Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-196/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(114)-91N/N0N4 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı N nömrəli hərbi hissəyə etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.N0NN-ci il tarixli 478N nömrəli məktubla bildirilmişdir ki, onun 44 günlük “Vətən müharibəsi” dövründəki fəaliyyəti nəzərə alınaraq, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün sənədləri “Müharibə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilmişdir. N. N nömrəli hərbi hissə tərəfindən İddiaçı ünvanlanmış xx.xx.N0N3-cü il tarixli 4380 nömrəli məktubda qeyd edilmişdir ki, "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün adları "Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya təqdim edilmiş şəxslərin sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli qərarına uyğun tərtib edilib yenidən təqdim edilməsi məqsədi ilə xx.xx.N0N3-cü il tarixdə "Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən geri qaytarılmışdır. Həmin siyahıda onun da adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin "Vətən müharibəsində iştirak etmiş şəxslərin sənədlərinin hazırlanması işinin təşkili və icrası üçün yaradılmış hərbi hissə üzrə daxili yoxlama komissiya"sı tərəfindən sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli qərarına uyğun tərtib edilmişdir və yenidən qərar qəbul edilməsi məqsədi ilə N nömrəli hərbi hissə tərəfindən xx.xx.N0N3-cü il tarixli N605 nömrəli məktubla "Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya təqdim edilmişdir.
3. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi təkrar müraciətinə sonuncunun xx.xx.N0N3-cü il tarixli N/N-9084 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.N0N3-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
4. xx.xx.N007-ci il tarixli AO ******* nömrəli hərbi biletdə aparılmış qeydlərdən görünür ki, İddiaçı xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə Fizuli, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə manqa komandiri vəzifəsində xidmət etmişdir.
5. İddiaçı qeydiyyat kartasında xx.xx.N0N0- xx.xx.N0N0-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Fizuli istiqamətlərində gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində manqa komandiri vəzfifəsində xidmət etdiyi qeyd olunmuşdur.
6. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 34N nömrəli əmrindən çıxarışdan görünür ki, kiçik çavuş İddiaçı N1 sentyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və N- ci zenit raket divizionunun 3-cü zenit raket batareyasının zenit raket manqasının manqa komandiri vəzifəsinə təyin olunmuşdur.
7. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 34N nömrəli əmrindən çıxarışdan görünür ki, kiçik çavuş İddiaçı N1 sentyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və N- ci zenit raket divizionunun 3-cü zenit raket batareyasının zenit raket manqasının manqa komandiri vəzifəsinə təyin olunmuşdur.
8. N nömrəli hərbi hissə komandirinin Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında xx.xx.N0N0-ci il tarixli 091 nömrəli əmrindən çıxarışdan görünür ki, ehtiyat komanda məntəqəsinə və bölmələrin ehtiyat mövqelərinə gedən yolların vəziyyətinin yoxlanılması, mühəndis cəhətdən hazırlanması, maskalanma tədbirlərinin görülməsi və döyüş tapşırıqlarının dəqiqləşdirilməsinə hərbi hissə komandirinin müavinləri, bölmə vəxidmət rəisləri və qərargahdan hərbi qulluqçuların cəlb olunması, hərbi hissə komandirinin müavinləri, bölmə və xidmət rəisləri, hərbi hissənin şəxsi heyəti xx.xx.N0N0- ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların aşağıda göstərilən qaydada siyahısının tərtib edilməsi əmr edilmiş və bu siyahıda 858-ci sırada kiçik çavuş İddiaçı – manqa komandiri qeyd edilmişdir.
9. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 447 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N5 dekabr N0N0-ci il tarixli N74 nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən kiçik çavuş İddiaçı səfərbərlikdən tərxis edilmiş, N8 dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və çağırıldığı Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilmişdir.
10. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatda qeyd edilmişdir ki, kiçik çavuş İddiaçı döyüş əməliyyatları aparılan zaman (N7.09.-xx.xx.N0N0-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, N-ci zenit divizionunun 3-cü zenit raket batareyasının zenit raket manqasının manqa komandiri vəzifəsində olmuş, xx.xx.N0N0-ci il tarixli 34N nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, xx.xx.N0N0-ci il tarixli 447 nömrəli əmrlə çıxmış, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N0N0-ci il tarixli 00N8 nömrəli döyüş sərəncamı ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuş, Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N0-ci il tarixli 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Ağcabədi Hindarx, Ağdam ərazisində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunmasına və onların saz saxlanması fəaliyyətində iştirak etmişdir.
11. N nömrəli hərbi hissə tərəfindən məhkəməyə təqdim edilmiş arayış-məlumatda iştirak etdiyi ərazi kimi Bərdə rayonu, iştirakı etdiyi fəaliyyət kimi isə xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunması qeyd edilmişdir. 1N. Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N3-cü il tarixli N/N-11361 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.N0N3-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
13. Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli N/N-5N6 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş arayış-məlumatın 8-ci hissəsində "İştirak etdiyi ərazilər: Bərdə" yazıldığından, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin birinci hissəsinin onuncu abzasında göstərilən ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun, Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N7 sentyabr N0N0-ci il tarixədək işğal altında olmuş ərazilərində) döyüşlərdə blavasitə iştirak etməsinə və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsinə dair sənədlər (hərbi biletlər, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər) təqdim edilməmişdir. Yuxarı qeyd olunanlara əsasən, Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 13 iyun N0N3-cü il və təkrar N6 dekabr N0N3-cü il tarixli iclaslarının protokoluna əsasən vətəndaş İddiaçı "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
14. Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli N/N-3797 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X3 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədləri (və ya arayış-məlumatı) yanvar N0NN-ci ildə Azərbaycan Respublikası Nazirlər kabinetinə göndərilmişdir və verilməsinə əsas olan sənədlər orada saxlanılır.
15. Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli N/N-5083 nömrəli məktubunda qeyd edilmişdir ki, N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə xx.xx.N000-ci il təvəllüdlü vətəndaş X1 “Müharibə veteranı” adı verilmişdir. Bəxtiyar Alıyarlıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetindədir.
16. Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli N/N-5191 nömrəli məktubunda qeyd edilmişdir ki, N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə xx.xx.1987-ci il təvəllüdlü vətəndaş XN “Müharibə veteranı” adı verilmişdir. Eldəniz Baxşəliyevə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetindədir.
17. N nömrəli hərbi hissənin xx.xx.N0N4-cü il tarixli 399 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"da baxılmışdır. Arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.N0N3-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədə uyğun hesab edilməmişdir. İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək İİ Qarabağ müharibəsi zamanı xidmət yeri Bərdə rayonu ərazisi olmuşdur. Əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak etmişdir. Zenit-raket manqasının manqa komandirinin vəzifələri: Öz silahını döyüş hazırlığında saxlasın, onun quruluşunu və atış qaydalarını bilsin. Düşmənin və öz aviasiyasının əsas xüsusuiyyətlərini, fərqləndirici əlamətlərini və taktiki fəndlərini bilsin. Hava düşməninin fasiləsiz müşahidəsini aparsın, hava hədəflərini vaxtında aşkar etsin, tanısın və komanda ilə sərbəst məhv etsin. Ərazidən bacarıqla istifadə etsin, atış üçün mövqeni seçsin və təchiz etsin. Raketlərin məsrəfi barədə taqım komandirinə vaxtıvaxtında məruzə etsin. İddiaçı AK-74 markalı atıcı silah təhkim olunmuşdur. Məktubda adları qeyd olunan hərbi qulluqçular Eldəniz Baxşəliyevə, Tural Səmədova və Bəxtiyar Alıyarlıya "Müharibə Veteranı" adı verilib. Lakin, həmin hərbi qulluqçuların arayışməlumatları Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya göndərildiyindən həmin hərbi qulluqçuların arayış-məlumatları hərbi hissədə olmadığından surətlərini təqdim edə bilmirlər.
18. N nömrəli hərbi hissənin xx.xx.N0N4-cü il tarixli 745 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"da baxılmışdır. Arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.N0N3-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədə uyğun hesab edilməmişdir. İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək İİ Qarabağ müharibəsi zamanı xidmət yeri Bərdə rayonu ərazisi olub. Əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak etmişdir.
19. Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli 3-N5-3/N-73xx-xx/N0N4 nömrəli və xx.xx.N0N4-cü il tarixli 3-N5-N/N- kd-90xx-xx/N0N4 nömrəli məktublarında qeyd edilmişdir ki, N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar Eldəniz Baxşəliyevə, Tural Səmədova və Bəxtiyar Alıyarlıya "Müharibə veteranı" adı verilmişdir. Adları qeyd olunan vətəndaşlara "Müharibə veteranı" adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetindədir. N0. Daxili İşlər Nazirliyinin xx.xx.N0N5-ci il tarixli, 3-13-1N-1/N-13-445xx/xx/N0N5 nömrəli arayışında qeyd edilmişdir ki, Nazirliyin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxx 1989-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. N1. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.N0N5-ci il tarixli, 3-N5- NN9/N-1755/N0N5 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə “Vətən müharibəsi” dövründə döyüş əməliyyatlarında tam tərkibdə iştirak etmişdir.
Birinci instansiya məhkəməsində icraat: NN. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0N3-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. N3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 0N iyul N007-ci il tarixdən həqiqi hərbi xidmətə göndərilmiş və 0N yanvar N009-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 571 saylı xx.xx.N008-ci il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci tarixədək N saylı hərbi hissənin təkibində "Vətən Müharibəsi" döyüşlərində iştirak etmişdir. Hərbi biletinin surətində müharibə gedişatında Fizuli, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində manqa komandiri kimi döyüşlərdə iştirak etməyi qeyd edilib və hərbi hissənin möhürü ilə təsdiq olunub. "Vətən Müharibəsi" qələbə ilə nəticələndikdən sonra dəfələrlə Müdafiə Nazirliyinə müraciət edərək ona "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsini xahiş etməyinə baxmayaraq müxtəlif bəhanələr gətirilərək cavabdeh tərəfindən süründürməçiliyə yol verilmişdir. N saylı hərbi hissə komandirinin N8 dekabr N0N0-ci il tarixli nizami hissə üzrə 447 nömrəli əmri ilə müharibə bitdikdən sonra N8 dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlarından çıxarılmışdır və əmrdə qeyd edildiyi kimi kiçik çavuş İddiaçı-N-ci zenit-raket divizionunun 3-cü zenit-raket batareyasının zenit-raket manqasının manqa komandiri vəzifəsindən təxris edilərək Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinə göndərilmişdir. xx.xx.N0N3-cü il tarixdə təkrar ərizə ilə Müdafiə Nazirliyinə müraciət edib "Müharibə Veteranı" adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. MN-nin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın" katibi tərəfindən xx.xx.N0N3-cü il tarixli N/N 9084 nömrəli məktub ona göndərilib və həmin məktubda göstərilib ki, "Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə "Müharibə Veteranı"adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlər Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sının xx.xx.N0N3-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Barənizdə təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə Sizə "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir”. Nəzərə çatdırır ki, MN-yi belə bir nəticəyə gəlib ki, onun barəsində xidmət etdiyi N saylı hərbi hissə tərəfindən verilmiş arayış-məlumatda göstərilib ki, guya o, Bərdə rayonu ərazisində xidmət etmişdir və həmin ərazi döyüş gedən ərazilər hesab edilmədiyi üçün Nazirlər Kabinetinə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd edir ki, MN-nin bəhanə gətirərək istinad etdiyi N saylı hərbi hissə tərəfindən verilmiş arayış-məlumatın bir nüsxəsi də onda var və həmin arayışməlumatı sənədlərinə əlavə edir. 05N saylı hərbi hissənin Komandiri polkovnik Elnur Qebedovun və N-ci divizyonun komandiri polkovnik-leytenant Məmməd Məmmədov tərəfindən barəsində olan və Nazirliyə təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində göstərilmişdir ki, iştirak etdiyi ərazilər: Ağcəbədi Hindarx, Ağdam istiqamətində N-ci raket divizionunun 3-cü zenit-raket batareyasının zenit-raket manqasının manqa komandiri vəzifəsində xidmət edərək həmin istiqamətdə aparılan döyüşlərdə iştirak etmişdir. Buradan belə bir nəticəyə gəlir ki, cavabdeh növbəti dəfə ona yalan məlumat verərək göstərib ki, guya o, Bərdə rayonu ərazisində aparılan döyüşlərdə iştirak etmişdir. N4. İddiaçı xx.xx.N0N4-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. N5. Cavabdeh iddia tələbinə dair xx.xx.N0N4-cü il tarixli, 3-N5-4/N-1N19/N0N4 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.N0N3-cü il tarixli N/N-9084 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, arayış-məlumatda (əvvəlki etiraza əlavə olunmuşdur) qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 №-li Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə, ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 N-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya tut arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir." N6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(114)-91N/N0N4 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir. N7. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının xidmət etdiyi hərbi hissə ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etmək olmuş və Əsasnamədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi əks olunmamışdır. İddiaçı N saylı hərbi hissənin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısında olmuş və hava məkanının müdafiə edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri N8. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. N9. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş və mənbəyi məlum olmayan məlumat-arayışı sübut kimi qəbul etmiş, başqa şəxsə məxsus olan sənədə istinad etmiş, iddiaçının döyüş atışlarının həyata keçirilməsinə cəlb olunmadığını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
30. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi. Glavə olaraq bildirdi ki, o, aktiv döyüşlərə cəlb edilmiş, buna dair sənədləri inzibati orqana təqdim etmişdir. 3N. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 6N.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
33. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. N0N0-ci il sentyabrın N7- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd (N) göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
35. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilmiş, imtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
38. Birinci instansiya məhkəməsi iddianı əsaslı və qanuni hesab edərək təmin etmiş, qərarını iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10-cu yarımbəndinə uyğun olaraq “hava hücumundan müdafiə” bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi ilə əsaslandırmışdır. Belə ki, iddiaçı N saylı hərbi hissənin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısında olmuş və hava məkanının müdafiə edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.
39. Əsasnamədə qeyd edilən hüquqi mövqe ondan ibarətdir ki, N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
40. Cavabdehin imtinasının və hazırki halda apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmir və iddiaçının döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatda qeyd edilmişdir ki, kiçik çavuş İddiaçı döyüş əməliyyatları aparılan zaman (N7.09.-xx.xx.N0N0-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, N-ci zenit divizionunun 3-cü zenit raket batareyasının zenit raket manqasının manqa komandiri vəzifəsində olmuş, xx.xx.N0N0-ci il tarixli 34N nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, xx.xx.N0N0-ci il tarixli 447 nömrəli əmrlə çıxmış, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N0N0-ci il tarixli 00N8 nömrəli döyüş sərəncamı ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuş, Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N0-ci il tarixli 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə rayonu ərazisində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunması fəaliyyətində iştirak etmişdir. 4N. Həmçinin N nömrəli hərbi hissə komandirinin Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında xx.xx.N0N0-ci il tarixli 091 nömrəli əmrindən çıxarışdan görünür ki, ehtiyat komanda məntəqəsinə və bölmələrin ehtiyat mövqelərinə gedən yolların vəziyyətinin yoxlanılması, mühəndis cəhətdən hazırlanması, maskalanma tədbirlərinin görülməsi və döyüş tapşırıqlarının dəqiqləşdirilməsinə hərbi hissə komandirinin müavinləri, bölmə vəxidmət rəisləri və qərargahdan hərbi qulluqçuların cəlb olunması, hərbi hissə komandirinin müavinləri, bölmə və xidmət rəisləri, hərbi hissənin şəxsi heyəti xx.xx.N0N0ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısında 858-ci sırada kiçik çavuş İddiaçı adı qeyd edilmişdir.
43. Beləliklə, iddiaçının Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N0-ci il tarixli 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə rayonu ərazisində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunması fəaliyyətində iştirak etməsi iş materialları ilə öz təsdiqini tapır. Belə olan halda apellyasiya şikayətinin iddiaçının döyüş əməliyyatlarında iştirak etməməsi ilə əlaqədar dəlilləri təkzib olunur.
44. Məhkəmə kollegiyası cavabdehin imtina dəlili - “arayış-məlumatda qeyd olunmuş ərazinin (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlməməsi”nə münasibətdə qeyd edir ki, iddiaçının xidmət etdiyi hərbi hissə ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etməklə qorumuşdur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi məcburi şərt kimi nəzərdə tutulmamışdır.
45. Göründüyü kimi iddiaçının hərbi xidməti, döyüş əməliyyatlatlarında iştirakı əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Belə olan halda hazırki iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin tətbiqi şərtləri ödənilmişdir.
46. Belə olan halda imtinanın və apellyasiya şikayətinin dəlillərinin heç bir maddi hüquqi əsası yoxdur. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə
47. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(114)-91N/N0N4 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov