Məhkəmə qərarları › İş №2-1(104)-173/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-173/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-173/2024 17.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «qərarın qismən ləğv edilməsi və əlilliyin bərpa edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3804/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N dekabr 2020ci il traixli, 2535 nömrəli arayışında qeyd olunur ki, MAHHXHQ əsgər İddiaçı 30 sentyabr 2020-ci il tarixdə Talış istiqamətində olarkən düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində xəsarət almışdır, nəticədə sağ diz qapağının sınığı diaqnozu qoyulmuşdur.

2. Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli 13494 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı "Partlayış travması sağ diz oynağının qapalı travması (xx.xx.2020), sağ diz qapağının qapalı, qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri-düzgün bitişmiş sınığı, patello-femoral artrozu ağrı sindromu, sağ bud əzələlərinin atrofiyası, diz oynağının çapıq-vətər və artrogen kontrakturası, patellar tendromun köhnə zədələnməsi. Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticolənmiş qamış və incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə.Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi ilə" diaqnozlu travmasının səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Kəskin dərəcədə ifadə olunmuş uzunmüddətli ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi və "Əlvan dəmrov, remissiya mərhələsində" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir.

3. Alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması-sağ diz oynağının qapalı travması(xx.xx.2020) Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş İncik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri,funksiya pozğunluğu ilə.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bud əzələlərinin atrofiyası.Digər oynaqların posttravmatik artrozu, Sağ diz oynağının patello-femoral artrozu" diaqnozuna əsasən 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir.

4. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 141128 nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı "Partlayış travması sağ diz oynağının qapalı travması (xx.xx.2020), sağ diz qapağının qapalı, qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri-düzgün bitişmiş sınığı, patello-femoral artrozu ağrı sindromu, sağ bud əzələlərinin atrofiyası, diz oynağının çapıq-vətər və artrogen kontrakturası, patellar tendromun köhnə zədələnməsi. Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş qamış və incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə.Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi ilə" diaqnozlu travmasının səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Kəskin dərəcədə ifadə olunmuş uzunmüddətli ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi və "Əlvan dəmrov, remissiya mərhələsində" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3766/2023 nömrəli qərarından görünür ki, anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində İddiaçı əlillik təyinatına əsas verə biləcək nevroloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

6. Alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müayinəsi nəticəsində « Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması-sağ diz oynağının qapalı travması(xx.xx.2020) Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı » diaqnoz qoyulsa da tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əlilliyin ləğvinə dair cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətən müharibəsinin iştirakçısıdır, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Talış istiqamətində olarən düşmən tərəfindən atılann mərmi partlayışı nəticəsində "Sağ diz qapağının sınığı" xəsarətini almış, ona xx.xx.2021-ci il tarixdə ona 3cü dərəcəli əlillik verilmişdir. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2026-cı il göstərilmişdir. Ona "hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması - sağ diz oynağının qapalı travması. Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatında sonrakı vəziyyət. Sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı. Partlayış travması, sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiya pozğunluğu ilə. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ bud əzələlərinin atrofiyası. Digər oynaqların posttravmatik artozu, sağ diz oynağının patello-femoral artrozu." Diaqnozu qoyulmuşdur. Sonradan iddiaçı iki dəfə - xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə yenidən əyani müayinəyə dəvət olunmuş, hər iki əyani müayinədə iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə əyani müayinədən keçdikdən sonra iki ay - iyun və iyul aylarında əlilliyə görə pensiyanı almış, xx.xx.2023-cü il tarixdən əlilliyimi ləğv olunmuşdur. İddiaçının xx.xx.2023-cü il tarixli qiymətləndirmədə diaqnoz belədir: "hərbi əməliyyat nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması - sağ diz oynağının qapalı travması. Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aıparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatında sonrakı vəziyyət. Sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı." Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumatda göstərilmişdir ki, diaqnoz əlillik əlamətini təyin etməməsi səbəbindən imtina edilib. Həmçinin, başqa bir sənəddə də "mərkəzə göndərmənin/imtina edilmənin səbəbi" hissəsində "tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir" yazılmışdır. İddiaçı cavabdeh orqanın hərəkətlərini qanunsuz hesab edir, belə ki, əgər ona təyin edilmiş diaqnoz dəyişməmişdirsə, necə ola bilər ki, ona hazırda əlillik dərəcəsi düşmür. Həmçinin, əlillik müddətinin 5 il müəyyən edildiyi halda cavabeh orqan iddiaçını 1 ildən sonra iki dəfə müayinədən keçirdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası xx.xx.2023-cü il tarixdə 28 nəfər vətəndaşın əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Goranboy rayon sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması-sağ diz oynağının qapalı travması(xx.xx.2020) Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş İncik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri,funksiya pozğunluğu ilə.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bud əzələlərinin atrofiyası.Digər oynaqların posttravmatik artrozu, Sağ diz oynağının patello-femoral artrozu" diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 141128 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması sağ diz oynağınınqapalı travması (xx.xx.2020), sağ diz qapağının qapalı, qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri-düzgün bitişmiş sınığı, patellofemoral artrozu ağrı sindromu, sağ bud əzələlərinin atrofiyası, diz oynağının çapıqvətər və artrogen kontrakturası, patellar tendromun köhnə zədələnməsi. Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticolənmiş qamış və incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə.Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Kəskin dərəcədə ifadə olunmuş uzunmüddətli ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi və "Əlvan dəmrov, remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, diz oynağında irinli ifrazatın gəlməsi, əsəbilik-gərginlikdən şikayətlənmişdir. Vətəndaşa psixiatrik yatışlarının səbibini soruşduqda, övladına şiddət göstərdiyini, insanlara ünsiyyət qura bilmədiyini, əsəbi olduğunu saxladıqları heyvanları öldürdüyünü, özünə də xəsarət yetirdiyini bildirmiş, halhazırda medikamentoz preparatlardan "Stimulaton", "Depakin", "Fenazepam" qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı sağ dizin ön səthində doylama istiqamətdə ~10-12 sm ölçüdə keçirilmiş əməliyyata müvafiq çapıq toxuma, sağ diz oynağında 180-90 dərəcə hərəkət həcmi göstərmiş, aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic müşahidə edilməmişdir. Psixi statusunda zahirən səliqəli, ünsiyyətə həvəslə daxil olmuş, bələdliyi qorunmuş, tənqidi tam olmuşdur. Əhval ruhiyyəsi stabil, emosional stabil izlənilmiş, yaddaş və qavrama pozuntusu, şəxsiyyət dəyişikliyi aşkarlanmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli 7285/21 nömrəli Çıxarışda diaqnoz "Uzun müddətli ağır dərəcəli, depressiv epizod intihar fikirləri ilə" kimi qeyd olunmuşdur. X3 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silah yaralanması, partlay travması. Sağ aşağı ətrafın çoxsaylı qəlpə yaralanmaları. Diz qapağının bitişmiş sınığı Veber üsulu ilə osteosintezi. Diz qapağı sirkəsinin deformasiyası. Patello-emoral artroz Postoperasion-postravmarik, kobud kelloid çapıqlar. Sağ diz oynağının kəskin büküci kontrakturası. (bükmə 130 dərtəcə), ətrafın kəskin əzələ atrodiyası, nevroloji EMQ müayinə Sağ qamış və incik sinirlərinin neyropatiyası, daimi ağrı sindromu, axsama və yeriş funksiyasının kəskin pozulması" kimi qeyd olunmuşdur. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 216/23 nömrəli Çıxarışda diaqnoz "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" kimi qeyd edilmişdir. X4 Bərpa İnstitutunun xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz "Sağ incik və qamış sinirlərinin travmatik neyropatiyasından sonrakı qalıc əlamətləri. Sağ pəncənin parezi. Asteno-nevrotik vəziyyər" kimi qeyd edilmişdir. X4 Bərpa İnstitutunun xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticə "Neyromotor aparatda nevral tipli pozulma: sağ incik və qamış sinirlərinin qarışıq tipli neyropatiyası" kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

10. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3766/2023 nömrəli qərarının qismən ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3804/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, icraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası xx.xx.2023-cü il tarixdə 28 nəfər vətəndaşın əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Goranboy rayon sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması-sağ diz oynağının qapalı travması(xx.xx.2020) Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş İncik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiya pozğunluğu ilə.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bud əzələlərinin atrofiyası.Digər oynaqların posttravmatik artrozu, Sağ diz oynağının patello-femoral artrozu" diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 141128 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması sağ diz oynağınınqapalı travması (xx.xx.2020), sağ diz qapağının qapalı, qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri-düzgün bitişmiş sınığı, patello-femoral artrozu ağrı sindromu, sağ bud əzələlərinin atrofiyası, diz oynağının çapıqvətər və artrogen kontrakturası, patellar tendromun köhnə zədələnməsi. Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticolənmiş qamış və incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə.Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Kəskin dərəcədə ifadə olunmuş uzunmüddətli ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi və "Əlvan dəmrov, remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, diz oynağında irinli ifrazatın gəlməsi, əsəbilik-gərginlikdən şikayətlənmişdir. Vətəndaşa psixiatrik yatışlarının səbibini soruşduqda, övladına şiddət göstərdiyini, insanlara ünsiyyət qura bilmədiyini, əsəbi olduğunu saxladıqları heyvanları öldürdüyünü, özünə də xəsarət yetirdiyini bildirmiş, halhazırda medikamentoz preparatlardan "Stimulaton", "Depakin", "Fenazepam" qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı sağ dizin ön səthində doylama istiqamətdə ~10-12 sm ölçüdə keçirilmiş əməliyyata müvafiq çapıq toxuma, sağ diz oynağında 180-90 dərəcə hərəkət həcmi göstərmiş, aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic müşahidə edilməmişdir. Psixi statusunda zahirən səliqəli, ünsiyyətə həvəslə daxil olmuş, bələdliyi qorunmuş, tənqidi tam olmuşdur. Əhval ruhiyyəsi stabil, emosional stabil izlənilmiş, yaddaş və qavrama pozuntusu, şəxsiyyət dəyişikliyi aşkarlanmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli 7285/21 nömrəli Çıxarışda diaqnoz "Uzun müddətli ağır dərəcəli, depressiv epizod intihar fikirləri ilə" kimi qeyd olunmuşdur. X3 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silah yaralanması, partlay travması. Sağ aşağı ətrafın çoxsaylı qəlpə yaralanmaları. Diz qapağının bitişmiş sınığı Veber üsulu ilə osteosintezi. Diz qapağı sirkəsinin deformasiyası. Patello-emoral artroz Postoperasion-postravmarik, kobud kelloid çapıqlar. Sağ diz oynağının kəskin büküci kontrakturası. (bükmə 130 dərtəcə), ətrafın kəskin əzələ atrodiyası, nevroloji EMQ müayinə Sağ qamış və incik sinirlərinin neyropatiyası, daimi ağrı sindromu, axsama və yeriş funksiyasının kəskin pozulması" kimi qeyd olunmuşdur. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 216/23 nömrəli Çıxarışda diaqnoz "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" kimi qeyd edilmişdir. X4 Bərpa İnstitutunun xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz "Sağ incik və qamış sinirlərinin travmatik neyropatiyasından sonrakı qalıc əlamətləri. Sağ pəncənin parezi. Asteno-nevrotik vəziyyər" kimi qeyd edilmişdir. X4 Bərpa İnstitutunun xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticə "Neyromotor aparatda nevral tipli pozulma: sağ incik və qamış sinirlərinin qarışıq tipli neyropatiyası" kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs nzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək qüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq məhkəmə tibbi ekspertizası təyin etməmiş və orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.

16. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.3. bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

24. İşin hallarından məlum olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Talış istiqamətində olarən düşmən tərəfindən atılann mərmi partlayışı nəticəsində "Sağ diz qapağının sınığı" xəsarətini almışdır.

25. Alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması-sağ diz oynağının qapalı travması(xx.xx.2020) Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş İncik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri,funksiya pozğunluğu ilə.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bud əzələlərinin atrofiyası.Digər oynaqların posttravmatik artrozu, Sağ diz oynağının patello-femoral artrozu" diaqnozuna əsasən 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir.

26. Bundan sonra vaxtından əvvəl, yəni xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb edilmiş və müayinə nəticəsində «Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması-sağ diz oynağının qapalı travması(xx.xx.2020) Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı » diaqnoz qoyulsa da “diaqnoz əlillik təyin etmir” və “tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir.

27. Göründüyü kimi iddiaçıya 2021-ci ildə 3-cü dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi isə 5 ildən sonra, yəni 2026-cı ildə edilməli idi.

28. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır.

30. Belə ki, 26 aprel 2023-cü il tarixli, 3-17-4/2-Ə-9440/2023 nömrəli bildirişdən görünür ki, İddiaçı əyani müayinəyə çağırılmış, 25 may 2023-cü il tarixdə Agentlik onun əyani müayinəsini həyata keçirdikdən sonra qərar qəbul etmişdir. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir.

31. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.

32. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3766/2023 nömrəli qərarında əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu ilə bağlı hər hansı bir qeyd aparılmamış, yalnız müxtəlif risk qruplarının araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq “əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

33. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin barəsində qəbul edilmiş əlverişsiz inzibati akt inzibati icraat aparılmaqla qəbul edilməli, əlillik əlamətinin müəyyən olunmamasını və əvvəlki qərarın düzgün qəbul edilməməsini təsdiq edən sübutlar toplanmaqla hüquqi qiymət verilməli idi.

34. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi şəxsin müayinəsinin onun diskresion səlahiyyətlərində olması ilə əsaslandırmış, məhkəmə qərarının müdaxilə kimi qiymətləndirmişdir.

35. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

36. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

37. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

38. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

39. Odur ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan ləğv edilmədən qüvvədə saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3804/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar