Məhkəmə qərarları › İş №2-1(104)-2/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-2/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-2/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 İdarəsinin cavabdeh Şəmkir Bələdiyyəsinə (üçüncü şəxs İbrahimov Hafiz Məmməd oğlu) qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil3 və digər nümayəndəsi X5, üçüncü şəxs İbrahimov Hafiz Məmməd oğlunun iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin (hal-hazırda X1 İdarəsi) cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(083)-49/2016 saylı qərarından üçüncü şəxs İbrahimov Hafiz Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəmkir Bələdiyyənin 02 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarışa əsasən, ünvan 1 ünvanda yaşayan H.İbrahimova şəhərin birinci zonasında yerləşən ərazidən (Sabir küçəsi) 1.460 kv.m torpaq sahəsinin sahibkarlıq xidməti məqsədilə 1.460 manata satılması qərara alınmışdır.

2. “Torpaqların alğı-satqısına dair” 30 mart 2007-ci il tarixli aktın surətinə müvafiq olaraq H.İbrahimov tərəfindən Şəmkir Bələdiyyəsinə 08 yanvar 2007-ci il tarixdə torpaq sahəsi alınması barədə müraciət edilmişdir. X2 baxılmış və Şəmkir Bələdiyyəsinin ərazisindən 1.460,0 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə satılması barədə 02 aprel 2007-ci il tarixli, 04 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində H.İbrahimov tərəfindən Şəmkir Bələdiyyəsihin ABB Şəmkir filialındakı hesabına 1.460,0 manat haqq ödənlmişdir.

3. Şəmkir rayon İcra Hakimiyyətinin Şəmkir Bələdiyyəsinə göndərdiyi qeyd edilən torpaq sahəsinin İbrahimov Hafiz Məmməd oğluna ayrılması barədə rəydən görünür ki, müəyyən olundu ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi şəhərin Sabir küçəsində “Vidadi” qış kinoteatrının alt və üst hissəsindəki bələdiyyə mülkiyyətində olan istifadəsiz ərazidir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı 26 aprel 2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz amlakın dövlət reyestrindən Çıxarışına əsasən, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən sahibkarlıq məqsədi ilə ayrılmış 0,0955 ha torpaq sahəsi üzərində İbrahimov Hafiz Məmməd oğlunun mülkiyyət hüquqları qeydə alınmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı 26 aprel 2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən sahibkarlıq məqsədi ilə ayrılmış 0,0505 ha torpaq sahəsi üzərində İbrahimov Hafiz Məmməd oğlunun mülkiyyət hüquqları qeydə alınmışdır.

6. A seriyalı 001533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 nömrəli qərarı ilə sahibkarlıq məqsədi üçün satılmış 955 kv.m torpaq sahəsi ilə bağlı H.İbrahimovun adına tərtib edilmişdir.

7. A seriyalı 001534 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 nömrəli qərarı ilə sahibkarlıq məqsədi üçün satılmış 505 kv.m torpaq sahəsi ilə bağlı H.İbrahimovun adına tərtib edilmişdir.

8. Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən verilmiş xx.xx.1955-ci il tarixli, 145 saylı əmrdən görünür ki, Şamxor (Şəmkir) şəhərində 330 yerlik qış kinoteatrının layihə-smeta sənədləri təsdiq edilmişdir.

9. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X3 xx.xx.2016-cı il tarixli, 31 nömrəli məktubundan görünür ki, Şəmkir rayonu Kino Birliyinin arxiv sənədləri Şəmkir filalında mühafizə olunur. Mühafizə olunan sənədlərdən biri Şamxor rayonu Vidadı adına 330 yerlik qış kino-teatrının tikintisi haqqında smeta və layihəsinin Azərbaycan SSR Mədəniyyət Nazirliyinin xx.xx.1955-ci il tarixli, 145 saylı əmri ilə təsdiq edilməsi və ümümi sahəsinin 0,35 ha olması qeyd edilmişdir.

10. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X3 məhkəmə kollegiyasına ünvanladığı 20 dekabr 2021-ci il tarixli, k-3-159 nömrəli cavab məktubuna əlavə edilmiş layihə-smeta sənədlərinə əlavə edilmiş əmrə əsasən Şamxor rayon Kino Birliyinə aid Şamxor şəhər Vidadi adına 330 yerlik qış kinoteatrının tikintisinə 1235,33 (bir milyon iki yüz otuz beş min üç yüz otuz) rubl vəsait xərc edilmişdir. Həmçinin Azərbaycan Dövlət Layihə İnstitutunun 1865/2 nömrəli arayışına görə, 0,35 ha torpaq sahəsinin ayrılması ilə bağlı görülən işlərə və. s. işlərə 1385 rubl vəsait ayrılmışdır.

11. “Alternativ” Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 125 nömrəli ekspert rəyində tədqiqatın nəticə hissəsi aşağıdakı kimi qeyd olunmuşdur: Qərardadın birinci sualı üzrə: Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolu qərarı və torpaqların alğı-satqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verilmiş, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0.0505 ha və 0.0955 ha torpaq sahələrinin müvafiq hüquq müəyyənedici və texniki sənədlərə uyğun olduğu müəyyən edilir. İddiaçı Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin inzibati binasına, o cümlədən binanın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər ekspertiza tədqiqatına təqdim olunmadığına görə, İbrahimov Hafiz Məmməd oğluna verilmiş torpaq sahələri ilə Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin tələb etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə: Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0.0505 ha və 0.0955 ha torpaq sahələrinin əvvəllər Şəmkir Bələdiyyəsinin mülkiyyətində (balansında) olduğu, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolu qərarı və torpaqların alğı-satqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verildiyi və həmin torpaq sahələrinin müvafiq hüquq müəyyənedici və texniki sənədlərə əsasən İbrahimov Hafiz Məmməd oğlunun xüsusi mülkiyyətində olduğu müəyyən edilir.

12. Şəmkir Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 8/20 nömrəli məktubdan görünür ki, bələdiyyə yarandığı vaxtdan bəri Şəmkir Bələdiyyəsinin balanasında olan bələdiyyə torpaqlarının ümümi toplusuna məxsus xəritə mövcud deyildir.

13. Azərbaycan Respublikası Ədliyyə X4 Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 09/3-95 nömrəli məktubunda göstərilmişdir ki, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-1838/2023 nömrəli mütəxəssis rəyində bildirilmişdir ki, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı protokol qərarı və torpaqların alğı-satqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verilmiş Şəmkir şəhəri, Sabir küçəsində yerləşən torpaq sahəsi ilə iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəmkir Regional Mədəniyyət İdarəsinin tələb etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşür. Elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi kimi 0,146 ha hissəsi alğı-satqı müqaviləsi ilə xüsusi mülkiyyətə verilmişdir. Hal-hazırda həmin torpaqlar iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəmkir Regional Mədəniyyət İdarəsinin istifadəsindədir. Lakin həmin torpaq sahəsinin kimin balansında olmasını müəyyən etmək mümkün olmadı.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7213 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı protokol qərarı və torpaqların alğı-satqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verilmiş Şəmkir şəhəri, Sabir küçəsində yerləşən torpaq sahəsi ilə iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəmkir Regional Mədəniyyət İdarəsinin tələb etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşür. Elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi kimi 0,146 ha hissəsi alğı-satqı müqaviləsi ilə xüsusi mülkiyyətə verilmişdir. Hal-hazırda həmin torpaqlar iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəmkir Regional Mədəniyyət İdarəsinin istifadəsindədir. Lakin həmin torpaq sahəsinin kimin balansında olmasını müəyyən etmək mümkün olmadı. Vidadi adına kino-teatrın tikintisi, haqqında smeta və layihə sənədləri iş materiallarında olmadığı üçün sual mütəxəssislər tərəfindən cavablandırılmadığı üçün qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-3943/2024 nömrəli mütəxəssis rəyində bildirilmişdir ki, qərardadın birinci sualını cavablandırmaq Ərazi İdarəsinin saləhiyyətləri xaricindədir. İkinci sual üzrə isə Şəmkir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokoluna və xx.xx.2007-ci il tarixli, 23 saylı torpaqların alğı-satqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verilmiş 1460 kv.m torpaq sahəsi satıldığı zaman (2007-ci ildə) yaşayış məntəqələrinin torpaqları olmaqla ictimai tikili torpaqları olaraq kinoteatrın ərazisi olmuşdur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4367 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, qərardadın birinci sualı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən cavabladırılmadığından həmin sual üzrə tədqiqat aparılmamışdır. Şəmkir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokoluna və xx.xx.2007-ci il tarixli, 23 saylı torpaqların alğı-satqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verilmiş 1460 kv.m torpaq sahəsi satıldığı zaman (2007-ci ildə) yaşayış məntəqələrinin torpaqları olmaqla ictimai tikili torpaqları olaraq kinoteatrın ərazisi olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsi (hazırda X1 İdarəsi) cavabdeh Şəmkir Bələdiyyəsinə (üçüncü şəxs İbrahimov Hafiz Məmməd oğlu) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolu qərarının üçüncü şəxs H.lbrahimova aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci tarixli, 04 saylı iclas protokolu qərarı və torpaqların alğı-satqısı əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir şöbəsinin balansında olan, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən torpaq sahəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə İbrahimov Hafiz Məmməd oğluna satılmışdır. Bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən İbrahimov Hafiz Məmməd oğlunun adına xx.xx.2007-ci il tarixli MH seriyalı ******* və ******* nömrəli çıxarışlar verilmişdir. Şəmkir Bələdiyyəsi tərəfindən Hafiz İbrahimova satılan torpaq sahəsi bələdiyyəyə məxsus torpaq sahəsi olmamışdır. Dövlət X3 08 sentyabr 2015-ci il tarixli, 1354 nömrəli arayışına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 19 iyul 1955-ci il tarixli, 145 nömrəli əmri ilə Şamxor rayon kino birliyinə aid Şamxor rayonu Vidadi adına 330 yerlik qış kinoteatrının tikintisi haqqında smeta və layihə sənədində kinoteatrın torpaq sahəsi 0.35 ha qeyd edilmişdir. Vidadi adına qış klubu və ərazisi hazırda Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin balansındadır. Bələdiyyə özünün mülkiyyətinə aid olmayan torpaq sahəsi üzərində sərəncam verməklə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normalarını ciddi şəkildə pozmuşdur.

20. Gəncə İnzibati-lqtisadi Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2-1(083)- 49/2016 saylı qərarı ilə (hakim R.Mamedov) iddia tələbinin təmin edilməsi, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolu qərarının İbrahimov Hafiz Məmməd oğluna aid hissədə ləğv edilməsi qərara alınmışdır.

21. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolu qərarına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir şöbəsinin balansında olan, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən torpaq sahəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə İbrahimov Hafiz Məmməd oğluna satılmışdır. Bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən İbrahimov Hafiz Məmməd oğlunun adına xx.xx.2007-ci il tarixli MH seriyalı ******* və ******* nömrəli çıxarışlar verilmişdir. X10 Məmməd oğluna satılmış torpaq sahəsinin alğı-satqı zamanı Şəmkir Bələdiyyəsinin mülkiyyətində olması barədə hər-hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, həmin torpaq sahəsinin Şəmkir Bələdiyyəsi tərəfindən alğı-satqı predmeti olması halı istisna edilir. Həmçinin, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X3 məhkəməyə təqdim etdiyi Şamxor rayon Kino Birliyinə aid Şamxor şəhər Vidadi adına 330 yerlik qış kinoteatrının tikintisi haqda smeta və layihə sənədi ilə də, həmin 0,35 ha torpaq sahəsinin Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin balansında olması öz əksini tapır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq, hesab etmişdir ki, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolu qərarının İbrahimov Hafiz Məmməd oğluna aid hissədə ləğv edilməsi barədə iddiasının təmin edilməsini tələb etməkdə iddiaçı haqlı olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

22. Üçüncü şəxs İbrahimov Hafiz Məmməd oğlu apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qeyd edilən qərarı qəbul edərkən maddi və prosessual huquq normalarını pozmuşdur. Belə ki, məhkəmə mübahisə edilən 0,35 ha torpaq sahəsinin Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin balansında olması qərarına gəlmişdir. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair məhkəməyə heç bir sənəd təqdim edilməməsi göstərilsə də, həmin nəticə əsassız olmuşdur. Halbuki, mübahisə predmetini ona verilmiş 1460 kv.m olan torpaq sahəsi təşkil edir ki, həmin torpaq sahələrinin üst-üstə düşməsi faktı məhkəmə tərəfindən müəyyənləşdirilməmişdir. Bununla belə məhkəmənin istinad etdiyi arxiv arayışı qeyrimötəbərdir. İş materialları ilə müəyyən edilir ki, həmçinin məhkəmə iddia müddətini bərpa etməkdə haqlı olmamışdır. Ona görə də, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qərarını ləğv edib iddianın təmin edilməməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

25. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(104)-05/2017 saylı qərarı ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ş.Rzaquliyev) apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

26. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab etmişdir ki, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolu qərarına əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir şöbəsinin balansında olan, Şəmkir şəhəri Sabir küçəsində yerləşən torpaq sahəsi sahibkarlıq fəaliyyətinin həyata gətirilməsi məqsədi ilə H.İbrahimov satılsa və bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən H.İbrahimovun adına 26 aprel 2007-ci il tarixli MH seriyalı ******* və ******* nömrəli çıxarışllar verilsə də, bu torpaq sahəsinin alğı-satqısı zamanı Şəmkir Bələdiyyəsinin mülkiyyətində olması barədə hər-hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, həmin torpaq sahəsinin Şəmkir Bələdiyyəsi tərəfindən alğı-satqı predmeti olması halı istisna edilir.

27. Həmçinin, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X3 məhkəməyə təqdim etdiyi Şamxor rayon Kino Birliyinə aid Şamxor şəhər Vidadi adına 330 yerlik qış teatrının tikintisi haqda smeta və layihə sənədi ilə də, həmin 0,35 ha torpaq sahəsinin Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin balansında olması öz əksini tapır.

28. Kollegiya qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolu qərarı əlverişsiz inzibati akt olmaqla maddi hüquq normalarının tələbi pozulmaqla qəbul edilmişdir. Ona görə də, iddiaçının tələbi qanuni və əsaslı olmuşdur.

Kassasiya instansiyası məhkəməsində icraat

29. Həmin qərardan üçüncü şəxs İbrahimov Hafiz Məmməd oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayətin dəlillərində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi işdə olan iddia tələbini və bu tələbin əsasını təşkil edən sübutları düzgün qiymətləndirmədiyindən maddi və prosessual hüquq normalarını pozmuş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-10/2020 saylı qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), S.Hüseynova və B.Məmmədli) üçüncü şəxs İbrahimov Hafiz Məmməd oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 fevral 2017-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

32. Kassasiya instansiyası məhkəməsi işi yenidən apellyasiya baxışına qaytararkən aşağıda qeyd olunan, iş üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin aydınlaşdırılmalı olduğunu öz qərarında qeyd etmişdir.

33. Qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin Şəmkir şəhərindəki Vidadi adına kinoteatrın ərazisinə aid olduğu və bu əsasla iddiaçı İdarənin balansında və ümumiyyətlə dövlət mülkiyyətində olduğu qənaətinə gəlsə də, həmin torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşməsi məsələsi açıq qalmışdır. İşin materiallarında sözügedən torpaq sahələrinin eyni torpaq sahəsi olması ilə bağlı hər hansı sənəd - sübut mövcud deyil. Halbu ki, bu məsələnin aydınlaşdırılması mübahisənin həlli və mübahisəli torpağın mülkiyyət baxımından mənsubluğunun müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu məsələ müvafiq ekspertizanın keçirilməsi vasitəsilə həll oluna bilər.

35. Bundan başqa, iddiaçı İdarənin mübahisəli torpaq sahəsinin ona (dövlət mülkiyyətinə) aid olması ilə əlaqədar gətirdiyi əsas dəlil bu torpağın üzərində kinoteatrın tikilməsi üçün Azərbaycan SSR-i Mədəniyyət Nazirliyi tərəfindən xx.xx.1955-ci il tarixli, 145 saylı müvafiq əmr verilməsdir.

36. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin tarixdən sonra uzun müddət keçmiş, arada Azərbaycan Respublikasında torpaq islahatı keçirilmiş və dövlət torpaqlarının müəyyən hissəsi bələdiyyələrə verilmiş və hazırda bələdiyyə torpaqlarıdır.

37. Bu səbəbdən də məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin mülkiyyət mənsubluğu məsələsinin, habelə torpağın bələdiyyə torpağı kateqoriyasına keçib-keçməməsi məsələsinin həlli üçün Şəmkir Bələdiyyəsinə aid torpaqların məcmusu olan müvafiq Akt araşdırılmalıdır ki, işdən görünür ki, həmin vacib sənəd məhkəmədə araşdırma predmeti olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs İbrahimov Hafiz Məmməd oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq məhkəmə kollegiyasına təqdim etdiyi ərizəyə münasibət bildirilməsini xahiş etdi.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil3 və digər nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

40. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəblərin bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3. maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

41. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 33. Bələdiyyə mülkiyyəti

1. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyəyə məxsus hüquqi şəxslər, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

2. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.

3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özgəninkiləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.

4. Qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər.

5. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi qaydasını və şərtlərini əhali bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsindən daxil olan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olur.

6. Bələdiyyə mülkiyyətindən yalnız Azərbaycan Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmuş bələdiyyə vəzifələri üçün istifadə oluna bilər.

7. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun artmasına imkan yaradır.

42. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

43. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

45. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

46. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

47. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

48. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

49. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

50. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

51. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

52. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

53. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

54. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür.

55. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.

56. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

59. İş materialları ilə müəyyən edilir ki, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 qərarına əsasən, üçüncü şəxs H.İbrahimova şəhərin birinci zonasında yerləşən ərazidən (Sabir küçəsi) 1.460 kv.m torpaq sahəsinin sahibkarlıq xidməti məqsədilə 1.460 manata satılması qərara alınmışdır. Şəmkir rayon İcra Hakimiyyəti həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının mümkünlüyü barədə rəy vermiş və rəyində göstərmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi şəhərin Sabir küçəsində “Vidadi” qış kinoteatrının alt və üst hissəsindəki bələdiyyə mülkiyyətində olan istifadəsiz ərazidə yerləşir. Bundan sonra “Torpaqların alğı-satqısına dair” 30 mart 2007-ci il tarixli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak X6 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı 26 aprel 2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz amlakın dövlət reyestrindən Çıxarışı ilə Şəmkir şəhəri, Sabir küçəsindən yerləşən 0,0955 ha torpaq sahəsi, digər ******* saylı 26 aprel 2007-ci il tarixli Çıxarışla isə 0,0505 ha torpaq sahəsi üzərində üçüncü şəxs H.İbrahimovun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

60. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh bələdiyyənin qeyd olunan qərarına əsasən üçüncü şəxs İbrahimov Hafiz Məmməd oğluna satılmış torpaq sahəsinin onun məxsus olmasını bildirərək cavabdehin 02 aprel 2007-ci il tarixli, 04 nömrəli qərarının üçüncü şəxsə münasibətdə ləğv edilməsini tələb etmişdir.

61. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin xx.xx.1955-ci il tarixli, 145 saylı əmrinə əsasən, Şamxor (Şəmkir) şəhərində 330 yerlik qış kinoteatrının layihə-smeta sənədləri təsdiq edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X3 arxiv arayışdan görünür ki, Şəmkir rayonu Kino Birliyinin arxiv sənədləri Şəmkir filalında mühafizə olunur. Mühafizə olunan sənədlərdən biri Şamxor rayonu Vidadı adına 330 yerlik qış kino-teatrının tikintisi haqqında smeta və layihəsinin Azərbaycan SSR Mədəniyyət Nazirliyinin xx.xx.1955-ci il tarixli, 145 saylı əmri ilə təsdiq edilməsi və ümümi torpaq sahəsinin 0,35 ha olması qeyd edilmişdir. Həmçinin layihəsmeta sənədlərinə əlavə edilmiş əmrə əsasən, Şamxor rayon Kino Birliyinə aid Şamxor şəhər Vidadi adına 330 yerlik qış kinoteatrının tikintisinə 1235,33 (bir milyon iki yüz otuz beş min üç yüz otuz) rubl vəsait xərc edilmişdir. Həmçinin layihə-smeta sənədlərinə əlavə edilmiş Azərbaycan Dövlət Layihə İnstitutunun 1865/2 nömrəli arayışına görə, 0,35 ha torpaq sahəsinin ayrılması ilə bağlı görülən işlərə və. s. işlərə 1385 rubl vəsait ayrılmışdır.

62. İşə yenidən apellyasiya qaydasında baxılan zaman məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin öz qərarında qeyd etdiyi iş üçün mühüm əhəmmiyyət kəsb edən məsələlərin aydınlaşdırılmalı olduğunu nəzərə alaraq aşağıdakı məsələlərə aydınlıq gətirmişdir.

63. İlkin olaraq kassasiya instansiya məhkəməsinin qərarında göstərilmiş mövqeyinə uyğun olaraq Şəmkir Bələdiyyəsinə müraciət edilərək, Şəmkir Bələdiyyəsinə aid torpaqların məcmusu olan müvafiq aktın məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Şəmkir Bələdiyyəsinin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2022-ci il tarixli, 8/20 nömrəli məktubda göstrəmişdir ki, bələdiyyə yarandığı vaxtdan bəri Şəmkir Bələdiyyəsinin balanasında olan bələdiyyə torpaqlarının ümümi toplusuna məxsus xəritə mövcud olmamışdır. Həmçinin bələdiyyənin nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bələdiyyəyə məxsus torpaqların məcmusunu əks etdirən aktın mövcud olmadığını bildirmişdir. Digər tərəfdən, daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən təqdim edilmiş sənədlərdə də üçüncü şəxsə satılmış torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış mövcud deyildir. Göründüyü kimi, alğı-satqısına dair qərar qəbul edilərkən mübahisəli torpaq sahəsinin cavabdeh bələdiyyənin mülkiyyətində olması iş materialları ilə müəyyən edilmir.

64. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(104)-612/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmsı “Alternativ” Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmiş və Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolu qərarı və torpaqların alğısatqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verilmiş Şəmkir şəhəri, Sabir küçəsində yerləşən torpaq sahəsi ilə Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin tələb etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşməməsinin, həmçinin mübahisəli torpaq sahəsinin sərhədləri yerində müəyyən edilməklə, həmin torpaq sahəsinin hüquqi statusunun, həmçinin kadastr məlumatlarına əsasən hazırda hansı hüquqda, hansı ölçüdə və kimin istifadəsində olmasının müəyyən edilərək rəyin məhkəməyə təqdim edilməsi qərara alınmışdır.

65. “Alternativ” Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 125 nömrəli ekspert rəyində tədqiqatın nəticə hissəsi aşağıdalkı kimi qeyd olunmuşdur: Qərardadın birinci sualı üzrə: Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolu qərarı və torpaqların alqı-satqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verilmiş, Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0.0505 ha və 0.0955 ha torpaq sahələrinin müvafiq hüquq müəyyənedici və texniki sənədlərə uyğun olduğu müəyyən edilir. İddiaçı Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin inzibati binasına, o cümlədən binanın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər ekspertiza tədqiqatına təqdim olunmadığına görə, İbrahimov Hafiz Məmməd oğluna verilmiş torpaq sahələri ilə Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin tələb etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə: Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0.0505 ha və 0.0955 ha torpaq sahələrinin əvvəllər Şəmkir Bələdiyyəsinin mülkiyyətində (balansında) olduğu, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı iclas protokolu qərarı və torpaqların alqı-satqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verildiyi və həmin torpaq sahələrinin müvafiq hüquq müəyyənedici və texniki sənədlərə əsasən İbrahimov Hafiz Məmməd oğlunun xüsusi mülkiyyətində olduğu müəyyən edilir.

66. Bundan sonra məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və öncəki ekspertiza zamanı ekspert qarşısına qoyulmuş suallarla yanaşı, həmçinin Vidadi adına qış kino-teatrının tikintisi haqqında smeta və layihə sənədlərinə əsasən mübahisəli torpaq sahəsindən məhz kino-teatr üçün ayrılmış torpaq sahəsinin müəyyən edilib-edilə bilməməsinin cavablandırılması üçün ekspertizanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.

67. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2- 1838/2023 nömrəli mütəxəssis rəyində bildirilmişdir ki, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı protokol qərarı və torpaqların alğı-satqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verilmiş Şəmkir şəhəri, Sabir küçəsində yerləşən torpaq sahəsi ilə iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəmkir Regional Mədəniyyət İdarəsinin tələb etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşür. Elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi kimi 0,146 ha hissəsi alğı-satqı müqaviləsi ilə xüsusi mülkiyyətə verilmişdir. Hal-hazırda həmin torpaqlar iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəmkir Regional Mədəniyyət İdarəsinin istifadəsindədir. Lakin həmin torpaq sahəsinin kimin balansında olmasını müəyyən etmək mümkün olmamışdır.

68. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7213 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəmkir Bələdiyyəsinin 02 aprel 2007-ci il tarixli, 04 saylı protokol qərarı və torpaqların alğı-satqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verilmiş Şəmkir şəhəri, Sabir küçəsində yerləşən torpaq sahəsi ilə iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəmkir Regional Mədəniyyət İdarəsinin tələb etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşür. Elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi kimi 0,146 ha hissəsi alğı-satqı müqaviləsi ilə xüsusi mülkiyyətə verilmişdir. Hal-hazırda həmin torpaqlar iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəmkir Regional Mədəniyyət İdarəsinin istifadəsindədir. Lakin həmin torpaq sahəsinin kimin balansında olmasını müəyyən etmək mümkün olmadı. Vidadi adına kino-teatrın tikintisi, haqqında smeta və layihə sənədləri iş materiallarında olmadığı üçün sual mütəxəssislər tərəfindən cavablandırılmadığı üçün qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır.

69. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-4/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.1955-ci il tarixli, 145 nömrəli əmri ilə Şəmkir rayon kino birliyinə aid qış kinoteatrının tikintisi haqqında smeta və layihə sənədlərinə əsasən Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin balansına verilmiş torpaq sahələrinin koordinatlarının həmin smeta və lahiyə sənədi əsasında yerində müəyyən edilməsinin mümkün olub-olmaması, həmçinin, Şəmkir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokoluna və xx.xx.2007-ci il tarixli, 23 saylı torpaqların alğı-satqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verilmiş 1460 kv.m torpaq sahəsinin satıldığı zaman (2007-ci ildə) kateqoriyasının, təyinatının və hüquqi rejiminin necə olmasının müəyyən edilməsi üçün əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qərardad icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinin əməkdaşları mütəxəssis kimi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

70. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli rəydə bildirilmişdir ki, qərardadın birinci sualını cavablandırmaq Ərazi İdarəsinin saləhiyyətləri xaricindədir. İkinci sual üzrə isə Şəmkir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokoluna və xx.xx.2007-ci il tarixli 23 saylı torpaqların alğısatqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verilmiş 1460 kv.m torpaq sahəsi satıldığı zaman (2007-ci ildə) yaşayış məntəqələrinin torpaqları olmaqla ictimai tikili torpaqları olaraq kinoteatrın ərazisi olmuşdur.

71. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, qərardadın birinci sualı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən cavanladırılmadığından həmin sual üzrə tədqiqat aparılmamışdır. Şəmkir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokoluna və xx.xx.2007-ci il tarixli 23 saylı torpaqların alğı-satqısına dair akt əsasında İbrahimov Hafiz Məmməd oğluna verilmiş 1460 kv.m torpaq sahəsi satıldığı zaman (2007-ci ildə) yaşayış məntəqələrinin torpaqları olmaqla ictimai tikili torpaqları olaraq kinoteatrın ərazisi olmuşdur.

72. Göründüyü kimi, üçüncü şəxs İbrahimov Hafiz Məmməd oğluna bələdiyyə qərarı ilə ayrılmış 1460 kv.m torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəmkir Regional Mədəniyyət İdarəsinin tələb etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşür və Şəmkir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə İbrahimov Hafiz Məmməd oğluna 1460 kv.m torpaq sahəsinin satılması qərara alınan zaman (2007-ci ildə) həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla ictimai tikili torpaqları olaraq kinoteatrın ərazisi olmuşdur.

73. Bununla yanaşı məhkəmənin sorğusuna əsasən X9 Filialı tərəfindən məhkəmə təqdim edilmiş Şamxor şəhər Vidad 330 yerlik qış kino-teatrının tikintisi haqda smeta və layihə sənədləri kitabından aşağıdakılar müəyyən edilir: layihə sənədləri ilə kinoteatrın yerləşəcəyi ərazinin sxemi, giriş-çıxış yolları, tikilinin fasadı, daxili planlaşdırılması, oturacaqların düzülüşü, texniki otaqların yeri və sair məlumatlar; Smeta sənədlərilə isə tikinti materiallarının dəyəri, görüləcək işlərin adları və xərçləri.

74. Hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd edilən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.

75. Həmçinin qeyd edilməlidir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir.

76. Yuxarıda istinad edilən normalardan aydın olur ki, bələdiyyə yalnız mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir və yalnız mülkiyyətində olan torpaq sahəsini qanunvericiliyə uyğun olaraq qanuni istifadəyə verə bilər.

77. Göründüyü kimi, Şəmkir Bələdiyyəsi tərəfindən mübahisələndirilən qərar ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edilmiş, yəni həmin torpaq üzərində müvafiq qərar qəbul etmək səlahiyyəti olmamışdır.

78. Hazırkı qərarın tətbiq edilən hüquq hissəsində göstərilən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.

79. Məhkəmə kollegiyası həmçinin üçüncü şəxs H.İbrahimovun məhkəmə kollegiyasına ünvanladığı ona ayrılmış torpaq sahəsinin buna uyğun ekivalent yerə dəyişdirilməsinin təmin edilməsi barədə ərizəsində və məhkəmə kollegiyasının iclasında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, qeyd edilən və ya üçüncü şəxs tərəfindən cavabdehə qarşı sürüləcək hər hansı tələbin hazırki icraat çərçivəsində müzakirə edilməsi mümkün deyil və üçüncü şəxs qeyd etdiyi məsələlərlə bağlı məhkəməyə müstəqil iddia ərizəsi ilə müraciət edə bilər.

80. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki qərarı dəyişdirilmədən saxlanmalıdır.

81. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(083)-49/2016 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat pul müştərək qaydada iddiaçı, cavabdeh və üçüncü şəxsə aid edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar