Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-189/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşid oğlunun katibliyi ilə, “elektron alt sistemdə əlilliyin bərpa edilməsi, pensiya təyin edilməklə fərqin ödənilməsi və Prezident təqaüdünün təyin edilməsi və ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3874/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 797/2022 nömrəli qərarı nəzərə alınmaqla elektron alt sistemdə əlilliyin bərpa edilməsi vəzifəsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyin üzərinə qoyulması, pensiya təyin edilməsi və fərqinin ödənilməsi vəzifəsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və Prezident təqaüdünün təyin edilməsi və ödənilməsi vəzifəsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əlilliyinin bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmiş, hər iki instansiya məhkəməsində onun xeyrinə qərar qəbul edilmişdir. Lakin bu günə kimi Gəncə İnzibati Məhkəməsinin 2-1(104)-797/2022 nömrəli qərarı qanuni qüvvəsini almasına baxmayaraq ona heç bir ödənişlər edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3874/2022 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki tələb üç hissədən ibarətdir və tələbin elektron alt sistemdə əlilliyin bərpa edilməsi hissəsi müstəqil iddia qaydasında deyil, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-797/2022 nömrəli qərarının icrası qaydasında həll edilməlidir. Tələbin pensiya təyin edilməsi və fərqinin ödənilməsi və Prezident təqaüdünün təyin edilməsi və ödənilməsi hissəsi ilə bağlı isə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müvafiq cavabdehlərə müraciət etmədiyindən öhdəliyin icrası haqqında iddia növü üzrə mümkünlük şərtləri ödənilməmişdir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər, bununla bağlı məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dair dəlillərə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanmalıdır. Tələbin elektron alt sistemdə əlilliyin bərpa edilməsi hissəsinə hüquqi qiymət verərkən məhkəmə kollegiyası hesab edir ki, həmin tələbə dair Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-797/2022 nömrəli qərarından cavabdeh inzibati orqanın verdiyi apellyasiya şikayətinə baxılmış və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)400/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-797/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Sözügedən qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən kassasiya şikayəti verilmiş, 19 yanvar 2023-cü il tarixdə inzibati iş kasasiya şikayəti ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi hazırki iddia tələbinin əsasını təşkil edən “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(104)400/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarı qanuni qüvvəsini almamışdır. Belə olan halda həmin qərar üzrə hər hansı icra icraatının aparılması da mümkün deyildir. İddiaçının diqqətinə çatdırılır ki, tələbin qeyd olunan hissəsi icra icraatı qaydasında iddia tələbinə baxılıb hüquqi qiymət veriləcəkdir. Tələbin “pensiya təyin edilməsi və fərqinin ödənilməsi və Prezident təqaüdünün təyin edilməsi və ödənilməsi” hissəsi ilə bağlı isə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müvafiq cavabdehlərə müraciətini təsdiq edən sənədi ərizəsinə və ya apellyasiya şikayətinə əlavə etmədiyindən öhdəliyin icrası haqqında iddia növü üzrə mümkünlük şərtləri ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (qərarın 2.3-cü bəndi). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3874/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygul İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-189/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-189/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver