Məhkəmə qərarları › İş №2-1(104)-20/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-20/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-20/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı İstehsalat-Kommersiya firmasının nümayəndəsi Vəkil və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İstehsalat-Kommersiya firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 20 aprel 2022-ci tarixli, 2-1(114)-375/2022 saylı qərarından İddiaçı İstehsalat-Kommersiya firmasının direktoru X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin 20 aprel 2022-ci tarixli, 2-1(114)-375/2022 saylı qərarı ilə (U.Osmanov) İddiaçı İstehsalat-Kommersiya firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********144129 nömrəli qərarının ləğv edilməsi barədə iddiasının rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı İstehsalat-Kommersiya firmasının direktoru X10 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin 20 aprel 2022-ci tarixli, 2- 1(114)-375/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı İstehsalat-Kommersiya firması (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********144129 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-726/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilərək buraxılmış prosessual müddət bərpa edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İstehsal-Kommersiya Firması (VÖEN **********) yanacağın parakəndə satışı istiqamətində fəaliyyət göstərmişdir. Ona məxsus yanacaq doldurma məntəqəsi Göygöl rayonu ərazisində, Gəncə Göygöl yolunda yerləşir, Firma yanacaq saxlama bazasına da malikdir. Cavabdeh tərəfindən İddiaçı İstehsal-Kommersiya Firması üzrə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş **********141099 (qərarda xx.xx.2021-ci il tarixli akt qeyd edilmişdir) saylı Səyyar vergi yoxlama aktı və onun əsasında 28 yanvar 2021-ci il tarixdə tərtib edilmiş **********144129 saylı qərar əsasında MMC-nin üzərinə düzgün olmayaraq, Əlavə dəyər vergisi üzrə 133.305,84 manat məbləğində azaldılmış borcu və 66.652,92 manat maliyyə sanksiyası hesablanmış və üzərinə başqa vergi öhdəliyi qoyulmuşdur. Yoxlamanın keçirildiyi 2020-ci ilin iyun-dekabr aylarında Firmanın direktoru X10 xəstəliyi ilə bağlı vəziyyəti ağırlaşdığından həkimlərin nəzarəti altında stasionar müalicədə olmuş, bir ilə yaxın müalicə davam etmiş, sağlamlığı 2021-ci ilin may ayında qismən bərpa olmuş, iyun ayında işə başlamışdır. Bu səbəbdən də yoxlamada iştirakı mümkün olmamış və yoxlamanın nəticələrindən xəbəri olmamışdır. Mübahisələndirilən qərarın ona təqdim edilməsi bu səbəbdən mümkün olmamışdır. Bu qərarın verilməsinə dair məsələ həll edilmiş, qərar ona xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, lakin vergilərin hesablanmasına dair qərarın ləğv edilməsi və hesablanmış borc məsələsinə vergi ödəyicisinin rəhbərinin iştirakı ilə yenidən baxılması barədə cavabdehə müraciəti müsbət həll edilməmiş, bu barədə 24 avqust 2021-ci il tarixdə, **********266400 saylı məktubla imtina verilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarın, iddiaçı Firma üzrə 2017-2020-ci illər ərzində müəyyən edilmiş fəaliyyəti və fəaliyyətindən yaranmış vergilərin hesablandığına dair xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlama aktının nəticələrinə görə qəbul edildiyi qeyd edilmişdir. Halbuki, Firmanın təsisçisinə təqdim edilmiş yoxlama Aktı xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Aktda qeyd olunan müddətlərdə Firma üzrə yanacağın parakəndə satışı ilə bağlı gəlir və xərclərin dövriyyəsi düzgün göstərilməmiş, yanacaq dövriyyəsi və qalığı ilə bağlı yanlış hesablamalar aparılmışdır. Nəticədə Firmanın üzərinə əsassız olaraq 133.305,84 manat məbləğində Əlavə dəyər vergisi hesablanmışdır. Daha sonra isə qərar qəbul edilərkən, aktda qeyd olunan 133.305,84 manat ƏDV-yə 66.652,92 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan akt vergi ödəyicisinin rəhbərinin iştirakı olmadan bir tərəfli qaydada tərtib edilmişdir. Onun nəticəsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən 28 yanvar 2021-ci il tarixli qərarın qəbul edilməsindən əvvəl vergi ödəyicisinin dəvət edilməsi, Firmanın rəhbərinin əsaslı səbəblərdən, yoxlamada iştirak etməsinin mümkün olmadığı nəzərə alınmadan (belə ki, yoxlama müddətində xəstəliyi ağırlaşdığından, müalicədə olduğundan, səyyar vergi yoxlama aktı təsisçiləri qeyd edilməklə tərtib edilmişdir) qərar qəbul edilmişdir. Akt və qərara görə hesablanmış vergilərin əsası kimi ona istinad edilmişdir ki, xx.xx.2020-ci il tarixdə aparılmış inventarizasiya ilə Aİ 92 markalı 39313 litr, Aİ markalı 5543 litr və Dizel markalı 18594 litr faktiki yanacaq qalığının olduğu müəyyən edilmişdir. Lakin həmin tarixə sənəd üzrə qalıq benzin Aİ 92 - 39313 litr, Aİ - 5543 litr və dizel 18594 litr mal qalığı müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Benzin Aİ 92 - 770079 litr, Aİ 95 40300 litr və dizel 608902 litr mal alışı müəyyən edilmişdir. Bu hesabla da ümumilikdə Benzin Aİ 92 - 1086620,08 litr, Aİ 95 - 34757 litr və dizel 939504,34 litr mal kənarlaşması müəyyən edilmiş və Benzin Aİ 92 - 1086620,08 litr x 0,**********64407 manat = 810360,74 manat, Benzin Aİ 95 - 34757 litr x 0,**********88136 manat = 31811,49 manat və dizel 939504,34 litr x 0,4**********8814 manat = 461790,27 manat olmaqla ümumilikdə 1.303.962,5 anatdan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan 547.148,69 manat satış çıxılmaqla 756.813,81 manat ƏDV dövriyyə kənarlaşması müəyyən edilmişdir. Azaldıldığı güman edilən 756813,81 manat məbləğə 18% olmaqla 136.226,49 manat ƏDV hesablanmışdır. Göründüyü kimi ƏDV-nin hesablanmasının əsası kimi sənəd üzrə qalığın, inventarizasiya zamanı faktiki qalıqla uyğun gəlmədiyi müəyyən edilməsi olmuşdur, cavabdehin yoxlama ilə bağlı gəldiyi nəticəyə görə Firma üzrə 2020-ci ilin yanvar - may aylarında ümumilikdə satılmış yanacaqdan 1.086.620,08 litr benzin Aİ92, 34.757 litr Aİ 95 və 939.504,34 litr Dizel hesaba alınmamışdır. Birincisi bu hesablama məntiqə uyğun deyildir. Çünki qeyd olunan yanvar-may ayları ərzində hesabda qeyd olunan yanacaqla yanaşı, həm də əlavə olaraq həmin həcmdə yanacağın satılması faktiki olaraq YDM-də texniki cəhətdən mümkün deyildir. Bu inventarizasiyanın natamam keçirilməsindən irəli gəlmişdir. Belə ki, Firma yanacağın satılmasını həyata keçirdiyi YDM-də mövcud çənlərdən başqa, yanacaq rezervlərinə əsasən özünə məxsus bazada mövcud əsas anbar çənlərində saxlayır. Lakin yoxlama zamanı aparılmış inventarizasiya ilə yalnız YDM-də olan çənlərdəki yanacaq ölçülüb, hesaba alınmışdır. Bazanın anbar çənlərində mövcud olan yanacaqlar hesaba alınmamışdır. Halbuki, yoxlama müddətinə həmin çənlərdə 1.200 ton civarında benzin və 940 ton dizel yanacağı mövcud olmuşdur. Lakin həmin qalıqlar nəzərə alınmamışdır. Yoxlama aktında firmanın vəzifəli şəxsləri qrafasında X11 və X13 qeyd edilmişdir. Halbuki, onlar firmanın təsisçiləridirlər, idarəçiliyinə rəhbərlik edən şəxs deyillər. Məhz buna görə onun iştirakı ilə bu məsələyə yenidən baxılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, işin aşağıdakı göstərilən faktiki və hüquqi əsaslarına görə iddiaçının nümayəndəsinin dəlilləri tamamilə əsassızdır, heç bir dəlili iş materiallarında olan sənədlərlə, həmçinin işin faktiki halları ilə təsdiqlənmir. Bu baxımdan cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********144129 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar mövcud vergi və digər sahəvi qanunvericilik aktlarının tələbləri gözlənilməklə qəbul edilyindən iddia tələbi təmin edilməməlidir. İşin faktiki halları ilə bağlı qeyd olunur ki, İddiaçı X9 xx.xx.2004-cü il tarixdə VÖEN-lə dövlət qeydiyyatına alınmış, xx.xx.2013-cü il tarixli **********3 nömrəli ƏDV şəhadətnaməsi ilə Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən yoxlanılan dövrdə iddiaçı faktiki olaraq ixtisaslaşdırılmış mağazalarda (yanacaq doldurma məntəqələrində) motor yanacağının pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və açər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (cavabdehin) xx.xx.2020-ci il tarixli **********137914 nömrəli Qərarı ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən iddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması Firmanın əmlak, mənfəət, torpaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə 2017-2019-cu illəri, əlavə dəyər vergisi iyun 2017-may 2019-cu illəri, ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2017 - 2-ci rüb 2020-ci illəri, MDSS-İşəgötürənlər muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər (0111) 4-cü rüb 2018-2-ci 2019, MDSS-Muzdla işləyənləri işəgötürən sığortaedənlər (0112) 3-cü rüb 2019 - 4-cü rüb 2019-cu illəri, İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 4-cü rüb 2018 - 4-cü rüb 2019-cu illəri əhatə etmişdir. Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən sözügedən Firmada xammalın, mal-materialların, hazır məhsulların və zəruri olan digər sərvətlərin inventarizasiyanın aparılması məqsədi ilə xx.xx.2020-ci il tarixli, **********140547 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərar qəbul edilmişdir. **********140547 nömrəli Qərara əsasən xx.xx.2020-ci il tarixdə iddiaçının istifadəsində olan Göygöl rayonu, Quşqara kəndində yerləşən yanacaq doldurma məntəqəsində (Obyektin kodu:**********- 76007), Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsində (Obyektin kodu:**********- 101), Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda (Obyektin kodu:**********- 12) inventarizasiya aparılmış və nəticəsi xx.xx.2020-ci il tarixli “əmlakın və digər qiymətlilərin inventarizasiyası akt”ları ilə rəsmiləşdirilmişdir. Mal qalığının yoxlanılması məqsədi ilə aparılmış inventarizasiya nəticəsində 39313 litr Aİ 92 Benzin, 5543 litr Al 95, 94 litr dizel müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilə kimi 770079 litr Aİ 92 markalı Benzin, 40300 litr Aİ 95 markalı Benzin, 608902 litr dizel alışı müəyyən olunmuşdur. Ümumilikdə 1086620.08 litr Aİ 92 markalı Benzin, 57 litr Aİ 95 markalı Benzin, 907000,16 litr dizel kənarlaşması aşkar edilmiş və Aİ 92 alı Benzinə görə 1086620.08 litr*0.**********64407 manat=810360.74 manat, Aİ 95 markalı Benzinə görə 34757 litr*0.**********88136 manat=31811.49 manat və dizelə görə 100.16*0.4**********8814 manat =445567.46 manat olmaqla ümumilikdə 1287736.69 manatdan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan 547148.69 manat satış çıxmaqla 756813.81 manat ƏDV dövriyyə kənarlaşması müəyyən edilmişdir. Azaldılmış məbləğə 740588.0 manat *18%=133305.84 ƏDV hesablanmışdır. İddiaçı tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılarkən 2020-ci ilin may ayı üzrə 133305.84 manat məbləğində əlavə dəyər vergisinin, 27.50 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin azaldılması aşkar olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən iddiaçı barəsində 66666.67 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Cavabdeh inzibati orqan iddiaçı barəsində apardığı səyyar vergi yoxlaması prosedurunu, eləcə də mübahisələndirilən inzibati aktı vergi qanunvericiliyinin tələbləri daxilində icra etmişdir. İddia ərizəsində qeyd olunmuş dəlil olan “yoxlamanın firmanın rəhbəri olan X7 iştirakı olmadan aparılması, həmçinin aktda təsisçilərin adının qeyd edilməsi, habelə qərar qəbul edilməsi üçün onun - B.Məmmədovun dəvət edilməməsi” ilə bağlı bildirilir ki, bu dəlil yuxarıda qeyd edilmiş normativ tənzimləmə vasitələrinə, eləcə də işin faktiki hallarına uyğun deyil. Əvvəla ona görə ki, səyyar vergi yoxlaması ilə bağlı aparılan bütün icraat nəticəsində qəbul edilmiş qərarlar, aktlar birbaşa orqanın rəhbəri olan X10 tərəfindən imzalanmış və həmin sənədlərin hüquqi nəticələri onun tərəfindən qəbul edilmişdir. Cavabdeh təşkilatın xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********931800 nömrəli bildirişi, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2020-ci il tarixli **********137937 nömrəli Tələbnamə şəxsən B.Məmmədova təqdim olunmuş, həmin sənədlərlə tanış edilmiş və bu sənədləri imzalamışdır. xx.xx.2020-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********138482 nömrəli Qərarla həmin şəxs tanış olmuş və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol onun iştirakı ilə tərtib edilmişdir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinin tələblərinə əsasən qəbul edilmiş “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2020-ci il tarixli **********139542 nömrəli Qərar, eləcə də “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2020-ci il tarixli **********140571 nömrəli, xx.xx.2020-ci il tarixli **********656 nömrəli Qərarlar da şəxsən iddiaçı Firmanın rəhbəri tərəfindən qəbul edilmişdir. “Səyyar vergi yoxlamasının xx.xx.2020-ci tarixli **********41099 nömrəli səyyar vergi yoxlaması” aktı iddiaçı Firmanın rəhbəri X10 tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Bu hal həmin aktın 19-cu səhifəsində əks olunmuşdur. Sözügedən aktın 1.2-ci bəndində təsisçilər barədə məlumatın olunması heç də o demək deyil ki, səyyar vergi yoxlaması rəhbərin iştirakı olmadan aparılmışdır. Çünki 1.2-ci bənd yoxlamanın kimin iştirakı ilə aparılması ilə bağlı deyil. Məhz onlar tərəfindən VM-nin 39.1-ci maddəsinə əməl edilərək bilavasitə vergi ödəyicisinin rəhbəri B.Məmmədova səyyar vergi yoxlaması aktı təqdim edilmiş və onu imzası ilə imzalanmışdır. Qeyd edilən işin təkzibedilməz halları və müvafiq sənədlər onu deməyə əsas verir ki, iddiaçının nümayəndəsinin yoxlamada iştirak etməməsi ilə bağlı dəlilləri tamamilə əsassızdır. Səyyar vergi yoxlaması X7 iştirakı ilə aparılmışdır, iddiaçının vergi orqanında ona məxsus olan iş qovluğu məlumatlarında səyyar vergi yoxlamasının nəticəsində tərtib edilmiş aktla bağlı yazılı izahat və ya etirazı mövcud deyil. Əksinə iddiaçı barəsində tərtib edilmiş səyyar vergi yoxlaması aktı vergi ödəyicisinin rəhbəri X10 tərəfindən imzalanmış və hər hansı etiraz qeydi təqdim olunmamışdır. Məhz VM 39.7-ci maddəsindəki tənzimlənmə vergi ödəyicisinə səyyar vergi yoxlaması üzrə tərtib edilmiş aktdan etiraz bildirilməsi üçün qanunverici tərəfindən verilmiş hüquqi imkandır. Əgər vergi öədyicisi (fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri) bu imkandan istifadə etsə ondan vergi orqanı etiraz təqdim etmiş vergi ödəyicisini əvvəlcədən məlumat verməklə vergi orqanına dəvət etməli və işə onun iştirakı ilə baxmalıdır. Lakin hazırkı işdə belə bir iddiaçının etirazı və ya yazılı izahatı görsənmir. Belə olan halda cavabdeh inzibati orqan VM-nin 39.7, 49.1.1-ci maddələrinin tələblərinə əsasən qanuni qərar qəbul etmişdir. Həmçinin, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yanacaq doldurma məntəqələrində yerləşən çənlərdən başqa ona məxsus olan digər anbarlarda neft pullarının olması, inventarizasiyanın yanlış keçirilməsi ilə bağlı dəlili də əsassızdır. Həm səyyar vergi yoxlaması aktına, həm də iddiçıya aid olan “Hüquqi şəxs haqqında məlumat”a nəzər yetirdikdə görmək olur ki, İddiaçı İKF-nin səyyar vergi yoxlamasının aparıldığı vaxtda Firmanın aktiv 1 anbarı (Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşir. Obyektin n. “**********-23002), 2 ədəd yanacaq doldurma məntəqəsi (Göygöl rayonu, Quşqara kəndində yerləşir. Obyektin kodu:********** -76007, digəri- Gəncə şəhəri, Yeni Gəncə qəsəsində yerləşir. Obyektin kodu:**********-23001) mövcud olmuşdur. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbar xx.xx.2020-ci il tarixdə vergi orqanında uçota alınmışdır. xx.xx.2020-ci il tarixli, **********140547 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərara əsasən aparılmış inventarizasiya yuxarıda qeyd edilən bu 3 obyektdə aparılmışdır. Aparılmış inventarizasiyanın nəticəsi olaraq tərtib edilmiş “əmlakın və digər qiymətlilərin inventarizasiyası” haqqında xx.xx.2020ci il tarixli aktlara əsasən Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda mal qalığı aşkar edilməmiş, Göygöl rayonu, Quşqara kəndində yerləşən yanacaq doldurma əsində 19023 litr Aİ 92 markalı Benzin, 2125 litr Aİ 95 markalı benzin, 16534 litr Dizel yanacağı, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən məntəqədə isə 20290 litr Aİ 92 Benzin, 3418 litr Aİ 95 markalı Benzin, 2060 litr Dizel yanacağı aşkar edilmişdir. Yoxlama ölçmə işləri Firmanın rəhbəri olan X7 və iştirakçıların iştirakı ilə aparılmış və müvafiq aktlar həmin şəxslər tərəfindən imzalanmışdır. Eyni zamanda B.Məmmədov inventarizasiya prosesi ilə əlaqədar iltizam vermiş aktda əks olnunanların doğruluğunu bir daha təsdiq etmiş, Firmanın istifadəsində 3 obyektin olduğunu bildirmişdir. Həmçinin əlavə olaraq göstərmişdir ki, Firmaya məxsus olan başqa şəxsə məxsus saxlanmaya verilmiş malları yoxdur. Göründüyü kimi başqa anbarların olması ilə bağlı iddiaçının nümayəndəsinin (rəhbərin) irəli sürdüyü dəlillər əsaslı deyil. Həm özünün verdiyi iltizam, inventarizasiyanın yekunu olaraq tərtib edilmiş aktlar, yoxlama aktı, eləcə də İddiaçı İKF-yə aid olan hüquqi şəxs haqqında məlumatlar məcmu şəkildə onu deməyə əsas verir ki, iddiaçının yoxlama aktında istinad edilən obyektərdən başqa anbarı olmamışdır. İddiaçının nümayəndəsinin növbəti dəlili “Firmanın təsisçisində xx.xx.2020-ci il tarixli akt olmasına baxmayaraq mübahisələndirilən qərar xx.xx.2021-ci il akta istinad edilmişdir.” Bununla bağlı qeyd edilir ki, VM-nin 49.1.3-cü maddəsinə əsasən iddiaçı barəsində xx.xx.2021-ci il tarixli **********144032 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərar əsasında xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlaması haqqında akt” tərtib edilmişdir. Bu hal da VM-in 49.1.3-cü maddəsinə əsasən tam qanuni bir hərəkətdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı İstehsalat-Kommersiya firmasının direktoru X10 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məlıkəmə tərəfindən iş üzrə növbəti məhkəmə prosesinin 20 aprel 2022-ci il tarixdə keçirilməsi barədə müəssisəyə heç bir formada məlumat verilməmişdir. Həmin gün məhkəmə işə baxaraq iddianın rədd edilməsi barədə qərar qəbul etmiş, lakin qərarın qəbulundun 8 ay vaxt keçməsinə baxmayaraq qərarın surətini belə onlara göndərməmişdir. Yəni onlar iddianın rədd olunmasından belə xəbərdar olmamışlar. Yalnız 28 dekabr 2022-ci il tarixdə məhkəməyə ərizə ilə miiraciət edəndən sonra qərarın surətini qəbzə imza etməklə əldə etmişlər. Qeyd olunanlara əsasən məhkəmə çəkişmə prinsipi pozulmaqla keçirilmiş, iddianın müdafiəsi üçün əlavə sübutların təqdim edilməsi, ekspertiza keçirilməsi ilə bağlı vəsatət vermək imkanından məhrum olmuşlar. Cavabdelı orqan tərəfindən hesablanmış vergi borcu ilə razı deyillər. Çünki yoxlama zamanı müəssisənin ümumi dövriyyəsi götürülməklə vergi borcu hesablanmışdır ki, bununla razılaşmaq qətiyyən mümkün deyildir. Müəssisənin fəaliyyəti zamanı çəkilmiş xərclər, o cümlədən icarə ödənişləri, yol xərcləri və s. vergi yoxlaması nəzərə alınmamışdır. Məhkəmə vergi borcu iə bağlı heç bir halı araşdırmamış, müəssisənin xərclərini nəzərə almamış, bununla bağlı heç bir araşdırma aparmamış, məhkəmə prosesini onların iştirakı olmadan keçirməklə müvafiq sənəd və sübutları məhkəməyə təqdim etmək imkanından məhrum etmişdir. Zərurət olduğu halda ekspertiza təyin edilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İstehsalat-Kommersiya firmasının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək həmin şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 70.1-ci maddəsinin tələblərinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün hesab edilməməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İstehsalat-Kommersiya firması ********** X2 nömrəsi ilə qeydiyyatdan keçən vergi ödəyicisidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********141099 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə müəssisə tərəfindən 2017-ci il üzrə azaldılmış 111634,02 manat mənfəət vergisinin 50 faizi miqdarında, yəni 55817,01 manat, 2018-ci il üzrə azaldılmış 45542,52 mant mənfəət vergisinin 50 faizi miqdarında, yəni 22771,26 manat, 2020-ci ilin may ayı üzrə azaldılmış 136231,889 manat ƏDV-nin 50 faizi miqdarında, yəni 68115,95 manat maliyyə sankiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan cavabdehin xx.xx.2021-ci il tarixli, **********144129 nömrəli qərarından görünür ki, İddiaçı X1 ödəyicisi tərəfindən 2020-ci il üzrə əlavə dəyər vergisi 133305,84 manat azaldıldığı üçün 66652,92 manat maliyyə saknsiyası və 2017-ci il üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan gəlir vergisinin məbləği 27.50 manat azaldıldığı üçün 13.75 manat maliyyə sanksiyası tətbiq edilməyi qərara alınmışdır. Həmin X4 tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanaraq qəbul olunmuşdur. İş materiallarında olan **********156200 nömrəli tələbnamədən görünür ki, əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları- 133333.34 manat, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası 6666,67 manat və büdcəyə ödənilməli olan cəmi məbləğ 200000,01 Azərbaycan manatın 5 gün müddətində yerli xəzinə orqanına ödənilməlidir. Həmin tələbnamə X10 tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanaraq qəbul olunmuşdur. İş materiallarında olan İddiaçı İKF-na məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsindəki anbarda inventarizasiya aparılması ilə bağlı xx.xx.2020-ci il tarixli əmlakın və digər qiymətlilərin inventarizasiya Aktından görünür ki, mal qalığı aşkar edilməmişdir. X19 tərəfindən imzalanmışdır. İş materiallarında olan İddiaçı İKF-na məxsus Gəncə şəhəri, Quşqara qəsəbəsindəki anbarda inventarizasiya aparılması ilə bağlı xx.xx.2020-ci il tarixli əmlakın və digər qiymətlilərin inventarizasiya Aktında görünür ki, Aİ 92 markalı yanacaq-19023 litr, Aİ 95 markalı yanacaq-2125 litr, Dizel yanacağı isə 16534 litr müəyyən edilmişdir. X19 tərəfindən imzalanmışdır. İş materiallarında olan İddiaçı İKF-na məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, “Lukoil” YDM-də inventarizasiya aparılması ilə bağlı xx.xx.2020-ci il tarixli əmlakın və digər qiymətlilərin inventarizasiya Aktında görünür ki, Ai 92 markalı yanacaq-20290 litr, Aİ 95 markalı yanacaq-3418 litr, Dizel yanacağı isə 2060 litr müəyyən edilmişdir. X19 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ünvan 1 ünvanlanmış iltizamdan görünür ki, firmaya məxsus olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində ünvanında yerləşən YDM-də Aİ 92 - 20290 litr, Aİ 95 3418, Dizel 2060 litr, Göygöl rayonu Quşqara kəndində yerləşən YDM-də Aİ 92 19023 litr, Aİ 95 - 2125 litr, dizel 16534 litr mal qalığı mövcuddur. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 1290 ton tutumu olan çənlərdə mal (yanacaq) yoxdur. Firmaya məxsus olan və başqa şəxsə məsul saxlamaya verilmiş mallar yoxdur. Eyni zamanda digər şəxsə məxsus olan İddiaçı İKF-ya məsul saxlamaya verilmiş mal-material yoxdur. Firmada məsul şəxs özüdür. İş materiallarında olan **********142837 nömrəli Protokoldan görünür ki, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərara əsasən götürülmə hərəkəti həyata keçrilmiş, X10 götürülməsi həyata keçirilən sənədlər və əşyalar könüllü surətdə təqdim etmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/5822 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında olan fləşkartda göstərilən əməliyyatların düzgünlüyü məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********144129 nömrəli qərarı ilə hesablanmış 2020-ci il üzrə 133.305,84 manat məbləğində əlavə dəyər vergisinin və həmin ƏDV-nin 50% miqdarında, yəni 66652,92 manat maliyyə sanksiyasının düzgünlüyü müəyyən olunur. Lakin vergi ödəyicisinin iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tərəfindən hüquqi qiymət verildikdən sonra öz təsdiqini tapmış olarsa, nəticəsindən asılı olaraq vergi orqanı tərəfindən yenidən hesablamalar aparılmaqla düzəlişlər edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı X9 xx.xx.2004-cü il tarixdə VÖEN-lə dövlət qeydiyyatına alınmış, xx.xx.2013-cü il tarixli **********3 nömrəli ƏDV şəhadətnaməsi ilə Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən yoxlanılan dövrdə iddiaçı faktiki olaraq ixtisaslaşdırılmış mağazalarda (yanacaq doldurma məntəqələrində) motor yanacağının pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və açər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (cavabdehin) xx.xx.2020-ci il tarixli **********137914 nömrəli Qərarı ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən iddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması Firmanın əmlak, mənfəət, torpaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə 2017-2019-cu illəri, əlavə dəyər vergisi iyun 2017-may 2019-cu illəri, ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2017-ci 2-ci rüb 2020-ci illəri, MDSS-İşəgötürənlərmuzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər (0111) 4-cü rüb 2018-ci 2-ci rüb 2019, MDSS-Muzdla işləyənləri işəgötürən sığortaedənlər (0112) 3-cü rüb 2019-cu 4-cü rüb 2019-cu illəri, İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 4-cü rüb 2018-ci 4-cü rüb 2019-cu illəri əhatə etmişdir. Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən sözügedən Firmada xammalın, malmaterialların, hazır məhsulların və zəruri olan digər sərvətlərin inventarizasiyanın aparılması məqsədi ilə xx.xx.2020-ci il tarixli, **********140547 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərar qəbul edilmişdir. Bildiririk ki, **********140547 nömrəli Qərara əsasən xx.xx.2020-ci il tarixdə iddiaçının istifadəsində olan Göygöl rayonu, Quşqara kəndində yerləşən yanacaq doldurma məntəqəsində (Obyektin kodu:**********-76007), Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsində (Obyektin kodu:**********- 101), Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda (Obyektin kodu:**********- 12) inventarizasiya aparılmış və nəticəsi xx.xx.2020-ci il tarixli “əmlakın və digər qiymətlilərin inventarizasiyası akt”ları ilə rəsmiləşdirilmişdir. Mal qalığının yoxlanılması məqsədi ilə aparılmış inventarizasiya nəticəsində 39313 litr Aİ 92 Benzin, 5543 litr Al 95. 94 litr dizel müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il ə kimi 770079 litr Aİ 92 markalı Benzin, 40300 litr Aİ 95 markalı Benzin, 608902 litr dizel alışı müəyyən olunmuşdur. Ümumilikdə 1086620.08 litr Aİ 92 markalı Benzin, 57 litr Aİ 95 markalı Benzin, 907000,16 litr dizel kənarlaşması aşkar edilmiş və Aİ 92 alı Benzinə görə 1086620.08 litr*0.**********64407 manat=810360.74 manat, Aİ 95 markalı Benzinə görə 34757 litr*0.**********88136 manat=31811.49 manat və dizelə görə 100.16*0.4**********8814 manat =445567.46 manat olmaqla ümumilikdə 1287736.69 manatdan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan 547148.69 manat satış çıxmaqla 756813.81 manat ƏDV dövriyyə kənarlaşması müəyyən edilmişdir. Azaldılmış məbləğə 740588.0 manat *18%=133305.84 ƏDV hesablanmışdır. İddiaçı tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılarkən 2020-ci il may ayı üzrə 133305.84 manat məbləğində əlavə dəyər vergisinin, 27.50 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin azaldılması aşkar olunmuşdur. Ona görə də iddiaçı barəsində 66666.67 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərara əsasən aparılmış inventarizasiya yuxarıda qeyd edilən 3 obyektdə aparılmışdır. Aparılmış inventarizasiyanın olaraq tərtib edilmiş “əmlakın və digər qiymətlilərin inventarizasiyası” haqqında xx.xx.2020-ci il tarixli aktlara əsasən Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda mal qalığı aşkar edilməmiş, Göygöl rayonu, Quşqara kəndində yerləşən yanacaq doldurma məntəqəsində 19023 litr Aİ 92 markalı Benzin, 2125 litr Aİ 95 markalı benzin, 16534 litr Dizel yanacağı, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən məntəqədə isə 20290 litr Aİ 92 Benzin, 3418 litr Aİ 95 markalı Benzin, 2060 litr Dizel yanacağı aşkar edilmişdir. Yoxlama-ölçmə işləri Firmanın rəhbəri olan X7 və iştirakçıların iştirakı ilə aparılmış və müvafiq aktlar həmin şəxslər tərəfindən imzalanmışdır. B.Məmmədov inventarizasiya prosesi ilə əlaqədar iltizam aktda əks olnunanların doğruluğunu bir daha təsdiq etdiyindən və iddiaçının iddiasının əsasını bu təşkil etdiyindən Firmanın istifadəsində 3 obyektin olduğunu bildirdiyindən cavabdehin qərarı qanuni və əsaslıdır. Birinci instansiya məhkməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” 24.1-ci madəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsidir. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 16.3-cü maddəsinin 2-ci hissəsinə əssən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş günün qədər artırıla bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inventarizasiya səyyar vergi yoxlaması zamanı vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Həmin Məcəllənin 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.3-cü Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Həmin Məcəllənin 49.4-cü vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Həmin Məcəllənin 49.5-ci maddəsi əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərara əsasən aparılmış inventarizasiya yuxarıda qeyd edilən 3 obyektdə, yəni Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda, Göygöl rayonu, Quşqara kəndində yerləşən yanacaq doldurma məntəqəsində və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsində aparılmışdır. Yoxlamaların aparılması ilə əlaqədar “sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə protokol” tərtib edilmiş və həmin sənəd Firmanın rəhbəri X8 təqdim edilmişdir. Aparılmış inventarizasiyanın nəticəsi olaraq tərtib edilmiş “əmlakın və digər qiymətlilərin inventarizasiyası” haqqında xx.xx.2020-ci il tarixli aktlara əsasən Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda mal qalığı aşkar edilməmiş, Göygöl rayonu, Quşqara kəndində yerləşən yanacaq doldurma məntəqəsində 19023 litr Aİ 92 markalı Benzin, 2125 litr Aİ 95 markalı benzin, 16534 litr Dizel yanacağı, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsində isə 20290 litr Aİ 92 Benzin, 3418 litr Aİ 95 markalı Benzin, 2060 litr Dizel yanacağı aşkar edilmişdir. Yoxlama-ölçmə işləri Firmanın rəhbəri olan X7 və iştirakçıların iştirakı ilə aparılmış və müvafiq aktlar həmin şəxslər tərəfindən imzalanmışdır. Göründüyü kimi iddiaçı təşkilatın direktoru X10 inventarizasiya prosesi zamanı iltizam vermiş, aktda olanların doğruluğunu təsdiq etmişdir. Bundan başqa iddiaçının nümayəndəsinin vəsatətinə əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********144129 nömrəli qərarı ilə hesablanmış 2020-ci il üzrə 133.305,84 manat məbləğində əlavə dəyər vergisinin və həmin ƏDV-nin 50% miqdarında, yəni 66652,92 manat maliyyə sanksiyasının düzgünlüyü müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilmiş, məhkəmədə iştirak etmiş olsaydı məhkəməyə tələbini təsdiq edən sübutlar təqdim edəcəkdi. İddia tələbini isə onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən vergi yoxlaması Firmanın rəhbəri kimi iştirakı təmin edilməməklə aparılmış, digər anbarda yanacaq məhsulunun olması nəzərə alınmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilini əsassız sayaraq qeyd edir ki, iddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlar göndərilmiş, lakin üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qaldı ki, cavabdehin əməkdaşları tərəfindən yoxlamanın Firmanın rəhbəri kimi onun iştirakı olmadan keçirilməsinə dair iddiaçının dəlilinə kollegiya həmin dəlili də göstərilən xüsusat işdəki Firmanın rəhbəri olan Babək Məmmədovun özü tərəfindən imza edilmiş və möhürlə təsdiq edilmiş sənədlərlə tam təkzib olunur. Babək Məmmədov yazmış olduğu iltizamda iki ünvanda yanacaq doldurma məntəqəsinin və bir ünvanda yanacaq saxlama anbarının olduğunu, mal-materialının həmin üç ünvandan başqa digər bir ünvanda saxlanılmadığını şəxsən yazaraq imza etmişdir. Beləliklə də məhkəmə iclasında araşdırılmış sübutlardan da görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, мəhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət vermişdir. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və müvafiq normativ aktlarla təkzib olunduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 20 aprel 2022-ci tarixli, 2-1(114)-375/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı İstehsalat- Kommersiya firmasından alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ013601 **********3944 SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar