Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-197/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi ilə əlaqədar elektron məlumat bazasından adların çıxarılması və iddiaçının adının həmin elektron baza məlumatlarına daxil edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 iştirakı ilə, “torpaq sahəsi ilə əlaqədar elektron məlumat bazasından adların çıxarılması və iddiaçının adının həmin elektron baza məlumatlarına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-1201/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qərardad qəbul etdi: İşin halları:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 saylı Bərdə Ərazi İdarəsinin 10 mart 2022-ci il tarixli, **********53 nömrəli və 17 iyun 2022-ci il tarixli, **********40 nömrəli məktublarından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə elektron baza məlumatlarında mövcud uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə müraciət edilən Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1,86 ha həyətyanı torpaq sahəsi JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X26, X34 və İddiaçı1 adına işlənib hazırlanmış, lakin aparılan araşdırma zamanı şəhadətnamədə üç nəfər olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan elektron baza məlumatlarında 1,86 ha həyətyanı torpaq sahəsinin səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. X4 və ailə üzvlərinə məxsus Bərdə rayonu Şərəfli kəndi ərazisində yerləşən 1,86 ha həyətyanı torpaq sahəsinin JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə elektron baza məlumatlara arasında hansı səbəbdən mövcud uyğunsuzluğun olması məlum olmamışdır, həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda uyğunsuzluğun düzəldilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 saylı Bərdə Ərazi İdarəsinin 4957 nömrəli, 31 avqust 2021-ci il tarixli “məlumatın təqdim edilməsi barədə” ərizəsində qeyd olunmuşdur ki, X5 adına Bərdə rayonu, Şərəfli kəndində JN-72A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,40 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. X5 adına 5 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayon, xanərəb kəndində JN-0058 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 3,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmiş, 26 oktyabr 2013-cü il tarixli, 4ə-930 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına özəlləşdirilmişdir.
3. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029B, KOD 61090028 nömrəli şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kənd sakinləri X26, X21, X7 1,86 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
4. Bərdə rayonu Şərəfli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən görünür ki, X26 və ailə üzvləri X22, X19, X23, X13, X35, X27, X28, X14 qanuni istifadəsində 0,27 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMCnin 05 oktyabr 2023-cü il tarixli, **********22 nömrəli məktubu ilə təqdim edilən Bərdə RİHB Xanərəb kənd İƏD nümayəndəliyinin Şəhriyar kolxozunun islahat ilə əlaqədar Xanərəb kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşlarının siyahısında X26, X20, İddiaçı1 adının qarşısında 0,27 ha torpaq sahəsi qeyd edilmişdir.
6. Bərdə RİHB-nın Xanərəb İƏD üzrə nümayəndəliyinin 10 noyabr 2022-ci il tarixli, 09 nömrəli arayışında qeyd olunur ki, Xanərəb kənd sakini X26, X20, İddiaçı1 torpaq islahatı zamanı həyətyanı torpaq sahəsində zəbt torpağı artıq olduğuna görə pay torpağı sahədən deyil, həyətyanı sahədən verilmişdir. Onlara verilən torpaq sahəsi Şərəfli kəndində olmaqla 1,86 ha təşkil edir.
7. Bərdə rayon Dövlət arxivinin 30 yanvar 2023-cü il tarixli, 18 nömrəli arayşından görünür ki, Xanərəb kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illər üzrə 5 saylı təsərrüfatbaşına kitabın 366 saylı şəxsi hesabına əsasən X15 ailə başçısı kimi olduğu, həyat yoldaşı kimi X34 qeyd edilmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMCnin 10 fevral 2023-cü il tarixli, 3-21-3-60/2-330/2023 nömrəli məktubu ilə təqdim olunan subyektlərin siyahısından görünür ki, X26 və 7 nəfər ailə üzvünün adının qarşısına 0,27 ha həyətyanı torpaq sahəsi və 1,8675 ha faktiki torpaq sahəsi, X5 adının qarşısına 0,08 ha həyətyanı və 0,40 ha faktiki torpaq sahəsi qeyd edilmişdir.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********92-10301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Şərəfli kəndində 0,23 ha torpaq sahəsi və üzərində 88,70 kv metr fərdi yaşayış evi X15 fərdi yaşayış evi 1/6 hissə, torpaq sahəsi 1/36 ha hissədə; İddiaçı2 fərdi yaşayış evi 5/6 hissədə, torpaq sahəsi 35/36 hissədə olmaqla mülkiyyət hüquqları qeydiyyata alınmışdır.
10. 21 oktyabr 2017-ci il tarixli qanun üzrə vəsiyyətnamədən görünür ki, X26 bütün daşınar və daşınmaz əmlakını qızı İddiaçı2 vəsiyyət etmişdir.
11. 12 mart 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı1 İddiaçı2 Bərdə rayonu, Şərəfli kəndində yerləşən 0,23 ha torpaq sahəsinin pay üzrə ona məxsus hissəsini bağışlamışdır.
12. AN-İ ******* seriya və nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 Sahibə Gəncəli qızına Bərdə rayonu, Şərəfli kəndində ümumi sahəsi 88,7 kv metr olan fərdi yaşayış evinin ona aid pay hissəsini satmışdır.
Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X23, X9, X29, X24, X25 və X30) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri – ataları X15, anaları X20 və onun (İddiaçı1) adına verilmiş JN-029B, KOD 61019028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ilə əlaqəli elektron məlumat bazasından Bərdə rayonu, Xanərəb kənd sakinləri X10, X3, X17, X11, X12 və X18 adlarının çıxarılmalarına, onların yerinə həmin elektron baza məlumatlarına İddiaçı1 daxil edilməsinə və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı olaraq iş üzrə İddiaçı1 tanınması, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri – ataları X15, anaları X20 və onun (İddiaçı1) adına verilmiş JN-029B, KOD 61019028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ilə əlaqəli elektron məlumat bazasından Bərdə rayonu, Xanərəb kənd sakinləri X10, X3, X17, X11, X12 və X18 adlarının çıxarılmalarına, onların yerinə həmin elektron baza məlumatlarına İddiaçı1 daxil edilməsinə və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri-ataları X15, anaları X20 və onun adına verilmiş JN-029B, KOD 61019028 olan torpağa mülkiyəytə verilməsinə dair şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ayrılmışdır. Lakin şəhadətnamədə 3 nəfərin adı qeyd olunmasına baxamyaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş elektron baza məlumatlarında sözügedən 1.86 ha torpaq sahəsinin üç nəfərə deyil, səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Tərəflərindən cavabdeh orqana ərizə ilə müraciət edərək əsassız olaraq qeydiyyatda olan altı nəfər şəxslərin adları elektron baza məlumatlarından çıxarılması, onların yerinə onun (İddiaçı1) adının həmin elektron bazaya daxil edilməsi qeyd edilmişdir. Adları əsassız olaraq onlara aid torpaq sənədi ilə əlaqəli elektron məlumat bazasına daxil edilmiş şəxslər onların qardaşı arvadının və onun uşaqlarının adlarıdır. Lakin təəssüf ki cavabdeh orqan onlara verdiyi 10 mart 2022-ci il tarixli, **********53 saylı məktubla mübahisə ilə bağlı məhkəməyə müarciət etməklərini tövsiyyə etmişdir.
16. Cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsində bildirilmişdir ki, Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1.86 ha həyətyanı torpaq sahəsi JN- 029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X26, X34 və İddiaçı1 adına işlənib hazırlanmışdır. Lakin aparılan araşdırma zamanı məlum olmuşdur ki, JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən hüquq sahibləri üç nəfər olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan elekton baza məlumatlarında sözügedən 1.86 ha torpaq sahəsinin səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. İddiaçının mərhum atası X26 və ailə üzvlərinə məxsus Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1.86 ha həyətyanı torpaq sahəsinin JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə elektron baza məlumtları arasında hansı səbəbdən mövcud uyğunsuzluğun olması, eyni zamanda JN-029B saylı şəhadətnamədə İddiaçı1 adının olmasına baxmayaraq elekton baza məlumatlarında onun adının qeyd olunmaması Ərazi İdarəsinə məlum deyildir. Həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin uyğunsuzluğun düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-1201/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndi üzrə pay torpaq sahəsi almaq hüququ olan şəxslərin siyahısında iddiaçı və ailə üzvləri ilə birlikdə X10, X3, X17, X11, X12 və X18 da adları yazılmışdır. Belə olan halda həmin şəxslərin adlarının elektron baza məlumatlarından çıxarılması istisna olunur. Başqa sözlə elektron baza məlumatları ilkin sənəd olan Bərdə Rayon Aqrar İslahat Komissiyasının siyahısındakı məlumatlar əsasında yazılmışdır və ilkin sənəddə həmin şəxslərin adları olduğu halda elektron baza məlumatlarından adların çıxarılması yolverilməzdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-1201/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, X5 adına Bərdə rayonu, Şərəfli kəndində JN-72A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,40 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir, lakin məhkəmə buna hüquqi qiymət verməmiş, qərarında bəhs etməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı tərəfi etiraz ərizəsi daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, atası 2017-ci ildə vəsiyyətnamə ilə evi ona verib və həmin ev 27 sot torpaq sahəsinin üzərində yerləşir. Həmçinin bacısı da öz payını ona bağışlayıb. Qeyd edir ki, 0,27 ha torpaq sahəsi ilə 1,86 ha torpaq sahəsi eyni deyildir. İslahat zamanı çöldən torpaq sahəsi verilmədiyindən evin yanındakı boş sahə 1,86 da onlara verilmiş, lakin adlarına dövlət aktı işlənilməmiş, 0,27 ha və 1,86 ha-ya aid iki ayrıca şəhadətnamə verilmişdir. Atasının adına 0,27 ha torpaq sahəsinə dair şəhadətnamə əsasında 0,23 ha, yəni fərdi yaşayış evi yerləşən torpaq sahəsinə dair çıxarış alınmışdır. Yalnız 1,86 ha torpaq sahəsinə dair mübahisə mövcuddur. Belə ki, şəhadətnamədə ata-anasının və bacısının adları qeyd olunsa da elektron bazada qardaşının ailəsinin, yəni əlavə 8 nəfərin də adı işlənmişdir. Onu da qeyd edir ki, aqrar islahat zamanı Yazgül atasına məxsus həyətdə qeydiyyatda olsa da, başqa evdə yaşamışdır.
23. Əvvəlki məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyi bildirdi, əlavə olaraq qeyd etdi ki, əslində Gəncəli Hacıyevin varisləri öz övladları olmalıdır. Nəyə görə onun oğlunun ailəsinin adının qeyd edilməsi məlum deyildir.
24. Əvvəlki məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi X31 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
25. Cavabdeh inzibati orqana və iddiaçıya hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında cavabdehin nümayəndəsi və iddiaçı iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
27. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
28.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.
30. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
31. Hazırki işin faktiki hallarına əsasən iddiaçı Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə ona və mərhum ata-anası X26, X21 ayrılmış və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029B, KOD 61090028 nömrəli şəhadətnamədə qeyd olunan1,86 ha torpaq sahəsinə dair elektron baza məlumatlarında olan qeydlərin düzəldilməsini tələb etmişdir.
32. Belə ki, cavabdeh inzibati orqan imtina edərək bildirmişdir ki, Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1,86 ha həyətyanı torpaq sahəsi JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X26, X34 və İddiaçı1 adına işlənib hazırlanmış, ilkin aparılan araşdırma zamanı şəhadətnamədə üç nəfər olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan elektron baza məlumatlarında 1,86 ha həyətyanı torpaq sahəsinin səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. X4 və ailə üzvlərinə məxsus Bərdə rayonu Şərəfli kəndi ərazisində yerləşən 1,86 ha həyətyanı torpaq sahəsinin JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə elektron baza məlumatlara arasında hansı səbəbdən mövcud uyğunsuzluğun olması məlum olmamışdır, həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda uyğunsuzluğun düzəldilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir.
33. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029B, KOD 61090028 nömrəli şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kənd sakinləri X26, X21, X7 1,86 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
34. Bərdə rayonu Şərəfli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən görünür ki, X26 və ailə üzvləri X22, X19, X23, X13, X35, X27. X28, X14 qanuni istifadəsində 0,27 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.
35. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 05 oktyabr 2023-cü il tarixli, **********22 nömrəli məktubu ilə təqdim edilən Bərdə RİHB Xanərəb kənd İƏD nümayəndəliyinin Şəhriyar kolxozunun islahat ilə əlaqədar Xanərəb kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşlarının siyahısında X26, X20, İddiaçı1 adının qarşısında 0,27 ha torpaq sahəsi qeyd edilmişdir.
36. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 10 fevral 2023-cü il tarixli, 3-21-3-60/2-330/2023 nömrəli məktubu ilə təqdim olunan subyektlərin siyahısından görünür ki, X26 və 7 nəfər ailə üzvünün adının qarşısına 0,27 ha həyətyanı torpaq sahəsi, X5 adının qarşısına 0,08 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi subyektlərin siyahında qeyd edilən Bərdə rayonu Şərəfli kəndində 0,27 ha torpaq sahəsi ilə aqrar islahat nəticəsində ayrılmış 1,86 ha torpaq sahələri ayrı-ayrı torpaq sahələri olmuş və sonuncu torpaq sahəsinə dair elektron baza məlumatları subyektlərin siyahısı, həmin siyahı isə Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı əsasında tərtib edilmişdir.
38. Belə ki, X4nun arvadı Əsli Hacıyeva ilə bir təsərrüfat kimi qeyd edilərək onlara 1,86 ha torpaq sahəsi ayrılmış və buna dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 029B, KOD 61090028 nömrəli şəhadətnamə verilmişdir.
39. Digər tərəfdən elektron baza məlumatlarında, subyektlərin siyahısında öz əksini tapan 0,27 ha həyətyanı torpaq sahəsinə dair artıq mövcud hüquqlar dövlət qeydiyyatına alınmış, mübahisə predmeti olmamışdır.
40. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********92-10301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Şərəfli kəndində 0,23 ha torpaq sahəsi və üzərində 88,70 kv metr fərdi yaşayış evi X15 fərdi yaşayış evi 1/6 hissə, torpaq sahəsi 1/36 ha hissədə; İddiaçı2 fərdi yaşayış evi 5/6 hissədə, torpaq sahəsi 35/36 hissədə olmaqla mülkiyyət hüquqları qeydiyyata alınmışdır.
41. Başqa sözlə iddiaçının adı subyektlərin siyahısına əsasən məhz 0,27 ha torpaq sahəsi üzrə qeydə alınmış, digər faktiki zəbt kimi qeyd olunan 1,86 ha torpaq sahəsinə dair subyektlərin siyahısında və elektron bazada X26 və ailə üzvləri X22, X19, X23, X13, X35, X27. X28, X14 adları qeyd olunmuşdur.
42. İş materiallarında olan Bərdə RİHB-nın Xanərəb İƏD üzrə nümayəndəliyinin 10 noyabr 2022-ci il tarixli, 09 nömrəli arayışında qeyd olunur ki, Xanərəb kənd sakini X26, X20, İddiaçı1 torpaq islahatı zamanı həyətyanı torpaq sahəsində zəbt torpağı artıq olduğuna görə pay torpağı sahədən deyil, həyətyanı sahədən verilmişdir. Onlara verilən torpaq sahəsi Şərəfli kəndində olmaqla 1,86 ha təşkil edir.
43. Bərdə rayon Dövlət arxivinin 30 yanvar 2023-cü il tarixli, 18 nömrəli arayşından görünür ki, Xanərəb kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illər üzrə 5 saylı təsərrüfatbaşına kitabın 366 saylı şəxsi hesabına əsasən X15 ailə başçısı kimi olduğu, həyat yoldaşı kimi X34 qeyd edilmişdir.
44. Göründüyü kimi islahat zamanı ümumiyyətlə iddiaçı Xanərəb kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illər üzrə 5 saylı təsərrüfatbaşına kitabın 366 saylı şəxsi hesabına əsasən qeydiyyatda olmamışdır və o, həmin sahənin verilməsi ilə bağlı siyahıya əlavə edilməmişdir.
45. Belə ola halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının eletron siyahıya əlavə edilməsi mümkün olmadığından, hazırki tələb üzrə elektron baza məlumatlarından “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029B, KOD 61090028 nömrəli şəhadətnamədə adları qeyd edilməyən şəxslərin çıxarılmaları hüquqi marağına və onun gözlənilən hüquqlarının dövlət qeydiyyatına əsas olmayacaqdır.
46. Bundan başqa “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029B, KOD 61090028 nömrəli şəhadətnamənin verilməsinə əsas olan Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı- inzibati akt da hazırda qüvvədədir və həmin qərar əsasında verilmiş və tərtib olunmuş subyektlərin siyahısında və elektron bazada hər hansı dəyişikliklərin aparılması da mümkün deyildir.
47. Başqa sözlə iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə də riayət edilməsi müəyyən olunmur. İşə baxmış birinci instansiyası məhkəməsi obyektiv araşdırma prinsipinin tələblərini pozaraq iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını yoxlamamış və işə mahiyyəti üzrə baxaraq iddianın rədd olunması barədə qərar qəbul etmişdir.
48. Belə ki, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür.
49. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
50. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir.
51. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
52. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.1. maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.
53. Həmin qərarın 5.3. maddəsinə əsasən iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.
54. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-1201/2022 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov