Məhkəmə qərarları › İş №2-1(104)-174/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-174/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-174/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X8 və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-4771/2024 saylı qərarından İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1969-cu il tarixli 663 nömrəli doğum haqqında akt qeydinə əsasən X7 xx.xx.1968-ci ildə anadan olmuşdur. xx.xx.1974-cü il tarixli 50 nömrəli doğum qeydlərinin bərpa aktına əsasən X2 xx.xx.1968-ci ildə anadan olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.1968-ci ildə Gəncə şəhərində X4 doğulmuş X1 atası X3 hesab edilmişdir.Bu barədə xx.xx.1974-cü ildə Cavabdehndə 33 №-li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.1968-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur.Bu barədə xx.xx.1974-cü il tarixdə Cavabdehndə 50№-li doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.1968-ci ildə Ukrayna Respublikası Samatoyevski diyarında anadan olmuşdur.Bu barədə xx.xx.1969-cu il tarixdə Cavabdehndə 663№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İddiaçı Cavabdehnə müraciətinə sonuncu tərəfindən imtina cavabı verilərək xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2284 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.1974-cü il tarixdə Cavabdehndə onun doğumu qeydə alınarkən doğum evinin xx.xx.1968-ci il tarixli arayışına əsasən onun doğum tarixi “xx.xx.1968-ci il” göstərilmiş və ona doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda qeydiyyat şöbəsinə təqdim etdiyi UKR FX 561612 nömrəli pasportun və AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin sənədlərdə doğum tarixi xx.xx.1969-cu il kimi yazılmışdır, bu da qeydiyyat şöbəsinin arxivində olan doğum haqqında akt qeydindəki məlumatlarla ziddiyyət təşkil edir. Göstərilənlərə əsasən doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə düzəliş aparılması mümkün olmamışdır, bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydində doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə düzəliş edilməsinin cavabdeh orqanın üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun anası milliyyətcə Ukraynalı olub, 1953-cü ildən 1969-cu ilədək Azərbaycan SSR-də yaşayıb, hamilə vəziyyətdə Ukrayna SSR-yə getmişdir. xx.xx.1969-cu ildə Ukrayna SSR-də doğulmuşdur. O, vaxt vahid Sovet Sosialist Respublikaları olduğundan və atası Azərbaycanda yaşadığından doğum haqqında şəhadətnaməni atası Gəncə şəhərindən almışdır. O, qeyd olunan doğum haqqında şəhadətnamə əsasında Ukrayna Respublikasının vətəndaşlığını almışdır. Rusiya Ukrayna müharibəsi ilə əlaqədar olaraq qaçqın kimi avropaya məcburi köç etmişlər. Onun doğum haqqında şəhadətnaməsi Ukraynada qalmışdır. Hal-hazırda Avropada vətəndaşlıq almağı üçün sənədlər siyahısında doğum haqqında şəhadətnamə lazımdır. Doğum haqqında təkrar şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etmiş, araşdırma zamanı müəyyən olundu ki, onun ümumvətəndaş pasportu ilə doğum haqqında şəhadətnamədə uyğunsuzluq vardır.Belə ki, yeganə əlində olan Ukrayna Respublikasının ümumvətəndaş pasportunda onun təvəllüdü xx.xx.1969-cu il göstərilsə də, Cavabdehndə doğum təvəllüdü xx.xx.1968-ci il kimi göstərilmişdir.Doğum akt qeydində doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə düzəliş edilməsi ilə bağlı cavabdeh orqana müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmişdir. O, cavabdeh orqanın imtinası ilə qətiyyən razı deyildir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4771/2024 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Belə ki, işin hallarından görünür ki, iddiaçı doğum akt qeydində onun doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə düzəliş edilməsini tələb etsə də, iddiaçının düzəliş olunmasını tələb etdiyi akt qeydi onun barəsində tərtib olunmuş ilkin akt qeydidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində iddiaçının doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə düzəliş edilməsi üçün kifayət qədər əsas yoxdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı tərəf həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4771/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Həmin arayışda göstərilir ki, İddiaçı xx.xx.1968-ci ildə Ukrayna Respublikası Samatoyevski diyarında anadan olmuşdur. Bu barədə xx.xx.1969cu il tarixdə Cavabdehndə 663 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçıya şəxsiyyət vəsiqəsi və Ukrayna Respublikasının ümumvətəndaş pasportu xx.xx.1969-cu il tarixdə aparılmış 663 nömrəli doğum akt qeydi əsasında verilmişdir. Məhkəmə iclası zamanı da cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının nikah haqqında şəhadətnaməsində də, onun doğum tarixi xx.xx.1969-cu il göstərilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Ukrayna Respublikasının məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı Ukrayna Respublikasında xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Sual yaranır ki, cavabdeh orqan İddiaçı Ukrayna Respublikası Samatoyevski diyarında anadan olmasını xx.xx.1969-cu il tarixdə hansı əsasla aparmışdır. Birinci instansiya məhkəməsi isə bu faktın üstündən sükutla keçmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə kollegiyasına məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Repsublikası Ailə Məcəlləsi: Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Maddə 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”

2. Doğumun qeydə alınması. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Qaydalar”:

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; ... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə müraciət edərək doğum haqqında akt qeydində onun doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə düzəliş edilməsini xahiş etsə də, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası iddiaçının doğum tarixinə doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində göstərilmiş dəlillərini əsaslı hesab etmir. Doğum haqqında akt qeydində dəyişkliklər edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Belə ki, işin hallarından görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının doğum tarixinin onun UKR FX 561612 nömrəli pasportunda və AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir. İş materiallarında olan xx.xx.1969-cu il tarixli 663 nömrəli doğum haqqında akt qeydinə əsasən X7 xx.xx.1968-ci ildə anadan olmuşdur. xx.xx.1974-cü il tarixli 50 nömrəli doğum qeydlərinin bərpa aktına əsasən isə X2 xx.xx.1968-ci ildə anadan olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.1968-ci ildə Gəncə şəhərində X4 doğulmuş X1 atası X3 hesab edilmişdir.Bu barədə xx.xx.1974-cü ildə Cavabdehndə 33 №-li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.1968-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1974-cü il tarixdə Cavabdehndə 50№-li doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Həmçinin iş materiallarından göründüyü kimi Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı xx.xx.1968-ci ildə Ukrayna Respublikası Samatoyevski diyarında anadan olmuş və xx.xx.1969-cu il tarixdə Cavabdehndə 663№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Burdan da aydın olur ki, xx.xx.1969-cu il tarixində doğulacaq, yəni hələ doğulmamış şəxs üçün xx.xx.1969-cu il tarixində doğum haqqında akt qeydi tərtib edilə və şəhadətnamə verilə bilməzdi. Odur ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sonrakı sənədlər ilkin doğum haqqında akt qeydində səhv olması nəticəsinə gəlməyə əsas vermir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, bu qərarda istinad edilən normalara əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi buna əsas verən hüquqi sənədlər əsasında aparılır. İddiaçı doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilməsini tələb etsə də, həmin akt qeydində doğum tarixinin səhv olduğunu təsdiq edən və ona düzəliş edilməsinə əsas verən hər hansı mötəbər sənədi (sübutu) məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının doğum tarixinə doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4771/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar