Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-185/2025 27.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2957/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən verilmiş İddiaçı məxsus olan xx.xx.2016-cı il tarixli, SX ******* nömrəli hərbi biletdə göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə mexanik-radiotelefonçu kimi xx.xx.2020-ci il tarixli, N nömrəli əmrlə hərbi hissənin siyahısına daxil olmuş, xx.xx.2021-ci il tarixli, 10 nömrəli əmrlə siyahıdan çıxarılmış, Kəlbəcər rayon istiqamətində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində mexanik-radiotelefonçu vəzifəsində xidmət etmişdir. İ-3788 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2372 nömrəli Sərəncamı ilə İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 267 nömrəli Əmrindən çıxarışdan görünür ki, ehtiyatda olan əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, döyüş hazırlığı məşğələlərinin keçirilməsi üçün N nömrəli hərbi hissəyə ezam olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli Əmrindən çıxarışdan görünür ki, ehtiyatda olan əsgər İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətdən qayıtmış hesab edilmiş və 2-ci haubitsalı artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqasının (divizion qərargahının) mexanik-radiotelefonçusu vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 10 nömrəli Əmrindən çıxarışdan görünür ki, 2-ci haubitsalı artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqasının (divizion qərargahının) mexanik-radiotelefonçusu əsgər İddiaçı hərbi xidmətdən tərxis edildiyinə görə xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissənin Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə və tabeliyində olan hərbi hissələrdən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə düşmən təxribatının qarşısının alınması zamanı əks-həmlə əməliyyatlarında iştirak etmiş, təltif olunmaları üçün 02-03 dekabr 2020-ci il tarixlərində elekton adlı siyahıları Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmiş şəxsi heyətin adlı siyahıları Baş İdarəyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş siyahıda “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması üçün N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı adı da qeyd olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 418 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağrılaraq, xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdə tərxis olunmuşdur. Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 77 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təlim toplanışa cəlb olunmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kəlbəcər rayon istiqamətində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdən SHXÇDX-nin Gəncə şəhər Nizami rayon şöbəsində qeydiyyatdadır. N nömrəli hərbi hissənin İddiaçı ünvanladığı noyabr 2022-ci il tarixli 5043 nömrəli məktubunda qeyd edilmişdir ki, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması sənədləşdirmədə səhvən göstərilmişdir. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vətən müharibəsi zamanı Tovuz rayonunda yerləşən N nömrəli hərbi hissənin tərkibində öz xidməti vəzifəsini yerinə yetirmişdir. Bilavasitə döyüş əməliyyatları gedən ərazilərdə döyüşlərdə iştirak edən və həmin ərazilərə ezamiyyət vərəqəsi əsasında göndərilmiş hərbi qulluqçuların dövlət təltifi ilə mükafatlandırılması nəzərdə tutulmuşdur. Tovuz rayonu döyüş əməliyyatları olan ərazilərə daxil olmadığı üçün döyüş iştirakçılarına nəzərdə tutulmuş təltiflərlə təltif olunmağınız məqsədəuyğun hesab edilməmişdir. Lakin adının sənədləşdirmədə səhvən təltiflər siyahısına salınması tərəflərindən araşdırılmış və aidiyyəti üzrə vəzifəli şəxslər intizam çərçivəsində cəzalandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 2/2-5531 nömrəli məktubda qeyd edilmişdir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissənin qərargah rəisinin xx.xx.2022-ci il tarixli 5043 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarını əsas tutaraq xidmət etdiyi ərazi Tovuz rayonunda yerləşdiyinə və həmin ərazi döyüş əməliyyatları aparılan ərazi hesab olunmadığına görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün onun sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və hərbi bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılan döyüş əməliyyatlarına cəlb olunmamışdır. Azərbaycan Ordusunun “Vətən müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqındakı Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq məxfi əmrinə əsasən 2-ci artilleriya divizionunun 4-cü, 5-ci və 6-cı batareyaları istisna olunmaqla göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Nazirlər Kabinetinə göndərilən siyahıya salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əsgər kimi xidmət etmiş və Kəlbəcər rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Məhz bu səbəbdən o, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Həmçinin iddiaçının X3 dövründə döyüşlərdə iştirak etməsi barədə məlumatlar ərizəsinə əlavə etdiyi arayış və hərbi biletlə öz təsdiqini tapır. Məhz bu səbəbdən iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək ona “Müharibə vetaranı” adı və vəsiqəsi verilməsi üçün adının Nazirlər Kabinetinə göndərilən siyahıya salınmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan onun ərizəsinə cavab verməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək hesab edir ki, iddiası təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı şöbəsi rəisinin xx.xx.2022-ci il tarixli 5043 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin Tovuz rayonunda yerləşən bölməsində öz xidməti vəzifələrini yerinə yetirmişdir. Tovuz rayonu döyüş əməliyyatları olan ərazilərə daxil olmadığı üçün İddiaçı döyüş iştirakçılarına nəzərdə tutulmuş təltiflərlə təltif olunması məqsədəuyğun hesab edilməmişdir. İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı, və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirak etməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2957/2024 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Əvvəla qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş və ona qeyd olunan Medalın İ-3788 nömrəli vəsiqəsi verilmişdir. “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə həmin Medal haqqında Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, İddiaçı məxsus olan xx.xx.2016cı il tarixli, SX ******* nömrəli hərbi biletdə, N nömrəli hərbi hissədə mexanik-radiotelefonçu kimi xx.xx.2020-ci il tarixli, N nömrəli əmrlə hərbi hissənin siyahısına daxil olduğu, xx.xx.2021-ci il tarixli, 10 nömrəli əmrlə siyahıdan çıxarıldığı, Kəlbəcər rayon istiqamətində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində mexanikradiotelefonçu vəzifəsində xidmət etdiyi qeyd edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 267 nömrəli Əmri ilə xx.xx.2020-ci il tarixdən hərbi hissənin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, döyüş hazırlığı məşğələlərinin keçirilməsi üçün N nömrəli hərbi hissəyə ezam olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli Əmri ilə N nöməli hərbi hissədən ezamiyyətdən qayıtmış hesab edilmiş və 2-ci haubitsalı artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqasının (divizion qərargahının) mexanikradiotelefonçusu vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 10 nömrəli Əmri ilə hərbi xidmətdən tərxis edildiyinə görə xx.xx.2021ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə göndərilmişdir. Göründüyü kimi iddiaçının müharibə dövründə hərbi xidmət keçməsi, bütün növ təminatlara daxil edilməsi, nəticə etibarilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd olunan sənədlər - hərbi bilet, hərbi hissənin müvafiq əmrləri, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq olunur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)2957/2024 saylı qərarının ləğv edilməsini və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirak etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının "Müharibə veteranı adı və vəsiqəsinin” verilməsinə dair müraciətinə dair müsbət qərar qəbul edilməmişdir. Məhkəmə tərəfindən iddiaçının 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək hansı ərazilərdə döyüş təminatı üzrə tapşırıqları icra etməsi müəyyənləşdirilməmiş, bu hal hərbi hissə tərəfindən təqdim edilmiş hər hansı arayış və əmrlə sübuta yetirilməmiş, yalnız iddiaçıya məxsus hərbi biletdə olan qeydlə kifayətlənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. İnzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.
Apellyasiya məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçmişdir. O, xx.xx.2020-ci il tarixdən hərbi təlim toplanışına çağırılmış və N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən 2-ci haubitsalı artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqasının mexanik-radiotelefonçusu vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamı və Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmrinə əsasən İddiaçı səfərbərlik üzrə hərbi xidmətdən tərxis edildiyinə görə xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş və ona qeyd olunan Medalın İ- 3788 nömrəli vəsiqəsi verilmişdir. Cavabdeh inzibati orqan hesab edir ki, iddiaçının 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Lakin işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixdən hərbi təlim toplanışına çağırılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Vətən müharibəsində iştirak etmiş, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cavabdehin imtina dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 267 nömrəli Əmri ilə xx.xx.2020-ci il tarixdən hərbi hissənin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, döyüş hazırlığı məşğələlərinin keçirilməsi üçün N nömrəli hərbi hissəyə ezam olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli Əmri ilə N nömrəli hərbi hissədən ezamiyyətdən qayıtmış hesab edilmiş və 2-ci haubitsalı artilleriya divizionunun idarəetmə taqımının idarəetmə manqasının (divizion qərargahının) mexanikradiotelefonçusu vəzifəsinə təyin olunmuşdur. Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şəxsin Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsini nəzərə alaraq iş üzrə düzgün nəticəyə gəlmişdir. (Oxşar iş üzrə Ali Məhkəmənin 2-1(102)-2869/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı mövqeyi) Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2957/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.