəsi zamanı cavabdeh tərəfindən müəyyən edilmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
27. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq:
30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.5.1. Dissosiativ (konversion) pozuntular - F44 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60 faiz – 2 il; 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 7.6.2.1. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60 faiz - 2 il.
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
34. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı əlilliyin təyin edilməsi tarixinə münasibətdə dəyişdirilməlidir.
36. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli, E00176992ADS nömrəli göndərişi əsasında baxılmış və “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar intihar fikirləri, funksional tutmalarla. Üzvi mənşəli affektiv pozuntu, İnthar cəhdləri ilə. Dissosiativ konversion pozuntular. Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, Sağ tərəfli normal eşitmə. Sol tərəfli yüngül (İ)dərəcəli eşitmə azlığı. Hipermetropiya, Hər iki gözün hipermetropiyası Hm 0.75D görmə itiliyi ilə 1.0...” diaqnozu ilə və Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
37. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3378/2024 nömrəli qərar qəbul edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın 32-ci bəndində qeyd olunan normalara əsasən iş materiallarına əlavə edilmiş xəstəlik tarixlərindən çıxarışlarda qeyd olunan diaqnozlardan- “Əsas diaqnoz – “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) Şəxsiyyət pozuntusu, depressiv epizodlar intihar fikirləri, funksional tutmalarla” və Yanaşı xəstəliklər – “F44 Dissosiativ (konversion pozuntular, Dissosiativ konversion pozuntular” diaqnozları iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
39. Məhkəmə kollegiyası həmçinin iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 3871 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı üzvi dissosiativ pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Brotravma (xx.xx.2020) nəticəsində sol tərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 6 metr, sol qulaqda 4,5 metr məsafədən eşitməsi ilə. Sol çiyin qurşağının, sol yuxarı ətrafın, boyun nahiyyəsinin kor qəlpə yaralanmalarından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismləri (metal qəlpələr). Partlayış travması (xx.xx.2020) sol çənə bucağı nahiyyələrinin yumşaq toxumaların yad cismləri (metal qəlpələr)" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...
41. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi qeyd olunmuşdur.
42. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
43. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
45. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
46. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
47. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.
49. Bundan başqa, apellyasiya şikayətində birinci instansiya məhkəməsində araşdırma zamanı diaqnozu aşkara çıxarmaq məqsədilə ekspertiza təyin edilməməsi və şəxsin əyani müayinə edilməsi barədə aralıq qərardadın qəbul edilməməsi qeyd olunmuşdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün aralıq qərardad qəbul edilməklə iş üzrə ekspert rəyinin alınması zərurəti yarandığını qeyd etsə də, həmin zərurətin nədən yarandığını (qaynaqlandığını) qeyd etməmişdir. Bundan başqa inzibati orqan inzibati icraat zamanı müvafiq qərarın qəbul edilməsində səlahiyyətli olmuş, heç bir araşdırılma aparılmadan, gəlinən nəticə əsaslandırılmadan imtina barədə inzibati akt qəbul edilmişdir.
51. Qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
52. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçıya oranizmin funksiyalarının 35-60% pozulması səbəbindən 2 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçıya əlilliyin təyin olunması tarixi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
53. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin əlilliyin təyinin başlanğıc tarixi ilə bağlı müəyyən etdiyi müddət inzibati aktın qəbul edilməli olduğu deyil, göndərişin verildiyi tarixdir.
54. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyini maddi hüquq normalarına uyğun hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
55. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya göndəriş verilmiş, imtina qərarı isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir.
56. Başqa sözlə cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş əlverişsiz xarakter daşıyan inzibati akt xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçıya təyin ediləcək əlilliyin təyinatı da həmin tarixdən aparılmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı əlillik dərəcəsinin təyin edilməsi tarixi hissəsində dəyişdirilməlidir.
Nəticəvi hissə:
57. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2932/2024 nömrəli qərarı dəyişdirilsin. İddiaçı 24 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlı 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X11in üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov