Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-2/2024 28.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrliyi və məruzəsi ilə), İsgəndərova Aygül Vulqar qızı və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı oğlu, onun vəkili Nümayəndə, üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi (atası) X14, üçüncü şəxs X8, onun, həmçinin digər üçüncü şəxslər X11, X15 və X27 vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı sərəncamların etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2-1(83)-2312/2017 saylı qərarından keçmiş Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti, həmçinin üçüncü şəxslər X11, X21, X15, X37 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. AR ƏMDK Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********28 reyestr nömrəli, 12 аprеl 2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Göygöl rayonu Quşqara kəndi ərazisində 0,209686 ha torpaq sahəsi İddiaçı oğlunun xüsusi mülkiyyətinə verilmişdir;
2. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 27 iyun 2012-ci il tarixli, 337 saylı sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Əriklik bağı ərazisinin 400,0 kv.metr olan 41 nömrəli sahəsində X31 fərdi yaşayış evinin inşasına icazə verilmişdir.
3. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 30 yanvar 2013-cü il tarixli, 54 saylı sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Əriklik bağı ərazisinin 500,0 kv.metr olan 44 nömrəli sahəsində X16 fərdi yaşayış evinin inşasına icazə verilmişdir.
4. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 27 iyun 2012-ci il tarixli, 336 saylı sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Əriklik bağı ərazisinin 500,0 kv.metr olan 43 nömrəli sahəsində X4 fərdi yaşayış evinin inşasına icazə verilmişdir.
5. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 10 may 2012-ci il tarixli, 144 saylı sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Əriklik bağı ərazisinin 500,0 kv.metr olan 42 nömrəli sahəsində X5 fərdi yaşayış evinin inşasına icazə verilmişdir.
6. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 30 yanvar 2013-cü il tarixli, 55 saylı sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Əriklik bağı ərazisinin 400,0 kv.metr olan 40 nömrəli sahəsində X9 fərdi yaşayış evinin inşasına icazə verilmişdir;
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2019-cu il tarixli 33962 nömrəli ekspert rəyindən görünür ki,Gəncə şəhəri Yeni Gəncə yaşayış massivi Əriklik bağı ərazisində yerləşən (Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 2012-2013-cü il tarixli sərəncamları ilə sahəsində tikintiyə icazə verilmiş) 400 kv.metr olan X31 məxsus 41 nömrəli sahə, 500 kv.metr olan X16 məxsus 44 nömrəli sahə, 500 kv.metr olan X4 məxsus 43 nömrəli sahə və 500 kv.metr olan X5 məxsus 42 nömrəli sahənin koordinatlarını və yerləşmə vəziyyətini özündə əks etdirən hər hansı sxematik plan iş materiallarında görünmədiyindən həmin sahələrin RX seriyalı 015736 saylı çıxarışa əsasən İddiaçı oğlunun mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədinə istinadən 0,209686 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır;
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli 2- 1(107)-96/2023 nömrəli qərarına əsasən müəyyən olunur ki, iddiaçılar X3, X6, X12, X27, X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs) 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X32, İddiaçı oğlu) “mülkiyyət hüququna dair qeydiyyatın ləğvi” tələbinə dair iddiaları təmin edilməmişdir;
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli 2-1(102)-25/2024 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli 2-1(107)-96/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır;
10. Azərbaycan Respublikası Dövlət X19 və Gəncə şəhər İcra Hakimiyyətinin müvafiq məktubları ilə müəyyən olunmuşdur ki, “3 nömrəli tikinti-quraşdırma icarə trestinə öz işçiləri üçün çoxmərtəbəli yaşayış evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdə 10 hektar torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlər (sahə seçmə aktı, plan-ölçü (cizgi) sərəncama və qərara əlavə edilməmişdir;
11. Gəncə şəhər İcra Hakimiyyətinin 19 avqust 2024-cü il tarixli 5-1/2-1266/2024 nömrəli məktubundan görünür ki, Gəncə şəhər İcra Hakimiyyətinin sənədləri idarə arxivində 5 il müvəqqəti mühafizə müddətinə saxlanıldıqdan sonra Milli arxiv fonduna təhvil verilir. Bu səbəbdən, 27 iyun 2012-ci il tarixli, 337 saylı 30 yanvar 2013-cü il tarixli, 54 saylı 27 iyun 2012-ci il tarixli, 336 saylı 10 may 2012-ci il tarixli və 144 saylı 30 yanvar 2013-cü il tarixli 55 saylı sərəncamlara əsasən ayrılmış torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin (sahə seçmə aktı, plan-ölçü (cizgi) surətlərinin təqdim edilməsi mümkün olmamışdır.
12. Azərbaycan Respublikası Dövlət X19 17 iyul 2024-cü il tarixli 3-48-DA-4F/2- 1257//8/2024 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Gəncə (Kirovabad) Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi və Gəncə Şəhər İcra hakimiyyəti başçısı tərəfindən şəhərin idarə və müəssisələrinə bağçılıq üçün ayrılmış torpaq sahələrinin adlı siyahıları X33 filialına təhvil verilməmişdir;
13. Azərbaycan Respublikası Dövlət X19 17 iyul 2024-cü il tarixli 3-48-DA-4F/2- 1256//8/2024 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, “3 nömrəli tikinti-quraşdırma icarə trestinə öz işçiləri üçün çoxmərtəbəli yaşayış evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdə 10 hektar torpaq sahəsinin ayrılması haqqında” Kirovabad Şəhər X20 xx.xx.1987-ci il tarixli 12 saylı protokolunun qərarı və həmin qərar əsasında ayrılan 10 hektar torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin (sahə seçmə aktı, plan-ölçü (cizgi)), eyni zamanda “3 nömrəli tikinti-quraşdırma icarə trestinə öz işçiləri üçün çoxmərtəbəli yaşayış evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdən 2,3 hektar torpaq sahəsinin ayrılması” haqqında Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2915 saylı sərəncamı əsasında ayrılan 2,3 hektar torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlər (sahə seçmə aktı, plan-ölçü (cizgi)) sərəncama və qərara əlavə edilməmişdir;
14. Azərbaycan Respublikası Dövlət X19 05 sentyabr 2024-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin 27 iyun 2012-ci il tarixli, 337 saylı 30 yanvar 2013-cü il tarixli, 54 saylı 27 iyun 2012-ci il tarixli, 336 saylı 10 may 2012-ci il tarixli və 144 saylı 30 yanvar 2013-cü il tarixli 55 saylı sərəncamları əsasında ayrılan torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlər (sahə seçmə aktı, plan-ölçü (cizgi)) X35 filialına təhvil verilməmişdir.
Birinci instansiya məhkəməsində birinci icraat:
15. İddiaçı Elşad Məmmədov birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 10 may 2012-ci il tarixli 144 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli, 30 yanvar 2013-cü il tarixli 55 nömrəli вя 27 iyun 2012-ci il tarixli 337 nömrəli sərəncamlar etibarsız sayılmasını xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Əriklik bağı sahəsində yerləşən 0,209686 ha torpaq sahəsi DƏDRX-nin 12 аprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin torpaq sahəsində üçüncü şəxslər tərəfindən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 27 iyun 2012-ci il tarixli, 336 saylı, 10 may 2012-ci il tarixli, 144 saylı, 30 yanvar 2013-cü il tarixli, 54 saylı, 30 yanvar 2013-cü il tarixli, 55 saylı, 27 iyun 2012-ci il tarixli, 337 saylı sərəncamlarına əsasən fərdi yaşayış evlərinin tikintisi üçün qanunsuz sərəncamlar verilmişdir. Həmin sərəncamların qanunsuzluğu, həmçinin, Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına əsasən qeyd olunan torpaq sahəsi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin ərazi vahidliyinə aid olmadığı təqdirdə qəbul olunması sərəncamların etibarsızlığını bir daha təsdiqləyir. Ona görə də birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 27 iyun 2012-ci il tarixli, 336 saylı, 10 may 2012-ci il tarixli, 144 saylı, 30 yanvar 2013-cü il tarixli, 54 saylı, 30 yanvar 2013-cü il tarixli, 55 saylı, 27 iyun 2012-ci il tarixli, 337 saylı sərəncamların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2-1(83)- 2312/2017 saylı qərarı ilə (hakim F.C.Hüseynov), iddia tələbi təmin edilərək, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 10 may 2012-ci il tarixli 144 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli, 30 yanvar 2013cü il tarixli 55 nömrəli вя 27 iyun 2012-ci il tarixli 337 nömrəli sərəncamlar etibarsız sayılması qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin mübahisələndirilən sərəncamlarının məzmununda hazırkı iddia tələbi üzrə üçüncü şəxslərin Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Əriklik bağı adlanan sahədə fərdi yaşayış evlərinin tikilməsinə icazə verilməsi nəzərdə tutulmuş, lakin torpaq sahələri naturada ölçülüb sərəncamın şamil edildiyi şəxslərə verilməmiş, eyni zamanda torpaq sahələrinin mənsubiyyəti müəyyən edilmədən və müvafiq cizgi plan və yaxud yerləşmə koordinatları işlənmədən evlərin inşasına şərait yaradılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti və üçüncü şəxslər X11, X21, X15, X37 və X8 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
20. Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır, iddiaçının iddia ərizəsində məlum sərəncamların məhz iddiaçının torpaq sahəsinin üzərinə verilməsi ilə bağlı heç bir sübut mövcüd deyildir. Birinci instansiya məhkəməsi işin bu kimi hallarını tam araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. 21 Üçüncü şəxslər X11, X21, X15, X37 və X8 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, inzibati aktdan şikayət vermə müddəti ötürülmüşdür. Bundan başqa birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, sərəncamlar onlara iddiaçı mülkiyyət hüququnu əldə etdiyindən xeyli əvvəl verilmişdir. Yəni, həmin sərəncamlar iddiaçının heç bir hüquqlarına toxunmamışdır. Məhkəmə işin bu kimi hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiya məhkəməsində birinci icraat:
23. Gəncə Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli 2-1(104)-63/2018 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2-1(83)-2312/2017 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
d) Kassasiya instansiyası məhkəməsində icraat:
24. Cavabdeh Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, eləcə də üçüncü şəxslər X11, X21, X15, X37 və X8 apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermiş və şikayətlər işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 iyun 2018-ci il tarixli 2-1(102)-1077/2018 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(104)- 63/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi; İşin təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi; Kassasiya şikayətlərinin qalan hissədə təmin olunmaması qərara alınmışdır.
e) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
26. Gəncə Apellyasiya Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(104)-2/2024 nömrəli qərardadı ilə İddiaçı oğlunun cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı sərəncamların etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin əsl cavabdeh Gəncə şəhəri İcra Hakimiyyəti ilə əvəz edilməsi; İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin cavabdeh Gəncə şəhəri İcra Hakimiyyətinə təqdim olunması qərara alınmışdır.
f) Apellyasiya icraatı iştirakçılarının izahatları
27. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi (atası) X14 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar qanunidir. İddiaçı torpaq sahəsini alan zaman orada artıq onların evi inşa edilmişdi. İddiaçı da aldığı torpaq sahəsinin üzərində tikililər mövcud olmasında məlumatlı olmuşdur. Mübahisəli ərazi də Göygöl rayonunun deyil, Gəncə şəhərinin inzibati ərazisinə aid olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, onlara məxsus evin inşası 2012-ci ildə başlayıb həmin ilin sonunda da başa çatmışdır.
28. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X8, X11, X15 və X27 vəkili Vəkil oğlu apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbi üçüncü şəxslərə münasibətdə mümkün sayılmamalıdır. Çünki, iddiaçı torpaq sahəsinə dair mülkiyyət hüququnu 2013-cü ilin aprel ayında əldə etmişdir. Mübahisələndirilən sərəncamlar isə həmin tarixdən əvvəl verilmişdir. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar üçün məhkəməyə müraciət etməyə görə qanunvericilikdə 1 aylıq müddət müəyyən edilmişdir. İddiaçı tərəf isə məhkəməyə müraciət etmək üçün həmin müddəti ötürmüşdür.
29. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi (atası) X14 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, torpaq sahəsinin yeri barədə keçmiş Göygöl rayon torpaq və xəritəçəkmə şöbəsindən arayış almışlar. Sərəncam verildiyi vaxtdan da torpaq sahəsi üzərində ev inşa etdirmişlər. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki,fərdi yaşayış evini 2012-ci ildən inşa etdirməyə başlamışlar. Həmin ilin noyabr ayında da evin inşası başa çatmışdır. İcra Hakimiyyəti tərəfindən evin tikintisinə icazə verildiyinə görə orada ev inşa etdirmişlər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
30. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 12 ildir İcra Hakimiyyətinin sərancamı əsasında inşasına icazə verilmiş fərdi yaşayış evində yaşayırlar. 2012-ci ildə sərəncam verilən zaman fərdi yaşayış evinin inşasına başlamışlar. Hazırda da həmin evdə yaşayırlar. Üçüncü şəxs X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını,birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
31. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X8, X11, X15 və X27 vəkili Vəkil oğlu apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisələndirilən sərəncamlar əsasında üçüncü şəxslərə fərdi yaşayış evinin inşasına icazə verilmiş olsa da, lakin sərəncamda nəzərdə tutlmuş sahələrin koordinaları müəyyən deyildir. Bu halda isə sərəncam əsasında üçüncü şəxslərə ayrılmış sahənin məhz iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü qənaətinə gəlmək mümkün deyildir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
32. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğlu apellyasiya şikayətlərini qəbul etməyərək izahatında bildirmişdir ki, əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, üçüncü şəxs Rəsmiyyə Babayeva ilə öz aralarında qarşılıqlı razılığa gəlsələr də, digər 3-cü şəxslərlə hər hansı qarşılıqlı razılıq əldə etməmişdir. İddiaçı oğlu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
33. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğlunun vəkili Nümayəndə da apellyasiya şikayətlərini qəbul etmədiyini və hüquqlarını müdafiə etdiyi şəxsin verdiyi izahatına əlavəsi olmadığını bildirmişdir. Vəkil Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
34. Digər proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
35. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Qeyd edilməlidir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.
38. Belə ki, kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisə açdığı torpaq sahəsi ilə bağlı subyektiv hüququnun olub-olmamasını ətraflı araşdırmamışdır. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, üçüncü şəxslər tərəfindən inşa edilmiş tikililərin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi ilə mübahisə olunan sərəncamların heç bir səbəbli əlaqəsi yoxdur. Məhkəmə mübahisə olunan sərəncamların iddiaçıya məxsus torpaq sahəsi üzərində verilməsi ilə bağlı ekspertiza keçirməmiş, mütəxəssis rəyi almamış və yerində baxış keçirməmişdir. Mübahisə olunan torpaq sahəsinin həqiqətən iddiaçının mülkiyyətində, yaxud Göygöl rayonunun, yoxsa Gəncə şəhəri Nizami rayonunun inzibati ərazi vahidinə aid olmasına aydınlıq gətirilməmişdir. Məlumdur ki, işdəki sənədlərə görə iddiaçı mübahisə olunan torpaq sahəsini notariat qaydada aparılan alqı-satqı müqaviləsi əsasında X18 almış, sonra iddiaçının hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2006-cı ilin aprelində qeydə alınmış Torpağa mülkiyyət hüququna dair dövlət aktına görə Xanlar rayon Quşqara Bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54 A nömrəli qərarı ilə satılmış 1,31 ha torpaq sahəsi (0,71 ha ictimai-iaşə obyektinin tikintisi və 0,60 ha k/t məhsulları istehsalı məqsədilə X22 mülkiyyətinə verilmişdir. Gəncə İnzibati-lqtisadi Məhkəməsinin 14 avqust 2012-ci il tarixli qərarından görünür ki, X24 məxsus 0,209686 ha torpaq sahəsinin yerinin müəyyən olunaraq müayinə edilməsi və torpaq sahəsinin sənədlərinin hazırlanaraq torpaq sahəsi üzərində yüklülüyün olub-olmamasına dair arayışın (Forma-1) verilməsi səlahiyyətləri daxilində Göygöl rayon torpaq şöbəsinə və Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə tapşırılmışdır. Qərarda qeyd edilir ki, Ərazi İdarəsi 22 may 2012-ci il tarixli məktubunda göstərmişdir ki, torpaq sahəsinin müəyyən edilməsi və sənədlərin hazırlanması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi mübahisəlidir. Belə ki, Gəncə şəhər Memarlıq və Tikinti İdarəsinin əməkdaşları tərəfindən torpaq sahəsində mərz nişanları qoyulmuşdur. Hazırda torpaq sahəsinin Göygol rayonuna və ya Gəncə şəhərinə məxsus olması araşdırılır. Odur ki forma 1 arayışının verilməsindən imtina olunur. Bundan başqa, məhkəmə kollegiyasına təqdim edilən məhkəmə qərarlarından görünür ki, tərəflər arasında torpaq sahəsi ilə bağlı məhkəmə icraatında daha iki iş vardır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2018-ci il 28 fevral tarixli 2-1(102)-456/18 nömrəli qərarından görünür ki, hazırkı işdə olan üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər hazırkı iddiaçı və X25r) Göygöl rayon torpaq şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən 0,509686 ha torpaq sahəsinin X22 adına aparılmış dövlət reyestrində qeydiyyatının və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin İddiaçı oğlunun adına aparılmış 2013-cü il 12 aprel tarixli reyestr qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş olmuş, iddia aşağı məhkəmələr tərəfindən mümkün sayılmamış, lakin Ali Məhkəmə tərəfindən apellyasiya məhkəməsinin qərardadı ləğv olunaraq iş yeni baxışa göndərilmişdir. Qərardan həmçinin görünür ki, iddiaçılar Ərazi İdarəsindən fərdi yaşayış evlərinin altındakı torpaq sahəsinin başqa vətəndaşa aid torpaq sahəsi ilə üst-üstə düşməsinə aydınlıq gətirilməsini xahiş etmiş, Ərazi İdarəsi 2017-ci il 26 may tarixli məktubunda mübahisənin düzgünlüyünü etiraf etmişdir. Sərəncamların məzmununun düzgün təfsir və ya şərh olunması üçün həmin sərəncam digər hallarla yanaşı, həm də Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 saylı sərəncamı ilə əlaqəli tədqiq olunmalıdır. Belə ki, həmin sərəncamlarda eyni torpaq sahələrinin nəzərdə tutulub-tutulmadığı aydın deyil. Bu halın araşdırılması (həm də xüsusilə) 1995-ci və 2012-2014-cü illərdə qəbul edilmiş sərəncamlarda göstərilən torpaq sahələrinin eyni inzibati əraziyə aid olub-olmadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. Ali Məhkəmənin Mülki kollegiyasının 5 fevral 2018-ci il tarixli 2(102)-609/2018 nömrəli qərarından isə görünür ki, E.C.Məmmədovun (hazırkı işdə iddiaçı) cavabdehlər N.M.İsmayılov və başqalarına (hazırkı işdə üçüncü şəxslər) qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddiası Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, bu qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, lakin apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni baxışa göndərilmişdir. Məhkəmə kollegiyasının qərarında qeyd edilir ki, iş materiallarından görünür ki, Xanlar rayonu (indiki Göygöl) Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54 A saylı qərarı ilə X24 0,80 ha torpaq sahəsi satılmış, həmin qərara əsasən Faiq Şərifovun adına Torpağın mülkiyyətə verilməsinə dair 18 aprel 2006-cı il tarixli dövlət aktı işlənmişdir. Dövlət aktında Faiq Şərifovun mülkiyyətinə verilmiş torpağın ümumi sahəsinin 1,31 ha olması, ayrı-ayrı ərazilərdə yerləşməsi, 467 konturda 0,60 ha, 467 A konturda 0,20 ha və 467 D konturda 0,51 ha olması göstərilmiş, Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında 467 D konturu ilə işlənməsi sənədlərin saxtalaşdırılması yolu ilə həyata keçirilmiş, əlavə yazılmış Faiq Şərifov 0,51 ha torpaq sahəsinin 0,24 ha hissəsini X17, 0,06 ha hissəsini isə X10 26 iyul 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satmışdır. Qalan 0,209686 ha torpaq sahəsnə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (Dövlət aktı) etibarsız hesab olunmağına baxmayaraq həmin sahəni Faiq Şərifov 18 iyul 2007-ci il tarixli çıxarışa əsasən 18 dekabr 2012-ci il tarixdə Elşad Məmmədova satmışdır. Şərh olunan hallar qanuni qüvvəyə minmiş Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsindən başq vəkilin sorğusuna əsasən DƏDRX 3 saylı Ərazi İdarəsindən verilmiş sənədlərdə, Göygöl rayon Quşqara Bələdiyyəsinin arayışında, mütəxəssis və ekspert rəyində öz əksini tapmışdır. Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsindən isə görünür ki, X22 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli JN-0497 nömrəli Dövlət Aktı 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilmişdir. Cavabdeh tərəfindən fərdi yaşayış evinin tikintisi üçün mübahisə edilən sərəncamlarla 3-cü səxslərə ayrılan torpaq sahəsinin 0,51 ha torpaq sahəsi ilə üst-üstə düşməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göründüyü kimi, hazırkı vəziyyətdə məhkəmə qərarlarına görə torpaq sahəsinin inzibati ərazi vahidi kimi hansı rayonun ərazisində olması müəyyən deyildir, həmçinin mübahisə olunan torpaq sahəsinin qanuni əsaslarla Faiq Şərifovun mülkiyyətində qeydə alınması ilə bağlı əsaslı sübhələr mövcuddur. Həmin şübhələr yalnız məhkəmə müstəvisində aradan qaldırıla bilər.
39. Bu xüsusda məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq ilk növbədə iddiaçının hazırkı mübahisəyə münasibətdə subyektiv hüuqunun mövcud olub-olmaması yoxlanılmalıdır.
40. Hazırkı apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində araşdırma aparılaraq iş üzrə tikinti texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2019-cu il tarixli 33962 nömrəli ekspert rəyinə əsasən Gəncə şəhəri Yeni Gəncə yaşayış massivi Əriklik bağı ərazisində yerləşən (Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 2012-2013-cü il tarixli sərəncamları ilə sahəsində tikintiyə icazə verilmiş) 400 kv.metr olan X31 məxsus 41 nömrəli sahə, 500 kv.metr olan X16 məxsus 44 nömrəli sahə, 500 kv.metr olan X4 məxsus 43 nömrəli sahə və 500 kv.metr olan X5 məxsus 42 nömrəli sahənin koordinatlarını və yerləşmə vəziyyətini özündə əks etdirən hər hansı sxematik plan iş materiallarında görünmədiyindən həmin sahələrin RX seriyalı 015736 saylı çıxarışa əsasən İddiaçı oğlunun mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədinə istinadən 0,209686 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır.
41. Bundan əlavə, hazırkı apellyasiya baxışı zamanı verilmiş sorğulara əsasən daxil olmuş Azərbaycan Respublikası Dövlət X19 və Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq məktubları ilə müəyyən olunmuşdur ki, “3 nömrəli tikinti-quraşdırma icarə trestinə öz işçiləri üçün çoxmərtəbəli yaşayış evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdə 10 hektar torpaq sahəsinin və “3 nömrəli tikinti-quraşdırma icarə trestinə öz işçiləri üçün çoxmərtəbəli yaşayış evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdən 2,3 hektar torpaq sahəsinin ayrılması” haqqında Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2915 saylı sərəncamı əsasında ayrılan 2,3 hektar torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlər (sahə seçmə aktı, plan-ölçü (cizgi) sərəncama və qərara əlavə edilməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Gəncə (Kirovabad) Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi və Gəncə Şəhər İcra hakimiyyəti başçısı tərəfindən şəhərin idarə və müəssisələrinə bağçılıq üçün ayrılmış torpaq sahələrinin adlı siyahıları X33 filialına təhvil verilməmişdir.
42. Eyni zamanda verilmiş sorğulara cavab olaraq müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin 27 iyun 2012-ci il tarixli, 337 saylı 30 yanvar 2013-cü il tarixli, 54 saylı 27 iyun 2012-ci il tarixli, 336 saylı 10 may 2012-ci il tarixli və 144 saylı 30 yanvar 2013-cü il tarixli 55 saylı sərəncamları əsasında ayrılan torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlər (sahə seçmə aktı, plan-ölçü (cizgi)) nə Gəncə şəhər İcra Hakimiyyətində, nə də ki, X33 Filialında mövcud deyildir.
43. Məhkəmə kollegiyası həmçinin göstərir ki, iddiaçılar X3, X6, X12, X27, X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs) 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X32, İddiaçı oğlu) “mülkiyyət hüququna dair qeydiyyatın ləğvi” tələbinə dair iddiaları üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli 2-1(107)-96/2023 nömrəli qərarı qanuni qüvvəyə minmiş qərarı ilə də müəyyən olunmuşdur ki, Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları ilə iddiaçılara ayrılmış torpaq sahələrinin Gəncə (keçmiş Kirovabad) şəhər X20 21 iyul 1987-ci il tarixli 12 №-li qərarı ilə ayrılmış 10 ha və ya Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 №-li sərəncamı ilə ayrılmış 2,3 ha torpaq sahələrinin hüdudları daxilində olması iş materialları ilə öz təsdiqini tapmır; Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 144 saylı sərəncamı ilə X5 500 kv.m, xx.xx.2012-ci tarixli 336 saylı sərəncamı ilə X4 500 kv.m, xx.xx.2012-ci il tarixli 337 saylı sərəncamı ilə X31 400 kv.m, xx.xx.2013-cü il tarixli 54 saylı sərəncamı ilə X16 500 kv.m, xx.xx.2013-cü il tarixli 55 saylı sərəncamı ilə X9 500 kv.m torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilməsi və həmin torpaq sahələrinin yerində ölçülüb vətəndaşlara təhvil verilməsi qərara alınsa da, həmin torpaq sahələrinin yerini müəyyən etməyə imkan verən heç bir sənəd mövcud deyildir.
44. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisəli sərəncamlar əsasında keçmiş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərə fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş olsa da, lakin həmin torpaq sahələrinin hansı ərazidə yerləşmələrini müəyyən etmək mümkün deyildir. Başqa sözlə mübahisəli sərəncamlar əsasında üçüncü şəxslərə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahələrinin məhz RX seriyalı 015736 saylı çıxarışa əsasən İddiaçı oğlunun mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmir. Bu halda isə iddiaçının həmin sərəncamları mübahisələndirməkdə subyektiv hüququ yaranmır. Çünki, iddiaçının mübahisə açdığı sərəncamlara aid olan torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetmir, onun həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır. Halbuki, iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququnun mövcudluğu üçün ilk növbədə inzibati orqanın mübahisəli sərəncamları nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilməlidir. Hazırkı işdə isə belə bir halın olması mövcud deyildir.
45. Qeyd edilməlidir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
46. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
47. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
49. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.
51. İşin yuxarıda qeyd olunan hallarına məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı halda Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərə evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmə barədə 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 10 may 2012-ci il tarixli 144 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli, 30 yanvar 2013-cü il tarixli 55 nömrəli və 27 iyun 2012-ci il tarixli 337 nömrəli sərəncamların iddiaçının hüquq və mənafelərinə toxunması müəyyən olunmur. Belə olan təqdirdə iddiaçı həmin aktı mübahisələndirmək barədə subyektiv hüquqa malik deyildir.
52. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət verməmişdir. Ona görə də apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
53. X13 Məcəllənin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
54. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.
55. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur.
57. İşdən müəyyən olunur ki, hazırkı apellyasiya baxışı zamanı aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 1100 (bir yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2-1(83)-2312/2017 saylı qərarı ləğv edilsin. İddiaçı oğlunun cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər X11, X21, X15, X37 və X8) qarşı sərəncamların etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.