Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-179/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-7/2022 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınan xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1458/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 MMC-nin əsl İddiaçı2 ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-7/2022 saylı qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı2 qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia tələbinin icraata götürülüb baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olubolmadığı araşdırılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz hesab edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisənin həlli məqsədilə iş üzrə verilmiş mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində seriya RX 0723212, **********12 reyestr nömrəsi ilə X2 xüsusi mülkiyyət hüququ ilə mülkiyyət hüquqları qeydiyyata alınmış 0.03 ha torpaq sahəsinin A № 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki koordinatları, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində seriya MH 005033, **********80-12301 reyestr nömrəsi ilə iddiaçı "xxxx" MMC-nin mülkiyyət hüquqları qeydiyyata alınmış elektron bazada göstərilən 0.60 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Qeyd olunmalıdır ki, üçüncü şəxsin adına verilmiş və hazırda mübahisələndirilən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarışın verilməsinə əsas Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli, 10 saylı qərarı və həmin qərar əsasında verilmiş 23 avqust 2005-ci il tarixli, JN-0693 KOD 61100028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan sənədlər (bələdiyyə qərarı və müvafiq dövlət aktı) qüvvədə olduğu halda üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi tələbinə mahiyyəti üzrə baxılması mümkün deyil. Məhkəmə kollegiyası bu yanaşmanı əsaslı hesab etmir və aşağıdakıları göstərir. İlk növbədə qeyd edilməlidir ki, hazırda iddia tələbinin mümkünsüz hesab edilməsi üçün əsaslar yoxdur. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyü kimi istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Qanunvericiliyin iddianın mümkünlüyünə dair şərtlərindən də görünür ki, hazırki iddianın mümkünsüz hesab edilməsi üçün əsaslar mövcud deyildir. İş materiallarından da müəyyən olunur ki, hazırki iddia tələbi mümkünlük şərtlərinə cavab verir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq müvafiq qərar qəbul etməli olduğu halda, iddia tələbini mümkünsüz hesab etməkdə əsassız nəticəyə gəlmişdir. Beləliklə də, birinci instansiya məhkəməsi tərəfindən bu addımlar atılmamış ətraflı araşdırma aparılmamışdır. X5 Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərardadı ilə Tərtər rayon Bəyimsarov bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10 nömrəli qərarına əsasən X3 maşınlara texniki xidmət məqsədi ilə Tərtər rayonu, Bəyimsarov kəndində ayrılıb verilən 0,03 ha torpaq sahəsinin ilkin yerquruluşunda qeyd edilmiş koordinatlarının «Torpağa mülkiyyət hüququna dair» JN0693, Kod 61100028 nömrəli Dövlət aktına düzgün qeyd edilib-edilmədiyini, X2 adına işlənmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0693, Kod 61100028 nömrəli Dövlət aktında qeyd olunan koordinatların “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa düzgün qeyd edilib-edilmədəyini müəyyən etmək üçün mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan Tərtər rayonu Bəyimsarov təsərrüfatının kompleks yerquruluşu layihəsində qeydə alınmış “Torpağa mülkiyyət hüququna dair” JN-0693 kod 61100028 nömrəli Dövlət Aktında göstərilən 0.03 ha torpaq sahəsinin yerləşmə mövqeyinin koordinatları ilə Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterinin ********** saylı Reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 0.03 ha torpaq sahəsinə verilmiş A 008508 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlar eynilik təşkil edir. Göründüyü kimi X2 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış «Torpağa mülkiyyət hüququna dair» JN-0693, Kod 61100028 nömrəli Dövlət aktında qeyd olunan koordinatlar əsasında işlənmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, eyni sahəyə 2 fərqli çıxarışların verilməsinin səbəbi o olmuşdur ki, xidmət 2006-cı ildə yaranmışdır, sahənin inzibati bölgüsü ilə bağlı bazada məlumat olmadığına görə sahənin əvvəllər digər subyektin adına qeydə alınması bəlli olmamışdır. Beləliklə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müvafiq araşdırma apararaq iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul etməli olduğu halda, yuxarıda qeyd olunan xüsusatları araşdırmadan iddia tələbini mümkünsüz hesab etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin qismən edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-7/2022 saylı qərardadı ləğv edilsin. İş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-179/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-179/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver