Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-186/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Süleymanov Loğman Srac oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi Vəkil, cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(114)-1098/2021 saylı qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı2 MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, **********521600 nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021ci il tarixli, **********521600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019-cu il üçün 28193,18 manat mənfəət vergisi hesablanmışdır. Vergi orqanının qərarı ləğv olunmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim olunmuşdur. Vergi Məcəlləsinin 37.2ci maddəsinin tələbinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Lakin xx.xx.2021-ci ildə mübahisələndirilən qərar qəbul edilənədək 30 iş günü müddəti bitmişdir. Bu səbəbdən kameral vergi yoxlamasını keçirilməsi qadağandır. Bundan başqa qərarda qeyd edilmişdir ki, guya təsdiqedici sənədlər əlavə edilmədiyi üçün dəqiqləşdirilmiş bəyannamə nəzərə alınmamışdır. Halbuki bütün təsdiqedici sənədlər vergi orqanına təqdim edilmişdir. Cəmiyyət neft məhsullarının alınması üçün "xxxx" QSC ilə müqavilə bağlamışdır. Müqavilə şərtlərinə əsasən neft məhsullarının daşınması MMC tərəfindən həyata keçirilməlidir. Ona görə də cəmiyyət neft məhsulları daşıyan maşınlarla müqavilə bağlamış və daşınmış mallara görə daşınma haqlarını özü ödəyir. Müqavilə əsasında malları daşınma xərcləri daxil olmadan "xxxx" QSC-dən almışlar və daşınma xərclərini də təqdim etdikləri bəyannamələrdə qeyd etmişlər. Ödədikləri daşınma xərcləri Tarif Şurasının daşıma xərcləri ilə təxminən üst-üstə düşür. Hətta məsafə nəzərə alınmaqla müqayisə etsələr, onlar daha aşağı daşıma xərci göstərmişlər. Tarif Şurası orta hesabla daşıma xərcini müəyyən etmişdir. Lakin Bakı-Gəncə arasında olan məsafə orta məsafədən daha uzaqdır. Bundan əvvəl aparılmış səyyar vergi yoxlaması zamanı da həmin məsələ müzakirə olunmuş, müqavilələr və digər sənədlər Vergilər Nazirliyinə və yerli vergi orqanına təqdim edildikdən sonra həmin xərc maddələri nəzərə alınmışdır. Lakin vergi orqanı qərar qəbul edən zaman daşınma xərclərini nəzərə almamışdır. Gəncə İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(114)-1098/2021 saylı qərarı ilə (hakim A.İsgəndərova) İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 31 mart 2021-ci il tarixli, **********521600 nömrəli qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Apellyasiya məhkəməsində birinci icraat: Qərardan narazı qalan İddiaçı2 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(114)-1098/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəmiyyət tərəfındən neft məhsullarının alınması üçün "xxxx" QSC ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən müqavilə bağlanmışdır. Müqaviləyə əsasən daşıma xərcləri cəmiyyətin, yəni "xxxx" MMC-nin öhdəliyinə aid edilmişdir. Eyni zamanda cəmiyyət tərəfindən digər vergi ödəyicisi ilə müqavilə bağlanmış və digər vergi ödəyicisi tərəfındən neft məhsulları daşınmışdır. Məlumdur ki, müqavilə Azərbaycan Respublikasının qanunvericilik aktlarına zidd olmadan bağlanır və tərəflər imzaladıqdan sonra tam hüquqi qüvvəyə malik olur. 12 saylı Ərazi Vergilər Baş İdarəsi Tarif Şurasının qərarını əsas gətirərək daşıma xərclərini xərc maddələrindən çıxarmış və cəmiyyətə 2019-cu ilin yekununa görə kameral yoxlama ilə 28193.09 manat əlavə mənfəət vergisi hesablamışdır. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli, 2 nömrəli Qərarına əsasən təchizat xərcləri məhsulun satış qiymətinə aid edilir. Ancaq onun daşınmasının mütləq qaydada "xxxx" QSC tərəfindan yerinə yetirilməsi həmin qərarda qeyd olunmamışdır. "xxxx" QSC ikitərəfli müqavilədə satıcı kimi çıxış edir və daşıma xərclərini həyata keçirmir. Cəmiyyət müqavilə şərtlərindən kənara çıxaraq əlavə şərtlər qoymaq səlahiyyətində deyildir. "xxxx" QSC dövlətə məxsusdur. Bu məsələ "xxxx" QSC-də müzakirə olunmurmu, olunursa niyə məsələ öz həllini tapmır. Əgər məsələ bu cür qoyularsa onda "xxxx" QSC tərəfindən daşıma xərclərinə görə alıcı tərəflərə yüz milyonlarla deyil, milyardlarla borcu yaranar. "xxxx" QSC-nin məsul şəxsləri bildirir ki, daşımanı həyata keçirmək üçün heç bir bazası yoxdur. Daşıma satıcının üzərinə qoyulmuş olsaydı yəqin ki, dövlət tərəfındən madditexniki baza yaradılmalı idi. İşə baxan hakim iddiada göstərilən məsələlərə səthi yanaşmış və iddiadan kənar olan məsələləri şərh edərək məsələnin vergi orqanının xeyrinə həll olunması barədə tərəflilik göstərmişdir. Belə ki, hakim müqavilənin Azərbaycan Respublikasının Qanunlarına zidd olması qənaətinə gəlmiş, lakin Mülki Məcəllənin hansı maddəsinə zidd olduğunu göstərə bilməmişdir. Mədaxil qəbzi ofisi, mühasibatlığı olmayan, idarədənkənar əməliyyatlan aparmaq üçün nəzərdə tutulmuş ciddi uçot sənədidir. Mədaxil qəbzinin seriya və nömrələri Maliyyə Nazirliyi tərəfindən verilir və xüsusi icazəsi olan mətbəələr tərəfindən çap edilərək Malıyyə Nazirliyinə hesabat verilir. Sürücülər Vergi Məcəlləsinin tələblərinə əsasən vergini Fərqlənmə nişanı almaq qaydasında ödəyir və göstərdiyi xidmətə görə istənilən şəxsdən (hüquqi şəxs, fıziki şəxs və ya vətəndaş olmasından asılı olmayaraq) aldığı pula görə mədaxil qəbzi verir. Belə görünür ki, işə baxan hakim ona nəqliyyat xidməti göstərən sürücüyə xidmət haqqı olaraq pul ödəyəndə harada olmasından asılı olmayaraq sürücüdən ona elektron qaimə faktura verilməsini tələb edir, sürücü avtomobilində hakimə elektron qaimə faktura vermədikdə hakim sürücüyə pulu ödəmir. Sürücü yollarda, dağlarda kompyuter gəzdirməyə məcbur deyildir və eyni zamanda o mühasib deyildir. Vergisini isə Fərqlənmə nişanı almaq qaydasında ödəyir və vergi orqanına bəyannamə təqdim etmir. (Vergi Məcəlləsinin 218.4.1-ci, 220.5-ci, 220.6-cı, 221.4.5. -ci və 221.4.7-ci maddələri.) Hətta xərclər barədə sənədlər təqdim edilmədikdə, itirildikdə və ya ümumiyyətlə sənədlər olmadıqda vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən xüsusi əmsallar tətbiq edərək analoji qaydada vergini hesablamalıdır. Vergi Məcəlləsinin 67.3-cü maddəsinı əsasən "Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafıq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir." Buna görə də apellyasiya şikayətinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisləndirilən qərarla iddiaçı tərəfindən mövcud vergi öhdəliyi düzgün müəyyən edilmədiyi üçün cavabdeh inzibati orqan tərəfindən 2019-cu il üzrə 28193,19 manat məbləğində mənfəət vergisi hesablanmışdır. İddia ərizəsində göstərilmişdir ki, “Vergi Məcəlləsinin 37.2-ci maddəsinə zidd olaraq xx.xx.2021-ci il tarixli qərar qəbul edilənədək 30 iş günü bitmişdir.” İddiaçının bu dəlilinə etiraz olaraq bildirilir ki, mübahisələndirilən qərar vergi qanunvericiliyində əks olunmuş müddətlər daxilində qəbul edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Həmin bəyannamə əsasında iddiaçının fəaliyyəti ilə yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə 11 fevral 2021-ci il tarixdə **********991000 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi Məcəlləsinin 68-1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. İddiaçı tərəfindən 10 fevral 2021-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edildiyi nəzərə alınsa, kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 iş günlük müddət 11 fevral 2021-ci il tarixdən başlamışdır. 29-cu iş günündə, yəni 31 mart 2021-ci il tarixdə **********521600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Göründüyü kimi, 31 mart 2021-ci il tarixli, **********521600 nömrəli qərar Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş müddət daxilində qəbul edilmişdir. İddiaçının növbəti dəlili neft məhsullarının daşınması üçün çəkilmiş xərclərin nəzərə alınmaması ilə bağlı olmuşdur. Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli, 2 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi, eləcə də təchizat tarifləri daxil edilmişdir. Təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi qərarın 2.5-ci bəndində əks olunmuşdur. Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir. “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhsulların qiymətləri tənzimlənən təsərrüfat subyektləri qiymətlərin tənzimlənməsinə dair qərarları yerinə yetirməyə borcludur. Göstərilənlərə əsasən neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır. Təchizat xərcləri alınmış malın dəyərində nəzərə alındığı üçün təchizat xərcləri satılmış malların dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilir. Buna əsasən tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrində neft məhsullarının alıcı tərəfindən satıcının X10 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı müddəalar mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Yuxarıda qeyd edilən yanacaq və nəqliyyat xərclərinin tənzimlənməsi ilə bağlı normativ hüquqi tənzimlənmə vasitəsi cavabdeh inzibati orqan tərəfindən iddiaçı cəmiyyətin çəkdiyi yanacaq və nəqliyyat xərclərinin nəzərə alınmaması ilə bağlı mövqeyində əsaslı hüquqi nəticəyə gəldiyini əks etdirir. İddiaçının qeyd etdiyi “bundan əvvəlki səyyar vergi yoxlaması zamanı daşıma üzrə xərclərin nəzərə alınmışdır” dəlili ilə də razılaşmırlar. Qüvvədə olan vergi qanunvericiliyinə əsasən vergilərin hesablanması zamanı əvvəlki yoxlama materiallarına istinad edilməsi ilə bağlı hər hansı normativ tənzimləmə vasitəsi mövcud deyil. Qeyd edilməlidir ki, iddiaçı cəmiyyətdə aparılmış kameral vergi yoxlaması konkret vergi dövrünü əhatə etmiş, vergi öhdəliyinin düzgün müəyyən edilməsi məqsədi ilə aparılmışdır. Bundan əvvəlki aparılmış səyyar vergi yoxlaması isə müəyyən tədiyyələr üzrə digər dövrləri əhatə etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(104)-196/2022 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim X12, hakimlər X6 və X2 oğlundan ibarət tərkibdə) İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1098/2021 saylı qərarının ləğv edilməsi, yeni qərar çıxarılaraq, iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı2 MMC barəsində kameral vergi yoxlamasının nəticələrinə dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********521600 nömrəli qərarıın ləğv edilməsi qərara alınmışdır. Kassasiya instansiyasında icraat: Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(104)-196/2022 saylı qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(102)-1704/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(104)-196/2022 saylı qərarının ləvğ edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə olan sübutlar: Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2021-ci il tarixli məktubun surətində məlum olur ki, İddiaçı2 tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim olunmuş bəyənnamədə, ümumilikdə 115732,80 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 mart 2021-ci il tarixli, **********521600 nömrəli qərarı ilə İddiaçı2 MMC-yə 2019-cu il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 28193,19 manat hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 sentyabr 2022-ci il tarixli, **********109500 nömrəli qərarı ilə İddiaçı2 MMC-yə 2019-cu il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 mart 2021-ci il tarixli, **********521600 nömrəli qərar ilə müəyyən edilmiş məbləğə münasibərdə 1776,43 manat azalmışdır. xx.xx.2016-cı il tarixli, 06/286 nömrəli “Alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı "xxxx" QSC ilə alıcı İddiaçı2 MMC arasında neft məhsullarının alğı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X10 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. xx.xx.2019-cu il tarixli, 06/286 nömrəli “Alğı-satqı müqaviləsi”ndən görünür ki, satıcı "xxxx" QSC ilə alıcı İddiaçı2 MMC arasında neft məhsullarının alğı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X10 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. xx.xx.2019-cu il tarixli, 06/068 nömrəli “Alğı-satqı müqaviləsi”ndən görünür ki, satıcı "xxxx" QSC ilə alıcı İddiaçı2 MMC arasında neft məhsulla0rının alğı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X10 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. xx.xx.2016-cı il tarixli “Neft məhsullarının daşınması barədə” 01 nömrəli xidmət müqaviləsindən görünür ki, sifarişçi İddiaçı2 MMC ilə icraçı X7 (VÖEN **********) arasında neft məhsullarının Bakı şəhərindən daşınması ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən hər bir reys üçün sifarişçi icraçıya 700 (yeddi yüz) manat xidmət haqqı ödəyir. X3 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102560 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 7000 manat ödənildiyi qeyd edilmişdir. X3 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102561 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 7000 manat ödənildiyi qeyd edilmişdir. X3 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102562 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 7700 manat ödənildiyi qeyd edilmişdir. X3 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102563 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 8400 manat ödənildiyi qeyd edilmişdir. X3 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102564 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 9800 manat ödənildiyi qeyd edilmişdir. X3 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102565 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 11900 manat ödənildiyi qeyd edilmişdir. X3 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102566 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 11900 manat ödənildiyi qeyd edilmişdir. X3 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102567 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 10500 manat ödənildiyi qeyd edilmişdir. X3 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102568 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 9800 manat ödənildiyi qeyd edilmişdir. X3 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102569 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 10200 manat ödənildiyi qeyd edilmişdir. X3 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102570 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 10500 manat ödənildiyi qeyd edilmişdir. X3 (VÖEN **********) adına qeyd olunan Seriya ƏÜM № 102571 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı2 tərəfindən yanacaq daşıma xidmətinə görə 10500 manat ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 oktyabr 2021-ci il tarixli, MİHO/1.1- 2021-5540 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti 256 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Maliyyə Nazirliyinə ünvanladığı 25 oktyabr 2021-ci il tarixli, 31/M nömrəli məktubda "xxxx" MMC tərəfindən 6 dekabr 2016-cı il tarixdə ƏÜM seriyalı 100 ədəd (102501-102600) mədaxil qəbzinin çap edilərək X4 verildiyi göstərilmişdir. "xxxx" MMC-nin 24 sentyabr 2021-ci il tarixli, 25/ə nömrəli məktubundan görünür ki, ciddi hesabat blanklarının uçotu kitabında 6/Xİİ-2016-cı ildə X3 adına Mədaxil qəbzi 100 çap edilmişdir. (102501-102600) 2017-ci ilin yanvar ayının ilk 10 günlüyündə hesabat verilmişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" QSC ilə İddiaçı2 MMC arasında bağlanmış 15 oktyabr 2016-cı il tarixli, 06/788 nömrəli alğı-satqı müqaviləsinə əsasən Cəmiyyət tərəfindən neft məhsullarının satışı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərarının 1-ci bəndi ilə təsdiq edilmiş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri əsasənda həyata keçirilmişdir. "xxxx" QSC tərəfindən yanacaq məhsullarının pərakəndə satış məntəqələrinə çatdırılması maddi və texniki baxımdan mümkün olmadığına görə neft məhsullarının alğı-satqısı üzrə müqavilənin 3.1-ci bəndində “tərəflərin qarşılıqlı razılaşması əsasında Alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını Satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X10 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır” şərti ilə qeyd edilmişdir. Apellyasiya məhkəməsində ikinci icraat: İddiaçı2 nümayəndəsi Vəkil iddia tələbinin dəyişdirməsi barədə ərizə ilə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********109500 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddiaçının həmin tələbi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə icraatı zamanı məlum olmuşdur ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********521600 nömrəli qərar cavabdeh vergi orqanı tərəfindən ləğv edilərək hesabat dövrü və tədiyyə növü dəyişmədən, hesablanmış vergi məbləğinə xırda düzəliş edilməklə yeni qərar qəbul etmişdir. Nəticədə cavabdehin qeyri-qanuni hərəkəti ilə bağlı olaraq iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli **********109500 nömrəli qərarın ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********109500 nömrəli qərar xx.xx.2022-ci il tarixdə göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 19:42:39-da qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçı olan İddiaçı2 MMC İnternet Vergi İdarəsində ona aid olan elektron kabinetinə göndərilmiş qərarı qəbul etməklə, **********109500 nömrəli nömrəli qərara münasibətdə həmin qərarın təqdim olunma tarixi xx.xx.2022-ci il tarixi olmuşdur (Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat əlavə olunur). İddiaçı tərəfindən həmin qərardan yuxarı vergi orqanına şikayət verilməmişdir. Həmin Məcəllənin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 28.2-ci maddəsinə əsasən elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilibedilməməsinin yoxlanılmasıdır. Odur ki İddiaçı2 MMC-nin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********109500 nömrəli qərarın ləğv edilməsi ilə bağlı iddiasının mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 etirazında göstərilənlərə uyğun izahat verib, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, hazırkı iş üzrə icraat zamanı iddiaçı dəqiqləşmiş bəyannamə verdiyindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 sentyabr 2022-ci il tarixli, **********109500 nömrəli qərar qəbul olunmuş, həmin qərarla iddiaçının vegi borcu 31 mart 2021-ci il tarixli, **********521600 nömrəli qərara münasibətdə 1776,43 manat azalmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.11-6. vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsisidir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 110.8.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli qərarı: 5-ci bəndinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaiməfaktura təqdim edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. [31] 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, İddiaçı2 iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi nəzərə alınaraq, Gəncə İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(114)- 1098/2021 saylı qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(114)-1098/2021 saylı qərarı ləğv edilməli və yeni qərar çıxarılaraq iddia tələbi rədd edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı tərəfindən 10 fevral 2021-ci il tarixdə 2019-cu il üzrə mənfəət vergisinin bəyannaməsi təqdim edilmiş və vergi orqanı tərəfindən həmin bəyannamə üzrə 115732,80 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş və həmin xərclər nəzərə alınmadan 2019-cu il üzrə 28193,19 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Həmçinin, iddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli 06/286 nömrəli alqı-satqı müqaviləsi” bağlanmış, həmin müqavilənin 3.1-ci bəndi ilə alıcı (iddiaçı) müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X10 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması şərtləndirilmişdir. xx.xx.2016cı il tarixli “Neft məhsullarının daşınması barədə” 01 nömrəli xidmət müqaviləsinə əsasən isə sifarişçi İddiaçı2 MMC ilə icraçı X7 (VÖEN **********) arasında neft məhsullarının Bakı şəhərindən daşınması ilə bağlı müqavilə bağlanmış, müqavilənin 3.1-ci bəndinə əsasən bir reys üçün sifarişçi icraçıya 700 (yeddi yüz) manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" QSC-dən aldığı neft məhsullarını X7 ilə bağladığı xx.xx.2016cı il tarixli müqavilə üzrə daşındığını və daşınma xərcinin X4 ödənildiyini iddia etməklə bu barədə mədaxil qəbzlərini məhkəməyə təqdim etmişdir ki, həmin qəbzlər yuxarıda sadalanan mədaxil qəbzlərindən ibarət olmaqla, xərc sənədi kimi qəbul edilməsi mümkün olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyasına əsasən, vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaiməfaktura göndərmək vergi ödəyicisinin vəzifəsi hesab olunur. Həmçinin, “Elektron qaiməfakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli qərarın 5-ci bəndinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaiməfaktura təqdim edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura verilməsi nəzərdə tutulsa da hazırkı iş üzrə neft məhsullarının daşınması ilə bağlı elektron qaimə-faktura təqdim edilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, X7 tərəfindən vergi orqanına 2019-cu il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmiş, təqdim edilmiş 2019-cu ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrində isə hər hansı dövriyyə (gəlir) məbləği bəyan edilməmişdir. Digər tərəfdən X3 xx.xx.2019-cu il tarixli **********678500 nömrəli “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi” əsasında fəaliyyəti dayandırılmış, vergi ödəyicisi tərəfindən 2019-cu ilin 3-cü və 4-cü rübləri üzrə vergi orqanına vergi bəyannamələri təqdim edilməmişdir. Beləliklə, xidmət müqaviləsi üzrə həm iddiaçı, həm də göstərilən xidmətə görə ödəniş edilən icraçı vergi ödəyiciləri olduğundan və xidmətlərin yerinə yetirilməsinə görə sənədləşmələr də məhz elektron qaimə-faktura əsasında aparılmalı olduğunudan, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən mədaxil qəbzlərində göstərilən məbləğlər həmin qəbzlərin verildiyi şəxsin vergi bəyannamələrində öz əksini tapmadığından, eyni zamanda, 2019-cu ilin aprel-dekabr aylarında verilən mədaxil qəbzləri vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı dövrə təsadüf etdiyindən həmin mədaxil qəbzlərinin iddiaçının xərclərini təsdiq edən sənəd kimi qəbul edilməsi istisna olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli **********109500 nömrəli qərarın ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi və bununla əlaqədar olaraq iddia tələbinin dəqiqiləşdəirilməsi ilə bağlı tələb üzrə iddianın qeyri-mümkün sayılması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2022-ci il tarixli **********109500 nömrəli qərar işə məhkəmədə baxıldığı dövrdə iddiaçı tərəfindən dəqiqləşmiş bəyannamə verilməsi ilə əlaqədar qəbul edilmişdir ki, həmin qərarla iddiaçının vegi borcunda ciddi azalma baş verməyərək, iddiaçının vergi borcu 31 mart 2021-ci il tarixli, **********521600 nömrəli qərara münasibətdə 1776,43 manat azalmışdır. xx.xx.2022-ci il tarixli **********109500 nömrəli qərar əsas hissədə, mahiyyət etibarı ilə 31 mart 2021-ci il tarixli, **********521600 nömrəli qərarla eyni olmuşdur ki, iddiaçının 31 mart 2021-ci il tarixli, **********521600 nömrəli qərarı mübahisələndirməsi dolayısı ilə xx.xx.2022-ci il tarixli **********109500 nömrəli qərarı da mübahisələndirməsi anlamına gəlmişdir. Bu səbəbdən də 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********109500 saylı qərarının ləğv edilməsi barədə iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir ki, bununla da məhkəmə kollegiyası iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş müddətin ötürülməməsi qənaətinə gəlməklə, hazırkı iddia tələbi mümkün iddia hesab olunmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində mübahisələndirilən inzibati aktın rekvizitləri ilə hazırda mübahisələndirilən inzibati aktın rekvizitləri fərqli olduğundan, o cümlədən İddiaçı2 iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi nəzərə alınaraq, Gəncə İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(114)- 1098/2021 saylı qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(114)-1098/2021 saylı qərarı ləğv edilməli, lakin iddia tələbi əsassız hesab olduğundan iddianın rədd edilməsi barədə qərar çıxarılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(114)-1098/2021 saylı qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(114)-1098/2021 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddiaçı2 cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli, **********109500 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-186/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-186/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver