Məhkəmə qərarları › İş №2-1(104)-181/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-181/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-181/2025 04.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin müəyyən edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(NN4)-773/2024 saylı qərarından İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli, 288 saylı qərarından görünür ki, İddiaçı xidmət keçərkən, xx.xx.N994-cü ildə aldığı travma – diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travmasının mikroocaqlı üzvi, nevroloji nişanələr və davamlı asteno-nevrotik təzahürlərlə müşaiət olunan, kəllədaxili təzyiqin mülayim dərəcədə artması ilə keçən, serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması ilə”, nə səbəbə ki, xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.20N7-ci il tarixli, 2(008)- NN545/20N7 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N2 noyabr N993-cü il tarixli əmri il həmin hərbi hissəyə qəbul olunması, N2 noyabr N993-cü ildən N6 fevral N994-cü ilə kimi Azərbaycan Respbulikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və döyüş əməliyyatları zamanı xx.xx.N994-cü ildə yaralanmasının hüquqi əhəmiyyətli faktı kimi müəyyən edilməsi qət edilmişdir.

3. İş materiallarına əlavə edilmiş TSEK arayışlarından görünür ki, İddiaçı xx.xx.2004cü ildə N il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2005-ci ildə N il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2006-cı il tarixdə müayinə olunmuş və ona N il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2007-ci ildə N il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2008-ci il tarixdə N il müddətinə ikinci dərəcə əlillik, xx.xx.20N4-cü ildə N il müddətinə ikinci dərəcə əlillik, xx.xx.20N5-ci ildə N il müddətinə ikinci dərəcə əlillik, xx.xx.20N6-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daqnozun mətni: Keçirilmiş qapalı KBT-nin mikro ocaqlı üvzü davamlı asteno-nevrotik vəziyyət, serebral oroxnoidit, kəllə daxili hipertenziya. MMS funskiya pozğunluğu, cəngolma tutulmaları ilə. Xroniki bronxit, tez-tez kəskinləşmələrlə. Obliterasiya edici trombonboid. Hər iki aşağı ətrafın baldır arteriyasının stenozu.

4. TSEK müayinələri ilə bağlı altsistemdən çıxarılardan görünür ki, xx.xx.202N-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması, xx.xx.202N-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi, xx.xx.202N-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi, xx.xx.2022ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi,xx.xx.2023-cü il tarixdə diaqnoz öz təsdiqini tapmaması səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və XN-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-N7-4/3-3-379N/2023 nömrəli qərarından görünür ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün əyani müayinəsi keçirilmiş və ona münasibətdə “diaqnozun təsdiqlənməməsi barədə” qərar qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, N6N7 saylı rəydən görünür ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin üzvi xəstəliyi. (hərbi travma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxil olmalar, yaddaş və intellektin enməsi ilə” diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsini təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.20N5-ci il tarixli, 4N3 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarında dair” Əsasnamənin, istərsə də, xx.xx.2022-ci il tarixli, N87 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədiyi müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3897 saylı rəydən görünür ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin üzvi xəstəliyi (hərbi travma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxil olmalar, yaddaş və intellektin enməsi ilə” diaqnoz ona şəxsi stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrlərin nəticələri əsasında müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-N7-4/2-33365/2023 saylı məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2006-cı il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə vətəndaşın əlillik vəziyyəti xx.xx.2008-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonrakı dövrdə şəxsin ikinci dərəcə əlilliyi xx.xx.20N4-cü ildən bir il müddətinə (xx.xx.20N5-ci il tarixədək), növbəti dəfə isə xx.xx.20N5-ci il tarixdən bir il müddətinə (xx.xx.20N6-cı il) müddətinə artırılmışdır. Sonuncu dəfə xx.xx.20N6-cı il tarixində 5 il müddətinə xx.xx.202N-ci il tarixdə avtomatlaşdırılmış qaydada artırılmışdır. xx.xx.202N, xx.xx.202N, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə iddiaçı agentlikdə qəbul olmuşdur. Şəxsə əlilliyin təyininə əsas olmadığı üçün imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin verilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. N0. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.N968-ci ildə Tovuz rayonu, Dondar Quşçu kəndində anadan olmuşdur. N986-cı il tarixdə Tovuz rayonu Hərbi Komissarlığı tərəfindən ordu sıralarına həqiqi hərbi xidmətə çağrılmış, N988-ci il tarixdə SSRİ ordusundan tərxis olmuşdur. xx.xx.N993-cü il tarixdən N999-cu il tarixədək Azərbaycan Ordusu sıralarında xidmət keçmişdir. N saylı hərbi hissənin tərkibində Dağlıq Qarabağ döyüş bölgəsində iştrak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü il tarixdə xəsarət almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının xx.xx.2003-cü il tarixli, 288 saylı qərarına əsasən, ona “Keçirilmiş qapalı kəllə-beyin travmasının mikroocaqlı üzvü, nevroloyi nişanələr və davamlı asteno-nevrotik təzahürlərlə müşaiyət olunan, kəllədaxili təzyiqin mülayim dərəcədə artması ilə keçən, serebral araxnoititlər nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnoz verilmişdir. ”Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi Zamanı Alınmışdır”. Ona 2004-cü il və 2008-ci il tarixləri arasında İİİ-cü qrup əlillik təyin edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2008-ci il tarixdən “keçirilmiş qapalı kəllə-beyin travmasının mikro ocaqlı üzvü, asteno-nevrotik vəziyyət, serebral aroxnoldit, kəllə daxili hipertenziya. MSS funksiya pozğunluğu, cəngolma tutmaları ilə. Xroniki bronxit tez-tez, kəskinləşmələrlə. Obiterasiya edici trombonboid. Hər iki aşağı ərtafın baldır arteriyasının stenozu” diaqnozu qoyulmuşdur. Aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. Əlilliyin müəyyən olunması meyarı İİ dərəcə sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranının pozğunluğları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları qeyd olunmuşdur. Bundan sonra o, xx.xx.2008-ci il tarixdən xx.xx.20N5-ci il tarixədək əlliik müddəti müəyyən olunmuşdur. Təkrar xx.xx.20N6cı il tarixdən əlillik müddəti xx.xx.202N-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2023cü il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən təkrar əlilliyin təyin edilməsindən imtina etmişdir. Lakin aşağıdakı hallara əsasən hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də, ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir. NN. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. N2. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. N3. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2024-cü il tarixli, 2- N(NN4)-773/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-N7-4/3-3-379N/2023 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən İddiaçı orqanizmin funksiyalarının 35-60 faizinin pozulması ilə 2 il müddətində əlilliyin təyin edilməsi, əlilliyin səbəbinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. N4. Məhkəmə iddianı təmin edərkən “Əlilliyin qiymətləndirilməsi Qaydası”na və digər qanunvericilik aktlarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətlərinin dəlilləri

N5. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(NN4)-773/2024 saylı qərarının dəyişdirilməsini xahiş etmişdir. N6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ona əlillik dərəcəsi verilməsi düzgün olsa da, əlillik dərəcəsi kateqoriyasında düzgün qənaətə gəlməmişdir. Məhkəmə hansı əsasa görə ona orqanizmin pozulmasının 35-60 faiz aralığında müəyyən edilməsini, hansı sübuta istinad etməsini əsaslandırmamışdır. Onun cavabdeh orqana müraciəti ona ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən isə ona üçüncü dərəcə əlillik təyin edilmişdir. Hesab edir ki, məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmişdir. N7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(NN4)-773/2024 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. N8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamışdır. Diaqnozun öz əksini tapmaması şəxsin əvvəlki əyani müayinələri zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və XN-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırki vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona xx.xx.2022-ci il tarixli, N87 saylı qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq Agentliyin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri N9. Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

2N. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.N. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən N0 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə N5 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli, NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd N.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd N.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 2.N. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK N0 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən N5 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.N. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.N.N. əlillik müəyyən edildikdən sonra bu Qaydanın N.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.N.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın N.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Bənd 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Bənd 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.N.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd N.N. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.N. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.N.N. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 8N-N00 faiz; 3.N.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 6N-80 faiz; 3.N.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 3N-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-N0, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

24. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamə: Bənd 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Bənd 5.5. TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

26. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. İPM-in 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

28. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. İPM-in 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

30. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 3N. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

32. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

33. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

34. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətlərində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayətləri qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur.

35. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin N.N-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.

36. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq olunmuşdur.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, tərəflərin apellyasiya şikayətlərində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.

39. İşin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli, 288 saylı qərarı ilə İddiaçı birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı travma almış, “Keçirilmiş qapalı kəllə-beyin travmasının mikroocaqlı üzvi, nevroloji nişanələr və davamlı asteno-nevrotik təzahürlərlə müşaiət olunan, kəllədaxili təzyiqin mülayim dərəcədə artması ilə keçən, serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması ilə”, nə səbəbə ki, xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi qeyd edilmişdir.

40. İş materiallarına əlavə edilmiş TSEK arayışlarından görünür ki, İddiaçı xx.xx.2004-cü ildə N il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2005-ci ildə N il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2006-cı il tarixdə N il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2007-ci ildə N il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2008-ci il tarixdə N il müddətinə ikinci dərəcə əlillik, xx.xx.20N4-cü ildə N il müddətinə ikinci dərəcə əlillik, xx.xx.20N5-ci ildə N il müddətinə ikinci dərəcə əlillik, xx.xx.20N6-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daqnozun mətni: Keçirilmiş qapalı KBT-nin mikro ocaqlı üvzü davamlı asteno-nevrotik vəziyyət, serebral oroxnoidit, kəllə daxili hipertenziya. MMS funskiya pozğunluğu, cəngolma tutulmaları ilə. Xroniki bronxit, tez-tez kəskinləşmələrlə. Obliterasiya edici trombonboid. Hər iki aşağı ətrafın baldır arteriyasının stenozu. 4N.TSEK müayinələri ilə bağlı altsistemdən çıxarışlardan görünür ki, xx.xx.202N-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması, xx.xx.202N-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi, xx.xx.202N-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi, xx.xx.2022ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi,xx.xx.2023-cü il tarixdə diaqnoz öz təsdiqini tapmaması səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.

42. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya qoyulmuş diaqnozun onun orqanizmində baş verən pataloji duruma uyğun düzgün müəyyən edilib-edilməməsini müəyyən etmək məqsədilə ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin üzvi xəstəliyi. (hərbi travma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxil olmalar, yaddaş və intellektin enməsi ilə” diaqnoz ona şəxsi stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrlərin nəticələri əsasında müəyyən edilmişdir.

43. İş materiallarında olan Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli, N0875 nömrəli tibbi rəyində diaqnoz “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış KBT-si nəticəsində) şəxsiyyət pozuntusu” kimi, 2 nömrəli X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli çıxarışda diaqnoz “Baş beyin üzvi xəstəliyi (travma, hərbi travma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxil olmalar və yaddaş intellektin enməsi” kimi qeyd olunmuşdur.

44. Bakı şəhəri 2 nömrəli X4 tərəfindən verilmiş göndərişdə iddiaçının mütəmadi olaraq kənar şəxslərin qismən köməyi, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı, davranışına nəzarət etmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması, yalnız sadə bacarıq, (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması, orqanizm funksiyalarının ciddi pozuntulardan irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığının olması qeyd edilmişdir.

45. Göründüyü kimi, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən və əvvəlki əllilik təyinatları aparılan zaman və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli, N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin 7.6.2 bəndi (XBT kodu F07.0) - üzvi mənşəli şəxsiyyət pozuntusu, 7.6.2.N-ci yarımbəndinə əsasən, “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” - orqanizmin funksiyalarının pozulması 35-60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir.

46. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilmiş inzibati orqanın diskresion səlahiyyətə malik olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

47. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

48. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya əlillik təyin edilməsi ilə bağlı Bakı şəhəri 2 nömrəli X4 tərəfindən verilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz, xəstəliyin gedişi və ağırlaşma halı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli, N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin 7.6.2ci bəndinin 7.6.2.N-ci qiymətləndirmə yarımbəndində öz əksini tapmışdır ki, həmin bəndə əsasən də, orqanizmin funksiyalarının 35-60 faizinin pozulması ilə 2 il müddətində əlilliyin təyin edilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-N7-4/3-3-379N/2023 nömrəli qərarının ləğv edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması qənaətinə gəlməkdə haqlı olmamışdır. İş materiallarından göründüyü kimi, tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin edilməsindən cavabdeh orqanın sonuncu imtinası xx.xx.2023-cü il tarixdə olmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-N7-4/3-3- 379N/2023 nömrəli qərarı isə şikayətlər əsasında şəxslərin əyani müayinə cəlb edilməklə yuxarı orqan tərəfindən qiymətləndirilmənin aparılmasından ibarət olmuşdur. Odur ki, hazırki vəziyyətdə mübahisə predmeti cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarı olmalı, əlilliyin təyin edilməsi də məhz cavabdehin sonuncu imtina tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.

50. İşin araşdırılan hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən prosessual hüquq normaları qismən düzgün tətbiq olunmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. 5N. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(NN4)-773/2024 saylı qərarı qismən, yəni Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-N7-4/3-3- 379N/2023 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən İddiaçı əlilliyin təyin edilməsi, əlilliyin səbəbinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılaraq, iddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulması 35-60% olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar