Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-176/2024 10.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Muxtarov Teyyub Asif oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, “qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2142/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin adına verilmiş Gəncə şəhəri, Nizami küçəsi 152 nömrəli fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinə dair aparılmış dövlət qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin aralarında bağlanmış xx.xx.2011-ci il tarixli, İP2-310/7-USD nömrəli ipoteka müqaviləsinə əsasən Əliyeva Mənsurə İsa qızının kredit öhdəliyinin təminatı kimi ona məxsus olan ünvan 1 ünvanda yerləşən 0.0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 41 kv.m yaşayış sahəsi, 78.2 kv.m olan yardımçı sahəni, ümumilikdə ümumi sahəsi 119.2 kv.m sahədən ibarət tikililəri və həmin tikililərin altında yerləşən və tikiliyə aid olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Bundan sonra Əliyeva Mənsurə öz öhdəliyini təmin etmədiyindən Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarına əsasən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi kimi həmin evin fəaliyyətini təmin etdiyi torpaq sahəsi və ipoteka ilə yüklü edilməyən tikililər ipoteka predmetini təşkil etmir və bununla bağlı onunla "xxxx" ASC ilə heç bir razılaşma vəəlavə ipoteka müqaviləsi bağlanmamışdır. Fərdi yaşayış evinin və tikililərin altında yerləşən torpaq sahəsi ilə fərdi yaşayış evinin həyətyanı sahəsinin bir çıxarışla hüququn dövlət qeydiyyatına alınması həyətyanı torpaq sahəsinin, həmin torpaqda inşa edilmiş əlavə tikililərin və əlavə olaraq inşa edilmiş tikililər ipoteka predmetinin tərkibini və ünsürünü təşkil edə bilməz. İddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ünvan 1 nömrəli fərdi yaşayış evi müqavilə tərəfləri arasında bağlanmış ipoteka müqaviləsinin tərkibini, predmetini təşkil etmişdir. Həmin evin üzərində sahiblik və istifadə hüququ isə Gəncə şəhəri, Nizami küçəsi 152 nömrəli fərdi yaşayış evinin və onunu altında yerləşən torpaq sahəsinə eyni həcmli hüquq əsasında "xxxx" ASC tərəfindən əldə edilmişdir. Tərəflər arasında bağlanmış 16 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetini Gəncə şəhəri, Nizami küçəsi 152 saylı fərdi yaşayış evi təşkil etmiş, onun fəaliyyətini təmin edən torpaq sahəsi ilə tikinti altında yerləşən torpaq sahəsinin ipoteka müqaviləsi üzrə hüquqi təsiri nəzərə alınmaqla 0.0396 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən əlavə tikililər "xxxx" ASC-nin heç bir hüququ ilə yüklənməmiş və yaxud məhdudlaşdırılmamışdır. Lakin buna baxmayaraq keçirilmiş hərrac nəticəsində hərracın yekunlarına dair alqı-satqı müqaviləsində və protokolunda yalnız fərdi yaşayış evi qeyd olunduğundan və alqı-satqı müqaviləsinin predmeti olduğundan hazırda ona məxsus olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin və əlavə tikililərin 3-cü şəxsin mülkiyyətinə verilməsinə dair apardığı qeydiyyat əsassızdır. Bununla bağlı cavabdehə müraciət edilsə də cavabdeh tərəfindən qeyd olunan əmlak üzərində hüquqların dövlət qeydiyyatının ləğvi təmin edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2142/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hazırda mübahisələndirilən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli qeydin aparılmasına əsas olmuş ilkin sənədlər qüvvədə olduğu halda ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli qeydin və müvafiq çıxarışın ləğv edilməsi tələbinə mahiyyəti üzrə baxılması mümkün deyil. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami küçəsi 152 nömrəli fərdi yaşayış evinin və onun altında yerləşən torpaq sahəsinin eyni həcmli hüquq əsasında üçüncü şəxs "xxxx" ASC tərəfindən əldə edilmişdir. Nə qədər ki, tərəflər arasında bağlanmış 16 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti Gəncə şəhəri, Nizami küçəsi 152 saylı fərdi yaşayış evi təşkil etmiş, onun fəaliyyətini təmin edən torpaq sahəsi ilə tikinti altında yerləşən torpaq sahəsinin ipoteka müqaviləsi üzrə hüquqi təsiri nəzərə alınmaqla 0,0396 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən əlavə tikililər cavabdeh "xxxx" ASC-nin heç bir hüququ ilə yüklənməmiş və yaxud məhdudlaşdırılmamışdır. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin altında olan torpaq sahəsi və ipoteka ilə yüklü edilməyən tikililər ipoteka predmetini təşkil etmir və bununla bağlı onunla "xxxx" ASC arasında heç bir razılaşma olmamışdır. Fərdi yaşayış evinin və onun yeni tikililərinin altında yerləşən torpaq sahəsinin bir çıxarışla qeydə alınması yeni tikililərin də ipoteka predmeti olmasını təşkil etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, torpaq sahəsi ipoteka ilə yüklü edilməmişdir. Həmin torpaq sahəsində yerləşən ipoteka ilə yüklü olan fərdi yaşayış evindən başqa yeni tikililər də mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək şikayətinin təmin olunmamasını xahiş etdi. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası işə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (qərarın 6.1 və 6.2 bəndləri). Hazırki tələb ilə iddiaçı Gəncə şəhəri, Nizami küçəsi 152 nömrəli fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinə dair aparılmış dövlət qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsini xahiş etmiş, tələbinin əsası kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və özbaşına tikililərin ipoteka ilə yüklü edilməməsi ilə əsaslandırmışdır. İş materiallarında olan 16 avust 2011-ci il tarixli, İP2-310/7-USD nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus ünvan 1-də mülkiyyətində olan 0,0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41 kv metr yaşayış, 78.2 kv metr yardımçı, 119,2 kv metr ümumi sahədən ibarət olan fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0396 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “Hərracın yekunları barədə” xx.xx.2016-cı il tarixli, 27/03 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1-də mülkiyyətində olan 0.0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evin 117937.50 (yüz on yeddi min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat olmaqla ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" ASC-nin nümayəndəsi X2 əldə etməsi qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda mübahisələndirilən qeydiyyat üçüncü şəxsin adına aparılmış, buna əsas isə “Hərracın yekunları barədə” xx.xx.2016-cı il tarixli, 27/03 nömrəli protokol olmuşdur. Odur ki, iddiaçının tələb üzrə subyektiv hüququ mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən iddiaçının hüquqi marağı düzgün müəyyən edilməmiş və iddiada qeyd olunan tələbə düzgün qiymət verilməmişdir. Belə ki, iddiaçı tələbində müqavilədə nəzərdə tutulmadığı halda torpaq sahəsinə və digər tiklilərə dair dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirmiş, məhkəmə mümkünlük şərtlərinin mövud olmaması əsası ilə iddia tələbini mümkün saymamışdır. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar ( qərarın 4.2ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinin 13-cü hissəsində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbində iddiaçı ipoteka müqaviləsi əsasında dövlət reyestrində aparılmış qeydiyyatın inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyindən işə inzibati icraat qaydasında baxılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2142/2023 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Teyyub Muxtarov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-176/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-176/2024
10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver