Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-179/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, “pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1915/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X4 yaşa görə əmək pensiyasının təyin edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciətinə, xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-12497/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, eyni zamanda xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 17 il 1 ay 17 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına və Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 86 nömrəli arayışına əsasən "26 Bakı Komissarı" adına üzümçülük sovxozunda işlədiyi dövrdə 1992-ci ildə 6 ay, 1993- cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək haqqı hesablanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda sözügedən akta əsasən Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti idarəsinin sənədləri mühafizə olunması üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr üzrə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmayıb. xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun 1 saylı Qazax-Tovuz regional filialına təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.
2. xx.xx.1976-cı il tarixli, NZ ******* nömrəli hərbi biletdən görünür ki, X5 xx.xx.1976cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
3. xx.xx.1982-ci il tarixli İT-İ № ******* nömrəli əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Şaripovski adına sovxozda dülgər, xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Tovuz rayonu 26 Bakı Komissarı üzümçülük sovxozunun 4 nömrəli briqdasında fəhlə, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsində dülgər işləmişdir.
4. xx.xx.2022-ci il tarixli Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialının aktında qeyd edilmişdir ki, yoxlama zamanı X2 xx.xx.1980-ci il tarixdə 35&5 nömrəli əmrlə sovxozun 4 nömrəli briqadasına fəhlə qəbul edilməsi, xx.xx.1997-ci il tarixdə 89&2 nömrəli əmrlə bütün işçilərlə birlikdə islahatla əlaqədar olaraq ümumi formada işdən azad edilməsi yoxlanılaraq düzgünlüyü təsdiq edildi. X2 1992-1997-ci illərə aid olan əmək haqqına dair Tovuz rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 86 nömrəli arayış yoxlanılaraq akta əlavə edildi. X2 xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsində işləməsini müəssisənin sənədlərinin mühafizə olunması üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən yoxlamaq mümkün olmadı. Tovuz rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 87 nömrəli arayış akta əlavə edildi.
5. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 86 nömrəli X4 barəsində arxiv arayışında qeyd edilmişdir ki, X5 26 nömrəli Bakı Komissarı adına sovxozda işlədiyi dövrdə 1992-ci ilin aprel may, avqust, sentyabr, oktyabr və dekabr, 1993-cü ilin mart, may, iyun, iyul, sentyabr və dekabr, 1994-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust və sentyabr, 1995-ci ilin yanvar, fevral, mart, aprel, iyul və aqvust, 1996-cı ilin isə yanvar, fevral və mart ayları üzrə əmək haqqı almışdır. Qeyd: 1992-ci ilin şəxsi hesab kitabında vətəndaşın soyadında qara var, 1996-cı ilin kitabında vətəndaşın soyadı Əkbərov kimi qeyd edilib. Şəxsi hesab kitablarında vətəndaşların ata adları qeyd edilməyib.
6. Tovuz rayon Dövlət X1 barəsində arxiv arayışında qeyd edilmişdir ki, X5 26 nömrəli Bakı Komissarı adına sovxozda işlədiyi dövrdə 1981-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr və dekabr, 1982-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust və dekabr, 1983-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr və dekabr, 1984-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, oktyabr və dekabr, 1985-ci ilin yanvar, fevral, mart, aprel, sentyabr, oktyabr, noyabr və dekabr, 1986-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr və oktyabr, 1987-ci ilin 12 ayı, 1988-ci ilin 12 ayı, 1989-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr və dekabr, 1990-cı ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr və oktyabr, 1991-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust və noyabr, 1992-ci ilin aprel may, avqust, sentyabr, oktyabr və dekabr, 1993-cü ilin mart, may, iyun, iyul, sentyabr və dekabr, 1994-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust və sentyabr, 1995-ci ilin yanvar, fevral, mart, aprel, iyul və aqvust, 1996-cı ilin isə yanvar, fevral və mart ayları üzrə əmək haqqı almışdır. Qeyd: 1980-ci ilin şəxsi hesab kitabında vətəndaşın soyadı Əkbərov Nurəddin yazılıb, qabağından Hüseynov yazılıb, mötərizə içinə alınıb, qarşısından Fərhad yazılıb. 1992-ci ilin şəxsi hesab kitabında vətəndaşın soyadında qara var, 1996-cı ilin kitabında vətəndaşın soyadı Əkbərov kimi qeyd edilib. Şəxsi hesab kitablarında vətəndaşların ata adları qeyd edilməyib.
7. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-44RA/2-20/2025 nömrəli məktubuna əlavə edilmiş 26 Bakı komissarı adına sovxozunun xx.xx.1980-ci il tarixli, 35 nömrəli əmrindən (xx.xx.1987-ci il tarixli ümumi əmr) görünür ki, həmin əmrlə X3 4 nömrəli briqadasına fəhlə qəbul edilmişdir.
8. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 87 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsinin sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
9. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-44RA/2-50/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsinin sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu əsasdan X4 Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsində işləməsi barədə (işə qəbul edilmə və işdən azad edilmə əmrləri və həmin dövrün əmək haqqı cədvəllərindən çıxarışların) sənədlərin təsdiq edilmiş surətinin göndərilməsi mümkün deyil.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********658700 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində Qazaxsutikinti Trestinin xx.xx.1961-ci il tarixdə 115 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından inventarlaşmadan keçmək və VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir. Reyestrdə Qazaxsutikinti Trestinin 3 nömrəli Tikinti Quraşdırma İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
11. Qazax rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 5-58-15-11/2-240/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 8 nömrəli Rayonlararası Təmir-Tikinti Trestinin sənədləri rayon Qazax rayon Dövlət Arxivində saxlanılmır.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/217094/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Qazaxsutikinti Tresti və ya Trestin 3 nömrəli Tikinti Quraşdırma İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat yoxdur.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-3/2-4198/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-21-3/2-4696/2025 nömrəli məktublarında qeyd edilmişdir ki, Xidmətin arxivində Azərbaycan Respublikası Qazax şəhər 8 nömrəli Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin və Tovuz 3 nömrəli İstehsalat Təmir Tikinti İdarəsinin özəlləşdirilməsinə dair məlumatlar aşkar olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “26 Bakı Komisarı” adına üzümçülük sovxozunda işlədiyi dövrdə 1992-ci ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1966-ci il tarixdən 3.12.1997-ci il tarixədək və xx.xx.1998-ci ildən xx.xx.2005-ci il tarixədək olan Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə dair qərar çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh təşkilata müraciət edərək pensiya yaşının tamam olduğu yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat ona imtina etmişdir. İmtinanı onunla əsaslandırmışdır ki, "26 Bakı Komisarı" adına üzümçülük sovxozunda işlədiyi dövrdə 1992-ci ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmək haqqı hesablanmadığından, həmçinin xx.xx.1998-ci ildən xx.xx.2005-ci il tarixədək olan Tovuz 3 saylı İstehsalat Təmir- Tikinti İdarəsinin sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən nəzərə alınmamalıdır. Cavabdeh təşkilatın vermiş olduğu imtinanı əsassız sayır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının surətindən görünür ki, o, 01.1998-ci ildən xx.xx.2005-ci il tarixədək olan Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində işləmişdir.
16. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “26 Bakı Komisarı” adına üzümçülük sovxozunda 1992-ci ildə 6 ay, 1993cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək, Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
17. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-103343/2024 nömrəli etirazda qeyd olunmuşdur ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, eyni zamanda xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək iddiaçının adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 17 il 1 ay 17 gün təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2005- ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı QazaxTovuz regional filialının araşdırma aktına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş "26 Bakı Komissarı" adına üzümçülük sovxozunda işlədiyi dövrdə 1992-ci ildə 6 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əməkhaqqı hesablanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmayıb. Eyni zamanda əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsinin sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. Məsələnin obyektiv araşdırılması üçün tərəflərindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Tovuz rayon Dövlət Arxivinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmişdir. Müraciətlərinə verilən Tovuz rayon Dövlət Arxivinin cavab məktubunda Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsinin sənədlərinin Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavab məktubunda isə qeyd edilmişdir ki, dövlət reyestrində Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti idarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsi barədə hər hansı məlumatın olmadığı qeyd olunmuşdur. Bu səbəblə sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1915/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə iddiaçının “26 Bakı Komisarı” adına üzümçülük sovxozunda 1992-ci ildə 6 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək, Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində işlədiyi əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. İddiaçının əmək haqqı alması barədə məlumatın aşkar olunmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü- özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətinin məzmunu cavabdehin imtina məktubu və iddia ərizəsinə dair etirazın məzmunu ilə eynilik təşkil edir.
b) apellyasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, onunla işləyən və hazırda yaşa görə əmək pensiyası təyin edilmiş şəxs tanımır, həmin müəssisənin mövcudluğuna dair əlavə, yəni onunla işləyən şəxslərin əmək kitabçasını təqdim etmək imkanı yoxdur.
Tətbiq edilən hüquq:
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər.
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
25. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 №-li Qərarı 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: - İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. 3.4. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 3.13. Əmək müqaviləsinin şərtlərində, ştat cədvəlində və vəzifələrdə aparılan dəyişikliklər, habelə fəhlə və qulluqçuya yeni dərəcələrin verilməsi haqqında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) əsasən aparılır. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
28. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-12497/2024 nömrəli imtina cavabı verilərək bildirilmişdir ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, eyni zamanda xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 17 il 1 ay 17 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına və Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 86 nömrəli arayışına əsasən "26 Bakı Komissarı" adına üzümçülük sovxozunda işlədiyi dövrdə 1992-ci ildə 6 ay, 1993- cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixindən xx.xx.1997- ci il tarixinədək əmək haqqı hesablanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda sözügedən akta əsasən Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti idarəsinin sənədləri mühafizə olunması üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr üzrə əmək haqqı alıbalmadığını müəyyənləşdirmək mümkün olmadığından sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmayıb. xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun 1 saylı Qazax-Tovuz regional filialına təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.
29. Birinci instansiya məhkəməsi tərəfindən imtina əsassız hesab olunmuş, iddiaçının “26 Bakı Komisarı” adına üzümçülük sovxozunda 1992-ci ildə 6 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 4 ay, 1995-ci ildə 6 ay və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək, Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Tovuz 3 saylı İstehsalat Təmir-Tikinti İdarəsində işlədiyi əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edilmişdir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. İddiaçının əmək haqqı alması barədə məlumatın aşkar olunmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
30. Cavabdeh tərəfindən məhkəmənin qərarı mübahisələndirilmiş, hazırki araşdırılmanın predmeti iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “26 Bakı Komissarı” adına üzümçülük sovxozunda və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Tovuz 3 nömrəli İstehsalat Təmir Tikinti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsinin mümkünlüyüdür.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “26 Bakı Komissarı” adına üzümçülük sovxozunda işlədiyini iddia etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi ilə əlaqədar gəldiyi nəticə ilə razılaşır. Belə ki, Tovuz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-44RA/2- 20/2025 nömrəli məktubuna əlavə edilmiş 26 Bakı komissarı adına sovxozunun xx.xx.1980-ci il tarixli, 35 nömrəli əmrindən (xx.xx.1987-ci il tarixli ümumi əmr) görünür ki, həmin əmrlə iddiaçı sovxozun 4 nömrəli briqadasına fəhlə qəbul edilmişdir.
32. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 86 nömrəli X4 barəsində arxiv arayışında qeyd edilmişdir ki, X5 26 nömrəli Bakı Komissarı adına sovxozda işlədiyi dövrdə 1992-ci ilin aprel may, avqust, sentyabr, oktyabr və dekabr, 1993-cü ilin mart, may, iyun, iyul, sentyabr və dekabr, 1994-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust və sentyabr, 1995-ci ilin yanvar, fevral, mart, aprel, iyul və aqvust, 1996-cı ilin isə yanvar, fevral və mart ayları üzrə əmək haqqı almışdır.
33. Digər mübahisələndirilən, yəni iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Tovuz 3 nömrəli İstehsalat Təmir Tikinti İdarəsində işlədiyi illərlə bağlı məhkəmə tərkibi qeyd edir ki, əmək kitabçası sosial sığorta stajını təsdiq edən sənəd olsa da, işin digər hallarından asılı olaraq hər bir zaman sübut kimi qəbul edilə bilməz. Hazırkı işin hallarına görə iddiaçının əmək kitabçasında olan məlumatlar digər sübutlarla təsdiqini tapmamışdır.
34. Belə ki, iddiaçının işlədiyini iddia etdiyi müəssisə ilə bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilmiş, lakin həmin müəssisənin mövcudluğuna və ya fəaliyyətinə dair hər hansı bir məlumat əldə olunmamışdır.
35. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 87 nömrəli və xx.xx.2024-cü il tarixli 3-48-44RA/2-50/2024 nömrəli məktublarında qeyd edilmişdir ki, Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsinin sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu əsasdan X4 Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsində işləməsi barədə (işə qəbul edilmə və işdən azad edilmə əmrləri və həmin dövrün əmək haqqı cədvəllərindən çıxarışların) sənədlərin təsdiq edilmiş surətinin göndərilməsi mümkün deyil.
36. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********658700 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində Qazaxsutikinti Trestinin xx.xx.1961-ci il tarixdə 115 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından inventarlaşmadan keçmək və VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir. Reyestrdə Qazaxsutikinti Trestinin 3 nömrəli Tikinti Quraşdırma İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
37. Qazax rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 5-58-15-11/2-240/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 8 nömrəli Rayonlararası Təmir-Tikinti Trestinin sənədləri rayon Qazax rayon Dövlət Arxivində saxlanılmır.
38. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/217094/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Qazaxsutikinti Tresti və ya Trestin 3 nömrəli Tikinti Quraşdırma İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat yoxdur.
39. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/217094/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-21-3/2-4198/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-21-3/2-4696/2025 nömrəli məktublarında qeyd edilmişdir ki, Xidmətin arxivində Azərbaycan Respublikası Qazax şəhər 8 nömrəli Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin və Tovuz 3 nömrəli İstehsalat Təmir Tikinti İdarəsinin özəlləşdirilməsinə dair məlumatlar aşkar olunmamışdır.
40. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilmiş və işlədiyini iddia etdiyi Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsinin sənədlərinə rast gəlinmir və bu hal onun həmin dövrdə qeyd edilən hüquqi şəxsdə işləməsini istina edir.
41. Belə ki, Tovuz 3 nömrəli İstehsalat Təmir-Tikinti İdarəsinin sənədlərinin Dövlət Arxivində, həmçinin Azərbaycan Respublikası Qazax şəhər 8 nömrəli Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin və Tovuz 3 nömrəli İstehsalat Təmir Tikinti İdarəsinin özəlləşdirilməsinə dair məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində aşkarlanmaması təqdim olunan sənədlərlə təsdiq olunur.
42. Başqa sözlə məhkəmə araşdırılması zamanı iddiaçının sözügedən müəssisədə xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Qeyd edilən səbəblərə görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə qiymət verməklə kifayətlənməməli, iddiaçının mübahisələndirilən dövrlərdə işlədiyini iddia etdiyi müəssisədəki fəaliyyəti barədə məlumatları da araşdırmalı və yalnız bundan sonra münasibət bildirməli idi.
43. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
44. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
45. Beləliklə, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “26 Bakı Komissarı” adına üzümçülük sovxozunda işlədiyi dövrlər sosial sığorta stajına daxil edilsə belə xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Tovuz 3 nömrəli İstehsalat Təmir- Tikinti İdarəsində işlədiyini iddia etdiyi dövrlər yuxarıda qeyd olunan səbəblərə görə iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmadığından, iddiaçının əmək kitabçasına əsasən ümumi əmək fəaliyyəti dövrü ona əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan müddətdən (25 il) az olduğundan cavabdeh öz mövqeyində haqlı olmuşdur.
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
47. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir.
Nəticəvi hissə:
48. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1915/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov