Məhkəmə qərarları › İş №2-1(104)-210/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-210/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-210/2024 19.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(114)-2978/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 1990-cı ildən könüllü olaraq hərbi xidmətə başlamış və erməni qəsbkarlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Xidməti dövründə Tovuz rayonu Hacalı və Əlibəyli kəndlərində döyüşlərdə iştirak etmişdir. Sonradan 1991-ci ildə ali təhsil aldığına görə xidmətdən tərxis edilmişdir. İddiaçı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4802/2022 saylı qərardadı iş inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı ərizəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-1043/2022 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1043/2022 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1043/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilərək, İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-290/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1043/2022 saylı qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2978/2023 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(114)-2978/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(114)-2978/2023 nömrəli qərarı ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək və birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(114)-2978/2023 saylı qərarı tam qanunsuz və əsassızdır, buna görə də qərar ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Gəncə İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(114)-043/2022 saylı qərarında məhkəmə iş materillarında olan Tovuz Rayon İcra Hakimyyətinin başçısının xx.xx.2001-ci il tarixli 25/219 saylı məktubuna əsaslanmışdır. Həmin məktubda onun İddiaçı 1990-cı ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayının 9-dək Tovuz rayonu Əlibəyli və Hacallı kəndlərində təşkil edilmiş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etməyi qeyd olunub. Eyni zamanda həmin qərarda iş materillarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin xx.xx.1991-ci il tarixli 910 nömrəli arayışı ilə onun “Boz Qurd” könüllülər dəstəsində Tovuz rayonun sərhəddini erməni döyüşçülərindən qorumaq üçün gedən döyüşlərdə iştirak eməyi öz təsdiqini tapdığı qeyd edilmişdir. Sadəcə olaraq həmin qərarda düzgün olmayan cavabdehə qarşı yönələn iddia üzrə yekun nəticəyə gəlinməsi qərarın ləğvinə gətirib çıxarılmışdır. Yəni onun iddia tələbinin əsaslı olması məsələsi həmin qərarda tam sübuta yetirilmişdir. Amma nədənsə Gəncə İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(114)-2978/2023 saylı qərarında iş materllarında olan yuxarıda qeyd etdiyi sənədlər sübut kimi qəbul edilməmişdir. Bu da həmin qərarın ədalətsiz bir qərar olmasını sübut edir. Belə ki, istər Gəncə İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(114)- 1043/2022 saylı qərarında, istərsə də Gəncə İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(114)- 2978/2023 saylı qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə vetranı, silahlı qüvvələr vetranı və əmək vetranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edilmişdir. Tovuz Rayon İcra Hakimyyətinin başçısının xx.xx.2001-ci il tarixli, 25/219 saylı məktubu və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin xx.xx.1991-ci il tarixli 910 nömrəli arayışı ilə iddia tələbinin əsaslı olması tam sübut olunur. Buna görə də apellyasiya şikayətinin təmin olunması xahiş olunmuşdur. İşdə olan sübutlar: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin 27 may 2022-ci il tarixli 79 nömrəli məhkəməyə ünvanlanmış məktubundan müəyyən olunur ki, Tovuz rayon İcra Hakimiyyəti yanında müharibə veteranı adının verilməsi məsələləri komissiyasının sənədləri Tovuz rayon Dövlət arxivinə təhvil verilmədiyindən qeyd edilən komissiyanın xx.xx.2001-ci il tarixli qərarının və həmin tarixli 5 saylı iclas protokolunun təsdiq edilmiş surətini təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin 27 may 2022-ci il tarixli, 78 nömrəli məhkəməyə ünvanlanmış məktubundan müəyyən olunur ki, Tovuz rayonu Hacalı və Əlibəyli kəndləri üzrə özünümüdafiə dəstəsinin post kitabı Tovuz rayon Dövlət arxivinə təhvil verilmədiyindən Hacalı və Əlibəyli kəndləri üzrə özünümüdafiə dəstəsində döyüşdə iştirak etmiş şəxslərin siyahısı baxış keçirilmək üçün təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti başçısının aparatının 17 oktyabr 2022-ci il tarixli, 2-5/910 nömrəli məhkəməyə ünvanlanmış məktubundan müəyyən olunur ki, müharibə veteran adının verilməsi komissiyasının 14 iyun 2001-ci il tarixli 5 nömrəli iclas protokolu icra hakimiyyətində mövcud olmadığından həmin protokolun təsdiq edilmiş surətini təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, Q/4201 saylı məktubundan görünür ki, iddiaçının “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsi ilə bağlı müvafiq tələbinin təmin edilməsindən imtina edilmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin «Qeyd» hissəsində isə göstərilir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri haqqında Əsasnamə» 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndi. Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(114)-2978/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkbində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veteran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiklər siyahılar əsasında, həm də döyüşlərdə iştirakı edən sənədlərlə birgə təqdim edildiyi halda verilir, lakin iş üzrə bu hal baş verməmişdir. Məhkəmə kollegiyası birinci insyansiya məhkəməsinin gəldiyi nəticə razılaşaraq əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndindən göründüyü kimi, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkbində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veteran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiklər siyahılar əsasında, həm də döyüşlərdə iştirakı edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. İddiaçı, o cümlədən Tovuz rayon İcra Hakimiyyəti və müvafiq arxiv orqanı tərəfindən müvafiq siyahının məhkəməyə təqdim edilməsi mümkün olmamışdır ki, bununla da iddiaçının adının həmin siyahıda olmasını da müəyyən etmək mümkün olmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hərbi qulluqçu qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibindəki hərbi birləşmələrdə döyüşlərdə işitrak etdiyini, ali təhsil aldığına görə və ya digər əsaslarla hərbi xidmətdən tərxis edildiyini iddia etdiyi təqdirdə isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldırmaq hüququna malikdir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,məhkmə kollegiyası QƏRARAALDİ: Gəncə İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(114)-2978/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(114)-2978/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar