Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-205/2025 02.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X15) qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs X11 iştirakları ilə, “torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-322/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi xx.xx.2023-cü il tarixli müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2023cü il tarixli, 3-21-3-33/2-5526/2023 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyü aşkar edilmişdir.
İşdə olan sənədlər:
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli AA№007132 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
3. xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X1 şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini İddiaçı bağışlamışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. İddiaçı torpaq sahəsi üzərində eskiz layihəyə uyğun fərdi yaşayış evi inşa etdirmiş və bu barədə məlumatlandırma icraatı qaydasında yerli icra hakimiyyəti orqanına sifarişli-xəbərnaməli məktub ünvanlamışdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinə dair xx.xx.2009-cu il tarixli AA№004399 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
7. xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən, X5 şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini X3.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X11 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-2260/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - **********64 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından, araşdırma zamanı həmin çıxarışın verilməsinə əsas olan xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərtib olunmuş AA№007132 nömrəli plan və ölçü sənədinə istinad olunmuşdur. Həmin plan və ölçü sənədinə əsasən torpaq sahəsinin naturada yerləşmə mövqeyi müəyyən olundu. - İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 375.0 kv.m torpaq sahəsinin 310.0 kv.m hissəsi, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinə dair tərtib olunmuş AA№007132 nömrəli plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşür. **********64 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından, araşdırma zamanı həmin çıxarışın verilməsinə əsas olan xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərtib olunmuş AA№007132 nömrəli plan və ölçü sənədinə istinad olunmuşdur. Həmin plan və ölçü sənədinə əsasən torpaq sahəsinin naturada yerləşmə mövqeyi müəyyən olundu. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 375.0 kv.m torpaq sahəsinin 310.0 kv.m hissəsi, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinə dair tərtib olunmuş AA№007132 nömrəli plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşür. - **********65 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X11 mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından, araşdırma zamanı həmin çıxarışın verilməsinə əsas olan xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərtib olunmuş AA№004399 nömrəli plan və ölçü sənədinə istinad olunmuşdur. Həmin plan və ölçü sənədinə əsasən torpaq sahəsinin naturada yerləşmə mövqeyi müəyyən olundu. - İddiaçı faktiki istifadəsində olan 375.0 kv.m torpaq sahəsinin 310.0 kv.m hissəsi, X7 adına tərtib olunmuş xx.xx.2009-cu il tarixli AA№004399 nömrəli plan və ölçü sənədində (reyestr nömrəsi **********65) göstərilən sahə ilə üst-üstə düşür. - **********64 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından, araşdırma zamanı həmin çıxarışın verilməsinə əsas olan xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərtib olunmuş AA№007132 nömrəli plan və ölçü sənədinə istinad olunmuşdur. xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X11 mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə dair plan və ölçü səndi mövcud olmadığından, araşdırma zamanı həmin çıxarışın verilməsinə əsas olan xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərtib olunmuş AA№004399 nömrəli plan və ölçü sənədinə istinad olunmuşdur. Beləliklə, AA№007132 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə AA№004399 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi üst-üstə düşmür.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-4230/2024 nömrəli məktubu və ona əlavə edilmiş torpaq sahəsinin ortofoto görüntülərindən görünür ki, inzibati iş üzrə araşdırma aparılarkən, işin qərardadında qeyd olunanlara əsasən, yalnız faktiki istifadə sahəsi və hüquqmüəyyənedici sənədlərə əsaslanılmışdır. Əlavə olaraq, iddia edilərək naturada təqdim olunan faktiki istifadədə olan torpaq sahəsi, həmin koordinatlar və konfiqurasiyaya uyğun olaraq Torpaqların elektron kadastr uçotu informasiya sistemində (bundan sonra TEKUİS və AZCAD) öz əksini tapmış və sənəd nömrəsi **********65 olaraq qeyd olunmuşdur. TEKUİS və AZCAD-da əks olunan, vətəndaşların xüsusi mülkiyyətində, icarəsində və istifadəsində olan torpaq sahələrinə dair məlumatlarda, vətəndaşların adı, soyadı və ata adı qeyd olunmur. Gəncə şəhəri üzrə TEKUİS və AZCAD-dan əvvəl, ayrıayrılıqda vətəndaşların faktiki istifadələrində olan həyətyanı torpaq sahələri barədə kadastr məlumatları qeyd olunmuş elektron xəritə materialı mövcud olmamışdır. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin hər hansı digər şəxslərə məxsus torpaq sahələri ilə üstüstə düşmə halı müəyyən edilməmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin İddiaçı xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6472/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olması, belə ki, faktiki torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin X13 xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6466/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olması, belə ki, faktiki torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus evin yerində torpaq sahəsinin ölçü konturlarının dəqiqləşdirilməsi vəzifəsinin cavabdehin üzərin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bildirir ki, o, evi 2011-ci ildə almışdır, qonşusu isə 2013-cü ildə alıbdır. Odur ki, cavabdehin üzərinə yerində ona məxsus evin torpaq sahəsinin ölçü konturlarının dəqiqləşdirilməsi vəzifəsi qoyulmalıdır.
15. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin üzərində mülkiyyət hüqunun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
16. Cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3- 33/2-7575/2023 nömrəli etirazının məzmunu xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 5526/2023 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X15 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-322/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı digər topaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır. Üst-üstə düşmə halları AA№007132 nömrəli nömrəli plan-ölçü sənədində əks olunmuş koordinatlar üzrədir ki, iddiaçının hazırkı naturada faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları həmin sənəddə əks olunmuş koordinatlarla eynilik təşkil etmir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
20. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətinin məzmunu cavabdehin imtina məktubu və etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, şifahi məhkərə baxışı iclasında həm iddiaçı, həm də üçüncü şəxs öz izahatlarında torpaq sahələrindən düzgün istifadə etmədiklərini bildirmişlər. Qeyd olunan bu hal mütəxəssis rəyi ilə öz təsdiqini tapsa da, məhkəmə yalnız iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin hər hansı digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməməsini və üst-üstə düşmə hallarının AA№007132 nömrəli nömrəli plan-ölçü sənədində əks olunmuş koordinatlar üzrə olmasını, iddiaçının hazırkı naturada faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının həmin sənəddə əks olunmuş koordinatlarla eynilik təşkil etməməsini əsas gətirərək qərar qəbul edilmişdir. Lakin məhkəmə tərəfindən həm iddiaçının, həm də üçüncü şəxsin torpaq sahələrindən düzgün istifadə etməməsi halı, yəni bir-birlərinin torpaq sahəsindən istifadə etmələri qiymətləndirilməmişdir. Belə bir halın mövcudluğu üçüncü şəxsin hüquq və maraqlarına toxunaraq məhkəmə qərarının icrasının mümkünsüzlüyünü yaradır. Məhkəmə mübahisə predmetinin texniki məsələ olmasını nəzərə almamış, belə ki, iddiaçının faktiki istifadəsində olan 375.0 kv.m torpaq sahəsinin 310.0 kv.m hissəsinin X7 adına tərtib olunmuş xx.xx.2009-cu il tarixli AA№004399 nömrəli plan və ölçü sənədinə (hazıirki mülkiyyətçi X15) (əmlakın reyestr nömrəsi **********65) göstərilən sahə ilə üst-üstə düşmə halı qiymətləndirilməmişdir. Məhkəmənin həmin məsələnin həllində faktiki istifadə etdiyi torpaq sahəsinin hər hansı digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməmə halını əsas hesab etməsi özü-özlüyündə inzibati mübahisənin mahiyyəti üzrə baxıması və həlli edilməsində işin ətraflı araşdırılmadığını göstərir. Həm iddiaçı, həm də üçüncü şəxs notarius tərəfindən təsdiq olunmuş dəyişmə müqaviləsi bağlanacağı təqdirdə mövcud problemin aradan qalxacağını bilsələr də, məqsədli şəkildə notariusda yaranacaq xərclərdən qaçınmaq üçün bilərəkdən məhkəməyə müraciət etmişlər.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.
22. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları.
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, o təqdim edilmiş, yəni ona göstərilən ərazidə fərdi yaşayış evini inşa etdirmişdir. Hazırda torpaq sahəsinə dair çıxarış olsa da, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almaqdan imtina edirlər. Üçüncü şəxslə aralarında heç bir narazılıq yoxdur. Hərə öz torpaq sahəsindən istifadə edir.
25. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə aralarında heç bir narazılıq yoxdur və torpaq sahələri yan-yana yerləşir. Onunda torpaq sahəsinə çıxarışı var və torpaq sahəsinə dair plan-ölçü sənədlərinin dəyişdirilməklə yeni plan və ölçü sənədinin verilməsinə etiraz etmir.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
28. Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları: 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;
29. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İşin hallarından müəyyən olunur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış X4 xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin 0.04 ha torpaq sahəsini İddiaçı bağışlamış və sonuncunun sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, iddiaçı torpaq sahəsi üzərində eskiz layihəyə uyğun fərdi yaşayış evi inşa etdirmiş və bu barədə məlumatlandırma icraatı qaydasında yerli icra hakimiyyəti orqanına sifarişli-xəbərnaməli məktub ünvanlamışdır.
33. İddiaçının Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh inzibati orqana etdiyi xx.xx.2023-cü il tarixli müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-5526/2023 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir.
34. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin üzərində mülkiyyət hüqunun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, tələb birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, cavabdehin imtina əsası iddiaçının faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olması, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi olmuşdur.
36. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, cavabdehin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirdiyi torpaq sahəsi xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X11 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsidir. Belə ki, həmin torpaq sahəsi xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin alqısatqı müqaviləsinə əsasən, X10 tərəfindən X13 (üçüncü şəxs) satılmışdır.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, həm iddiaçı, həm də üçüncü şəxsin 0.04 ha torpaq sahələrinə mülkiyyət hüquqlarına dair çıxarışları mövcud olsa da, torpaq sahələrinin plan və ölçü sənədləri mövcud deyildir. Buna səbəb isə müvafiq olaraq bağışlama və alqı-satqı müqavilələri reallaşdırıldıqdan sonra çıxarışlar əldə olunsa da, onların adına plan və ölçü sənədlərinin tərtib olunmamasıdır.
38. Belə ki, hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair mövcud olan AA№007132 nömrəli plan və ölçü sənədində hüquq sahibi kimi X2, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair mövcud olan AA№004399 nömrəli plan və ölçü sənədində hüquq sahibi kimi X7 adları qeyd edilmişdir.
39. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı faktiki istifadəsində olan 375.0 kv.m torpaq sahəsinin 310.0 kv.m hissəsi, X7 adına tərtib olunmuş xx.xx.2009-cu il tarixli AA№004399 nömrəli plan və ölçü sənədində (reyestr nömrəsi **********65) göstərilən sahə ilə üst-üstə düşür.
40. Həm birinci instansiya məhkəməsində, həm də işin apellyasiya icraatı zamanı iddiaçı üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə dair plan və ölçü sənədinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədi ilə dəyişdirilməsini xahiş etmiş, üçüncü şəxs isə buna etiraz etmədiyini bildirmiş, həmçinin hər iki tərəf buna dair ərizələr təqdim etmişlər.
41. Cavabdeh tərəf torpaq sahələrinə dair plan və ölçü sənədlərinin dəyişdirilməsi ilə əlaqədar həm apellyasiya şikayətində, həm də məhkəmə iclasında belə dəyişmənin yalnız notarial qaydada təsdiq edilmiş müqavilə əsasında baş verə biləcəyini qeyd etsə də, bunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur.
43. İş materialları ilə müəyyən olunur ki, iddiaçı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsində sadalanan əsasları təqdim etmişdir. Belə ki, iddiaçı torpaq sahəsi üzərində eskiz layihəyə uyğun fərdi yaşayış evi inşa etdirmiş və bu barədə məlumatlandırma icraatı qaydasında yerli icra hakimiyyəti orqanına sifarişli-xəbərnaməli məktub ünvanlamışdır.
44. Göründüyü kimi, cavabdeh orqan imtinasında fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hər hansı konkret imtina əsası irəli sürməmiş, əsaslandırma yalnız torpaq sahəsi ilə bağlı olmuşdur.
45. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Yuxarıda qeyd edilən səbəblərə görə hazırki işdə belə əsaslar mövcud deyildir.
46. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
47. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi və ya faktiki əsas mövcud deyildir.
Nəticəvi hissə:
48. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-322/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov