Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-172/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, “müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin yenidən ayda 80 manat olmaqla hesablanması və qalan məbləğin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1743/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1677/2019 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin üzərinə qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2- 1(104)-357/2021 nömrəli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1677/2019 saylı qərarının dəyişdirilməsi, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1299/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2-1(104)-357/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının 26 aprel 2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı ərizəsinə müvafiq olaraq baxılmış, şəxsə xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 33 manat və xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 37 manat məbləğində ödəmələr edilmişdir. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2021-ci il tarixli qərarına əsasən ona xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin yenidən ayda 80 manat olmaqla hesablanması və qalan məbləğin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsinin iştirakçısıdır. Qarabağda aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmiş və xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 384 LC 20 fevral 1992-ci il tarixli əmrinə əsasən ermənilərə qarşı mübarizədə göstərdiyi şəxsi igidliklərə, mərdliyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti X1 30 sentyabr 2004-cü il tarixli sərəncamı ilə «İgidliyə görə» medalı ilə təltif edilmişdir. O, 28 mart 2019cu il tarixdə Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinə (hazırda DSMF-nin Publik Hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı adlanır) ərizə ilə müraciət edərək, veteranlar üçün müavinət pullarının alınması hüququnun yarandığı andan müavinət pullarının hesablanaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsindən daxil olmuş 29 mart 2019-cu il tarixli, **********9 saylı cavab məktubla müraciəti əsassız olaraq təmin edilməmişdir. Məhkəmə prosesləri nəticəsində iddiası qismən təmin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2021-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(104)-357/2021 saylı qərarı qüvvədə saxlayaraq, ona xx.xx.2011ci il tarixdən 08 fevral 2014-cü il tarixədək olan dövrdə müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin DSMF-nin Publik Hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının üzərinə qoyulması qət edilmişdir. Sadə riyazi hesblama ilə 26 ay ona müavinət verilməli idi. Lakin ona 2021-ci ilin oktyabr, noyabr ayları üçün cəmisi 160 manat (hər aya əlavə 80 manat), dekabr ayında cəmisi 735 manat, onun 80 manatını çıxsaq, 655 manat, cəmisi 815 manat pul ödənilibdir. Odur ki, o, cavabdehə rəsmi müraciətlər edərək, ona məhkəmə qərarında göstərilən 26 ay müddətində ödəniləcək məbləğin hər ayda 80 manat olmaqla, hesablanması və həmin məbləğlə ödənilməmiş məbləğin fərqinin ona ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh həmin məktubu DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına göndərmiş, oradan daxil olmuş 26 aprel 2022-ci il tarixli **********5 saylı məktubda qeyd edilmişdir ki, DSMF-nin Publik Hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sərəncama əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək ona hər ay 33 manat, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün hər ay 37 manat təyin edilmiş, cəmi hesablanmış 888,58 manat cədvələ uyğun olaraq 2021-ci ilin sentyabr-dekabr aylarında tam ödənilmişdir. Yəni, ona faktiki olaraq hesab etdiyi qalıq məbləğinin ödənilməsindən əsassız olaraq imtina edilmişdir. Lakin hesab edir ki, cavabdehin hərəkətləri aşağıdakı səbəblərdən tam qanunsuzdur. Belə ki, əvvəla, ona 2021-ci ilin sentyabr ayında hesablanmış 80 manat ödənilməmişdir. İkincisi, ona müharibə veteranı adı məhkəmə qaydasında verilmiş və o, subyektiv və obyektiv səbəblərdən ona ödəniləsi məbləği vaxtında ala bilməmişdir. 2011- 2014-cü illər ərzində infilyasiya ilə əlaqədar hesablanmış 33 manat, 37 manat məbləğin hazırda alıcılıq qabiliyyətini nəzərə alsaq, hazırda ödənilən məbləğdən 80 manatdan daha dəyərlidir. Yəni, başqa sözlə, o zamanlar qaza, elektrikə görə ona 37 manat bəs edirdisə, indi qazın, elektrikin qiyməti dəfələrlə artmış, dəfələrlə ödənilən məbləğdən də artıq qaza, elektrikə görə pul ödəyir. Üçüncüsü, konstitutsion prinsip var, vətəndaşın vəziyyətini yüngülləşdirən qanunun geriyə qüvvəsi var. Odur ki, hesab edir ki, ona ödəniləsi məbləğ hər ay üçün 80 manatla götürülməli, həmin məbləğə uyğun hesablama aparılmalı, həmin nəticə ilə ödənilmiş məbləğin fərqinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının nümayəndəsi tərəfindən məhkəməyə etiraz ərizəsi göndərilərək bildirilmişdir ki, iddiaçı İ.Q.X3 və mühasibatlıq üzrə mərkəzi filialına müraciət edərək, ona müharibə veteranı üçün nəzərdə tutulmuş xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ödənilmiş müavinətin ayda 80 manat məbləğində ödənilməsini tələb etmişdir. Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən xx.xx.2011-ci il tarixdən xx.xx.2014cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 888,58 manat məbləğində iddiaçıya tam ödənildiyi qeyd olunmuşdur. İnzibati icraat materiallarına aid olan sənədlərdən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2014-cü ildə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Əlavə olaraq, İddiaçı xx.xx.2014-cü il tarixdən Prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sosial müavinətlər haqqında qanunun yuxarıda qeyd olunan maddəsinə əsasən İddiaçı xx.xx.2014-xx.xx.2019-cu illərdə müharbə veteranları üçün nəzərdə tutulmuş müavinət ödənilməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli müraciət ərizəsinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən müharibə veteranları üçün nəzərdə tutulmuş 80 manat məbləğində prezident təqaüdü təyin edilmiş və hazırda ödənilməkdədir. 2-1(104)-357/2021 nömrəli məhkəmə qərarı ilə İddiaçı veteran vəsiqəsinin verildiyi tarixdən əvvəlki üç il üçün müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi Fondun 18 saylı regional ərazi filialının üzərinə qoyulmuşdur. Bu qərarın icrası məqsədilə Fondun 18 saylı regional filialının xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011- ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət (xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi ayda 33 manat, xx.xx.2013-cü il tarixdən, xx.xx.2014-cü il tarixədək ayda 37 manat) 2021-ci ilin sentyabr ayı üzrə iddiaçının prezident təqaüdünə əlavə 80 manat, 2021-ci ilin oktyabr ayı üzrə əlavə 80 manat, 2021-ci ilin noyabr ayı üzrə əlavə 80 manat, 2021-ci ilin dekabr ayı üzrə əlavə 648,58 manat (cəmi 888,58 manat) tam ödənilmişdir. İddiaçı iddia ərizəsində ona ödənilmiş məbləğin ayda 80 manat olaraq ödənilməsini iddia edir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir və iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ayda 80 manat olaraq ödənilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyildir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1743/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət tam ödənildiyindən, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki illər üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ayda 80 manat olaraq ödənilməsi istisna edilir. Məhkəmə mövqeyini “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci tarixli 567 nömrəli və xx.xx.2013-ci tarixli 973 nömrəli Fərmanları, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə əsaslandırmışdır. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmişdir. Apellyasiya şikayətinə etiraz ərizələrində qeyd edilmişdir ki, 2-1(104)-357/2021 nömrəli məhkəmə qərarı ilə İddiaçı veteran vəsiqəsinin verildiyi tarixdən əvvəlki üç il üçün müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi Fondun 18 saylı regional ərazi filialının üzərinə qoyulmuşdur. Bu qərarın icrası məqsədilə Fondun 18 saylı regional filialının xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət (xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi ayda 33 manat, xx.xx.2013-cü il tarixdən, xx.xx.2014-cü il tarixədək ayda 37 manat) 2021-ci ilin sentyabr ayı üzrə iddiaçının prezident təqaüdünə əlavə 80 manat, 2021-ci ilin oktyabr ayı üzrə əlavə 80 manat, 2021-ci ilin noyabr ayı üzrə əlavə 80 manat, 2021-ci ilin dekabr ayı üzrə əlavə 648,58 manat (cəmi 888,58 manat) tam ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ayda 80 manat olaraq ödənilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyildir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəfin çıxışını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (qərarın 2.3-cü bəndi). Hər hansı iddianın ümumi və ya xüsusi mümkünlük şərtlərinə cavab veribverməməsinə qiymət verilməsi üçün ilk növbədə iddianın hansı cavabdehə qarşı qaldırılmalı olduğu məsələsinə aydınlıq gətirilməlidir. Çünki, konkret iş üzrə cavabdehin kim olması aydınlaşdırılmadığı halda cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulub-pozulmamasına qiymət verilməsi mümkün deyildir. Təqdim olunmuş sənədlərdən məlum olur ki, iddiaçının ilkin müraciəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən cavablandırılmışdır. Bundan sonra, iddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin yenidən ayda 80 manat olmaqla hesablanması və qalan məbləğin ödənilməsi öhdəliyinin cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin mümkünlük şərtlərinin yerinə yetirilməsi məqsədilə cavabdehlərin hazırki tələb üzrə səlahiyyətli inzibati orqan olubolmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük istisna olmaqla), habelə övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. 4.1. Qurumun ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi barədə ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğunluğunu 3 (üç) iş günü müddətində yoxlayır. 4.2. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizə Quruma, Mərkəzə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə daxil olduğu gün ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi (bundan sonra - məsləhətçi) tərəfindən sosial müavinət, təqaüd və kompensasiyanın təyinatı üçün ərizələrin qeydiyyatı jurnalında qeydiyyata alınır (2 nömrəli əlavə). 5.1. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində Qurumun məsləhətçisi, ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri, mühasibat uçotu sektorunun müdiri və direktoru tərəfindən kollegial qaydada baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar Qurumun məsləhətçisinin, sektor müdirlərinin və Qurumun direktorunun imzaları və Qurumun möhürü ilə təsdiq edilir. 5.2. Qurum tərəfindən müavinət, təqaüd və kompensasiyanın təyin olunması barədə qərar qəbul edildikdə, məsləhətçi qeyd olunan işləri ərizəçinin soyadını, adını, atasının adını, ünvanını, sosial müavinətin, təqaüdün və kompensasiyanın növünü, məbləğini göstərməklə və reyestr jurnalında imzalamaqla, mühasibat uçotu sektorunun məsləhətçisinə təhvil verir (3 nömrəli əlavə). Həmin jurnal Qurum üzrə vahid qaydada aparılır və onun qaytanlanması, səhifələrinin nömrələnməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. 5.3. Müavinət, təqaüd və kompensasiyanın təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ vardır. 5.4. Mühasibat uçotu sektorunun məsləhətçisi tərəfindən müavinət işi üzrə şəxsi hesab (4 nömrəli əlavə) açılır, bank və ya poçt müəssisəsinə müavinət, təqaüd və kompensasiya ödəmək üçün tapşırıq vərəqələri (5 nömrəli əlavə) hazırlanır və Qurumun direktoru tərəfindən təsdiq edildikdən sonra bank və ya poçt müəssisəsinə göndərilir. Ödəniş plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirildikdə isə bank müəssisəsinə plastik kartın hazırlanması üçün sifariş verilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında əsasnamə: 2.1. Filialın fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. “ASAN xidmət” mərkəzlərindən əmək pensiyaları, “DOST” Mərkəzlərindən, “DOST” Mərkəzlərinin fəaliyyət göstərmədiyi digər ərazilərdə isə Fondun rayon (şəhər) filiallarından daxil olan sənədlər əsasında Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada sosial ödənişlərin təyin edilməsini, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini təmin etmək: 3.1-ci maddəsinə əsasən Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Filial aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.1. sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı “ASAN xidmət” mərkəzlərindən, “DOST” Mərkəzlərindən, “DOST” Mərkəzlərinin fəaliyyət göstərmədiyi digər ərazilərdə isə Fondun rayon (şəhər) filiallarından daxil olan sənədləri qəbul etmək və qanunvericiliyə uyğun olaraq təyinatı həyata keçirmək; 3.1.3. sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək; 3.1.8. sosial ödənişlər üzrə ödənilmiş artıq vəsaitlərin geri qaytarılmasını həyata keçirmək məqsədilə müvafiq hallarda Fondun Maliyyə və Mühasibatlıq üzrə və (və ya) Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filiallarına məlumatlar göndərmək; Yuxarıda qeyd edilən normaların təfsirindən göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan qurumlar, eləcə də hazırki tələb üzrə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı müavinət, təqaüd və kompensasiyayaların ödənilməsinə dair müvafiq müraciət və qeydiyyatını, digər cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı isə bununla bağlı müvafiq qərar qəbul edildikdən sonra yalnız ödəməni həyata keçirmək səlahiyyətinə malikdir. Göründüyü kimi hazırki cavabdeh inzibati orqanlar hazırki iddia tələbi üzrə səlahiyyətli orqan deyildir, lakin məhkəmə bu hala qiymət verməmiş cavabdehlərin əsl cavabdehlə əvəz olunmasına dair iddiaçıya hüquqi yardım etməmişdir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu İPMin 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən plenum qərarında əksini tapan tərəfə yardım etmək vəzifəsinin geniş mənada birinci instansiya məhkəməsinin üzərinə vəzifə kimi qoyulması hazırki halda əsas verir ki, birinci instansiya məhkəməsinin yalnış cavabdehi əvəz etməsinin aradan qaldırılması apellyasiya icraatı zamanı deyil, iş üzrə yenidən birinci instansiya məhkəməsində işə baxılması zamanı mümkün olsun. Belə ki, apellyasiya icraatı zamanı cavabehin dəyişdirilməsi proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Odur ki, hazırki halda cavabdehlərin əsl cavabdehlə əvəzlənməsi əsl cavabdehin birinci instansiya üzrə məhkəmə müdafiə hüququnun pozulmasını səbəb olacağından bu cür əvəzlənmənin həyata keçirilməsi qanunamüvafiq hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı İPM-in 12.1 və 13-cü maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün birinci instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1743/2022 nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-172/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-172/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver