Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-192/2025 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı inzibati iş üzrə QƏRARI Açar sözlər: qeydiyyatdan çıxarılma Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, Işin halları: 1.
2. ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 200011005892-****** reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır.
3. Daxili Işlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ##.##.2023-cü il tarixli ******* nömrəli arayışına əsasən, üçüncü şəxs3, üçüncü şəxs2 və üçüncü şəxs1 ünvan 1 ünvanında qeydiyyatdadır.
4. Cavabdeh İddiaçı ünvanlanan ##.##.2023-cü il tarixli, *-**-**/*-M-*******//** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “üçüncü şəxs3, üçüncü şəxs2 və üçüncü şəxs1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.”
5. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli cavab məktubdan görünür ki, * saylı Gəncə Ərazi Idarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, “Azərbaycan Respublikası 26/l-1993-cü il tarixli Qanuna əsasən mənzilin özəlləşməsinə dair” ##.##.1994-cü il tarixli, 1/** reyestr nömrəli müqaviləyə əsasən, Gəncə şəhəri, Tereşkova küçəsi, ev 41 ünvanında yerləşən ** saylı mənzil X7 adına özəlləşdirilmişdir. Mənzil ##.##.1997-ci il tarixli, 3M-2-*** reyestr nömrəli "xxxx" müqaviləsinə əsasən, X7 tərəfindən X2 bağışlanılmışdır. Qeyd olunan ünvanda yerləşən mənzil ##.##.1998-ci il tarixli, 3M-2-*** reyestr nömrəli "xxxx" müqaviləsinə əsasən, X2 tərəfindən X3 bağışlanılmışdır. Həmin mənzilə dair X3 adına ##.##.2005-ci il tarixli, ***** nömrəli Qeydiyyat vəsiqəsi, həmçinin ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 202011000601-05101-****** reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, * saylı notariat ofisinin ##.##.2022-ci il tarixli, 40-*** reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən, mənzil üçüncü şəxs1 etibarnamə üzrə nümayəndəsi İddiaçı tərəfindən X1. Qeyd olunan ünvanda yerləşən mənzilə dair sonuncunun adına ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, 200011005892-05101-****** reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, * saylı notariat ofisinin ##.##.2023-cü il tarixli, 40-*** reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən, mənzil X1 tərəfindən İddiaçı satılmışdır. Qeyd olunan ünvanda yerləşən mənzilə dair sonuncunun adına ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 200011005892-05101-****** reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 6. 7.
8. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almışdır.
Birinci instansiya məhkəməsində icraat 9.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 mülkiyyət hüququ üzrə ona məxsusdur. Üçüncü şəxsləri tanımır, evin keçmiş sakinləridir, həmin şəxslər sözügedən evdə formal olaraq qeydiyyatdadırlar. Üçüncü şəxslərin həmin evdə qeydiyyatda olmaları onun əlavə kommunal xərclər ödəməyinə səbəb olur və hüquqlarını məhdudlaşdırır. O, üçüncü şəxslərin ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətindən imtina etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, üçüncü şəxslər üçüncü şəxs3, üçüncü şəxs2 və üçüncü şəxs1 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə hesab etmişdir ki, Gəncə şəhəri, Tereşkova küçəsi ev 41, mənzil 40 xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının, ailə bağlarının və istifadə hüquqularının olmaması, faktiki olaraq onların orada yaşamaması müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada yaşamadığı hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən evdən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Üçüncü şəxs üçüncü şəxs2 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs2 iddiaçı İddiaçı anası üçüncü şəxs kimi tanınan üçüncü şəxs1 ilə 1994-cü ildə ailə qurmuş, birgə nikah dövründə iddiaçının iddia etdiyi Gəncə şəhəri, V.Tereşkova küçəsi, ev 41, mənzil ** saylı ünvanında yerləşən mənzili alqı-satqı yolu ilə almışlar. Iddiaçı İddiaçı onun ögey qızıdır, yəni o, Sevillə evlənəndə onun yanında gəlmişdir. Birgə nikahdan avqust 1995-ci ildə oğlu üçüncü şəxs3 adlı övladı anadan olmuşdur. üçüncü şəxs1 ilə 2015-ci ildə məhkəmə qaydasında boşanmışdır. Boşanan günə kimi iddiaçı ilə birlikdə yaşamışdır. Oğlu üçüncü şəxs3 hazırda Türkiyədədir. Gəncə Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarından yalnız bu günlərdə Gəncə ASAN xidmət mərkəzinə olarkən məlumatı olmuşdur. Qərarın surəti ona ##.##.2024cü il tarixdə verilmişdir. Əlavə olaraq bildiririr ki, keçmiş arvadı üçüncü şəxs1 Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onu birgə nikah dövründə alqı-satqı yolu ilə aldığı Gəncə şəhəri, V.Tereşkova küçəsi ev 41, mənzil ** saylı ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsini xahiş etmiş və məhkəmənin *(***)-****/**** saylı, ##.##.2021-cil tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnaməyə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2021-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhər * saylı notariat kontorunun ##.##.1998-ci il tarixli, *M-*-*** saylı alqı-satqı müqaviləsi ilə mənzil X2 tərəfindən X3. Alıcıya ##.##.1998-ci il tarixli, ***** nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə Qasımova (Əkbərova) Sevil Islam qızının adına ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ər ilə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmuyubsa onların ümumi mülkiyyətidir. Bir daha bildirir ki, mübahisəli mənzil nikah dövründə əldə olunmuş mənzil olmaqla bizim birgə mülkiyyəti hesab olunur. Keçmiş arvadı üçüncü şəxs1 razılığı və məlumatı olmadan mənzili qızı İddiaçı adına keçirmiş və İddiaçı Gəncə Inzibati Məhkəməsini aldadaraq, yalan məlumat verərək göstərmişdir ki, üçüncü şəxsləri tanımır. Məhkəmə iddiaçının yalanlarına əsaslanaraq *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən müvafiq maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasına iş üzrə tərəflər gəlməmiş, cavabdeh Cavabdeh işə onların iştirakı olmadan baxılaraq qərar çıxarılmasını xahiş etmiş, digər şəxslər isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
21. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
23. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
24. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
25. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
26. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
27. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
28. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
29. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
30. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, hazırda mübahisələndirilən qərar məhkəmə tərəfindən üçüncü şəxs2 ##.##.2024-cü il tarixdə müvafiq məhkəmə qəbzi əsasında təqdim edilmiş, sonuncu tərəfindən isə apellyasiya şikayəti məhkəməyə göndərilməsi üçün ##.##.2025-ci il tarixdə poçt xidmətinə təqdim edilmişdir ki, bu da şikayətin verilməsi üçün müddətin ötürülmədiyini deməyə əsas verir.
31. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
32. Birinci instansiya məhkəməsinin qərarı yalnız üçüncü şəxs üçüncü şəxs2 tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı üçüncü şəxs üçüncü şəxs2 münasibətdə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Bununla belə, birinci instansiya instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir.
37. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Azərbaycan Respublikası 26/l- 1993-cü il tarixli Qanuna əsasən mənzilin özəlləşməsinə dair” ##.##.1994-cü il tarixli, 1/** reyestr nömrəli müqaviləyə əsasən, Gəncə şəhəri, Tereşkova küçəsi, ev 41 ünvanında yerləşən ** saylı mənzil X7 adına özəlləşdirilmişdir. Mənzil ##.##.1997-ci il tarixli, 3M-2-*** reyestr nömrəli "xxxx" müqaviləsinə əsasən, X7 tərəfindən X2 bağışlanılmışdır. Qeyd olunan ünvanda yerləşən mənzil ##.##.1998-ci il tarixli, 3M-2- *** reyestr nömrəli "xxxx" müqaviləsinə əsasən, X2 tərəfindən X3 bağışlanılmışdır. Həmin mənzilə dair X3 adına ##.##.2005-ci il tarixli, ***** nömrəli Qeydiyyat vəsiqəsi, həmçinin ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 202011000601-05101- ****** reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, * saylı notariat ofisinin ##.##.2022-ci il tarixli, 40-*** reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən, mənzil üçüncü şəxs1 etibarnamə üzrə nümayəndəsi İddiaçı tərəfindən X1. Qeyd olunan ünvanda yerləşən mənzilə dair sonuncunun adına ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, 200011005892-05101-****** reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, * saylı notariat ofisinin ##.##.2023-cü il tarixli, 40-*** reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən, mənzil X1 tərəfindən İddiaçı satılmışdır. Qeyd olunan ünvanda yerləşən mənzilə dair sonuncunun adına ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 200011005892-05101-****** reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
38. Bundan sonra iddiaçı ona məxsus evdə formal qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdeh müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilərək, həmin şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyini bildirilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. Iş materiallarından da göründüyü kimi, Gəncə şəhəri, Tereşkova küçəsi, ev 41 ünvanında yerləşən ** saylı mənzil hal-hazırda xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Üçüncü şəxs üçüncü şəxs2 faktiki olaraq həmin ünvanda yaşamır. Belə olan halda, həmin şəxsin iddiaçıya məxsus evdə qeydiyyatda olması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur.
40. Həmçinin iş materiallarında olan müvafiq məhkəmə qətnamələri ilə müəyyən olunur ki, üçüncü şəxs2 Qasımova (Əkbərova) Sevil Islam qızına, İddiaçı, X4 və Gəncə şəhəri * saylı notariat ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə təmin edilməmiş, eyni zamanda həmin qətnamədən üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi təmin edilməyərək Gəncə Şəhər Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən qətnaməsindən kassasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin hazırda evin mülkiyyətçisinin ailə üzvü hesab edilmədiyindən, eləcə də istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olduğundan, eyni zamanda üçüncü şəxsin sözügedən mənzilə dair əmlak hüququnun olmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmadığından, faktiki olaraq həmin ünvanda yaşamadığından mənzilin mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
42. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.
43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, üçüncü şəxsin iddiaçıya məxsus evdə qeydiyyatda olması onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini onun təmin edilməsi üçün əsaslı hesab etmir.
44. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, **, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı üçüncü şəxs üçüncü şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.