Məhkəmə qərarları › İş №2-1(104)-178/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-178/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-178/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N363/N0N3 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Mərkəzi Arxivinin xx.xx.N0NN-ci il tarixli, 4/N-4N18 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissənin yaralananların qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. N.Tərtər rayon ərazi özünümüdafiə batalyonu komandirinin xx.xx.199N-ci il tarixli, 159 №-li əmrindən çıxarışdan görünür ki, Tərtər rayon hərbi komissarlığından göndərilmiş hərbi qulluqçulardan İddiaçı (əmrdə adı Alqan yazılmışdır) şəxsi heyətin sırasına daxil edilənlər arasındadır.

3. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 3NN №-li əmrindən çıxarışda qeyd edilmişdir ki, ehtiyat taboru, hərbi hissəni tərk edib yenidən qayıdanlar, bütün növ təminatlara qoyulsunlar və haqlarında cinayət işi qaldırılsın. İddiaçı (əmrdə adı Əlqan yazılmışdır) həmin şəxsi heyətin sırasındadır. 4.Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.N0N0-ci il tarixli, 9/N-10733 nömrəli məktubundan görünür ki, Quliyev X3 ƏÖMB(703) komandirinin xx.xx.199N-ci il tarixli, 159 №-li əmrilə batalyonun şəxsi heyətinin siyahısına daxil edilmişdir. Hərbi hissəni tərk edib yenidən qayıtdığı üçün sürücü, sıravi İddiaçı Əlqan oğlu N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 3NN №-li əmrilə bütün növ təminatlara daxil edilərək haqqında cinayət işi qaldırılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 1N №-li əmrində İddiaçı Əlqan oğlunun yoxlama zamanı ehtiyat taborunun şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 10N №-li əmrində sıravi İddiaçı Əlvan oğlunun (əmrdə atasının adı Əlvan yazılmışdır) xx.xx.1994-cü il tarixdən hərbi hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında İddiaçı Əlqan oğlunun Tərtər RHK-dan çağırılması və uzun müddət hospitalda müalicədə olduğuna görə Müdafiə nazirinin N78 №-li əmrinə əsasən komandirin xx.xx.1994-cü il tarixli 110 №- li əmrilə şəxsi heyətin sıyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü İl tarixli 110 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. 5.Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N0N1-ci il tarixli, 1/Q-543 nömrəli məktubundan görünür ki, iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N0N1-ci İl tarixli iclasında baxılmış və barəsində müsbət qərər qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Belə ki, Mərkəzi Arxivin xx.xx.N0N0-ci il tarixli 9/N-10733 nömrəli arayışına əsasən Tərtər ƏÖMB-da (N nömrəli hərbi hissədə) xidmətdə olan zaman xx.xx.1993-cü il tarixdə haqqında cinayət işinin qaldırılmasına görə, N nömrəli hərbi hissədə xx.xx.1994-cü il tarixdən sonrakı dövrdə xidmət keçməyi və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığı üçün müraciətinin təmin edilməsindən imtina edilmişdir. 6.Apellyasiya icraatı zamanı təqdim edilən Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 fevral N0N3-cü il tarixli, 1N/N-N3711 nömrəli məktubunda qeyd olunur ki, xx.xx.1968-ci ildə Tərtər rayonunda doğulmuş İddiaçı Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat olmamışdır.

Birinci instansiya məhkəməsində icraat: 7.İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(11N)-8008/N0NN nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. 8.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İ Qarabağ Müharibəsi başlayanda Tərtər rayonun müdafiəsini təşkil etmək məqsədilə xx.xx.1991-ci ildə Müdafiə Nazirliyinin N saylı əmri ilə ilk hərbi hissələrdən biri olan Tərtər Ərazi Özünü Müdafiə Batalyonu yaradılmışdır. O, Tərtər ƏÖMB komandirinin xx.xx.199N-ci il tarixli 159 №-li əmri ilə batalyonun şəxsi heyətinin siyahısına daxil edilmişdir. Tərtər rayonunun müdafiəsi uğrunda gedən ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Qısa müddət ərzində batalyonun apardığı uğurlu əməliyyatlar nəticəsində Ağdərənin N0-yə yaxın yaşayış məntəqəsi və Ağdərə şəhəri düşməndən təmizlənmişdir. xx.xx.1993-cü il tarixində nizami hərbi hissələr formalaşdırılmış və bununla da könüllü dəstələr buraxılmışdır. Azərbaycan Ordusunun ilk hərbi hissələri, o cümlədən şəxsi heyətin siyahısına salındığı N saylı hərbi hissə 1993-cü ilin sonundan başlayaraq yalnız Tərtərdə deyil, digər rayonlarda da uğurlu döyüş əməliyyatları həyata keçirmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 1N nömrəli əmri ilə yoxlama zamanı ehtiyat taborunun şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. xx.xx.1994-cü ildə Ağdam rayonunun Güllücə kəndində gedən ağır döyüşlər zamanı sol çiyin nahiyəsinin dəlib keçən güllə yarası və sol ayağının bud nahiyəsindən qəlpə yarası almış, müalicə olunmaq üçün Mingəçevir şəhərində yerləşən hospitala yerləşdirilmişdir. xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər hospitalda müalicə almışdır. Bundan bir gün sonra isə hospitaldan hərbi hissənin sərəncamına yazılmışdır. Uzun müddət hospitalda müalicə aldığına görə Müdafiə Nazirliyinin NN nömrəli əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 110 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. 9.Cavabdehin iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.N0NN-ci il tarixli, 4/N-4N18 nömrəli məktubu və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 3NN nömrəli əmri ilə ehtiyat taboru, hərbi hissəni tərk edib yenidən qayıtdığı üçün sıravi İddiaçı Əlqan oğlunun bütün növ təminatlara qoyulduğu və haqqında cinayət işi qaldırılması qeyd edilmişdir. Həmçinin sözügedən məktubda N nömrəli hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissənin yaralananların qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. 10.Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N363/N0N3 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir. 11.Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının sonrakı xidməti barədə məlumat aşkar edilmədiyindən və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından qanunvericiliklə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi istisna olunur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri 1N.Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N363/N0N3 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər ƏÖMB komandirinin xx.xx.199N-ci il tarixli 159 №-li əmri ilə batalyonun şəxsi heyətinin siyahısına daxil edilmiş, Tərtər rayonunun müdafiəsi uğrunda gedən ağır döyüş əməliyyatlarında iştirak etmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 1N nömrəli əmri ilə yoxlama zamanı ehtiyat taborunun şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. xx.xx.1994-cü ildə Ağdam rayonunun Güllücə kəndində gedən ağır döyüşlər zamanı sol çiyin nahiyəsinin dəlib keçən güllə yarası və sol ayağının bud nahiyəsindən qəlpə yarası almış, müalicə olunmaq üçün Mingəçevir şəhərində yerləşən hospitala yerləşdirilmişdir. xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər hospitalda müalicə almışdır. Bundan bir gün sonra isə hospitaldan hərbi hissənin sərəncamına yazılmışdır. Uzun müddət hospitalda müalicə aldığına görə Müdafiə Nazirliyinin NN nömrəli əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 110 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 14.Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dar qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.1994-cü ildə Ağdam rayonunun Güllücə kəndində gedən ağır döyüşlər zamanı yaralandıqdan sonra müalicə almış və hərbi hissəyə qayıtmamışdır. 16.İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 6N.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: 17.Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: …. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;….. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 18.Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

N5 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: 19.Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. N0.18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.

N3 dekabr N011-ci il tarixədək qüvvədə olmuş «Hərbi xidmət haqqında» Qanun: N1.1. Bu Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət və ehtiyatda xidmət keçilməsinin qaydasını müəyyən edir. NN.N. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. N3.14. Aşağıdakı günlər hərbi xidmətin başlanğıcı sayılır: çağırışçılar üçün-hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün; hərbi vəzifəlilər və qadınlar üçün-hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün; ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan (qəbul edilən) ehtiyatda olan zabitlər üçün-hərbi komissarlığın göstərdiyi məzuniyyətə getmə günü; çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün-hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:

1. Müharibə veteranları N4. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N5.Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: N6.N.N.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. N7.14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. N8.34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. N9.58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 30.68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 31.87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 3N.87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 33.87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 34.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 35.İş mtariellarından göründüyü kimi iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş edir. 36.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməməsi ilə bağlı cavabdehin dəlili ondan ibarətdir ki, iddiaçının qanuni əsasla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. 37.Məhkəmə tərkibi hesab edir ki, bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymətini tapmalıdır. 38.N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 3NN №-li əmrindən çıxarışda qeyd edilmişdir ki, ehtiyat taboru, hərbi hissəni tərk edib yenidən qayıdanlar, bütün növ təminatlara qoyulsunlar və haqlarında cinayət işi qaldırılsın. İddiaçı (əmrdə adı Əlqan yazılmışdır) həmin şəxsi heyətin sırasındadır. 39.Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Mərkəzi Arxivinin xx.xx.N0NN-ci il tarixli, 4/N-4N18 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissənin yaralananların qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. 40.Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.N0N0-ci il tarixli, 9/N-10733 nömrəli məktubundan görünür ki, Quliyev X3 ƏÖMB(703) komandirinin xx.xx.199N-ci il tarixli, 159 №-li əmrilə batalyonun şəxsi heyətinin siyahısına daxil edilmişdir. Hərbi hissəni tərk edib yenidən qayıtdığı üçün sürücü, sıravi İddiaçı Əlqan oğlu N №-li hərfi hissə komandirinin xx.xx.1993-cü il tarixli 3NN №-li əmrilə bütün növ təminatlara daxil edilərək haqqında cinayət işi qaldırılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 1N №-li əmrində İddiaçı Əlqan oğlunun yoxlama zamanı ehtiyat taborunun şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 10N №-li əmrində sıravi İddiaçı Əlvan oğlunun (əmrdə atasının adı Əlvan yazılmışdır) xx.xx.1994-cü il tarixdən hərbi hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında İddiaçı Əlqan oğlunun Tərtər RHK-dan çağırılması və uzun müddət hospitalda müalicədə olduğuna görə Müdafiə nazirinin N78 №-li əmrinə əsasən komandirin xx.xx.1994-cü il tarixli 110 №li əmrilə şəxsi heyətin sıyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü İl tarixli 110 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. 41.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N- dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində...döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə. müdafiə. Orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 4N.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır. 43.İddiaçının qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrdən çıxarış mövcud deyildir. 44.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi ilə yanaşı qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir. 45.“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hərbi qulluqçu statusu itirməsi sübuta yetməmişdir. 46.Odur ki, iddianın təmin olunmaması ilə məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N363/N0N3 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar