Məhkəmə qərarları › İş №2-1(104)-182/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-182/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-182/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş pul mükafatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(114)-950/N0NN saylı qərarından iddiaçının qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı qəyyumu Qanuni nümayəndə İddiaçı Azərbaycan Republikası Müdafiə Nazirliyinin N15, 050, N və N saylı hərbi hissələrində xidmət etdiyi dövrlərdə ona ödənilməmiş 13-cü əmək haqqının ödənilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Ona görədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı qəyyumu iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N006-cı ildən N0N0-ci ilədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin N15, 050, N və N saylı hərbi hissələrində xidmət etdiyi dövrlərdə ona ödənilməmiş pul mükafatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N1-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra, iddiaçının qəyyumu Qanuni nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hərbi hissələrdə xidmət etdiyi dövrlərdə oğlu İddiaçı ödənilməmiş 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və N9 mart N0NN-ci il tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 15 sentyabr N006-cı il tarixdən 05 aprel N0N0-ci il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin N15, 050,N və N saylı hərbi hissələrində hərbi xidmətdə olmuşdur. N saylı Hərbi Hissə komandirinin 05 aprel N0N0-ci il tarixli, 96 nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.N0N1-ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik verilmişdir. Hərbi xidmətdə olduğu bu dövr ərzində qüvvədə olan qanunvericiliyin tələbinə görə ona nümunəvi hərbçi kimi ildə 1 dəfə mükafat ödənilməliydi. Belə ki, N saylı hərbi hissə komandirinin xidməti xasiyyətnaməsindən görünür ki, o, xidmət etdiyi dövrdə nizam-intizamlı hərbçi olmuşdur. Komandir və rəislərin verdiyi əmr və göstərişləri vaxtında yerinə yetirmiş, nizamnamənin tələblərini bilməklə göstərişləri vaxtında yerinə yetirmiş, hərbi nəzakət və davranış qaydalarına riayət etmiş, dəfələrlə mükafatlandırılmış və heç bir cəza almamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin N7.3- cü maddəsinin tələblərinə əsasən ona mükafat ödənilməsinə mane olan heç bir hal müəyyən edilməmişdir. Belə olan halda hərbi xidmət zamanı nümunəvi xidmətə görə Müdafiə Nazirliyinə müraciət edərək xidmət dövründə ödənilməmiş mükafatın hesablanıb ona verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi xx.xx.N0N1-ci il tarixli, 11/4495 nömrəli məktubu ilə ona imtina edilmişdir. Yuxarıda şərh edilmiş Hərbi Hissə komandirinin xidməti xasiyyətnaməsindən və işin hallarından da göründüyü kimi, onun mükafatdan məhrum edilməyəimə əsas olmamışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin N7.3-cü maddəsində göstərilən və yuxarıda sadalanan heç bir pozuntuya yol verməmiş və komandir heyəti tərəfindən heç vaxt hər hansı bir cəza almamışdır. Göründüyü kimi, Müdafiə Nazirliyinin imtinası tamamilə əsassız və ədalətsizdir. Ona görə də hesab edir ki, N006-cı ildən N0N0-ci ilədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin N15, 050, N və N saylı hərbi hissələrində xidmət etdiyi dövrlərdə ona ödənilməmiş pul mükafatının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(114)-950/N0NN saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş pul mükafatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı qəyyumu Qanuni nümayəndə iddia ərizəsində hərbi hissələrdə xidmət etdiyi dövrlərdə oğlu İddiaçı 13-cü əmək haqqının ödənilmədiyini iddia etsə də, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.N0NN-ci il tarixli, 4719 nömrəli məktubundan görünür ki, Müdafiə nazirinin 14 dekabr N018-ci il tarixli müvafiq əmrinə (məxfi) əsasən, N nömrəli Hərbi Hissənin hərbi qulluqçularına həmin dövr ərzində olduqları vaxtı əmək haqqına əlavə 1,5 əmsalla verilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.N0NN-ci il tarixli, N605 nömrəli məktubundan görünür ki, N nömrəli Hərbi Hissənin sabiq hərbi qulluqçusu İddiaçı birdəfəlik pul mükafatı (13-cü maaşı) N0N0-ci ilin may ayında hərbi qulluqçuların pul təminatı ödənilən zaman Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N017-ci il tarixli, NN nömrəli qərarına əsasən hesablanaraq İddiaçı əmək haqqı kartına köçürülmüşdür. Göründüyü kimi, iddiaçının hazırda tələb etdiyi pul mükafatı iddiaçıya ödənilmişdir. Odur ki, həmin məbləğin iddiaçıya yenidən ödənilməsi istisna edilir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qəyyumu Qanuni nümayəndə qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(114)-950/N0NN saylı qərarının ləğv edilməsi və oğlu İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N15, 050, N və N saylı hərbi hissələrində xidmət etdiyi dövrdə ona ödənilməmiş 13-cü əmək haqqının ödənilməsi vəzifəsinin Azərbyacan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı 15 sentyabr N006-cı ildən 05 aprel N0N0-ci ildək Azərbaycan Respublikası Silahlı qüvvələrinin N15, 050,N və N saylı hərbi hisələrinq hərbi xidmətdə olmuşdur. N saylı Hərbi Hissə komandirinin 05 aprel N0N0-ci il tarixli 96 nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.N0N1-ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik verilmişdir. Hərbi xidmətdə olduğu dövr ərzində qüvvədə olan qanunvericiliyin tələbinə görə ona nümunəvi hərbiçi kimi ildə 1 dəfə 13-cü əmək haqqı ödənilməli idi. Belə ki, işdə olan N saylı hərbi hissə komandirinin Xidməti xasiyyətnaməsindən görünür ki, o xidmət etdiyi dövrdə nizam-intizamlı hərbiçi olmuşdur. Komandir və rəislərin verdi əmr və göstərişləri vaxtında yerinə yetirmişdir, Nizamnamənin tələblərini bilməklə göstərişləri vaxtında yerinə yetirmiş, hərbi nəzakət və davranış qaydalarına riayət etmiş, dəfələrlə mükafatlandılmış və heç bir cəza almamışdır. Belə olan halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamənin N7.3-cü maddəsinin tələblərinə əsasən ona 13-cü əmək haqqının ödənilməsinə mane ola heç bir hal müəyyən edilməmişdir. Ancaq, birinci instansiya məhkəməsi iş üzrə sübutlara hüquqi qiymət verməmişdir. Belə ki, qərarın şikayət olunan əsaslandırıcı hissəsində məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N0NN-ci il tarixli 4719 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirinin 14 dekabr N018- ci il tarixli müvafiq əmrinə əsasən (məxfi) N nömrəli Hərbi Hissənin hərbi qulluqçularının həmin dövr ərzində olduqları vaxt əmək haqqına əlavə 1.5 əmsalla verilmişdir. Məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, Müdafiə Nazirinin qeyd edilən əmri N nömrəli Hərbi Hissənin hərbi qulluqçularına aiddir. İşin hallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissədə qulluq etməmişdir. Bundan başqa məhkəmənin iddiaçının qulluq etmədiyi N nömrəli hərbi hissənin yuxarıda qeyd edilən məktubuna əsaslanması özü də bir səhvdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qərarın əsaslandırıcı hissəndə istinad etdiyi bu dəlil tamamilə yalnışdır. Birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.N0NN-ci il tarixli, N605 nömrəli məktubundan görünür ki, İddiaçı birdəfəlik pul mükafatı (13-cü maaş) N0N0-ci ilin may ayında Müdafiə Nazirinin xx.xx.N017-ci il tarixli NN nömrəli qərarına əsasən hesablanaraq İddiaçı əmək haqqı kartına köçürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə də tamamilə əsassız hesab edilir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin xx.xx.N0NN-ci il tarixli 1584 nömrəli arayışından göründüyü kimi İddiaçı xx.xx.N006-cı ildən xx.xx.N007-ci ilədək SQ TTM-də kursant, xx.xx.N007-ci ildən xx.xx.N008-ci ilədək N nömrəli hərbi hissədə, xx.xx.N008-ci ildən xx.xx.N01N-ci ilədək N nömrəli hərbi hissədə, xx.xx.N017-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N nömrəli hərbi hisədə Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizirlərin həqiqi hərbi xidmətində olmuşdur. N nömrəli hərbi hissənin məktubu da mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı kart hesabına 13-cü əmək haqqı kimi hər hansı məbləğdə pul köçürülməyib. Əgər köçürülübsə N nömrəli hərbi hissə komandanlığı İddiaçı kart hesabına nə vaxt hansı məbləğdə və hansı il üçün 13-cü maaşını köçürülməsini məktubda nəyə görə konkret olaraq göstərilməyib. İkinci yalnız bir dəfə köçürülmüş məbləğ var ki, oda 13-cü əmək haqqı deyil pul mükafatıdır. İşin hallarından da göründüyü kimi İddiaçı xx.xx.N017-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək, yəni 4 il N nömrəli hərbi hisədə qulluq edib. Qanunun tələbinə görə 13-cü maaş kimi əmək haqqı ildə 1 dəfə ödənilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin mötəbər sübut növü kimi qəbul etdiyi N nömrəli Hərbi Hissənin xx.xx.N0NN-ci il tarixli, N605 nömrəli məktubu həqiqəti özündə əks etdirmir. İş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 6N.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli, NN nömrəli əmrilə “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”: - N7.1-ci bəndinə əsasən, hərbi qulluqçulara cari ilin yanvar ayında ötən ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə əmrin imzaladığı günə əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir; - N7.3-cü bəndinə əsasən, ...hissə komandirləri xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinəyət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarının azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər; - N7.8-ci bəndinə əsasən, bütün hallarda hərbi qulluqçulara mükafatın ödənilməsi əmrində mükafatın kimə və hansı məbləğdə ödənilməsi, habelə mükafatın azaldılması və ya tam məhrum edilmə səbəbləri göstərilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. - 10.N-ci maddəsinə əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı qəyyumu Qanuni nümayəndə İddiaçı Azərbaycan Republikası Müdafiə Nazirliyinin N15, 050, N və N saylı hərbi hissələrində xidmət etdiyi dövrlərdə ona ödənilməmiş 13-cü əmək haqqının ödənilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etdiyin məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyator şikayətinin əsas dəlili kimi göstərmişdir ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin xx.xx.N0NN-ci il tarixli 1584 nömrəli arayışından göründüyü kimi İddiaçı xx.xx.N006-cı ildən xx.xx.N007-ci ilədək SQ TTM-də kursant, xx.xx.N007-ci ildən xx.xx.N008-ci ilədək N nömrəli hərbi hissədə, xx.xx.N008-ci ildən xx.xx.N01N-ci ilədək N nömrəli hərbi hissədə, xx.xx.N017-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N nömrəli hərbi hisədə Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizirlərin həqiqi hərbi xidmətində olmuşdur. N nömrəli hərbi hissənin məktubu da mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı kart hesabına 13-cü əmək haqqı kimi hər hansı məbləğdə pul köçürülməyib. Əgər köçürülübsə N nömrəli hərbi hissə komandanlığı İddiaçı kart hesabına nə vaxt hansı məbləğdə və hansı il üçün 13-cü maaşını köçürülməsini məktubda nəyə görə konkret olaraq göstərilməyib. İkinci yalnız bir dəfə köçürülmüş məbləğ var ki, o da 13-cü əmək haqqı deyil pul mükafatıdır. İşin hallarından da göründüyü kimi İddiaçı xx.xx.N017-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək, yəni 4 il N nömrəli hərbi hisədə qulluq edib. Qanunun tələbinə görə 13-cü maaş kimi əmək haqqı ildə 1 dəfə ödənilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin mötəbər sübut növü kimi qəbul etdiyi N nömrəli Hərbi Hissənin xx.xx.N0NN-ci il tarixli, N605 nömrəli məktubu həqiqəti özündə əks etdirmir. Kollegiya qeyd edir ki, N saylı hərbi hissənin xx.xx.N0N3-cü il tarixli, 737 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı birdəfəlik pul mükafatı (13-cü maaşı) N0N0-ci ilin may ayında hərbi qulluqçuların pul təminatı ödənilən zaman yanvar-mart ayları üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N017-ci il tarixli NN nömrəli qərarına əsasən hesablanaraq N07,58 (iki yüz yeddi manat 58 qəpik) manat İddiaçı digər ödənişlərilə birlikdə ümümilikdə NN91,64 (iki min iki yüz doxsan bir manat 64 qəpik) manat əmək haqqı kartına köçürülmüşdür. Həmin məktubun qeyd hissəsində bildirilmişdir ki, məhkəmə qərarına əsasən birdəfəlik pul mükafatından (13-cü maaşı) 103,79 (yüz üç manat 79 qəpik) manat (33%) aliment tutularaq X1 hesabına köçürülmüşdür. Saxlanma müddəti bitdiyi üçün tələb olunan sənədləri təqdim etmək mümkün deyil. Bundan başqa N saylı hərbi hissənin xx.xx.N0N3-cü il tarixli, 1N64 saylı məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı N01N-ci ildən N017-ci ilin aprel ayına qədər olan müddətdə xidmət etdiyi dövrdə bir dəfəlik pul mükafatının verilməsi illər üzrə: N01N-ci il 75% (yetmiş beş faiz) Hərbi Hissə komandirinin 934 nömrəli xx.xx.N01N-ci il tarixli əmri; N013-cü il 100% (yüz faiz) Hərbi hissə komandirin xx.xx.N013-cü il tarixli Məxfi əmri; N014-cu il 50% (əlli faiz) Hərbi Hissə komandirinin xx.xx.N015 ci il tarixli Məxfi əmri; N015-ci il aydiyyatı bölmə tərəfindən məlumatlar təqdim edilmədiyi üçün məlumat vermək mümkün olmamışdır. Həmin məktubun qeyd hissəsində bildirilmişdir ki, birdəfəlik pul mükafatının ödənilməsi ilə bağlı olan sənədlərin məhv olunmasına dair Azərbaycan Respublikasının Müdafiə Nazirinin N8 oktyabr N015-ci il 44 nömrəli qərarı və maliyyə sənədlərinin saxlanılma müddəti ilə bağlı Müdafiə Nazirinin müvafiq (məxfi olduğu üçün) qərarına əsasən sənədlərin saxlanılma müddəti 3 (üç) il olduğu üçün məhv edilmiş bu səbəbdən ödənilən məbləğlər haqqında məlumat vermək mümkün olmamışdır. Həmçinin iş materiallarında olan N saylı hərbi hissənin xx.xx.N0N3-cü il tarixli, N736 saylı məktubundan görünür ki, baş gizir X3 N007-N011-ci illərdə birdəfəlik pul mükafatı döyüş hazırlığı aşağı səviyyədə olduğuna, zəif hərbi intizam və xidməti vəzifələrini layiqincə yerinə yetirmədiyinə görə qeyd olunan qaydada ödənilib: - N007-ci ildə N nömrəli hərbi hissədə N % həcmində; - N008-ci ildə N nömrəli hərbi hissədə birdəfəlik pul mükafatından məhrum edilib; - N009-cu ildə N nömrəli hərbi hissədə N % həcmində; - N010-cu ildə N nömrəli hərbi hissədə N % həcmində; - N011-ci ildə N nömrəli hərbi hissədə N % həcmində; - N01N-ci ildə N nömrəli hərbi hissəyə göndərilərkən yanvar-aprel aylarındakı xidmətinə görə birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq görülüb. Bundan başqa N saylı hərbi hissənin xx.xx.N0N3-cü il tarixli, 3183 saylı məktubundan görünür ki, hərbi hissə komandirləri onlara verilmiş hüquqlardan istifadə edərək ehtiyatda olan baş gizir XN N007-N01N-ci illərdə xidmətini qiymətləndirərək illər üzrə birdəfəlik pul müavinətini aşağıdakı qaydada müəyyən ediblər: - N007-ci ildə N nömrəli hərbi hissədə N % həcmində; - N008-ci ildə N nömrəli hərbi hissədə məhrum edilib; - N009-cu ildə N nömrəli hərbi hissədə N % həcmində; - N010-cu ildə N nömrəli hərbi hissədə N % həcmində; - N011-ci ildə N nömrəli hərbi hissədə N % həcmində; - N01N-ci ildə N nömrəli hərbi hissədə tam həcmdə. Yuxarıda sadalananlardan göründüyü kimi iddiaçı tərəfindən tələb edilən ödənilməmiş pul mükafatı İddiaçı müvafiq qaydada ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, artıq ödənilməsi tələb olunan pul mükafatı İddiaçı ödənilməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçının tələbi əsassızdır. Göründüyü kimi apellyatorun şikayətində qeyd etdiyi dəlilləri formal mülahizələrinə əsaslanmaqla hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(114)-950/N0NN saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar