Məhkəmə qərarları › İş №2-1(104)-197/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-197/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-197/2025 17.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 2-N(NN4)-3023/N24 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arxiv çıxarışından görünür ki, N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N nömrəli əmri ilə hərbi hissəni tərk etdiyinə görə 3-cü taborun əsgəri İddiaçı həmin tarixdən etibarən ştatdankənar çıxarılmış və bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli, 264 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı məxsus xx.xx.NN-ci il tarixli SX № ******* hərbi biletdə qeyd olunmuşdur ki, xx.xx.N3-cü ildə xidmətə başlamış, xx.xx.N7-ci il tarixdə AR MN-nin NN0 nömrəli əmri əsasında ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.N24-cü il tarixli 2/2-4572 nömrəli məktubda göstərilmişdir ki, təqdim olunmuş sənədlərə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N3-xx.xx.N4-cü il tarixlərdə İddiaçı xidmət keçdiyi Ağdam Hərbi Polis şöbəsi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına, əməliyyatlara cəlb edilmiş hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmağına dair məlumatlar olmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Tərtər Hərbi Prokrurluğu tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, N975-ci il təvəllüdlü İddiaçı barəsində Tərtər Hərbi Prokrorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli məktubuna əsasən, xx.xx.N3-cü il tarixdən Ağdam RHK-dan həqiqi hərbi xidmətə çağırılmış XN Hərbi Polis Şöbəsi rəisinin N2 oktyabr N3-cü il tarixli 7 №-li əmrilə (əsas: § N, səh.-5; qeyd: əmrdə adı “Fəyyaz”, atasının adı “Teymur” yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Ağdam Hərbi Polis Şöbəsi rəisinin NN oktyabr N4-cü il tarixli 49 №-li əmrilə (əsas: sıra-2N, səh.-N; qeyd: əmrdə atasının adı “Teymur” yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) İddiaçı Teymur oğlu xidmətini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərilmişdir. Ağdam rayonlar arası hərbi polis şöbəsi tərəfindən ezamiyyət müddəti qurtarıb gəlmiş X2 N №-li hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli 286 №-li əmrilə (əsas: §4, sıra-N7, səh.-99; qeyd: əmrdə adı “Fəyyaz”, atasının adı “Teymur” yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) 3cü MAT-ın şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatla təmin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı Teymur oğlu N №-li hərbi hissə komandirinin N3 dekabr N4-cü il tarixli 345 №-li əmrilə (əsas: § 7, sıra-4, səh.-96; qeyd: əmrdə atasının adı “Teymur” yazılmış, vəzifəsi qeyd olunmamışdır) ştatdan kənar çıxarılaraq bütün növ təminatları dayandırılmışdır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda Ağdam Hərbi Polis şöbəsinin N3-N4- cü il tarixlərində və Müdafiə nazirinin N5-N7-ci il tarixli əmrlərində N5-N7-ci il tarixlərində döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Bildirilir ki, N90 №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N saylı arayışı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçı qeydiyyat kartasının həqiqi hərbi xidmət keçmə haqqında məlumat qrafasından görünür ki, N saylı hərbi hissədə xx.xx.N3-cü ildə xidmətə başlamış, N90 saylı hərbi hissədə xx.xx.N3-cü ildə xidmətə başlamış, xx.xx.N7-ci il tarixdə ehtiyata buraxılmış, əsas olaraq AR MN-nin NN0 saylı əmri qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli məktubuna əsasən, N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, məktubda yazılmış N90 №li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N №-li əmri, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən ehtiyata buraxılma üçün əsas olan xx.xx.N7-ci il tarixli NN0 №-li əmri verilməmiş və həmin əmrin verməsinə əsas olmuş sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N2 oktyabr N3-cü il tarixdən NN noyabr N3-cü il tarixədək N nömrəli hərbi hissənin (həmçinin Ağdam rayonlararası hərbi polis şöbəsində ezamiyyətdə olmaqla) tərkibində, N2 noyabr N3-cü il tarixdən isə N nömrəli hərbi hissədə xidmət etmiş və N iyul N7-ci il tarixdə hərbi xidmətini başa vuraraq N nömrəli hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N saylı əmri ilə ehtiyata buraxılmışdır. İddiaçı N nömrəli hərbi hissədə və N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. O, Müdafiə Nazirliyinə müraciət edərək ona “Müharibə veteranı” adı verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı ərizəsinə əlavə etdiyi ona məxsus olan SX N 0585502N saylı hərbi biletin 4-cü vərəqində onun N2 oktyabr N3-cü il tarixdən N nömrəli hərbi hissədə, N2 noyabr N3-cü il tarixdən isə N nömrəli hərbi hissədə xidmət etməsi, N iyul N7-ci il tarixli N saylı əmri ilə ehtiyata buraxılmasını qeyd etmişdir. Həmin hərbi biletin N-ci vərəqində bu hərbi biletin N nömrəli hərbi hissənin N saylı xx.xx.N7-ci il tarixli hərbi bilet əvəzi arayışın əvəzinə verilməsi qeyd edilmiş, lakin həmin arayışdakı məlumatlar hərbi biletə tam şəkildə əlavə edilməmişdir. İddiaçının ərizəsinə əlavə etdiyi ona məxsus olan N nömrəli hərbi hissənin N saylı xx.xx.N7-ci il tarixli hərbi bilet əvəzi arayışın “döyüş əməliyyatlarında iştirakı” qrafasında onun xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etməsi göstərilmişdir. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.N24-cü il tarixli N96N nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı Ağdam Hərbi Polis Şöbəsi rəisinin xx.xx.N3-cü il tarixli, 7 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, şöbə rəisinin xx.xx.N4-cü il tarixli 49 nömrəli əmrilə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N nömrəli əmrilə hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdan kənar çıxarılaraq bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il, yanvardekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.N24-cü il tarixli, 2/2-4572 nömrəli məktubundan görünür ki, iddiaçı F. T.Paşayevin xidmət etdiyi Lənkəran Hərbi Polis şöbəsi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından, həmçinin əməliyyatlara cəlb edilmiş hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının yerinə etirməsi üçün ezam olunmasına dair məlumatlar olmadığından ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xidmət etdiyi Ağdam Hərbi Polis şöbəsi döyüşlərdə iştirak edən hərbi hissələr siyahısında deyil və iddiaçının döyüş tapşırığının yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparılan rayonlara və hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 2-N(NN4)-3023/N24 saylı qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hərbi xidmətdən qanunda nəzərdə tutulan qaydada tərxis olunması təsdiq edilmədiyindən ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi mümkün deyil. N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli, 264 nömrəli arayışında İddiaçı xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. Həmçinin İddiaçı hərbi qulluçuların qeydiyyat kartasında və hərbi biletdə göstərilmişdir ki, o, xx.xx.N3-cü ildə N saylı hərbi hissədə xidmətə başlamış, xx.xx.N3-cü ildə N90 saylı hərbi hissədə xidmətə başlamış və xx.xx.N7-ci il tarixdə AR MN-nin NN0 saylı əmri əsasında ehtiyata buraxılmışdır. Lakin məhkəmənin sorğusu əsasında göndərilmiş Müdafiə Nazirliyinin xx.xx.N24- cü il tarixli məktubuna əsasən, N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N90 №-li hərbi hissə komandirinin xx.xx.N7- ci il tarixli N №-li əmri, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən ehtiyata buraxılma üçün əsas olan xx.xx.N7-ci il tarixli NN0 №-li əmri verilməmiş və həmin əmrin verməsinə əsas olmuş sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin 25 noyabr N24-cü il tarixli, 2-N(NN4)-3023/N24 saylı qərarını ləğv edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər Hərbi Prokurorluğunun məhkəməyə ünvanlanmış məktubundan görünür ki, Tərtər Hərbi Prokurorluğunda onun barəsində təqsirlədirici material və cinayət işi olmamışdır. Yəni, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş və ya barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilməmişdir və aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Bildirir ki, Ağdam Rayon Məhkəməsinin N8 iyul NN6-ci il tarixli 2(N3)- 3333/NN6 saylı qətnaməsinə əsasən onun xx.xx.N3-cü il tarixdən xx.xx.N7-ci il tarixədək N90 saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmətdə olmağı və xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixə kimi Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyi faktı təsdiq olunmuş və həmin qətnamə hal-hazırda qüvvədədir. Məhkəmənin hazırlıq iclası mərhələsində həmin qətnamənin surəti tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq (bu barədə yəqin ki, məhkəmənin audio və video yazısı mövcuddur) həmin qətnamə məhkəmə prosesində və məhkəmənin qərarında tədqiq edilməmiş və sübut kimi ona hüquqi qiymət verilməmişdir. Məhkəmə onun xidməti və döyüşdə iştirakı ilə bağlı subyektiv qənaətə gəlməklə qanunun tələbini pozmuşdur. Bundan başqa o, döyüşlərdə iştirak edərkən ağır kontuziya almış və uzun müddət hospitalda müalicə olunmuşdur. Bununla bağlı müharibədən sonrakı illərdə uzun müddət müalicə olunmuş və məhkəmə prosesi davam edən müddətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 03 sentyabr N24-cü il tarixli qərarı ilə orqanizmin funksiyasının 85% pozulması əsası ilə ona “Aşkar simptomlarla müşahidə olunan neyrosifilis” diaqnozu qoyularaq müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Həmin sənədin surəti tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq (bu barədə yəqin ki, məhkəmənin audio və video yazısı mövcuddur) həmin sənəd məhkəmə prosesində və məhkəmənin qərarında digər sənədlərlə müqayisəli tədqiq edilməmiş və sübut kimi ona hüquqi qiymət verilməmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) proses iştirakçılarının izahatları İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etmişdir. Prosessual məsələlər İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 25 dekabr NN-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Əsasnamə: N6. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: [N3] çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün; b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; N. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün; “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... İnzibati Prosessual Məcəllə (İPM): Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə N4.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.N-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti müsbət həll edilmədiyindən hazırkı tələblə məhkəmədə iddia qaldırmış və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmədiyindən qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arxiv çıxarışından görünür ki, N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N nömrəli əmri ilə hərbi hissəni tərk etdiyinə görə 3-cü taborun əsgəri İddiaçı həmin tarixdən etibarən ştatdankənar çıxarılmış və bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli, 264 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı məxsus xx.xx.NN-ci il tarixli SX № ******* hərbi biletdə qeyd olunmuşdur ki, xx.xx.N3-cü ildə xidmətə başlamış, xx.xx.N7-ci il tarixdə AR MN-nin NN0 nömrəli əmri əsasında ehtiyata buraxılmışdır. Tərtər Hərbi Prokrurluğu tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, N975-ci il təvəllüdlü İddiaçı barəsində Tərtər Hərbi Prokrorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli məktubuna əsasən, xx.xx.N3-cü il tarixdən Ağdam RHK-dan həqiqi hərbi xidmətə çağırılmış XN Hərbi Polis Şöbəsi rəisinin N2 oktyabr N3-cü il tarixli 7 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Ağdam Hərbi Polis Şöbəsi rəisinin NN oktyabr N4-cü il tarixli 49 №-li əmrilə İddiaçı Teymur oğlu xidmətini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərilmişdir. Ağdam rayonlararası hərbi polis şöbəsi tərəfindən ezamiyyət müddəti qurtarıb gəlmiş X2 N №-li hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli 286 №-li əmrilə 3-cü MAT-ın şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatla təmin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı Teymur oğlu N №-li hərbi hissə komandirinin N3 dekabr N4-cü il tarixli 345 №-li əmrilə ştatdan kənar çıxarılaraq bütün növ təminatları dayandırılmışdır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda Ağdam Hərbi Polis şöbəsinin N3-N4-cü il tarixlərində və Müdafiə nazirinin N5-N7-ci il tarixli əmrlərində N5-N7-ci il tarixlərində döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Bildirilir ki, N90 №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N saylı arayışı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçı qeydiyyat kartasının həqiqi hərbi xidmət keçmə haqqında məlumat qrafasından görünür ki, N saylı hərbi hissədə xx.xx.N3-cü ildə xidmətə başlamış, N90 saylı hərbi hissədə xx.xx.N3-cü ildə xidmətə başlamış, xx.xx.N7-ci il tarixdə ehtiyata buraxılmış, əsas olaraq AR MN-nin NN0 saylı əmri qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli məktubuna əsasən, N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, məktubda yazılmış N90 №li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N №-li əmri, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N90 №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən ehtiyata buraxılma üçün əsas olan xx.xx.N7-ci il tarixli NN0 №-li əmri verilməmiş və həmin əmrin verməsinə əsas olmuş sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarından göründüyü kimi İddiaçı ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Belə ki, iddiaçının hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni əsaslarla ehtiyata buraxılması işə əlavə olunmuş sənədlərlə təsdiqini tapmamışdır. İddiaçı özü də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılmasını təsdiq edəcək mötəbər sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Ağdam Rayon Məhkəməsinin N8 iyul NN6-cı il tarixli 2(N3)-3333/NN6 saylı qətnaməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin qətnamə ilə İddiaçı xx.xx.N3-cü il tarixdən xx.xx.N7-ci il tarixə kimi N90 saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmətdə olması və xx.xx.N3-cü il tarixdən xx.xx.N4cü il tarixə kimi Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi faktı təsdiq olunmuşdur. Hazırki iş üzrə iddiaçının iddia tələbinin təmin edilməmə səbəbi isə onun hərbi xidmətinin başa çatması ilə hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumatların aşkar olunmamasıdır. Bundan əlavə apellyasiya şikayətində iddiaçı qeyd etmişdir ki, o, döyüşlərdə iştirak edərkən ağır kontuziya almış, uzun müddət hospitalda müalicə olunmuş və sonrakı illərdə məhkəmə prosesi davam edən müddətdə müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. Lakin, iş materiallarından görünür ki, iddiaçıya xx.xx.N24-cü il tarixdən “ümumi xəstəlik” səbəbindən müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi əlilliyin səbəbli əlaqəsi “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmamışdır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 2-N(NN4)-3023/N24 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən N ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar