Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-201/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, həmin tarixdən ona “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1014/2025 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2001-ci il tarixdən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2002-ci il tarixdən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2003-cü il tarixdən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2004-cü il tarixdən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik xx.xx.2005-ci il tarixdən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2006-cı il tarixdən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1153 nömrəli qərarına əsasən, Gəncə şəhəri, Kəpəz RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin aprel ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələridiaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra çənəaltı nahiyədə bir ədəd, alt dodağın qırmızı haşiyəsində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin iç səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd, sağ ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 792 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 747 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 440 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkimmütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Kəllədaxili travma Xəstə hər iki aşağı ətrafların varikoz xəstəliyi. Postromboflebetik sindrom. Flebektomiya əməliyyatından sonrakı vəziyyət. Aşağı ətraflarda venoz QDÇ İİ-İİİ dərəcə diaqnozu ilə İİ qrup müddətsiz əlildir. Ümumi xəstəlik ilə alır. Əlilliyin səbəbi dəyişmək üçün təkrar TSEKə göndərilir. Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ. Tez-tez baş verən vestibolu-veqetativ krizlərləkəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması ilə” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travma. Hər iki aşağı ətrafların varikoz xəstəliyi. Postromboflebetik sindrom. Flebektomiya əməliyyatından sonrakı vəziyyət. Aşağı ətraflarda venoz QDC İİ-İİİ dərəcə. Keçirilmiş qapalı kalla beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İl mərhələ. Teztez baş verən vestibulo-vegetativ krizlərlə kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması” diaqnozu ilə tam reabilitasiya olması (tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə əyani müayinə keçirilmiş İddiaçı barəsində tam reabilitasiya olunması və minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “baldırın çoxsaylı açıq yaraları. Odlu silah qəlpə yaralanmasından sonrakı çənəaltı nahiyyədə bir ədəd, sağ baldırın yuxarı 1/3-nin iç səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində 1 ədəd, arxa səthində 1 ədəd, sağ ayaq pəncəsinin üst səthində 1 ədəd yaralanmasından sonrakı köhnə çapıq toxumaları. Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kalla beyin travmasının (1994) davamlı qalıq əlamətləri” diaqnozu ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə əyani müayinə keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez baş verən vestibulo-veqetativ krizlərlə və qıcolma tutmaları ilə (ayda 9 dəfə). Kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması.” diaqnozu ilə Diaqnoz öz təsdiqini tapmaması (ətraflı diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə əyani müayinə keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması. Sistemə daxil edilmə tarixi: xx.xx.2024. İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubdan görünür ki, o, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar əlillik təyininə əsas vermədiyindən hər iki halda onun barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür ki, Göndərişi verən müəssisə - Gəncə şəhər Birləşmiş Xəstəxanası, xəstəliyə görə ambulator müraciətlər - S06 Kəllədaxili travma, stasionar müalicə aldığı müəssisələr - Gəncə şəhəri Abbas Səhhət adına Birləşmiş xəstəxana daxil olma tarixi - xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-T90.5 Kəllədaxili travmaların nəticələri, sonra Gəncə şəhəri Abbas Səhhət adına Birləşmiş xəstəxana daxil olma tarixi - xx.xx.2024, çıxma tarixi - xx.xx.2024, diaqnoz-T90.5 Kəllədaxili travmaların nəticələri olmuş. Həkim müayinəsinin nəticəsi: T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez baş verən vestibulovegetativ krizlərlə və qıcolma tutmaları ilə (ayda 9 dəfə). Kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması. TSEK-ə göndəriş zamanı diaqnoz: Əsas diaqnoz T90.5, Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ teztez baş verən vestibulo-vegetativ krizlərlə və qıcolma tutmaları ilə (ayda 9 dəfə). Kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması. - Ağırlaşma G93.4, Dəqiqləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya İİ mərhələ. - Ağırlaşma G40.5, Xüsusi epileptik sindromlar, Qıcolma tutmaları ilə (ayda 9 dəfə). Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının imtinası qanunsuz hesab olunmaqla, ona “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez baş verən vestibulo-vegetativ krizlərlə və qıcolma tutmaları ilə (ayda 9 dəfə). Kəskin baş gicəllənməsi və dayaq funksiyasının pozulması.” diaqnozlu xəstəliklərlə əlilliyin bərpa edilməsi, əlilliyə görə ödənilməli olan pensiyanın verilməsinin bərpa edilməsi, dayandırılmış müddət ərzində ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixində Gədəbəy rayonunda anadan olmuşdur. 1993-cü ildə könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda Gədəbəy rayonun hərbi müdafiəsində (171 nömrəli hərbi hissə) iştirak edərək N dəfə yaralanmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı ilə təsdiq edilir ki, (xx.xx.2018-ci il tarixli arayış) 1993-cü ildə hərbi xidmətdə olduğu zaman 1994-cü ilin aprel ayında aldığı və 2018-ci ildə Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmaların nəticələri - diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra çənəaltı nahiyədə bir ədəd, alt dodağın qırmızı haşiyəsində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin iç səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd, sağ ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar diaqnozu ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” təsdiq edilir. O cümlədən hərbi bilet və digər tibbi sənədlərdə təsdiq edilir ki, o, hərbi xidmət zamanı (cəbhədə gedən ağır döyüşlər zamanı) qapalı kəllə beyin travması almışdır. DSMF tərəfindən İddiaçı əlilliyin bərpa mərkəzinə avtomobil qeydiyyatına görə dəvət edilərək heç bir tibbi müayinə aparılmadan ona 15 gündən sonra məlumat veriləcəyi bildirilmişdir. Bundan (2023-cü ilin aprel ayından) sonra isə ona təyin edilmiş əlillik qeyri-qanuni olaraq tamamilə ləğv edilmiş və təyin edilmiş aylıq pensiyanın verilməsi dayandırılmışdır. Cavabdeh qanunsuz olaraq iddiaçının yeganə gəlir mənbəyi olan əlilliyə görə aldığı pensiyanın verilməsini dayandırmışdır və ona görə cavabdehin qanunsuz və əsassız imtinası onun hüquqlarını pozur. Qeyd olunan xəstəliklərin hər biri əlilliyə əsas verən xəstəliklər olmaqla, o, daimi qulluq və müalicə tələb edən ciddi xəstəliklərdən əziyyət çəkir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Birinci Qarabağ müharibəsi dövründə almış olduğu travmadan mütəmadi olaraq əziyət çəkmiş, 1994-cü ildə travma almışdır. Lakin, sonraki Əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. “Diaqnozun mətni: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => 506.0- Baş beynin silkələnməsi X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi. diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1014/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, həmin tarixdən ona “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1014/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Nəriman Həsən oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-cü bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2001-ci il, xx.xx.2002-ci il, xx.xx.2003-cü il, xx.xx.2004-cü il, xx.xx.2005-ci il, xx.xx.2006-cı il tarixlərdə 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. Həmin əlillik xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində iddiaçının tam reabilitasiya olunmasına görə ləğv edilmişdir. (İddiaçıya xx.xx.2019-cu il tarixdə təyin edilmiş əlilliyin müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. İddiaçının iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Təyin edilmiş əlilliyin müddətinin bitməsi ilə əlaqədar məhkəmə həmin əlilliyin ləğv edilməsi barədə qərarı mübahisələndirməklə bağlı iddiaçıya hüquqi yardım göstərməyi məqsədəuyğun hesab etməmişdir.) Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1153 nömrəli qərarına əsasən, İddiaçı yaralanmasının nəticələri - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat üzrə həkim müayinəsinin nəticəsindən müəyyən olunur ki, kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez baş verən vestibulo-vegetativ krizlərlə və qıcolma tutmaları ilə (ayda 9 dəfə). Kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya sonuncu dəfə 2019cu ildə eyni xəstəliklə əlillik təyin edilmişdir. İddiaçı başın travmalarının nəticələri - T90 meyarı üzrə təkrar əlilliyə görə nəzərdə tutulan stasionar və ambulator müalicələri almışdır. Lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1153 nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçıya 2019-cu ildə təyin edilmiş əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-cü bəndində uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1014/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qərarını ləğv edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmayaraq, ekspertiza təyin etmədən, şəxsi əyani müayinəsində aşkar edilən hallara ümumiyyətlə əhəmiyyət vermədən vətəndaşa əlillik təyin edilməli olduğunu qeyd etmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. Həmçinin bildirmək istəyir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, qıcolma tutmaları, aşağı ətraflarında yanma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildə yaralandığını, bir ildir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı sağ baldırın yuxarı və aşağı 1/3-də, sağ ayaq arxasında, sol baldırın aşağı 1/3-də, sol qalçada və alt çənədən aşağı boğaza tərəf olan nahiyədə çapıqlar, flebektomiya əməliyyatına xas çapıq izlənilmiş, aşağı ətraflarda indurasiya, hiperpiqmentasiya əlamətləri, trofiki pozuntular müşahidə edilməmiş, hər iki ayaqarxası və sol topuq nahiyələrində nəbz əllənmiş, sağ topuq nahiyəsində hiss edilməmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Vətəndaşın diş protezindən istifadə etməsi müşahidə edilmiş, gicgah-çənə oynağında hərəkətlər sərbəst, çeynəmə funksiyası pozulmamış, çəkisi 96 kq, boyu 178 sm, BKİ=30,3 müəyyənləşdirilmiş, xroniki həzm pozğunluğu, çəki defisiti əlamətləri aşkarlanmamışdır. Təqdim etdiyi xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyində tənzimləyici və damar mənşəli pozulma aşkar edilir. Pozulma qeyri spesifik tənzimləyici sistemlərin fəaliyyətindəki disfunksiya ilə əlaqədardır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Təqdim etdiyi xx.xx.2023-cü il tarixli Kəllə KT müayinəsinin nəticəsi “Periventrikulyar sahədə semiovaledə mm-lik qlioz ocaqları aşkarlandı. Sol gicgah payının korteksində və subkortikal ağ maddəsində ensefalomalasiya sahəsi izləndi (16x6 mm)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 xx.xx.2024-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Bu EMQ sensor və motor liflərin tutulduğu orta dərəcəli aksonal tip polinevropatiya ilə uyğundur. Klinikası ilə bərabər dəyərləndirilməsi məsləhət görülür” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Abbas Səhhət adına Xəstəxananın xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Kəllədaxili travmanın nəticələri. Odlu silah qəlpə yaralanmasından sonrakı vəziyyət. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, İİİ mərhələ. Kəllədaxili hipertenziya, tez-tez baş verən vegetativ krizlərlə. Dayaq-hərəkətin, yeriş funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq təsdiqlənməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 6.1. bəndin 6.1.4. bəndinə əsasən, psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası – XTB-10 (T90) zamanı orqanizmin funksiyasının pozulması 65-80 faiz olmaqla 2 il müddətinə müəyyən edilimişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2001-ci il, xx.xx.2002-ci il, xx.xx.2003-cü il, xx.xx.2004-cü il, xx.xx.2005-ci il, xx.xx.2006-cı il tarixlərdə 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmiş, sonra isə xx.xx.2019-cu il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Kəllədaxili travma Xəstə hər iki aşağı ətrafların varikoz xəstəliyi. Postromboflebetik sindrom. Flebektomiya əməliyyatından sonrakı vəziyyət. Aşağı ətraflarda venoz QDÇ İİ-İİİ dərəcə diaqnozu ilə İİ qrup müddətsiz əlildir. Ümumi xəstəlik ilə alır. Əlilliyin səbəbi dəyişmək üçün təkrar TSEK-ə göndərilir. Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ. Tez-tez baş verən vestibolu-veqetativ krizlərlə-kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması ilə” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Həmin əlillik xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində iddiaçının tam reabilitasiya olunmasına görə ləğv edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1153 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994cü ilin aprel ayında yaralanmasının nəticələri - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İşdə olan xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat üzrə həkim müayinəsinin nəticəsindən müəyyən olunur ki, iddiaçıya “T90.5 kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez baş verən vestibulo-vegetativ krizlərlə və qıcolma tutmaları ilə (ayda 9 dəfə). Kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması.” diaqnozu qoyulmuşdur. Həmçinin xəstəlik tarixçəsindən çıxarışda iddiaçının xəstəliyinin başlanma tarixinin xx.xx.1994-cü il, xəstəliyin gedişatının xroniki, dərəcəsinin isə orta ağır olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. İddiaçının əlilliyi cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və qiymətləndirmə nəticəsində diaqnozun mətni – “kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez baş verən vestibulo-vegetativ krizlərlə və qıcolma tutmaları ilə (ayda 9 dəfə). Kəskin baş hərlənməsi və dayaq funksiyasının pozulması” kimi təsbit edilməklə onun barəsində “diaqnoz öz təsdiqini tapmaması” səbəbi ilə diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya sonuncu müayinə nəticəsində qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 6.1-ci bəndin 6.1.4-cü yarımbəndində öz əksini tapmışdır. Qeyd olunan Əlavənin həmin yarımbəndinə əsasən iddiaçıya qoyulmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu diaqnoza görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. Burdan da göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır. Həmçinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1153 nömrəli qərarından göründüyü kimi xəstəliyin yaranması səbəbi Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin “təyin olunmuş diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edilibsə və diaqnozun özü meyarlara uyğun gəlirsə, əlavə ağırlaşmaların tələb olunması hüquqi əsas daşımır. Bu səbəbdən də qanunvericilikdə əlilliyin təyini üçün ağırlaşma tələbi təsbit olunmadığından bununla bağlı cavabdehin tələbinin heç bir hüquqi əsası olmamışdır. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. İşin hallarından görünür ki, Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə iddiaçının əlilliyi qiymətləndirilmiş və əlilliyin təyin olunmasından imtina olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi halda məhkəmə imtinanı qanunsuz hesab etdiyi və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdiyi halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əlilliyinin təyin edilmə tarixini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən hesablamaqda haqlı olmuşdur. Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1014/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-201/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-201/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver