Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-18/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı dəymiş maddi zərərin cavabdeh tərəfindən ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ Giriş hissə: Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və vəkili X6 iştirakları ilə, “maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-79/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. 8024 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhər XDS İK-nin 25 may 1987-ci il tarixli, 77 nömrəli qərarı ilə Q.Hüeynli küçəsində sahəsi 213,8 kv.m olan yaşayış evi Rauf Rzayev, Yusif Rzayev və İddiaçı verilmişdir.
2. **********36-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasortundan görünür ki, faktiki torpaq sahəsi 0,1042 ha, tikinti altında qalan sahə 0.02333 ha qeyd edilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.0346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 166.8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.
4. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə bağlı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən sərəncamın verilmədiyi bildirilmişdir.
5. AN-İ ******* seriya və nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Q.Hüseynli küçəsi 0,0346 ha torpaq sahəsində yerləşən 19A nömrəli ümumi sahəsi 166,8 kv.m, yaşayış sahəsi 97,3 kv.m, yardımçı sahəsi 69,5 kv.m olan fərdi yaşayış evi X1.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 04 aprel 2022-ci il tarixli, **********39 nömrəli məktubunda qeyd olunur ki,İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 166,8 kv.metr olan fərdi yaşayış evi ünvan 4t kontorunun 09 aprel 2015-ci il tarixli 4Ə-58 reyetr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyata alınaraq 30 aprel 2015-ci il tarixli **********36 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 5 ünvanında yerləşən ümumi fərdi yaşayış evinə İdarənin mühəndisi tərəfindən müayinə baxışı keçirilmiş, baxış zamanı ərazidə fərdi yaşayış evinin yararsız və uçuq vəziyyətdə və torpaq sahəsinin hüquqmüəyyənedici sənədlər üzrə 0,346 ha, faktiki vəziyyətə görə isə 0,0533 ha olduğu müəyyən edilmişdir. Bu səbəbdən həmin daşınmaz əmlak üzərində qeydiyyat aparılan zaman X7 adına rəsmiləşdirilmiş çıxarış torpaq sahəsi kimi verilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/404 nömrəli ekspert rəyində qeyd olunur ki, ünvan 6 ünvanında yerləşən ümumi sahələri 314,1 kv.metr olan fərdi yaşayış evinin, mətbəxin, əl damının, ayaqyolunun və çardağın 1 kv.metr sahəsinin bərpası üçün aparmalı təmir-tikinti işlərinin təqribi dəyəri 275 olmaqla, sərf olunmalı ümumi vəsait (2014-cü il ürə qiymət əsas götürməklə) 86 377 manat (314,1x275) təşkil etdiyi müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona dəymiş 150.000 (yüz əlli min) manat maddi zərərin cavabdeh tərəfindən ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 7 ünvanda özünə fərdi yaşayış evi tikdirərək orada yaşamış, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin qeyd olunan fərdi yaşayış evi Cavabdeh başçısı olmuş Elmar Vəliyevin və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyevin qanunsuz hərəkətləri nəticəsində başqa yaşayış evi tikdirmək adı ilə aldadılaraq sökülmüş və iddiaçıya 150.000 (bir yüz əlli min) manat zərər vurulmuşdur. İddiaçı onun mənzillə təmin edilməsi və yaxud ona məxsus fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar dəymiş zərərin ödənilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1232/2021 nömrəli qərardadı ilə Cavabdeh əsl cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-79/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sözügedən tikintinin qismən sökülməsinə dair qanunamüvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdehin həmin əmlakın sökülməsinə dair qanunla müəyyən edilmiş əsasları olmamışdır. Cavabdeh iddiaçının əmlakından məhrum edilməsinin qanunun tələblərinə müvafiq olduğunun yoxlanılmasına heç bir səy göstərməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, söküntü işləri aparılmamışdır. Birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin Gəncə şəhər Nizami rayon İcra hakimiyyətinin göstərişi ilə əvəzi ödənilmədən söküldüyü, bu əsasla iddiaçının həm torpaq sahəsindən, həm də fərdi yaşayış evindən mərhum olunduğu qeyd edilmişdir. Habelə, qərarda cavabdehin nümayəndəsinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etmədiyi qeyd edilmişdir. Ancaq bununla bağlı hər hansı bildiriş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə daxil olmamışdır.
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)18/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərardadı ilə cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir.
16. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyi bildirdi, əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən həmin ərazidə heç bir söküntü işləri aparılmamış, şəxsə heç bir kompensasiya təklif edilməmişdir.
17. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, ev Elmar Vəliyevin vaxtında sökülmüşdür və onlara heç bir kompensasiya ödənilməmişdir. Bundan sonra o, evi söküldüyündən torpaq sahəsini ucuz qiymətə Mühit adlı şəxsə satmışdır. Alıcı kimi Mühit olsa da əsas şəxs onun dayısı Natiq müəllim idi və torpaq sahəsini o, almış pulu da ona o, ödəmişdir. Fərdi yaşayış evi söküldüyündən torpaq sahəsini 2015-ci ildə 24.000 manata satmış, torpağı satanda üzərində ev olmamışdır. Belə ki, o, ancaq torpaq sahəsini satmışdır. Söküntü olduqdan sonra ona kompensasiya ödənilməmişdir və o, hazırda da kirayədə yaşayır.
18. İddiaçının vəkili X12 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi.
Tətbiq olunan hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
24. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu:
7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi qismən təmin edilməlidir.
27. İşin halları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında 0.0346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 166.8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş, bundan sonra 2014-cü ildə şəhər ərazisində aparılan yenidənqurma işləri zamanı ona məxsus evin sökülməsi nəticəsində hər hansı kompensasiya məbləğinin ödənilmədiyini bildirmiş və bu əsasla ümumilikdə 150 000 manat kompensasiya ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
28. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.0346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 166.8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.
29. Cavabdeh orqan isə iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi ilə bağlı hər hansı qərar və ya sərəncam qəbul edilmədiyini bildirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir.
30. Birinci instansiya məhkəməsi iddia tələbini tam əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi əlindən alınmış və həmin torpaq sahəsinin üzərində inşa edilən fərdi yaşayış evi heç bir xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən cavabdeh orqanın əməkdaşları tərəfindən sökülmüşdür.
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, apellyasiya icraatı zamanı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsindən sonra yerləşdiyi torpaq sahəsinin digər şəxsə satılması müəyyən olunmuşdur.
32. Belə ki, AN-İ ******* seriya və nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Q.Hüseynli küçəsi 0,0346 ha torpaq sahəsində yerləşən 19A nömrəli ümumi sahəsi 166,8 kv.m, yaşayış sahəsi 97,3 kv.m, yardımçı sahəsi 69,5 kv.m olan fərdi yaşayış evi X1.
33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 04 aprel 2022-ci il tarixli, **********39 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 166,8 kv.metr olan fərdi yaşayış evi ünvan 4t kontorunun 09 aprel 2015-ci il tarixli 4Ə-58 reyetr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyata alınaraq 30 aprel 2015-ci il tarixli **********36 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 5 ünvanında yerləşən ümumi fərdi yaşayış evinə İdarənin mühəndisi tərəfindən müayinə baxışı keçirilmiş, baxış zamanı ərazidə fərdi yaşayış evinin yararsız və uçuq vəziyyətdə və torpaq sahəsinin hüquqmüəyyənedici sənədlər üzrə 0,346 ha, faktiki vəziyyətə görə isə 0,0533 ha olduğu müəyyən edilmişdir. Bu səbəbdən həmin daşınmaz əmlak üzərində qeydiyyat aparılan zaman X7 adına rəsmiləşdirilmiş çıxarış torpaq sahəsi kimi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında 0,0346 ha torpaq sahəsi X7 adına qeydə alınmışdır.
34. Göründüyü kimi AN-İ ******* seriya və nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsində İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 166,8 kv.metr olan fərdi yaşayış evinin satılması qeyd olunsa da, alqı-satıq müqaviləsinin predmeti real olaraq yalnız torpaq sahəsi olmuşdur. Bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 04 aprel 2022-ci il tarixli, **********39 nömrəli məktubu və aşağıda qeyd olunan şahidlərin ifadələri ilə öz təsdiqini tapır.
35. Belə ki, apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini o almış və adına bir çox yerdə əmlak olduğundan qardaşı oğlu Mühitin adına rəsmiləşdirilmişdir. Yəni real alıcı və pulu ödəyən şəxs odur, qardaşı oğlu Mühitin həmin torpaq sahəsindən xəbəri yoxdur. Həmin ərazi Gəncə şəhərinin mərkəzində yerləşir və orada xeyli torpaq sahələri var. Təxminən 2015-ci ildə iddiaçının torpaq sahəsini satdığını bilmiş və həmin sahəni almışdır. Alqı-satqı müqaviləsində evin satılması qeyd edilsə də torpaq sahəsi tamamilə boş olmuş və o yalnız torpaq sahəsinin pulunu iddiaçıya ödəmişdir. Başqa sözlə ev söküldüyündən yalnız torpaq sahəsini almış və 24 000 manat pul ödəmişdir. Alqı-satqı müqaviləsi bağlananda torpaq sahəsinə baxış keçirmiş və orada olan tiklinin tamamilə uçurulmuş olmasını müəyyən etmişdir. Hazırda da həmin sahə boşdur və heç bir tikinti işləri aparılmamışdır. Onu da qeyd edir ki, torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlananda iddiaçı adına olan çıxarışı yeniləməmiş və notariusda alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin alqı-satqı müqaviləsindən sonra Əmlak xidməti gəlib yoxlayanda evin olmadığını müəyyən etdiyindən Mühitin adına yalnız torpaq sahəsinə dair çıxarış verilmişdir.
36. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində qeyd etmişdir ki, iddiaçı ilə qonşudur və qeyd edilən torpaq sahəsində iddiaçının fərdi yaşayış evi olmuşdur. Lakin sonradan ona və digər qonşulara məxsus ev icra hakimiyyəti tərəfindən sökülmüş və yerində hər hansı bir ev inşa olunmamışdır. Söküntü işlərindən sonra İddiaçı məxsus ev sökülsə də yenidən inşa olunmamışdır və hazırda da həmin torpaq sahəsi boşdur. İddiaçı evi söküləndən sonra torpaq sahəsini satıb köçüb getmişdir. Hazırda orada heç kim yaşamır və heç bir bərpa işi aparılmamışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, fərdi yaşayış evi söküldükdən sonra özgəninkiləşdirilmiş və iddiaçı mülkiyyətində olan əmlakın cavabdeh tərəfindən sökülməsinə dair kompensasiya tələb etmək hüququna malikdir.
38. Göründüyü kimi iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın hazırki vəziyyətinin sökülmüş tikili olması, onun bütövlüyünün pozulması sübut olunmuşdur və qeyd olunan dövrlər üzrə söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılması isə işin mübahisəsiz halıdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıdan alınmadığından və o, həmin sahəni satdığından iddiaçının torpağa dair kompensasiya tələbi hissəsi təmin edilə bilməz və birinci instansiya məhkəməsi qeyd olunan hissə üzrə düzgün nəticəyə gəlməmişdir.
40. Bununla yanaşı apellyasiya kollegiyası onu da qeyd edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin olduğu yerdən avtomobil yolunun genişlənməsi hər hansı fərdin maraqlarına xidmət etməməmiş və fiziki şəxsin mülkiyyətində olmamışdır.
41. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin:
42. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
43. 1.3. yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.
44. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.
45. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır.
46. Hazırki halda iddiaçının fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.
47. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.
48. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
49. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.
50. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.
51. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş).
52. Mülkiyyətin dəyərini artıran müxtəlif hallar varsa, misal üçün, müsadirə olunan əmlak yalnız torpaq sahəsindən ibarət deyilsə, onun ərazisində həm də kommersiya fəaliyyəti həyata keçirilibsə, məsələn, daş karxanası işlədilibsə, belə halları nəzərə almadan kompensasiya ödənildikdə kompensasiyanın adekvatlılığına xələl gətirilmiş olur (Azas Yunanıstana qarşı iş, Afanasiu və başqaları Yunanıstana qarşı iş).
53. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.
54. Vurulmuş ziyanın müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinə qiymətləndirilmə ilə bağlı mütəxəssis təyin edilmiş, lakin rəy verilməsində imtina olunmuşdur (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 08 fevral 2023-cü il tarixli, 3- 21-3-33/2-1092/2023 nömrəli məktubu).
55. Bundan başqa, məhkəmə tərəfindən notariat kontorlarına da müvafiq sorğular göndərilmişdir.
56. 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 597 nömrəli, Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 390 nömrəli məktublarında ünvan 3 ünvanı ətrafında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin rəsmiləşdirilməməsi qeyd edilmişdir.
57. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzini eksperti tərəfindən təqdim edilən 17 mart 2023-cü il tarixli, 10/404 nömrəli ekspert rəyində qeyd olunur ki, ünvan 6 ünvanında yerləşən ümumi sahələri 314,1 kv.metr olan fərdi yaşayış evinin, mətbəxin, əl damının, ayaqyolunun və çardağın 1 kv.metr sahəsinin bərpası üçün aparmalı təmir-tikinti işlərinin təqribi dəyəri 275 olmaqla, sərf olunmalı ümumi vəsait (2014-cü il ürə qiymət əsas götürməklə) 86 377 manat (314,1x275) təşkil etdiyi müəyyən edilir.
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi ziyanın məbləğinin müəyyən edilməsi zamanı yuxarıda qeyd edilən normativ aktlara uyğun qərar qəbul edilməmişdir.
59. Belə ki, iddiaçıya ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir.
60. Başqa sözlə qeyd edilməlidir ki, daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt vaxt olan qiymət götürülməlidir.
61. Birinci instansiya məhkəməsi isə iddianı təmin edərək real bazar dəyəri kimi 150 min manatın iddiaçıya ödənilməsini təmin etmiş, həmin qərar cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmiş, iddiaçı isə təyin olunan maddi ziyanın məbləği ilə razılaşmışdır.
62. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, əmlakın alındığı vaxt üçün müəyyən edilən məbləğə əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsinə görə iddiaçıya ekspert rəyində göstərilən (alınma dövrü üzrə) 86377 manat ödənilməli, torpaq sahəsi artıq özgəninkiləşdirildiyindən iddianın qeyd olunan hissəsi təmin edilməməlidir.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-79/2022 nömrəli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 86 377 (səksən altı min üç yüz yetmiş yeddi) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 100 (yüz) manat məbləğində pul tutularaq MEM VÖEN **********, hesab AZ34CTRE********************, X2, VÖEN **********, müxbir hesab AZ41NABZ**********000003944, kod:210005, S.W.İ.F.T BİC: CTREAZ22 saylı hesabına ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Afiq Hüseynzadə