Məhkəmə qərarları › İş №2-1(104)-175/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-175/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-175/2024 09.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: çıxarışın verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X1 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü tarixli, 2-1(114)-91/2023 saylı qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.0278 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin torpaqları kimi qeyd edilmişdir.

2. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubundan görünür ki, iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir.

3. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6174 nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş məlumatlar (ölçülər, koordinatlar və s.), iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair layihə sənədində qeyd olunan məlumatları (tikililərin yerləşmə planı, tikililərin sayı və s.) müqayisəli şəkildə tədqiq etdikdə məlum olur ki, mübahisəli tikilinin yerləşmə vəziyyəti, tikililərin sayı "xxxx" MMC tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair layihə sənədinə uyğundur. ünvan 2 ünvanda inşa edilmiş tikilinin yarımzirzəmidən, iki mərtəbə və mansard mərtəbədən ibarət olduğunu, birinci mərtəbənin boş sahə olduğunu, ikinci və mansard mərtəbələrdəki yaşayış otaqları və köməkçi tikililər (mətbəx, sanitar qovşağı və s.) kimi istifadə edildiyini, həmçinin mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair layihə sənədində də tikilinin ikinci və mansard mərtəbələrində yerləşən tikililərin yaşayış otaqları və köməkçi tikililər (mətbəx, sanitar qovşağı və s.) olaraq layihələndirildiyini nəzərə alaraq sözügedən tikilinin xarici görkəminin, daxili elementlərinin, planlamasının və istifadə vəziyyətinin fərdi yaşayış evinə uyğun olduğu və eyni zamanda tikilinin istismara yararlı olduğu müəyyən edilir.

4. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-829/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanda inşa edilmiş tikili, **********28 reyestr nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa dair tərtib olunmuş A-660091 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.0278 ha torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş ev üzərində mülkiyyət hüququnun qeydə alınması və 5000 (beş min) manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş ev üzərində mülkiyyət hüququnun qeydə alınması barədə ərizə ilə cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli, **********75 saylı məktubla müraciətinin həll edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı tikintinin istismara tam yararlı olmaması, həmçinin tikilinin qeyri-yaşayış binası tipli olduğu müəyyən edilmiş, bu səbəbdən də fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkün olmamışdır. İddiaçı hesab edir ki, imtina tam olaraq əsassız, qanunsuz və məntiqsizdir. Belə ki, mübahisələndirilən evin tikintiyə yararsız olub-olmaması barədə rəsmi heç bir sənəd mövcud deyildir. İstismara yararsızlığın nədə ifadə edilməsi aydın deyildir. Bundan başqa evin istismara “yararsız” olması ondan başqa kimin hüquqlarına toxuna bilməsi də əsaslandırılmamışdır. Həmçinin evin qeyri-yaşayış binası tipli olması fikiri də tam olaraq əsassız və məntiqsizdir. Əgər iddiaçı “qeyri-yaşayış” sahəsini ev kimi qeydiyyata aldırırsa gələcəkdə həmin evdən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün evin təyinatını dəyişdirməlidir və bununla bağlı müəyyən prosedurlar keçməlidir.

7. İddiaçının vəkili X1 müvafiq ərizəsinə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin tələb “ünvan 2 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili X4 məhkəmə iclasında iddianı müdafiə etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin istismara yararlı olmadığı, tikilinin qeyriyaşayış binası tipli olduğu, həmçinin layihədə göstərilən tikili B (sanitar qovşağ) zəbt olunmuş torpaq sahəsində inşa edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

10. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Hüseynov) xx.xx.2023-cü tarixli, 2-1(114)- 91/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, ünvan 2 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi, xx.xx.2022-ci il tarixli, 10/6174 nömrəli ekspert rəyi üzrə 50 (əlli) manat ekspertiza xərcinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, iş üzrə verilmiş rəylərdən görünür ki, mübahisəli tikili xarici görkəmi, daxili elementləri, planlaması və istifadə vəziyyəti fərdi yaşayış evinə uyğundur və eyni zamanda istismara yararlıdır. Bundan əlavə, sözügedən fərdi yaşayış mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-91/2023 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozmuşdur. Belə ki, aparılan araşdırma zamanı tikintinin istismara tam yararlı olmaması, həmçinin tikilinin qeyri-yaşayış binası tipli olduğu, layihədə göstərilən tikili B (sanitar qovşağı) zəbt olunmuş torpaq sahəsində inşa edildiyi müəyyən olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6174 nömrəli ekspert rəyində ünvan 2 ünvanda inşa edilmiş tikilinin yarımzirzəmidən, iki mərtəbə və mansard mərtəbədən ibarət olduğunu, birinci mərtəbənin boş sahə olduğunu, ikinci və mansard mərtəbələrdəki yaşayış otaqları və köməkçi tikililər (mətbəx, sanitar qovşağı və s.) kimi istifadə edildiyini, həmçinin mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair layihə sənədində də tikilinin ikinci və mansard mərtəbələrində yerləşən tikililərin yaşayış otaqları və köməkçi tikililər (mətbəx, sanitar qovşağı və s.) olaraq layihələndirildiyini nəzərə alaraq sözügedən tikilinin xarici görkəminin, daxili elementlərinin, planlamasının və istifadə vəziyyətinin fərdi yaşayış evinə uyğun olduğu və eyni zamanda tikilinin istismara yararlı olduğu müəyyən edilir. Lakin aparılan araşdırma zamanı ünvan 2 ünvanda fərdi yaşayış evinin istismara tam yararlı olmadığı, tikilinin qeyri-yaşayış binası tipli olduğu müəyyən edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-91/2023 saylı qərarının ləğv edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) X4 apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu, odur ki, təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-91/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

17. Azərbaycan Respublikası Konstitusiyası Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 240. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.9.1.2. Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatıüçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

22. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

24. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

26. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

27. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

28. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

29. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

30. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

31. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

32. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

33. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, İddiaçı ünvan 2 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş ev üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə tikilinin istismara tam yararlı olmadığı, qeyri-yaşayış binası tipli olduğu, həmçinin tikilinin bir hissəsinin zəbt olunmuş torpaq sahəsində inşa edildiyi üçün bundan imtina etmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün bu əsaslar yoxdur.

38. Belə ki, ünvan 4 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Çıxarışda qeyd edilən torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin torpaqları kimi olduğu qeyd edilmişdir. İddiaçı hüquqdan sui-istifadə etmədiyi müddətcə əmlakından (əşyasından) öz arzusu ilə istifadə edə bilər. Qanunvericiliyə görə torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər və torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

39. Birinci instansiya məhkəməsindəki icraat zamanı alınmış Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6174 nömrəli ekspert rəyində göstərilmişdir ki, baxış zamanı əldə olunmuş məlumatlar (ölçülər, koordinatlar və s.), iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair layihə sənədində qeyd olunan məlumatları (tikililərin yerləşmə planı, tikililərin sayı və s.) müqayisəli şəkildə tədqiq etdikdə məlum olur ki, mübahisəli tikilinin yerləşmə vəziyyəti, tikililərin sayı "xxxx" MMC tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair layihə sənədinə uyğundur. ünvan 2 ünvanda inşa edilmiş tikilinin yarımzirzəmidən, iki mərtəbə və mansard mərtəbədən ibarət olduğunu, birinci mərtəbənin boş sahə olduğunu, ikinci və mansard mərtəbələrdəki yaşayış otaqları və köməkçi tikililər (mətbəx, sanitar qovşağı və s.) kimi istifadə edildiyini, həmçinin mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair layihə sənədində də tikilinin ikinci və mansard mərtəbələrində yerləşən tikililərin yaşayış otaqları və köməkçi tikililər (mətbəx, sanitar qovşağı və s.) olaraq layihələndirildiyini nəzərə alaraq sözügedən tikilinin xarici görkəminin, daxili elementlərinin, planlamasının və istifadə vəziyyətinin fərdi yaşayış evinə uyğun olduğu və eyni zamanda tikilinin istismara yararlı olduğu müəyyən edilmişdir.

40. Həmçinin, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-829/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə də ünvan 2 ünvanda inşa edilmiş tikili, **********28 reyestr nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa dair tərtib olunmuş A-660091 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.0278 ha torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi müəyyən olunmuşdur.

41. Göründüyü kimi, iş üzrə verilmiş rəylər ilə müəyyən edilir ki, sözügedən tikili xarici görkəmi, daxili elementləri, planlaması və istifadə vəziyyəti fərdi yaşayış evinə uyğundur və eyni zamanda istismara yararlıdır. Bundan əlavə, sözügedən fərdi yaşayış mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Belə vəziyyətdə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeyd almaqdan imtinası və göstərdiyi dəlillər əsassız olmuşdur.

42. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edildiyindən təmin edilməməli və bu iş üzrə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-91/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar