Məhkəmə qərarları › İş №2-1(104)-187/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-187/2025

12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-187/2025 12.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-913/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 2/2-9445 nömrəli məktubla imtina olunaraq onunla əsaslandırılmışdır ki, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

İşdə olan sənədlər:

2. xx.xx.2016-cı il tarixli SX ******* nömrəli hərbi biletdə İddiaçı xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Fizuli, Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə sürücü sanitar vəzifəsində xidmət etməsi qeyd edilmişdir.

3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrinə əsasən, əsgər İddiaçı 21 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və 2-ci zenit raket divizionunun tibb məntəqəsinin sürücü-sanitar vəzifəsinə təyin olunmuşdur.

4. N nömrəli hərbi hissə komandirinin “Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 091 nömrəli əmrinə əsasən, ehtiyat komanda məntəqəsinə və bölmələrin ehtiyat mövqelərinə gedən yolların vəziyyətinin yoxlanılması, mühəndis cəhətdən hazırlanması, maskalanma tədbirlərinin görülməsi və döyüş tapşırıqlarının dəqiqləşdirilməsinə hərbi hissə komandirinin müavinləri, bölmə vəxidmət rəisləri və qərargahdan hərbi qulluqçuların cəlb olunması, hərbi hissə komandirinin müavinləri, bölmə və xidmət rəisləri, hərbi hissənin şəxsi heyəti xx.xx.2020- ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların aşağıda göstərilən qaydada siyahısının tərtib edilməsi əmr edilmiş və bu siyahıda 920-ci sırada əsgər İddiaçı – sürücü sanitar qeyd edilmişdir.

5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 450 nömrəli əmrinə əsasən, Azərbaycan Respublikası Müdafiə nazirinin 25 dekabr 2020-ci il tarixli 274 nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən əsgər İddiaçı səfərbərlikdən tərxis edilməsi, 30 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və çağırıldığı Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilməsi əmr edilmişdir (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri).

6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 10 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 25 dekabr 2020-ci il tarixli 274 nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən əsgər İddiaçı səfərbərlikdən tərxis edilmiş, 30 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və çağırıldığı Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilmişdir (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri).

7. Azərbaycan Respublikası Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-25/2-1298/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Göygöl şəhər sakini 1994-cü il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində mövcud olan hərbi uçot sənədlərində “xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Füzuli istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissə tərkibində sürücüsanitar vəzifəsində xidmət etmişdir” qeyd edilmişdir. Bu qeydin yazılmasının əsasları barədə əmrdən çıxarışların alınması üçün, N nömrəli hərbi hissəyə müraciət edilməsi məqsədəuyğundur.

8. İddiaçı qeydiyyat kartasında onun xx.xx.2020- xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Fizuli istiqamətlərində gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində sürücü sanitar vəzfifəsində xidmət etdiyi qeyd olunmuşdur.

9. «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən X9 tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, əsgər rütbəsində olmuş, 2-ci divizionun tibb məntəqəsinin sürücü-sanitarı vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, xx.xx.2021-ci il tarixli, 10 nömrəli əmrlə xidmət etdiyi hərbi hissədən çıxmış, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırıqlarını yerinə yetirmiş, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 015 nömrəli əmri ilə X9 bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə rayonunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı tibb təminatının təmin olunmasında iştirak etmiş, döyüşlərdə iştirakına görə təltif olunmamışdır.

10. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 436 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş arayış-məlumatda qeyd olunmuş ərazi "(Bərdə rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaşın sənədlərinin "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ Qarabağ müharibəsi zamanı xidmət yeri Bərdə rayonu ərazisi olub. Əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı silahlardan, döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunması və saz saxlanılmasına görə fəaliyyət göstərib. Sürücü-sanitarın vəzifələri aşağıda qeyd olunan kimidir: -sürücü ona təhkim olunmuş maşının saxlanılmasına, maşının hər zaman işlək vəziyyətdə olmasına və hər an istismara yararlı olmasına cavabdehdir. O borcludur: ona təhkim olunmuş maşının quruluşunu, texniki vəziyyətini və istismar qaydalarını bilsin; maşının gecə-gündüz, hər cür yol şəraitində məharətlə idarə etməli, xüsusi köməkçi avadanlqdan istifadə qaydalarını bilsin; yol hərəkət qaydalarını, idarəedici siqnalları mükəmməl bilsin və onlara riayət etsin; komandirin əmrlərini və siqnalları diqqətlə izləsin, tez, tələsik və aydın onları yerinə yetirməyi bacarsın; ona təhkim olunmuş maşının texniki qabiliyyətini, təmir vaxtının ehtiyyat həcmini, təkərlərin və AKB-lərin istismara gərəkli olma vaxtını bilsin; işinin - YSMin bütün növlərini və istifadə normalarını bilsin, ondan qənaətlə istifadə etsin; maşın parkdan çıxmamış onun texniki vəziyyətini yoxlamalı, maşın hərəkətdə olan zaman seyr etməli, əsasən əyləc sistemini və sükan mexanizmlərinin işlənməsini təkərlərə, qoşqu qurğusuna, işıqlandırma və siqnallaşdırma cihazlarına, şüşə təmizləyənlərə, arxanı görmək üçün güzgülərin düzgün vəziyyətdə saxlanmasına, nömrə nişanlarının təmizliyinə diqqət yetirsin; - maşını idarə edərkən sürücünün özü ilə sürücülük vəsiqəsi, hərbi bileti və texniki istismar talonu olmalıdır; yük daşınma normalarını, şəxi heyətin daşınması, yerləşdirilməsi yükün düzülüş qaydalarını bilsin və onlara riayət etsin; Maşını idarə etməyi başqasına həvalə etmək və maşında siqaret çəkmək sürücüyə qəti qadağan olunur. İddiaçı AK-74 markalı atıcı silah təhkim olunmuşdur. Məktubda adları qeyd olunan hərbi qulluqçular Eldəniz Baxşəliyevə, Tural Səmədova və Bəxtiyar Alıyarlıya "Müharibə Veteranı" adı verilib. Lakin, həmin hərbi qulluqçuların arayış-məlumatları Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya göndərildiyi üçün həmin hərbi qulluqçuların arayış-məlumatlarının hərbi hissədə olmadığından surətlərini təqdim edə bilmirlər.

11. N nömrəli hətbi hissənin xx.xx.2024-cü il tarixli, 746 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"da baxılmışdır. Arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaşın sənədlərinin "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədə uyğun hesab edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək il Qarabağ müharibəsi zamanı xidmət yeri Bərdə rayonu ərazisi olub, əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı silahlardan, döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunması və saz saxlanmasına görə fəaliyyət göstərmişdir.

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-3/2- 75xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2- kd-90xx-xx/2024 nömrəli məktublarında qeyd edilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar Eldəniz Baxşəliyevə, Tural Səmədova və Bəxtiyar Alıyarlıya "Müharibə veteranı" adı verilmişdir. Adları qeyd olunan vətəndaşlara "Müharibə veteranı" adının verilməsinə əsas olan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetindədir.

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-13-12- 1/2-M-444xx/xx/2025 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1994-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur.

14. N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 442 nömrəli əmrindən çıxarışdan görünür ki, Müdafiə Nazirliyinin müavini Hərbi Hava Qüvvələri komandanın 27 noyabr 2019-cu il tarixli 0117 nömrəli əmrinə əsasən ehtiyatdan Azərbaycan ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könürlü qəbul edilərək 952-ci zenitraket briqadasının 2-ci zenit raket divizionun (BUK MB) 3-cü zenit raket batareyasının (BUK MB) maddi təminat taqımının təsərrüfat manqasının aşpaz vəzifəsinə təyin edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X1 və Hərbi Xidmətə Çaxırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şövbəsindən gəlmiş hesab edilmiş, 12 dekabr 2019-cu il tarixində hərbi hissəni şəxsi heyətinin siyahısına bütün DÖV təminatlara daxil edilmiş və vəzəfəsinin icrasına başlamışdır.

15. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-25-14/2- 4301/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 və “X3 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən X6 və X3 “Müharibə veteranı” adı verilmiş və “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq vətəndaşa təqdim edilmişdir. “Müharibə veteranı” adının verilməsinə əsas olmuş sənədlər ünvana geri qaytarılmır, Azərbaycan Respublikasının Nazirlər Kabinetində saxlanılır.

16. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-240/2-959/25 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-25-240/2-1172/25 nömrəli məktublarında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin 2-ci divizionun (Bərdə rayonu ərazisində) tibb məntəqəsinin sürücü-sanitarı vəzifəsində xidmət edərkən günün nizam qaydasına uyuğun olaraq gündəlik xidmətini təşkil etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək işğaldan azad olunmuş ərazilərə ezam olunmamışdır.

17. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-229/2- 1755/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə “Vətən müharibəsi” dövründə döyüş əməliyyatlarında tam tərkibdə iştirak etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

18. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü ildə Göygöl rayonunda anadan olmuş, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ Qarabağ müharibəsi zamanı hərbi xidmətdə olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cəbrayıl, Qubadlı, Füzuli istiqamətlərində gedən döyüşlərdə N nömrəli hərbi hissədə sürücü sanitar vəzifəsində xidmət etmiş və bu barədə müvafiq olaraq hərbi biletində qeyd edilmişdir. O, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli 2/2-9445 nömrəli məktubla ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmiş və onunla əsaslandırılmışdır ki, "təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilər AR Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarının 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərə uyğun gəlmədiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir".

20. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

21. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-25-4/2-825/2024 nömrəli etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bərdə rayonunda N nömrəli hərbi hissədə X9 bölmələrinin tərkibində döyüş əməliyyatlarının tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Göründüyü kimi iddiaçı X9 bölmələrində döyüş əməliyyatlarının döyüş təminatı üzrə deyil, digər təminat növləri üzrə (tibbi təminat) tapşırıqları yerinə yetirmişdir. Lakin onun xidmət etdiyi N nömrəli hərbi hissənin yerləşdiyi Bərdə rayonu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-913/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

23. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının xidmət keçdiyi N saylı hərbi hissə Hərbi Hava Qüvvələri (X9) qoşun növünə aid olduğundan və iddiaçı həmin X9 bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyindən onun iştirak etdiyi ərazinin Bərdə rayonu kimi qeyd edilməsi halında belə bu, ona müharibə veteranı vəsiqəsinin verilməsindən imtina səbəbi ola bilməzdi. İddiaçı N saylı hərbi hissənin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısında olmuş və hava məkanının müdafiə edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-913/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2024cü il tarixli, 3-25-4/2-825/2024 nömrəli etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 091 nömrəli əmrindən göründüyü kimi ehtiyyatda yerləşən bölmələrə gedən yolların yoxlanılmasında, mühəndis cəhətdən hazırlanmasında, maskalanma tədbirlərinin görülməsində, döyüş tapşırıqlarının dəqiqləşdirilməsində döyüşlər zamanı hərbi qulluqçular xidməti vəzifələrini layiqincə yerinə yetirmişlər. Onların verilən tapşırıqları yerinə yetirmələri döyüş əməliyyatlarına cəlb edilmə kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı sürücü-sanitar kimi öz vəzifəsi dairəsində ona tapşırılan vəzifələri yerinə yetirə bilər, mühəndis istehkam bölməsinin hərbi qulluqçusu kimi yolların yoxlanılmasında, mühəndis cəhətdən hazırlanmasında və maskalanma işlərinin aparılmasında iştirak edə bilməz və qeyd olunan işlər onun xidməti vəzifələrinə aid tapşırıqlar deyildir. İddiaçı ancaq verilən tapşırıqlar zamanı öz vəzifə səlahiyyətləri dairəsində tapşırıqları yerinə yetirə bilər (Sanitar maşınının idarə edilməsi kimi və s.).

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

26. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını, məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər.

28. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

29. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X9, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

31. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.

32. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilərək onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

35. Göründüyü kimi, imtinanın və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin yerləşdiyi Mingəçevir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmir.

36. Birinci instansiya məhkəməsi iddianı əsaslı və qanuni hesab edərək təmin etmiş, qərarını N saylı hərbi hissənin Hərbi Hava Qüvvələri (X9) qoşun növünə aid olması, iddiaçının da həmin X9 bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyindən onun iştirak etdiyi ərazinin Bərdə rayonu kimi qeyd edilməsi halında belə bu halın ona müharibə veteranı vəsiqəsinin verilməsindən imtina səbəbi ola bilməməsi ilə əsaslandırmışdır.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyə əsasən döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də “Müharibə veteranı” hesab edilirlər. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə isə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Döyüş əməliyyatları ilə bağlı tapşırıqlar yalnız döyüş təminatı anlamında qəbul edilə bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün döyüş təminatı ilə yanaşı, həm də digər təminat növlərinin, o cümlədən maddi-texniki təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.

38. «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən X9 tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, əsgər rütbəsində olmuş, 2-ci divizionun tibb məntəqəsinin sürücü-sanitarı vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, xx.xx.2021-ci il tarixli, 10 nömrəli əmrlə xidmət etdiyi hərbi hissədən çıxmış, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırıqlarını yerinə yetirmiş, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 015 nömrəli əmri ilə X9 bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə rayonunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı tibb təminatının təmin olunmasında iştirak etmiş, döyüşlərdə iştirakına görə təltif olunmamışdır.

39. Qeyd olunmalıdır ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X9, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir.

40. N nömrəli hərbi hissə komandirinin Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında xx.xx.2020-ci il tarixli 091 nömrəli əmrinə əsasən ehtiyat komanda məntəqəsinə və bölmələrin ehtiyat mövqelərinə gedən yolların vəziyyətinin yoxlanılması, mühəndis cəhətdən hazırlanması, maskalanma tədbirlərinin görülməsi və döyüş tapşırıqlarının dəqiqləşdirilməsinə hərbi hissə komandirinin müavinləri, bölmə vəxidmət rəisləri və qərargahdan hərbi qulluqçuların cəlb olunması, hərbi hissə komandirinin müavinləri, bölmə və xidmət rəisləri, hərbi hissənin şəxsi heyəti xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısında 920-ci sırada əsgər İddiaçı adı qeyd edilmişdir.

41. Hazırki qərarın 30-cu bəndində qeyd olunanlardan göründüyü kimi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X9, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur.

42. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-229/2- 1755/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə “Vətən müharibəsi” dövründə döyüş əməliyyatlarında tam tərkibdə iştirak etmişdir.

43. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Hərbi Hava Qüvvələrinə məxsus N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin mümkün hava hücumunun qarşısının alınmasında, yəni döyüş əməliyyatlarında iştirak etmişdir.

44. Məhkəmə kollegiyasının araşdırması nəticəsində həmçinin məlum olmuşdur ki, N nömrəli hərbi hissə 952-ci zenitraket briqadasının 2-ci zenit raket divizionun (BUK MB) 3-cü zenit raket batareyasının (BUK MB) maddi təminat taqımının təsərrüfat manqasının aşpaz vəzifəsinə təyin edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X4 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş, təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən X6 və X3 “Müharibə veteranı” adı verilmiş və “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq vətəndaşa təqdim edilmişdir (Bax: hazırki qərarın 12,14 və 15-ci bəndləri).

45. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən maddi təminatda iştirak edən şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adları müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş, onlar müharibə veteranı adı və vəsiqəsi ilə təmin edilmişlər.

46. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.

47. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri).

48. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).

49. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tətbiqi şərtləri ödənilmişdir.

50. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

51. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.

52. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

53. Hazırki iş üzrə iddiaçının birbaşa döyüş əməliyyatlarında iştirakı müəyyən edilməsə də, təminat tədbirlərinin həyata keçirilməsində - N nömrəli hərbi hissədə xidmət keçməsi, 2-ci divizionun tibb məntəqəsinin sürücü-sanitarı vəzifəsində olması, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunması, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 015 nömrəli əmri ilə X9 bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması, Bərdə rayonunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı tibb təminatının təmin olunmasında iştirak etməsi yuxarıda qeyd olunan sənədlərlə öz təsdiqini tapır.

54. Belə olan halda imtinanın və apellyasiya şikayətinin dəlillərinin heç bir maddi hüquqi əsası yoxdur. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-913/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar