Məhkəmə qərarları › İş №2-1(104)-175/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-175/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-175/2025 26.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4186/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********036900 nömrəli qərarına əsasən, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti qismən təmin edilmiş, DVX-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə tapşırılmışdır ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********300400 nömrəli qərarı 11696,66 manat hissədə azaldılsın, 73111,4 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın, qeyd olunan hissədə İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini təmin etsin, Vergi Məcəlləsinin 174.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi ödəyicisinin ƏDV öhdəliyinin müəyyən edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsini təmin etsin.

2. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********325700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 0,00 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği, 74574,82 manat vergi və ya sığorta haqqı məbləği (vergi ödəyicisinin hesabladığı vergi və ya sığorta haqqı məbləği 86271,48 manat) hesablanmışdır.

3. xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-S-2xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti dövründə heç bir operativ vergi nəzarəti tədbiri keçirilməmişdir.

4. xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-19885/2024 nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, tərəfindən sonuncu təqdim edilmiş noyabr-2023-cü il ƏDV bəyannaməsində aşağıda qeyd edilən uyğunsuzluqlar səbəblərdən kameral yoxlamanın başa çatdırılması mümkün olmamışdır: 1) Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1630,53 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 0 manat olması təqdim edilən bəyannamələr üzrə ümumilikdə -1630,53 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. 2) 2023-cü ilin 01-xx.xx.2023-cü il aralığında 202963,82 manat dəyərində ərzaqlıq kartof idxal edilmiş, 10-2023 ƏDV bəyannaməsində (Əlavə 2) ay sonuna 257838,98 manat mal qalığı bəyan edilmiş, xx.xx.2023-cü il tarixdə aparılmış OVN nəticələrinə əsasən obyektdə mal qalığı olmamışdır. xx.xx.2023-dən OVN tarixinədək NKA dövriyyənizin 409848,76 manat, təqdim edilmiş e-QF üzrə dövriyyənin 0 manat, ticarət əlavəsi (2%) nəzərə alınmaqla əksik gələn mal (460802,63) üzrə dövriyyənin 470018,7 (460802,63x1,02) manat, 23-xx.xx.2023-cü il NKA dövriyyəsinin 34675,88 manat olması nəzərə alınmaqla noyabr ayı üzrə yaranan 504694,56 manat dövriyyənin VM-nin 174.4-cü maddəsinə əsasən ƏDV-yə cəlb edilməsi məqsədəmüvafiq hesab edilmişdir. 3) Təqdim edilmiş bəyannamənin 310-cu idxalda ƏDV-yə cəlb olunmuş mallara görə ödənilmiş məbləğ və 311-ci idxalda ƏDV-dən azad olunan malların dəyəri sətirlərinin “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunlarında 0.00 manat məbləğin, hesabat dövrü ərzində tərəfinizdən idxal edilmiş mallar barədə Vergilər Nazirliyinin uçot-baza məlumatlarına əsasən müəyyən edilmiş 199457.38 manat məbləğdən 199457.38 manat az əks etdirildiyi müəyyən edilmişdir. 4) Təqdim edilən bəyannamənin 2№-li Əlavəsinin “Mal təqdim edənin vergi ödəyicisinin” 1 sətrində göstərilmiş "FİN" mövcud deyil. 5) 2023-cü ilin Noyabr ayı ərzində tərəfinizdən ƏDV-dən azad edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (0.00 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş ƏDV-dən azad olan dövriyyənin (ƏDV-siz) (471155.88 manat) cəmi (471155.88 manat) məbləği ilə həmin hesabat ayı üzrə təqdim etdiyiniz bəyannamənin 307.3-cü "ƏDV-dən azad olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin ( 0.00 manat) fərqi ( 471155.88 manat) və "307.3-cü "ƏDV-dən azad olunan əməliyyatlar üzrə" hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) ( 0.00 manat), bəyannamənin 5 nömrəli Əlavəsinin 303.34-cü sətir üzrə dövr ərzində daxil olmuş avans məbləğinin ( 0.00 manat) cəmi 471155.88 manat olmasına baxmayaraq 303-cü "ƏDV-dən azad olunan əməliyyatlar" üzrə daxil olmuş məbləğin 0.00 manat göstərilməsi nəticəsində 471155.88 manat kənarlaşma müəyyən edilmişdir. - Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisindən müvafiq dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi, geniş izahat məktubu və məktuba əlavə edilmiş təsdiqedici sənədlər tələb edilmişdir.

5. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21551/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə" qərarla 2023-cü ilin noyabr ayı üzrə 73111,40 manat ƏDV hesablanmış və xx.xx.2024-cü il tarixli **********325700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********325700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********325700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə onun barəsində 2023-cü ilin noyabr ayı üzrə 74574,82 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarın ləğvi ilə bağlı Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə müraciət olunmuş və baş idarə şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul etmişdir. İnzibati şikayətlərə baxılması baş idarəsinin qərarı əsasında cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********325700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Cavabdeh həmin qərarda qeyd olunan hesablamanın əsası kimi aşağıdakıları göstərmişdir: Uçot-baza məlumatlarının araşdırılması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəzarət kassa aparatının dövrü hesabatının ümumi göstəricilərin 6737 çek üzrə 1772332,47 manat, bir çek üzrə orta hesabla satış məbləğinin 263,1 manat olduğu müəyyən olunmuşdur. Bu hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsaslar yaradır. Yuxarıda qeyd olunanlar vergi ödəyicisi tərəfindən real gəlirlərinin gizlədilməsi, adına nəzarət kassa aparatı qeydiyyata salınmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsi yolu ilə vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədi olmasını şərtləndirir. Cavabdeh tərəfindən kameral vergi yoxlamasının keçirilməsi əsası kimi operativ vergi nəzarəti tədbiri üzrə müəyyən edilən halların (uyğunsuluq məktubunda qeyd olunmuşdur) olması qeyd olunsa da, iddiaçıya operativ vergi nəzarəti tədbiri ilə bağlı heç bir qərar, reyestrdən çıxarış, akt təqdim olunmamışdır. Həmçinin cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli məktubda da iddiaçının fəaliyyət dövrü üzrə heç bir operativ nəzarət tədbirinin keçirilmədiyi bildirilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən, **********-23001 obyekt kodlu, ümumi sahəsi 36 m olan təsərrüfat subyektini xx.xx.2023-cü il tarixdə, SUNMİ V1S markalı, VS43233L30162 zavod nömrəli nəzarət kassa aparatını xx.xx.2023cü il tarixdə vergi orqanında uçota aldıraraq kənd təsərrüfatı mallarının pərakəndə satışı ilə məşğul olmuşdur. İddiaçı kənd təsərrüfatı mallarını ölkə xaricindən idxal etməklə nəzarət kassa aparatı vasitəsi ilə satışını həyata keçirmişdir. İddiaçı qeyd edir ki, malların alışı və satışı sənədlər əsasında uçota alınıb və bəyannamədə göstərilməsinə baxmayaraq cavabdeh tərəfindən əsassız olaraq Vergi Məcəlləsinin 174.4-cü maddəsi tətbiq olunaraq ümumi dövriyyəyə ƏDV tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsin xx.xx.2024-cü il tarixli qərarından da müəyyən olunur ki, iddiaçının malların alışının idxal gömrük bəyannaməsi ilə və malların satışının isə nəzarət kassa-aparatı vasitəsi ilə həyata keçirilməsi işin mübahisəsiz halıdır.

8. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, iddia tələbi üzrə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21551/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə" Qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

9. Cavabdeh tərəfindən təqdim edilmiş iddia tələbinə etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi elektron qaimə-fakturalar üzrə 202 963, 82 manat məbləğində kənd təsərrüfatı mal almış, 2023-cü ilin oktyabr ayı üçün ƏDV bəyannaməsinin 2 nömrəli Əlavəsində isə oktyabr ayının sonuna 257 838.98 manat mal qalığı bəyan edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş vergi nəzarəti zamanı iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə mal qalığı aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi nəzarət kassa aparatı üzrə dövriyyəsi 409848.76 manat olmuşdur. İddiaçının özünün təqdim etdiyi izahat əsasında ticarət əlavəsinin 1.5-2.5 faiz olması nəzərə alındıqda NKA üzrə dövriyyəsi 470018.7 (460802.63*1,02) manat, həmçinin 23-xx.xx.2023-cü il tarixlərdə NKA dövriyyəsinin 34675.88 manat olması da nəzərə alındıqda 2023-cü ilin noyabr ayı üzrə fərdi sahibkar İddiaçı ümumi vergi cəlb edilməli dövriyyəsi 504694.56 manat təşkil etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisələndirilən dövr üzrə cari ƏDV bəyannaməsi təqdim edilmiş, alış qiyməti 471155,88 manat göstərdiyi malların dəyərinə 8130.12 manat ticarət əlavəsi tətbiq edərək vergi cəlb edilməli dövriyyəsini 479286 manat bəyan etmiş, nəticədə 1463.42 manat ƏDV hesablamışdır. İddiaçının xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim etdiyi bəyannamədə uyğunsuzluq yaranmış, bununla əlaqədar olaraq ona xx.xx.2024- cü il tarixdə 3-21-2-18/2_17458/2024 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş və İddiaçı uyğunsuzluq məktubu ilə bağlı hər hansı izah, təsdiqedici sənəd və ya məlumat, vergi bəyannaməsi təqdim etmədiyindən xx.xx.2024-cü il tarixdə kameral vergi yoxlaması aparılmışdır. Nəticədə tərəfimizdən xx.xx.2024-cü il tarixli nömrəli 3-21-2-18/21551/2024 qərar qəbul olunmuşdur. VM-nin 153.3 və 174.4-cü maddələrinin əlaqəli təhlilindən belə hüquqi nəticə formalaşır ki, vergi ödəyicisi topdan satış üzrə fəaliyyət göstərdiyi halda müvafiq olaraq təqdim etməni NKA vasitəsilə həyata keçirmişdisə ƏDV-nin ticarət əlavəsindən hesablanması istisna edilir. Yəni adı çəkilən müddəa əməliyyatların müvafiq olaraq düzgün qaydada rəsmiləşdirdiyi halda vergi ödəyicisinə güzəşt verilməsindən bəhs edir. Bildiririk ki, iddiaçı tərəfindən də bu qayda pozulmuşdur. Belə ki, topdan qaydada rəsmiləşdirilməli olan əməliyyata elektron-qaimə faktura təqdim edilməmişdir. "Vergi ödəyicisinin obyekti barədə məlumat"da xx.xx.2023-cü il tarixdə **********-23001 nömrəli kodla 36 kv.metr ölçüdə anbar təsərrüfat subyekti kimi uçota alınmışdır. Aydın məqamdır ki, anbar malların pərakəndə qaydada satışını əvəz edən təsərrüfat subyekti deyil. Bu halda iddiaçının anbara malik olması xüsusatı onun topdan ticarət fəaliyyəti məşğul olduğunu göstərən faktdır. 1 çek üzrə iri partiyalarla malların təqdim edilməsi, topdan qaydada satılmalı olan malların pərakəndə satış qaydasında təqdim edilərək nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilməklə təqdim edilməsi, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən ƏDVnin ümumi dövriyyədən hesablanmasına əsas verir. VM-nin 32-ci maddəsinin tələblərinə əsasən cavabdeh İnzibati orqanın əməkdaşı iddiaçının anbarının olduğu ünvanda xx.xx.2023-cü il tarixdə müşahidə-baxış tədbiri aparmış, baxış zamanı anbarda hər hansı mal qalığı aşkar edilməmiş, təsərrüfat subyektinin şəkilləri araşdırma materialına əlavə edilmişdir. İddiaçının izahatında mal qalığının mövcud olmadığı qeyd olunmuşdur. Fotolar əsasında müəyyən olunur ki, obyektin pərakəndə satış nöqtəsindən daha çox topdan satış üçün nəzərdə tutulmuş anbara uyğundur, pərakəndə ticarət üçün nəzərdə tutulan piştaxta, tərəzinin və nəzarət kassa aparatının obyektdə mövcud deyil. Nəzarət kassa aparatının (NKA-nın) göstəricilərinin araşdırılması zamanı obyektdə NKAnın olmadığı təqdirdə həmin gün üzrə (yəni xx.xx.2023- cü il tarixdə) 50369,47 manat dövriyyə olduğunu, uçotbaza məlumatlarının araşdırılması zamanı isə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəzarət kassa aparatının ümumi göstəricilərin 6737 çek üzrə 1772332,47 manat, bir çek üzrə orta hesabla satış məbləğinin 263,1 manat olduğunu, bu da faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsas verdiyini, qeyd olunanlar vergi ödəyicisi tərəfindən real gəlirlərinin gizlədilməsi, adına nəzarət kassa aparatı qeydiyyata salınmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsi yolu ilə vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədinin olduğunu, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən 2022-ci ilin yanvarın 1- dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının pərakəndə satışı elektron qaimə-faktura və nəzarət kassa- aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablandığını, vergi ödəyicisi tərəfindən satışın anbardan edilməsi və 1 çek üzrə iri partiyalarla malların təqdim edilməsi, topdan qaydada satılmalı olan malların pərakəndə satış qaydasında təqdim edilərək nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilməklə təqdim edilməsi, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən ƏDVnin ümumi dövriyyədən hesablanmasına əsas verdiyini, vergi ödəyicisi tərəfindən 2023-cü ilin noyabr ayı üçün ƏDV bəyannaməsi Vergi Məcəlləsinin 174.4-cü maddəsinin tələbləri pozulmaqla təqdim edildiyi üçün həmin ay üzrə təqdim edilmiş malların ƏDV-siz dəyərinə ƏDV məbləği tətbiq edilməklə vergi hesablanmışdır. Eləcə də iddia ərizəsində iddiaçının nümayəndəsi göstərmişdir ki, "kameral vergi yoxlamasının keçirilməsi əsası kimi operativ vergi nəzarəti tədbiri üzrə müəyyən edilən halların olması qeyd olunsa da, iddiaçıya operativ vergi nəzarəti ilə bağlı heç bir qərar, reyestrdən çıxarış təqdim olunmamışdı." Bununla bağlı bildiririk ki, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi anbarda tərəfimizdən VM-nin 32-ci maddəsinin tələbləri gözlənilməklə baxış, məlumatların toplanması hərəkətləri həyata keçirilmiş və həmin hərəkətlərin də mövcud qanunvericiliyə əsasən vahid məlumat reyestrində qeydiyyatı tələb edilmir. Qeyd etməyi zəruri hesab edilmişdir ki, həyata keçirilmiş kameral vergi yoxlaması zamanı qanunla müəyyən edilmiş müddətə də əməl edilmişdir. Belə ki, iddiaçı 09 sentyabr 2024-cü il tarixdə cavabdeh inzibati orqana 2023-cü ilin noyabr ayı üzrə cari ƏDV bəyannaməsi təqdim etmişdir. 19 sentyabr 2024-cü il tarixdə isə müvafiq kənarlaşma ilə bağlı "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub iddiaçıya göndərilmiş və xx.xx.2024-cü il tarixdə mübahisələndirilən qərar qəbul edilmişdır.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4186/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı malların pərakəndə satışı fəaliyyəti ilə məşğul olur və malları istehlak məqsədi ilə aldığını qeyd edən şəxslərə nəzarət kassa aparatının çekini, satış məqsədilə aldığını qeyd edən şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Buna baxmayaraq, cavabdeh vergi orqanı özünü istehlakçı qismində təqdim edən şəxslərə satılmış və dəyəri nəzarət-kassa aparatına mədaxil edilmiş malları elektron qaimə-faktura təqdim edilmədən satılmış mallar kimi qiymətləndirmişdir. Halbuki, qanunverici yalnız topdansatış fəaliyyəti zamanı, yəni malı alan şəxs həmin malı sahibkarlıq fəaliyyəti üçün, başqa sözlə desək yenidən satış, emal və digər məqsədlər üçün aldığı zaman ona elektron qaimə-fakturanın təqdim edilməsini vergi ödəyicisinin vəzifəsi kimi təsbit etmişdir. Malların alıcısının həmin malları hansı məqsədlə almasını müəyyən etmək isə satıcının vəzifəsi deyil, məhz alıcının məsuliyyətidir. Başqa sözlə, elektron qaimə-faktura alıcı tələb etdiyi halda təqdim edilir, əks halda isə alıcıya nəzarət kassa aparatının çeki təqdim edilir. Göründüyü kimi, iddiaçı qanunvericiliklə onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra etdiyi, yəni malların alıcılarına pərakəndə ticarət zamanı nəzarət kassa aparatının çekini təqdim etdiyi halda, vergi orqanı həmin malların sənədləşdirilmədən satıldığını iddia edərək, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)apellyasiya şikayətinin dəlilləri.

12. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi elektron qaimə-fakturalar üzrə 202 963, 82 manat məbləğində kənd təsərrüfatı mal almış, 2023-cü ilin oktyabr ayı üçün ƏDV bəyannaməsinin 2 nömrəli Əlavəsində isə oktyabr ayının sonuna 257 838.98 manat mal qalığı bəyan edilmişdir. xx.xx.2023-cü il tarixdə tərəfimizdən keçirilmiş vergi nəzarəti zamanı iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə mal qalığı aşkar edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisələndirilən dövr üzrə cari ƏDV bəyannaməsi təqdim edilmiş, alış qiyməti 471155,88 manat göstərdiyi malların dəyərinə 8130.12 manat ticarət əlavəsi tətbiq edərək vergi cəlb edilməli dövriyyəsini 479286 manat bəyan etmiş, nəticədə 1463.42 manat ƏDV hesablamışdır. İddiaçının xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim etdiyi bəyannamədə uyğunsuzluq yaranmış, bununla əlaqədar olaraq ona xx.xx.2024-cü il tarixdə 3-21-2-18/2_17458/2024 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və İddiaçı uyğunsuzluq məktubu ilə bağlı hər hansı izah, təsdiqedici sənəd və ya məlumat, vergi bəyannaməsi təqdim etmədiyindən xx.xx.2024-cü il tarixdə kameral vergi yoxlaması aparılmış, nəticədə xx.xx.2024-cü il tarixli 3-21-2-18/21551/2024 nömrəli qərar qəbul olunmuşdur. Vergi ödəyicisinin nəzarət kassa aparatında olan məlumatlara əsasən xx.xx.2023-cü il tarixində 1025,0 kq və 840,5 manat dəyərində, xx.xx.2023-cü il tarixində isə 100,0 kq və 82,0 manat dəyərində kartof satışı edilmiş, lakin idxal gömrük bəyannamələri araşdırılarkən 2023-cü ilin 15-16 noyabrda 42000,0 kq olmaqla 26678,12 manat dəyərində kartof idxal edilmiş, əvvəlki aylara (2023- cü ilin sentyabr oktyabr) kartof alışı (idxalı) olmamışdır. Yük-gömrük bəyannamələrinə və NKA məlumatlarına əsasən kartofun alış (idxal) qiyməti hər kiloqrama əsasən 0,63 manat, satış qiyməti 0,82 manat, olduğu müəyyən edilmişdir. Buradan görünür ki, vergi ödəyicisi 15-16 noyabrda idxal edilən kartofun satışını müvafiq sənədlərlə (NKA çeki və ya e-qaimə-faktura) rəsmiləşdirmədən həyata keçirmişdir (26678,12 – 82,0 = 26596,12). Araşdırma zamanı NKA-ya xx.xx.2023-cü il tarixində saat 07:04 dən 07:59-a kimi 26077,41 manat dəyərində çek sayı yəni satış sayı 104 müştərini, 08:00 dan 08:05-ə kimi 2738.19 manat dəyərində çek sayı yəni satış sayı 10 müştərini, 08:55 də 82 manat dəyərində 1 müştərini, 12:00-da 442.5 manat dəyərində 1 müştərini,13:08-dən 13:14-ə kimi 2785.98 manat dəyərində çek sayı yəni satış sayı 13 müştərini,14:55 dən 15:33-ə kimi 18243,39 manat dəyərində çek sayı yəni satış sayı 69 müştərini əhətə edərək satış edildiyi müəyyən edilmiş və həmin aralıqda olan satış vaxtları biri digərlərindən 20, 30, 40 saniyə aralığında olmuşdur və ən aşağı satış kiloqram olaraq 20 və ən yuxarı isə 250 kiloqramdır, bu çəkiləri müəyyən edib satmaq üçün 20, 30, 40 saniyə vaxt ərzində etmək praktik olaraq mümkün görünmür. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 202963,82 manat dəyərində ərzaqlıq kartof idxal olunmuş, 2023-cü ilin oktyabr ayı üçün ƏDV bəyannaməsinin 2 nömrəli əlavəsinə əsasən ayın sonuna 257838,98 manat mal qalığı bəyan edilmişdir. xx.xx.2023-cü il tarixdə aparılmış operativ vergi nəzarəti zamanı obyektdə mal qalığı müəyyən edilməmişdir. Bu da vergi ödəyicisi tərəfindən 460802,63 manat dəyərində malların təqdim edilməsi deməkdir. xx.xx.2023-xx.xx.2023-cü il aralığında NKA məlumatlarına əsasən NKA-ya daxil edilmiş 467113,95 manat satış dəyərinin (ticarət əlavəsi daxil) faktiki ticarət əlavəsi göstəriciləri nəzərə alınmaqla ümumilikdə 429626,23 manat dəyərində (maya dəyəri) malın satışını əks etdirdiyi, nəticə etibarilə 460802.63 manat dəyərində (maya) malın satışının rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Qeyd edilən hallar faktiki olaraq vergi ödəyicisinin NKA-ya daxil etdiyi rəqəmlərin formal olaraq daxil edildiyini bir daha sübut edir və nəticə etibarilə DVX-nin İnzibati şikayətlərə baxılması Baş idarəsinin xx.xx.2024-cü il tarixli **********036900 nömrəli qərarında qeyd edilən hallar bir daha təsdiqini tapmış olur və təqdimetmənin topdan və (və ya) pərakəndə qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsaslar yaradır. “Vergi ödəyicisinin obyekti barədə məlumat”da xx.xx.2023cü il tarixdə **********-23001 nömrəli kodla 36 kv.metr ölçüdə anbar təsərrüfat subyekti kimi uçota alınmışdır. Aydın məqamdır ki, anbar malların pərakəndə qaydada satışını əvəz edən təsərrüfat subyekti deyil. Bu halda iddiaçının anbara malik olması xüsusatı onun topdan ticarət fəaliyyəti məşğul olduğunu göstərən faktdır. 1 çek üzrə iri partiyalarla malların təqdim edilməsi, topdan qaydada satılmalı olan malların pərakəndə satış qaydasında təqdim edilərək nəzarət kassa aparatının çeki ilə rəsmiləsdirilməklə təqdim edilməsi, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən ƏDV-nin ümumi dövriyyədən hesablanmasına əsas verir. VM-nin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutuma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Məhz VM-nin 32-ci maddəsinin tələblərinə əsasən cavabdeh inzibati orqanın əməkdaşı iddiaçının anbarının olduğu ünvanda xx.xx.2023-cü il tarixdə müşahidə-baxış tədbiri aparmış, baxış zamanı anbarda hər hansı mal qalığı aşkar edilməmiş, təsərrüfat subyektinin şəkilləri araşdırma materialına əlavə edilmiş, iddiaçının izahatında mal qalığının mövcud olmadığı qeyd olunmuşdur. Fotolar əsasında müəyyən olunur ki, obyektin pərakəndə satış nöqtəsindən daha çox topdan satış üçün nəzərdə tutulmuş anbara uyğundur, pərakəndə ticarət üçün nəzərdə tutulan piştaxta, tərəzinin və nəzarət kassa aparatının obyektdə mövcud deyil. Nəzarət kassa aparatının (NKA-nın) göstəricilərinin araşdırılması zamanı obyektdə NKA-nın olmadığı təqdirdə həmin gün üzrə (yəni xx.xx.2023-cü il tarixdə) 50369,47 manat dövriyyə olduğunu, uçot-baza məlumatlarının araşdırılması zamanı isə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəzarət kassa aparatının ümumi göstəricilərin 6737 çek üzrə 1772332,47 manat, bir çek üzrə orta hesabla satış məbləğinin 263,1 manat olduğunu, bu da faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsas verdiyini, qeyd olunanlar vergi ödəyicisi tərəfindən real gəlirlərinin gizlədilməsi, adına nəzarət kassa aparatı qeydiyyata salınmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsi yolu ilə vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədinin olduğunu, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən 2022-ci ilin yanvarın 1-dən əldə edilmis kənd təsərrüfatı məhsullarının pərakəndə satısı elektron qaimə-faktura və nəzarət kassa- aparatının çeki ilə rəsmiləsdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablandığını, vergi ödəyicisi tərəfindən satışın anbardan edilməsi və 1 çek üzrə iri partiyalarla malların təqdim edilməsi, topdan qaydada satılmalı olan malların pərakəndə satış qaydasında təqdim edilərək nəzarət kassa aparatının çeki ilə rəsmiləsdirilməklə təqdim edilməsi, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən ƏDV-nin ümumi dövriyyədən hesablanmasına əsas verdiyini, vergi ödəyicisi tərəfindən 2023-cü ilin noyabr ayı üçün ƏDV bəyannaməsi Vergi Məcəlləsinin 174.4-cü maddəsinin tələbləri pozulmaqla təqdim edildiyi üçün həmin ay üzrə təqdim edilmiş malların ƏDV-siz dəyərinə ƏDV məbləği tətbiq edilməklə vergi hesablanmışdır. Apellyasiya şikayətinin və birinci instansiya məhkəməsinə təqdim olunmuş etirazın dəlillərindən görünür ki, iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olması sübuta yetirilmiş, nəzarət kassa-aparatının çeklərinə istinad etməklə faktiki olaraq apardığı əməliyyatları pərdələməyə (gizlətməyə) çalışmışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, kassa aparatında göstərilən rekvizitlər idxal olunan malları özündə əks etdirmir, meyvələrin adı ayrı-ayrılıqda deyil, “meyvə” adı ilə qeyd olunur. Gömrük bəyannamələri ilə müəyyən edilir ki, satılan meyvələrin qiymətləri fərqlidir. Kassa aparatında fərqli məbləğ göstərilirsə, deməli ya mal fərqlidir, ya da uçot düzgün aparılmamışdır. Bu səbəbdən də vergi orqanı kassa çeklərində göstərilən məbləğləri qəbul etmir. Bundan başqa hazırki iş üzrə tərəflərindən heç bir operativ vergi yoxlaması həyata keçirilməmişdir.

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, iş üzrə kameral vergi yoxlamasının aparılması üçün əsas mövcud olmamışdır. Vergi orqanı qeyd etdiyi halları aşkarladığı zaman səyyar vergi yoxlaması keçirmək hüququna malik olduğu təqdirdə, qanunsuz hərəkətlərinin nəticəsi olaraq hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Həmçinin, yoxlama tədbirləri qanunsuz aparılmış, iddiaçının obyektində baxış keçirilmişdir.

17. İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili (nümayəndəsi) məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının və vəkilinin (nümayəndəsinin) iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. 24.1. Vergi orqanları: 24.1.1. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xususi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçun vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindəki əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 70.3. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə gostərilmişdirsə. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. 174.4. 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 5 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır.

19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 4-2.1. Yoxlama zamanı yoxlayıcının vəzifələri aşağıdakılardır: 4-2.1.6. yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

21. “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı: 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.2. Vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin hallarından müəyyən edilmişdir ki, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli **********300400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2023-cü ilin noyabr ayı üzrə 84808,06 manat vergi məbləği hesablanmış, Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********036900 nömrəli qərarına əsasən, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti qismən təmin edilmiş, DVX-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə tapşırılmışdır ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********300400 nömrəli qərarı 11696,66 manat hissədə azaldılsın, 73111,4 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın, qeyd olunan hissədə İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini, Vergi Məcəlləsinin 174.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi ödəyicisinin ƏDV öhdəliyinin müəyyən edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsini təmin etsin. Həmin qərar əsasında cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********325700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 0,00 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği, 74574,82 manat vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Bundan sonra cavabdeh eyni əsasla kameral vergi yoxlaması keçirmiş və xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21551/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla cəmiyyət barəsində 2023-cü ilin noyabr ayı üzrə 73111,40 manat əlavə dəyər vergisi hesablayaraq, xx.xx.2024-cü il tarixli **********325700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv etmişdir.

25. İddiaçı tələbində xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21551/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı tərəf hesab edir ki, vergi orqanı tərəfindən sözügedən qərarla hesablanmış vergi haqqı və ya sığorta haqqı məbləğlərinin hesablanması qanunsuz və əsassız olmuşdur.

26. İş materialları ilə müəyyən olunur ki, fərdi sahibkar olan iddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi uçota, xx.xx.2023-cü il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmışdır və əsas fəaliyyət növü təzə meyvə və tərəvəzin pərakəndə satışıdır. Mübahisənin mahiyyəti nəzarət kassa aparatının ümumi göstəricilərində ümumi çek sayı üzrə ümumi satış məbləğinin pərakəndə satış növünə uyğun olmaması ilə əlaqədardır.

27. Belə ki, cavabdeh orqan əlavə vergilərin hesablanması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəzarət kassa aparatının dövrü hesabatının ümumi göstəricilərin 6737 çek üzrə 1772332,47 manat, bir çek üzrə orta hesabla satış məbləğinin 263,1 manat olduğu müəyyən olunmuş, bu hal isə faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsaslar yaradır. Qeyd olunan əsasdan çıxış edən cavabdeh hesab edir ki, vergi ödəyicisi tərəfindən satışın anbardan edilməsi və 1 çek üzrə iri partiyalarla malların təqdim edilməsi, topdan qaydada satılmalı olan malların pərakəndə satış qaydasında təqdim edilərək nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilməklə təqdim edilməsi, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən ƏDV-nin ümumi dövriyyədən hesablanmasına əsas verir.

28. Məhkəmə kollegiyası cavabdeh orqanın mövqeyini əsassız hesab edir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-19885/2024 nömrəli məktubu ilə İddiaçı onun tərəfindən sonuncu təqdim edilmiş noyabr-2023-cü il ƏDV bəyannaməsində hazırki qərarın 4-cü bəndində qeyd edilən uyğunsuzluqların olması bildirilmiş, həmçinin məktubun 2-ci bəndində xx.xx.2023-cü il tarixdə aparılmış OVN nəticələrinə əsasən obyektdə mal qalığının olmaması, xx.xx.2023-cü il tarixdən OVN tarixinədək NKA dövriyyəsinin 409848,76 manat, təqdim edilmiş e-QF üzrə dövriyyənin 00 manat, ticarət əlavəsi (2%) nəzərə alınmaqla əksik gələn mal (460802,63) üzrə dövriyyənin 470018,7 (460802,63*1,02) manat, 23-xx.xx.2023-cü il NKA dövriyyəsinin 34675,88 manat olması nəzərə alınmaqla noyabr ayı üzrə yaranan 504694,46 manat dövriyyənin VM-nin 174.4-cü maddəsinə əsasən ƏDV-yə cəlb edilməsinin məqsədə müvafiq olması qeyd edilmişdir.

29. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-S-2xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti dövründə heç bir operativ vergi nəzarəti tədbiri keçirilməmişdir (cild İ, səh. 61-62).

30. Göründüyü kimi cavabdeh tərəfindən kameral vergi yoxlamasının keçirilməsi əsası kimi operativ vergi nəzarəti tədbiri üzrə müəyyən edilən halların olması qeyd olunsa da (apellyasiya şikayətində də qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə aparılmış operativ vergi nəzarəti zamanı obyektdə mal qalığı müəyyən edilməmişdir), iddiaçıya operativ vergi nəzarəti tədbiri ilə bağlı heç bir sənəd (yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış) təqdim olunmamış, cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli məktubda həmçinin cavabdehin nümayəndəsinin (xx.xx.2025-ci il tarixli məhkəmə iclası, 18-ci dəqiqə) çıxışında iddiaçının fəaliyyət dövrü üzrə heç bir operativ nəzarət tədbirinin keçirilmədiyi bildirilmişdir.

31. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-2.1.6-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir.

32. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

33. Göründüyü kimi uyğunsuzluq məktubunda və apellyasiya şikayətinin dəlillərində operativ vergi nəzarətinin keçirilməsi nəticəsində obyektdə mal qalığının olmamasının müəyyən edildiyi göstərilsə də bu cür vergi yoxlamasının və ya obyektdə baxış keçirilməsinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən rəsmiləşdirilməsinə dair heç bir sənəd təqdim olunmamış, nümayəndə isə çıxışında obyektdə baxışın keçirildiyini qeyd etmişdir.

34. Məhkəmə tərkibi hesab edir ki, bu cür yoxlama nəticəsində əldə edilən dəlillər mötəbər hesab edilməklə şəxsin barəsində məsuliyyət qərarının qəbulu yolverilməzdir.

35. Cavabdeh orqan mübahisələndirilən qərarın qəbul edilməsi əsası kimi və hazırki halda apellyasiya şikayətinin dəlili kimi həmçinin qeyd etmişdir ki, “Vergi ödəyicisinin obyekti barədə məlumat”da xx.xx.2023-cü il tarixdə **********-23001 nömrəli kodla 36 kv.metr ölçüdə anbar təsərrüfat subyekti kimi uçota alınmışdır. Aydın məqamdır ki, anbar malların pərakəndə qaydada satışını əvəz edən təsərrüfat subyekti deyil. Bu halda iddiaçının anbara malik olması xüsusatı onun topdan ticarət fəaliyyəti məşğul olduğunu göstərən faktdır. 1 çek üzrə iri partiyalarla malların təqdim edilməsi, topdan qaydada satılmalı olan malların pərakəndə satış qaydasında təqdim edilərək nəzarət kassa aparatının çeki ilə rəsmiləsdirilməklə təqdim edilməsi, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən ƏDV-nin ümumi dövriyyədən hesablanmasına əsas verir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən, **********-23001 obyekt kodlu, ümumi sahəsi 36 kv.m olan təsərrüfat subyektini xx.xx.2023-cü il tarixdə, SUNMİ V1S markalı, VS43233L30162 zavod nömrəli nəzarət kassa aparatını xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota aldıraraq kənd təsərrüfatı mallarının pərakəndə satışı ilə məşğul olmuş və kənd təsərrüfatı mallarını ölkə xaricindən idxal etməklə nəzarət kassa aparatı vasitəsi ilə satışını həyata keçirmişdir.

37. Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbinə uyğun olaraq vergini ticarət əlavəsindən hesablayaraq bəyan etmiş və dövlət büdcəsinə ödəmişdir. Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.

38. Göründüyü kimi malların alışı və satışı sənədlər əsasında uçota alınıb və bəyannamədə göstərilməsinə baxmayaraq cavabdeh tərəfindən əsassız olaraq Vergi Məcəlləsinin 174.4-cü maddəsi tətbiq olunaraq ümumi dövriyyəyə ƏDV tətbiq edilmişdir.

39. Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 3 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaiməfaktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa- aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır.

40. İddiaçı tərəfindən Vergi Məcəlləsinin 174.4-cü maddəsinə uyğun olaraq malların alışı idxal gömrük bəyannaməsi ilə və malların satışı nəzarət kassa-aparatı vasitəsi ilə həyata keçirilməsinə baxmayaraq cavabdeh ƏDV-ni ticarət əlavəsindən deyil, ümümi dövriyyədən hesablamışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən kənd təsərrüfatı mallarının həm alış, həm də satış sənədləri mövcuddur. Belə ki, iddiaçı malların alışını idxal gömrük bəyannaməsi ilə və satışını isə nəzarət kassa-aparatı vasitəsi ilə həyata keçirmişdir. Cavabdeh orqan isə hər bir çek üzrə satış məbləğlərinin yüksək olmasını qeyd edib, bu səbəbdən də satışın nəzarət kassa-aparatı vasitəsi ilə deyil, elektron qaimə-faktura əsasında hesablanmalı olmasını hesab edərək bu halı vergidən yayınma sxemi kimi qiymətləndirmiş və nəticədə iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.

42. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçı tərəfindən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi halının mövcud olduğu təqdirdə belə cavabdehin hazırki həkətləri qanunsuzdur. Belə ki, qeyd olunan halın mövcud olacağı təqdirdə belə, bu cavabdehə kameral vergi yoxlamasının keçirilməsi üçün əsas vermirdi. Cavabdeh belə olan halda mövqeyinin Vergi Məcəlləsinin 174.4-cü maddəsi ilə deyil, 58.13-cü maddəsi ilə əsaslandırmalı idi.

43. Belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

44. Beləliklə cavabdeh iddiaçının nəzarət-kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satdığı malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, həmin halı sübuta yetirə bilməmişdir.

45. Malların alıcılara satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə həyata keçirilməsi ilə bağlı şərtə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı malların pərakəndə satışı fəaliyyəti ilə məşğul olur və malları alan şəxslərə nəzarət-kassa aparatının çekini təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Malların alıcısının həmin malları hansı məqsədlə almasını müəyyən etmək isə satıcının vəzifəsi deyil, məhz alıcının məsuliyyətidir.

46. Malı satanın (təqdim edənin) alıcının (əldə edənin) bu hərəkəti (fəaliyyəti) ilə arzu etdiyi məhz hansı nəticəyə nail olmaq istəyini müəyyən etmək, bunun üçün alıcıdan həmin malı məhz hansı məqsədlə aldığını bəyan etməyi tələb etmək hüququ və öhdəliyi yoxdur.

47. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən, hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

48. Göründüyü kimi, iddiaçının fəaliyyət növü pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. İddiaçının cavabdehin özünün təsdiq etdiyi kassa aparatı vasitəsi ilə malların satışlarının keçirilməsi qanuna uyğun olmuş, belə ki, satışlar zamanı ƏDV-nin tutulması həyata keçirilmiş, verginin ödənilməsindən hər hansı bir yayınma faktı olmamışdır. Bundan başqa qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır.

49. Belə olan halda, parakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında satılması topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə yetərli mötəbər sübut mövcud olmadığından cavabdehin dəlili əsaslı sayıla bilməz.

50. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasını əhatə edir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.

51. Qanunvericilik vergi orqanına vergi ödəyicisinin qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə vergidən yayındığı hallarda yoxlamanın aparılması və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı geniş hüquqlar tanısa da, hazırki iş üzrə cavabdeh vergi orqanı qanunvericiliklə ona verilmiş hüquqlardan irəli gələn vəzifələrə riayət etmədən prosessual pozuntulara yol vermiş, vergi ödəyicisi olan iddiaçının hüquqlarını pozmuşdur.

52. İddia ərizəsinə etiraz və apellyasiya şikayətinin məzmunu, həmçinin cavabdehin nümayəndəsinin izahatından məlum olur ki, cavabdeh orqan ayrı-ayrı meyvə növlərinin ümumilikdə meyvə başlığı ilə satılmasını iddiaçının xərci kimi hesab etmir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan Vergi Məcəlləsində çeşidlənmənin olmamasının xərc kimi qəbul edilməməsi və ya ümumi dövriyyəyə hesablanması ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmur. Həmçinin əməliyyatların əmtəəsiz olunması da iş üzrə sübut olunmur.

53. Qüvvədə olan vergi qanunvericiliyi birmənalı şəkildə qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

54. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

55. Məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirilən inzibati aktı- qərarı qəbul edən inzibati orqan həmin inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmə yükü daşısa da, hazırki halda mübahisələndirilən inzibati aktın qanuniliyini və əsaslılığını sübut edə bilməmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsi).

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəldiyi hüquqi nəticə düzgündür, bu səbəbdən də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4186/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar