Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-172/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1805/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********720200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə İddiaçı 4-cü rüb 2021-ci il hesabat dövrü üzrə 6.231,12 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********720200 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********234200 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********720200 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********234200 nömrəli qərarları qəbul edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş qərarda iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə 6371 manat 77 qəpik borcu olması qeyd edilmişdir. Həmin qərar ona rəsmi qaydada təqdim olunmuş və iddiaçı qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli **********234200 nömrəli qərarı ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********720200 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli **********234200 nömrəli qərarından apellyasiya şurasına şikayət vermiş, müraciətinin qəbul olunması barədə ona 01 noyabr 2022-ci il tarixdə məlumat verilmişdir. Bundan sonra, apeliyasiya şurasına müraciət edərək onun cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli 2(102)-420/2022 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunması barədə məlumat vermişdir. Apellyasiya surasının 14 dekabr 2022-ci il tarixli, İNX/O-12571/2022 nömrəli cavab məktubu ilə onun şuraya daxil olan şikayətinin baxılması üzrə icraatın müvəqqəti dayandırılması barədə 06 dekabr 2022-ci il tarixli ərizənin nəzərə alındığı qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsində təyin olunan məhkəmə iclasında ona məlum olmuşdur ki, cavabdeh onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan qərarları, həmçinin cavabdehin hərəkətlərini qanunsuz və qeyri-obyektiv hesab edir. Cavabdehin qərarından şikayət və eyni zamanda apellyasiya şurasına müraciət etmişdir. Müraciəti əsasında icraatın müvəqqəti dayandırılması bildirilmişdir. Həmçinin ona hesablanan borcun mal qalığı ilə əlaqəli olması qeyd olunur. Halbuki, cavabdeh təşkilata həmin malların üzərinə həbs qoyulması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərardadının olması barədə məlumat vermişdir. Cavabdeh özü yaxşı bilir ki, həmin malların üzərinə həbs qoyulması ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinin əməkdaşlarının xx.xx.2021-ci il tarixli aktı mövcuddur. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********720200 nömrəli qərarının ləğv edilməsi” tələbinə dəyişdirilmiş və iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabdeh qismində icraatda iştirakına xitam verilmişdir. Həmçinin, iddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli etiraz ərizəsində qeyd edilmişdir ki, aparılan araşdırma zamanı 2021-ci ilin 4-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsinin 1-ci (Cəmi aktivlər) sətrindəki "Hesabat dövrünün sonuna" olan 0,0 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin (fiziki şəxslər üçün) eyni sətrinin "Hesabat dövrü sonuna" olan 260128,87 manat məbləğlə, bu il üçün bəyannamə təqdim edilmiş "Dövr ərzində daxil olmuş" 0,0 manat məbləğin toplanması və həmin məbləğdən, bu il ərzində "Hesabat dövründə təqdim edilmiş" sütunundakı 0,0 manat məbləğ, "silinmiş" sütunundakı 0,0 manat və "Ləğv edilmiş" sütununda olan 0,0 manat məbləğlərin cəmi çıxıldıqdan sonra yaranan 260128,87 manat məbləğ ilə fərqli olması, eyni zamanda bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş verginin bəyannamələrinin 801-803 -cü sətirlərində əks etdirilmiş məbləğlərin cəmi olan 0.00 manat məbləğ + bəyannamənin 1 N-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin hesabat dövrünün sonu ilə hesabat dövrünün əvvəlinin fərqi olan 0,0 manat məbləğinin cəmi olan 0.00 manat, hesabat dövrünün aid olduğu il ərzində tərəfinizdən idxal edilmiş və elektron qaimə-faktura əsasında alınmış mallar (işlər, xidmətlər) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan məbləğdən 50000.46 manat az olması kənarlaşmaların yaranmasına səbəb olmuşdur. "Sadələşdirilmiş verginin bəyannaməsi"nin "Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat" bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki səxslər üzrə) və ya "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş O manat məbləğ, tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 9.00 manat azdır. xx.xx.2021-ci il tarixdə 2018ci ilin 4-cü rübü üçün sonuncu dəqiqləşmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim edərək bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci (mallar) sətrinin "dövr ərzində daxil olmuşdur manatla" sütununda 200481,64 manat, "təqdim edilmişdir manatla" sütununda 18000, manat qeyd edərək ilin sonuna 182481,64 manat və xx.xx.2021-ci il tarixdə 2019cu ilin 4-cü rübü üçün sonuncu dəqiqləşmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim edərək bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci (mallar) sətrinin "hesabat dövrü əvvəlinə manatla" sütununda 182481,64 manat qeyd edərək ilin sonuna 182481,64 manat mal qalığı göstərmiş və bəyannamələr vergi orqanı tərəfindən təsdiqlənmişdir. Vergi ödəyicisinin araşdırmaya təqdim etdiyi sənədlərə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) xx.xx.2016-cı il tarixdə 156132,48 manat (ƏDV daxil) və xx.xx.2016-cı il tarixdə 26349,16 manat (ƏDV daxil), ümumilikdə 182481,64 manat (ƏDV daxil) dəyərində malların əldə edildiyi müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən mallar xx.xx.2016-cı il tarixdə əldə edilməsinə baxmayaraq qeyd olunan vaxt vergi ödəyicisinin vergi orqanında uçota alınmış obyekti müəyyən edilməmiş, yalnız xx.xx.2016-cı il tarixdə təsərrüfat subyekti qeydiyyata alınmışdır. Vergi ödəyicisi tərəfindən 2016-cı və 2017-ci illər üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi üzrə cəmi hasilat məbləğinin 27000,0 manat göstərilməsinə baxmayaraq 2016-cı il tarixdə alınmış 182481,64 manat dəyərində malların 2018-ci ilin 4-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci (mallar) sətrinin "dövr ərzində daxil olmuşdur manatla" sütununda göstərilməsi fərdi sahibkarın 2016-2017-ci illərin müvafiq rübləri üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində qeyd edilmiş hasilat məbləği üzrə alınmış malların sənədsiz əldə edildiyinə əsas verir. Vergi ödəyicisi 2020-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən elektron qaimə fakturalar əsasında 77198,67 manat (ƏDV daxil) dəyərində mallar əldə etməsinə baxmayaraq 2020-ci ilin 4-cü rübü üçün xx.xx.2021-ci il tarixdə təqdim edilmiş cari sadələşdirilmiş vergi bəyannaməsinin 1.3.2-ci (mallar) sətrinin "dövr ərzində daxil olmuşdur manatla" sütununda 0,0 manat qeyd etmiş, sonradan xx.xx.2021-ci il tarixdə bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci sətrin "hesabat dövrü əvvəlinə manatla" sütununda 182481,64 manat, "dövr ərzində daxil olmuşdur manatla" sütununda 77198,67 manat qeyd edərək sonuna 259680,31 manat mal qalığı göstərmişdir. Daha sonra qeyd olunan bəyannamə üzrə kameral vergi yoxlaması aparılaraq ilin sonuna 260128,87 manat mal qalığı qeyd edilmişdir. Uçot baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkar tərəfindən 2021-ci ildə ümumilikdə 51364,3 manat (o cümlədən 50000,46 manat dəyərində mallar) dəyərində elektron qaimə fakturaların əldə edildiyi, lakin 2021-ci il üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri göstəricisiz olaraq təqdim edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" xx.xx.2022-ci il tarixli **********436300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin 4-cü rüb üçün 6229,86 manat sadələşdirilmiş vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********765300 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Sonradan fərdi sahibkar xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 4-cü rübü üçün dəqiqləşmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. Vergi orqanı tərəfindən qeyd olunan dövr üzrə 6231,12 manat hesablama aparılmış və xx.xx.2022-ci il tarixli **********720200 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı ünvan 2rləşən obyektin eyni zamanda uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) adına qeydiyyatda olduğu və qeyd olunan əmlakın 1/2 pay nisbəti ilə İddiaçı və hüquqi şəxsin təsisçisi Arzu Əmirova məxsus olduğu, hüquqi şəxsin plastik qapı və pəncərə istehsalında istifadə olunan materialların topdan satışı ilə məşğul olduğu müəyyən edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********8220 №-li Qərarına əsasən "xxxx" MMC-yə məxsus Gəncə şəhəri, M.Şeyxzamanov 10A ünvanında nəzarət tədbiri həyata keçirilmiş və operativ vergi nəzarəti tədbiri zamanı təsərrüfat subyektində alış qiyməti ilə 156175,5 manat dəyərində mallarının olduğu müəyyən edilmişdir. Eyni zamanda 156175,5 manat dəyərində malların "xxxx" MMC-yə məxsus olması idxal əməliyyatları və əldə etdiyi elektron qaimə fakturalar əsasında öz təsdiqini tapmışdır. Həmçinin "xxxx" MMC-nin direktoru X5 nəzarət tədbiri zamanı Gəncə şəhəri, M.Şeyxzamanov 10A ünvanında olan bütün malların "xxxx" MMC-yə məxsus olmasını, malların heç kimə saxlanmağa verilmədiyini, həmçinin hər hansı şəxsə məxsus malların anbara saxlamağa qoymadığını, yolda hər hansı bir malının olmaması ilə bağlı iltizam tərtib edərək imzalamışdır. Operativ vergi nəzarəti tədbiri zamanı təsərrüfat subyektində aşkarlanmış 156175,5 manat dəyərində malların adlı siyahısı qərara əlavə olunmuşdur. Həmçinin həmin malların xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixinədək məlumatları da iş materiallarına əlavə olunur. Fərdi sahibkarla hüquqi şəxs "xxxx" MMC arasında mal bölgüsündə yaranmış mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2 (102)-420/2020-ci nömrəli Qərarına əsasən ünvan 2rləşən obyektdə olan malların "xxxx" MMC-yə məxsus olduğu müəyyən edilmişdir. Belə ki, İddiaçı (VÖEN: **********) 249.242.85 manat dəyərində xammal, materialların cavabdehdən alınıb ona verilməsi tələbi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 15 iyul tarixli, e-2-2(115)-178/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsində olan 249.242,85 manat dəyərində xammal, materiallar və 7.000 manat dəyərində 1 ədəd aparat (avadanlıq), bu mümkün olmadıqda xammal və materialın, avadanlığın dəyəri, vəkilə ödənilmiş 3350 manat və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi və mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması qət edilmiş,iddia tələbi qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 dekabr tarix 2-2(104)-204/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsində olan 7.000 manat dəyərində 1 ədəd aparatı, bu mümkün olmadıqda, avadanlığın dəyərinin "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-420/2022 nömrəli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 dekabr tarixli 2-2(104)-204/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki, İddiaçı 182.481,64 manat dəyərində mal-materialı 2016-cı il 1 mart tarixli müqavilə əsasında müvafiq qaiməfakturalarla alarkən 10A ünvanında yerləşən qeyri-yaşayış sahəsi - anbar onun nə icarəsində, nə də mülkiyyətində olmamışdır. Digər tərəfdən İddiaçı, 2016-cı və 2017-ci illərdə vergi bəyannamələrində mal qalığının olmadığını göstərmiş, 2018-ci ilin İV rübündə isə hesabat ilinin əvvəlində qalıq aktivinin 182.481,64 manat olduğunu göstərsə də, 2017ci və 2018-ci illərə dair mal-material aldığını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehlə birgə fəaliyyət göstərmədikləri halda oxşar mal-materialın anbarda yer bölgüsü aparılmadan qarışıq şəkildə yığılması da ağlabatan deyil, bundan başqa İddiaçı digər MMC ilə bağladığı 2020-ci il 1 noyabr tarixli müqavilə əsasında 65.475,6 manat dəyərində mal alındığını göstərmiş olsa da, həmin malların da cavabdehin istifadəsində olan anbara yığıldığını təsdiq edən sübutları təqdim etməmiş, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsində - obyektdə "xxxx" MMC barəsində operativ vergi yoxlaması keçirilərkən aşkar olunmuş mal-materiallar isə təqdim olunmuş sənədlərə əsasən "xxxx" MMC-nin mal qalığına uyğundur. Həmçinin cavabdeh "xxxx" MMC-nin həmin ünvanda fəaliyyət göstərməsi, "xxxx" MMC tərəfindən mal-material alınması və satılmasına dair qaimə fakturalar, gömrük bəyannamələri və vergi bəyannamələri, əmək müqavilələri ilə təsdiq olunduğu halda, İddiaçı məhkəməyə həmin ünvanda faktiki fəaliyyət göstərdiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, İddiaçı Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmaqla 249.242,85 manat məbləğində malının olması faktını təsdiq etmişdir, lakin qeyd olunan ünvandakı malların ona məxsus olmasını sübut edə bilməmişdir. Belə ki, məhkəmənin də qeyd etdiyi kimi, "xxxx" MMC tərəfindən mal-material alınması və satılmasına dair qaimə fakturalar, gömrük bəyannamələri və vergi bəyannamələri, əmək müqavilələri ilə təsdiq olunduğu halda qeyd olunan məbləğdəki malların anbara yerləşdirilməsi və İddiaçı həmin ünvanda faktiki fəaliyyət göstərməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Fərdi sahibkar vergi orqanına ünvanlanan müraciətlərində ona məxsus malların ünvan 2rləşən obyektdə olduğunu bildirmiş, lakin iddia ərizəsində isə Ali Məhkəmənin Qərarını əsas gətirərək özünün həmin obyektdə mal qalığının olmadığını bildirmişdir ki, bu da fərdi sahibkar tərəfindən əldə edilmiş malların təqdim edildiyinə əsas verir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1805/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından və təqdim edilmiş bəyənnamələrdən görünür ki, iddiaçı müvafiq bəyənnamələrdə mal qalığının olmasını göstərmiş, lakin operativ vergi yoxlaması zamanı iddiaçının istifadəsində olan ünvan 3 ünvanda ona məxsus mal aşkar edilməmişdir. Eyni zamanda, iddiaçı həmin ünvanda mövcud olmuş 259.680,31 manat dəyərində xammal və materialların ona məxsus olduğunu iddia etməklə həmin həcmdə mal qalığı bəyan etsə də, Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2-2(104)- 204/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin malların yalnız 7000 manat dəyərində hissəsi iddiaçıya məxsus olmuşdur. İddiaçı Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmaqla 249.242,85 manat məbləğində malının olmasını iddia etsə də qeyd olunan ünvandakı malların ona məxsus olmasını sübut edə bilməmişdir. Belə ki, məhkəmənin də qeyd etdiyi kimi, "xxxx" MMC tərəfindən mal-material alınması və satılmasına dair qaimə fakturalar, gömrük bəyannamələri və vergi bəyannamələri, əmək müqavilələri ilə təsdiq olunduğu halda qeyd olunan məbləğdəki malların anbara yerləşdirilməsi və İddiaçı həmin ünvanda faktiki fəaliyyət göstərməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından, eləcə də hüquqi əsaslarından bəlli olur ki, cavabdeh inzibati orqanın hərəkətləri əsaslı və qanuni olmuş, vergi orqanı haqlı olaraq mübahisələndirilən qərarla kameral qaydada iddiaçıya vergi borcu hesablamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır, maddi və prosessual tələblərin pozulması ilə qəbul edilmişdir. Məhkəməyə təqdim olunan sənədlərlərin surətindən görünür ki, ididaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının müraciət etmişdir. Müraciətindən sonra allyasiya surasının 14 dekabr 2022-ci il tarixli, İN-X/O-12571/2022 nömrəli cavab məktubu ilə onun şuraya daxil olan şikayətinin baxılması üzrə icraatın müvəqqəti dayandırılması barədə 06 dekabr 2022ci il tarixli ərizəsinin nəzərə alındığı qeyd edilmişdir. Göründüyü kimi, inzibati orqan özü ona rəsmi cavab verərək, icraatın dayandırılmasını göstərmişdir. Məhz, buna görə də hesab edir ki, məhkəmə bu halları nəzərə almamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinin 1-ci hissəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -37.4-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. “İnzibati icraat haqqında” Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasniya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********720200 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən kameral vergi yoxlaması nəticəsində vergi ödəyicisi İddiaçı 6231,12 manat vergi borcu hesablanmışdır. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsilə müraciət edərək qeyd olunan qərarı mübahisələndirir. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə 2021-ci ilin 4-cü rübünə mal qalığının olması göstərilsə də, vergi orqanı tərəfindən aparılmış operativ vergi yoxlaması nəticəsində vergi ödəyicisinin istifadəsində olan ünvan 3 iddiaçıya məxsus heç bir malın olmaması müəyyən edilmişdir. Lakin buna baxmayaraq iddiaçı qeyd olunan ünvanda saxlanılan 259.680.31 manat dəyərində xammal və materialların ona məxsus olmasını bildirir. Surəti iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(104)- 204/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən (həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(102)-420/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır) görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı xammal, material, avadanlıq və pul tələbi kommersiya işi üzrə iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan 7000 (yeddi min) manat dəyərində 1 ədəd “Arka” aparatı (avadanlıq), bu mümkün olmadıqda, avadanlığın dəyəri, "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi, iddianın tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, 249.242,85 manat dəyərində xammal, materialların cavabdehdən alınıb ona verilməsi hissəsində əsassız olduğundan, təmin edilə bilməz, cavabdeh MMC-nin həmin ünvanda fəaliyyət göstərməsi, MMC tərəfindən mal-material alınması və satılmasına dair qaiməfakturalar, gömrük bəyannamələri və vergi bəyannamələri, əmək müqavilələri ilə təsdiq olunduğu halda, iddiaçı məhkəməyə həmin ünvanda faktiki fəaliyyət göstərdiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X2 və İddiaçı qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş maddi ziyan tələbinə dair ilkin, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və əldən çıxmış fayda tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-345/2023 nömrəli (hakim: G.Quliyeva) qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən anbarda saxlanılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 1 metrin qiyməti 3,6 manat olan 186 metr uzunluğunda 669,6 manat dəyərində 70 mm 5 odacıqlı pəncərə kanat Z endorpen ağ, 1 metrin qiyməti 3,6 manat olan 210 metr uzunluğunda 756 manat dəyərində 70 mm 5 odacıqlı orta kayıt T enderpen ağ, 1 metrin qiyməti 5,3 manat olan 144 metr uzunluğunda 763,2 manat dəyərində 70 mm 5 odacıqlı qapı kanat profili Z Enderpen, 1 metrin qiyməti 4,6 manat olan 594 metr uzunluğunda 2732,4 manat dəyərində 70 mm 5 odacıqlı kasa profili rengi Q Enderpen, 1 metrin qiyməti 5 manat olan 354 metr uzunluğunda 1770 manat dəyərində 70 mm 5 odacıqlı orta kayıt rəngi T Enderpen, 1 metrin qiyməti 1,15 manat olan 1770 metr uzunluğda 2035,5 manat dəyərində PVC profil rəngli 70 mm cüt ştapik Enderpen, 1 kv.m qiyməti 14,50 manat olan 287 kv.m 4161,5 manat dəyərində PVC sendviç panel rəngli, 1 metrin qiyməti 10,4 manat olan 42 metr uzunluğunda 436,8 manat dəyərində pəncərə altı (60), 1 metrin qiyməti 0,90 manat olan 420 metr uzunluğunda 378 manat dəyərində lambirin, 1 metrin qiyməti 3,80 manat olan 66 metr uzunluğunda 250,8 manat dəyərində boru PVC 50 mm ag, 1 metrin qiyməti 1,90 manat olan 6 metr uzunluğunda 11,4 manat dəyərində adaptor ağ, 1 metrinqiyməti 3,80 manat olan 252 metr uzunluğunda 957,6 manat dəyərində boru PVC 50 mm rəngli, 1 metrin qiyməti 6,56 manat olan 312 metr uzunluğunda 2046,72 manat dəyərində adaptor rəngli, 1 ədədin qiyməti 0,90 manat olan 111 ədəd 99,9 manat dəyərində qapı şpinqaleti düz, 1 qutusunun qiyməti 3,60 manat olan 131 qutu 471,6 manat dəyərində şrup 22- lik, 1 qutusunun qiyməti 4,40 manat olan 107 qutu 470,8 manat dəyərində şrup 32-lik, 1 ədədin qiyməti 0,08 manat olan 1900 ədəd 152 manat dəyərində şrup 122 buldeks, 1 ədədin qiyməti 0,45 manat olan 750 ədəd 337,5 manat dəyərində setqa qapı ag, 1 ədədin qiyməti 0,50 manat olan 630 ədəd 315 manat dəyərində setqa qapısı rəngli, 1 ədədin qiyməti 0,65 manat olan 3603 ədəd 2341,95 manat dəyərində qapı petləsi ağ, 1 ədədin qiyməti 0,70 manat olan 4460 ədəd 3122 manat dəyərində qapı petləsi rəngli, 1 ədədin qiyməti 0,54 manat olan 2460 ədəd 1328,4 manat dəyərində pəncərə petləsi rəngli, 1 ədədin qiyməti 3,50 manat olan 200 ədəd 700 manat dəyərində qapı qolu adi yaylı rəngli, 1 ədədin qiyməti 0,90 manat olan 16 ədəd 14,4 manat dəyərində pəncərə qolu dəmirli ağ, 1 ədədin qiyməti 1 manat olmaqla 445 ədəd 445 manat dəyərində pəncərə qolu dəmirli rəngli, 1 ədədinin qiyməti 0,38 manat olan 6000 ədəd 2280 manat dəyərində pəncərə qolu dəmirli ağ, 1 ədədin qiyməti 3,25 manat olan 81 ədəd 263,25 manat dəyərində qapı qolu adi yaylı ağ, 1 ədədin qiyməti 3,50 manat olan 285 ədəd 997,5 manat dəyərində qapı qolu ws yaylı ağ, 1 dəstin qiyməti 10,05 manat olan 194 dəst 1949,7 manat dəyərində cift endov 700-1200, 1 dəstin qiyməti 11,2 manat olan 24 dəst 268,8 manat dəyərində vift endof 900-1400, 1 dəstin qiyməti 12 manat olan 75 dəst 900 manat dəyərində cift endov 1200-1700, 1 dəstin qiyməti 13,5 manat olan 1 dəst 13,5 manat dəyərində cift endov 1700-2200, 1 ədədin qiyməti 0,79 manat olan 148 ədəd 116,92 manat dəyərində ispolnyet 30, 1 ədədin qiyməti 0,89 manat olan 30 ədəd 26,7 manat dəyərində isponyer 40, 1 ədədin qiyməti 1,05 manat olan 93 ədəd 97,65 manat dəyərində isponlyer 60, 1 ədədin qiyməti 1.29 manat olan 204 ədəd 263,16 manat dəyərində isponlyet 80, 1 ədədin qiyməti 2,50 manat olan 24 ədəd 60 manat dəyərində isponlyet 180, 1 ədədin qiyməti 4,75 manat olan 18 ədəd 85,5 manat dəyərində qapı isponlyeti 180, 1 ədədin qiyməti 4,75 manat olan 48 ədəd 228 manat dəyərində qapı isponlyeti 200, 1 metrin qiyməti 1,05 manat olan 3060 metr 3213 manat dəyərində stabik cut cam ağ, 1 metrin qiyməti 5,40 manat olan 1940 metr 10476 manat dəyərində kasa profil rəngli Q, 1 metrin qiyməti 5,40 manat olan 1332 metr 7192,8 manat dəyərində orta kayıt profili rəngli T, 1 metrin qiyməti 5,40 manat olan 1008 metr 5443,2 manat dəyərində kayıt profili rəngli Z, 1 metrin qiyməti 1,90 manat olan 1434 metr 2724,6 manat dəyərində stabik tek cam rəngli, ümumilikdə 44 (qırx dörd) adda 63368 (altmış üç min üç yüz altmış səkkiz) manat 35 (otuz beş) qəpik məbləğində əşyalar, həmin əşyalar olmadığı təqdirdə isə onların dəyəri olan 63368 (altmış üç min üç yüz altmış səkkiz) manat 35 (otuz beş) qəpik pulun, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 150 (bir yüz əlli) manat dövlət rüsumunun ilkin iddia üzrə cavabdehlər X1 və İddiaçı alınaraq ilkin iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, ilkin iddia üzrə cavabdehlər X1 və İddiaçı 130 (bir yüz otuz) manat 10 (on) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, ilkin iddianın qalan hissəsi və qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməməsi hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması, cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra tərəflər məhkəmə kollegiyasına elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq notarial qaydada təsdiqlənmiş ərizə təqdim edilərək aralarında barışıq əldə edildiyindən iddia tələbindən imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-2(104)-198/2023 saylı qərardadı (sədrlik edən və məruzəçi A.İsgəndərova, hakimlər R.Mamedov və A.Bayramov) ilə iddia tələbindən imtina barədə ərizələr qəbul edilməsi, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-345/2023 nömrəli qətnaməsi ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl edilməklə hərəkətləri qanuni və əsaslı olmuşdur. Vergi orqanı haqlı olaraq hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Bu zaman cavabdeh orqan hər hansı qanun pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1805/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-172/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-172/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver