Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-213/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati iş üzrə QƏRARİ Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə adının müvafiq siyahıya daxil edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-N(NN4)-92N/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus xx.xx.N992-ci il tarixdə verilmiş ГР № 052294 nömrəli hərbi biletdə onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barədə qeyd vardır.
2. 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 279 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N5 sentyabr 2020-ci il tarixli, 0085 nömrəli əmri və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin N0 sentyabr 2020-ci il tarixli 026 nömrəli sərəncamına əsasən, hərbi təlim toplanışına çağrılmış baş leytenant İddiaçı 2N sentyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissənin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, döyüş hazırlığı məşğələlərinin keçirilməsi üçün N nömrəli hərbi hissəyə ezam olunmuşdur.
3. 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 284 nömrəli əmrindən çıxarışdan görünür ki, cari çatışmazlıqların bərpa edilməsi məqsədi ilə dəyişən heyətin siyahısına daxil edilmiş baş leytenant İddiaçı 26 sentyabr 2020-ci il tarixdən qərargah bölüyünün kütləvi qırğın silahlarından mühafizə taqımının komandiri vəzifəsinə təyin edilmişdir.
4. 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 288 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 28 sentyabr 2020-ci il tarixli, 088 nömrəli əmri ilə müharibə dövrünün ştatına keçirildiyi üçün N nömrəli hərbi hissənin daimi heyətinin təkmilləşdirilməsi məqsədi ilə baş leytenant İddiaçı N nömrəli hərbi hissəyə keçirilmişdir. Əsas: N-ci Ordu Korpusu komandirinin N sentyabr 2020-ci il tarixli 0N nömrəli sərəncamı.
5. 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 299 nömrəli əmrindən çıxarışdan görünür ki, 05N nömrəli hərbi hissənin siyahısında olan leytenant İddiaçı 05N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 0N nömrəli sərəncamı ilə, N nömrəli hərbi hissə komandirinin sərəncamına çıxarıldığına görə, N9 oktyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Əsas: 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0N sərəncamı.
6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 34 nömrəli əmrindən çıxarışdan görünür ki, 05N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli, 0N nömrəli sərəncamına əsasən ehtiyatda olan İddiaçı 30 oktyabr 2020-ci il tarixdən 05N nömrəli hərbi hissədən gəlmiş hesab olunmuş, hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və zabit tamamlama bölüyünə təhkim edilmişdir. Əsas: 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 526N, 5262 nömrəli vərəqələri.
7. N27 nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N57 nömrəli əmrindən çıxarışdan görünür ki, 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 06 nömrəli sərəncamına əsasən leytenant İddiaçı 09 noyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissədən getmiş hesab edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuşdur. Əsas: 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 06 nömrəli sərəncamı.
8. N27 nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N62 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı döyüş itkilərin bərpası üçün N nömrəli hərbi hissədən getmiş hesab edilmişdir. Əsas: 05N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 06 nömrəli sərəncamı.
9. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 32N nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı – N-ci haubitsalı artilleriya divizionunun 2-ci haubitsalı artilleriya batareyasının idarəetmə taqımının komandiri N5 noyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab olunmuş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır.
10. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 0N078 nömrəli əmrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və bölmələrindən çağırılmış leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən 5-ci artilleriya briqadasının (N nömrəli hərbi hissə) 005N-ci haubitsalı artilleriya divizionunun haubitsalı artilleriya batareyasının idarəetmə taqımının komandiri vəzifəsinə təyin olunmuşdur.
11. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 0N402 nömrəli əmrindən çıxarışdan görünür ki, “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N dekabr 2020-ci il tarixli, 23N0 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N97-ci maddəsinə müvafiq olaraq leytenant İddiaçı 5-ci artilleriya briqadasının (N nömrəli hərbi hissə) 005N-ci haubitsalı artilleriya divizionunun haubitsalı artilleriya batareyasının idarəetmə taqımının komandiri vəzifəsindən azad edilərək Səfərbərlikdən tərxis edilmişdir.
12. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 364 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı - N nömrəli hərbi hissənin N-ci artilleriya divizionunun 2-ci artilleriya batareyasının idarəetmə taqımının komandiri, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N97-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 26 dekabr 2020-ci il tarixli, 0N402 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 28 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Goranboy rayon şöbəsinə göndərilmişdir. Leytenant İddiaçı 2020-ci il xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin N9 oktyabr 20N7-ci il tarixli, 22 nömrəli qərarında nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiqdir. Leytenant İddiaçı 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 2020-ci ilin növbəti məzuniyyətindən istifadə etməyib, N (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilməyib. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 26 dekabr 2020-ci il tarixli, 0N402 nömrəli əmrindən çıxarış.
13. İddiaçı şəxsi işinin materiallarında onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə N nömrəli hərbi hissə tərəfindən qeyd aparılmışdır.
14. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli, 2/2-9N05 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş arayış-məlumata əsasən döyüş əməliyyatlarında iştirakı nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə və iştirak etdiyi ərazilər döyüş əməliyyatları aparılan ərazilər olmadığına, döyüş əməliyyatlarında iştirakı təsdiq edilmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir . Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.
15. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-22/2-60N/2023 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən SHXÇDX-nin Goranboy rayon şöbəsində hərbi qeydiyyatdadır.
16. 05N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 5N nömrəli və xx.xx.2024-cü il tarixli, 223 nömrəli arayışlarından görünür ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən 05N nömrəli hərbi hissənin qərargah bölüyünün kütləvi qırğın silahlarından mühafizə taqımının komandiri vəzifəsində xidmət edib. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində 05N nömrəli hərbi hissənin qərargah bölüyünün tərkibində xidməti vəzifə borclarını yerinə yetirirək döyüş əməliyyatları zamanı maddi-texniki təminatın təşkili üzrə Ağdam rayonu ərazisində tapşırıqları yerinə yetirib.
17. 05N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və maddi-texniki təminatı üzrə tapşırıqları barədə arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) 1) Xidmət keçdiyi hərbi hissə (müəssisə): 05N nömrəli hərbi hissə 2) Rütbəsi: ehtiyatda olan baş leytenant 3) Vəzifəsi: taqım komandiri 4) Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2020-ci il tarixli 279 nömrəli əmr, xx.xx.2020-ci il tarixli 284 nömrəli əmr, xx.xx.2020-ci il tarixli 299 nömrəli əmr, xx.xx.2020-ci il tarixli 34 nömrli əmr, xx.xx.2020-ci il tarixli 45 nömrəli əmr 5) Döyüş əməliyyatlarına cəlb olunması (tarix və əmrin nömrələri göstərilməklə): maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirib. xx.xx.2020-ci il tarixli 300 nömrəli əmr 6) İştirak etdiyi ərazilər: Ağdam rayonu ərazisində 7) Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): döyüş əməliyyatlarında maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirib 8) Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: yoxdur 9) Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: yoxdur 10) Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): yoxdur 11) İşdən azad olunması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): hal-hazırda işləyir 12) Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: Goranboy rayon şöbəsinə 13) Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı) yoxdur
18. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2024-cü il tarixli 3-25-2/2-75xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 25-2/2-C-89xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2-C-NNNxx-xx/2024 nömrəli cavab məktublarında bildirilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaş X4 və vətəndaş X3 “Müharibə veteranı” adı verilmişdir. Bildirir ki, vətəndaş Bulud Əlizadəyə və Mirəli Əliyevə “Müharibə veteranı” adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetindədir.
19. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2-6205/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.202N-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmiş, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.
20. Məhkəmənin sorğusuna 05N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 3759 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.202N-ci il tarixli 480 nömrəli əmrinə əsasən 27 sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020-ci il tarixədək “Vətən müharibəsi”ndə 05N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qərargah bölüyünün kütləvi qırğın silahlarından mühafizə taqımının komandiri vəzifəsində xidmət etmişdir.
21. 05N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-N40/2-33/2025 nömrəli arayışından görünür ki, ehtiyatda olan baş leytenant İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən 05N nömrəli hərbi hissənin qərargah bölüyünün kütləvi qırğın silahlarından mühafizə taqımının komandiri vəzifəsində xidmət edib. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində 05N nömrəli hərbi hissənin qərargah bölüyünün tərkibində xidməti vəzifə borclarını yerinə yetirirək döyüş əməliyyatları zamanı madditexniki təminatın təşkili üzrə Ağdam rayonu istiqamətində tapşırıqları yerinə yetirib.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən hərbi səfərbərliyə alınaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi 05N nömrəli hərbi hissənin, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi 28N saylı hərbi hissənin və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində zabit kimi döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə hərbi biletinin N7-ci səhifəsində AR SHXÇDX-nin Goranboy rayon şöbəsinin rəisinin möhürü və imzası var. Məhkəməyə təqdim etdiyi N0 oktyabr 2023-cü il tarixli, 3-43-22/2-60N/2023 saylı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş arayışda da göstərilir ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə istirak etmişdir. Bütün bunlara baxmayaraq onun tabeliyində xidmətdə olan 30 nəfər döyüş yoldaşlarına Veteran adı və vəsiqəsi verilsə də o, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və digər qrumlara müraciət etməyinə baxmayaraq ona bu günə kimi Veteran adı və vəsiqəsi verilmir. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 2/2-9N05 saylı məktubunda ona bildirilir ki, təqdim olunmuş arayış-məlumata əsasən döyüş əməliyyatlarında iştirakı nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə və iştirak etdiyi ərazilər döyüş əməliyyatları aparılan ərazilər olmadığına, döyüş əməliyyatlarında iştirakı təsdiq edilmədiyinə görə ona “Müharıbə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqədəuyğun hesab edilməmişdir.
24. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə eyni tarixli qərardadla məhkəmə icraatına qəbul edilmişdir.
25. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir.
26. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü tarixli, 2-N(NN4)- 92N/2024 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin olunmaması qərara alınmışdır.
27. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xidmət keçdiyi hərbi hissələr Bərdə, Goran, Mingəçevir və Goranboy rayonlarında olduğuna görə, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmur. Həmçinin, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmiş olsa belə, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin hərbi hissənin tərkibində xidmət keçdiyi dövr müharibə dövrünə təsadüf etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
28. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-N(NN4)-92N/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
29. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, müharibəyə özbaşına getməmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən hərbi səfərbərliyə alınaraq 2N sentyabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində zabit kimi döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə hərbi biletində qeydlər vardır. Eləcə də müharibədə iştirakı barədə müvafiq hərbi hissə komandirlərinin müvafiq əmrlərindən çıxarışlardan da görünür ki, o, səfərbərliklə Vətən Müharibəsində iştirak etmişdir. Lakin birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin edilməmişdir. Məhkəmə qərarında Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə istinad etsə də, öz qərarında həmin maddənin tələblərini nəzərə almamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları 3N. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
32. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş İddiaçı bildirmişdir ki, onun xidmət etdiyi 05N nömrəli hərbi hissənin dislokasiya yeri Bərdə rayonu olmuşdur. Lakin Ağdam rayonu ərazisində maddi-texniki təmintala bağlı tapşırıqları yerinə yetirmişdir. Belə ki, Ağdam rayonunda yerləşən hərbi hissələrə vətəndaşlar tərəfindən göndərilmiş ianələrin və müxtəli geyim ləvazimatlarının çatdırılmasında iştirak etmişdir. Tətbiq edilən hüquq normaları
33. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
34. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə N.N. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.N. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin N-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının N8 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
35. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.N. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - Bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin N-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: - Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir
37. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
38. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
40. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 4N. İPM-in 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
42. İPM-in 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
43. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
44. İPM-in 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
45. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
46. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
47. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
48. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
49. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
50. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin N.N-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır. 5N. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə onun adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında onun müraciətinə komissiyanın xx.xx.2023-cü il tarixli iclasında baxıldığını və barəsində müsbət qərar qəbul edilmədiyi bildirmişdir. Buna əsas kimi təqdim olunmuş arayış-məlumata əsasən onun döyüş əməliyyatlarında iştirakı nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə və iştirak etdiyi ərazilər döyüş əməliyyatları aparılan ərazilər olmadığına, döyüş əməliyyatlarında iştirakı təsdiq edilmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
55. Məhkəmə kollegiyası ilk əvvəl “müharibə veteranı” statusunun verilməsi ilə bağlı qeyd edir ki, “Müharibə veteranı” statusu hərbi hissə (bölmə) və ya orqanların tərkibində aktiv döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara yanaşı, həmçinin həmin əməliyyatların bütün təminat növləri, o cümlədən döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsinə cəlb olunmuş şəxslərə də verilir.
56. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə N-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndə əsaslanmışdır (iddiaçının xidmət keçdiyi hərbi hissələr Bərdə, Goran, Mingəçevir və Goranboy rayonlarında olması və döyüş əməliyyatlarında iştirak etmiş N nömrəli hərbi hissədə olan xidmət dövrünün (xx.xx.2020-xx.xx.2020-ci il) isə müharibə dövrünə təsadüf etməməsi). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hüquqi mövqeyini əsaslı hesab edir.
57. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə N-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndə qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə şamil olunur.
58. Həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndində isə ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmin normanın tələblərinə görə 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranın adının verilməsi həyata keçirilməlidir. Başqa sözlə, qeyd edilən normanın tələblərinə görə isə, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi mühüm rol oynayır.
59. Göründüyü kimi, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 05N nömrəli, N nömrəli, N nömrəli hərbi hissələrdə xidmət etməsi barəsində məlumatlar mövcuddur. Lakin onun xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xidmət etdiyi hərbi hissələrin dislokasiya yeri Bərdə, Goran, Mingəçevir və Goranboy rayonlarında olmuşdur. İddiaçının xidmət keçdiyi ərazi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə N-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndində göstərilmiş ərazi meyarlarına uyğun deyildir.
60. Bundan əlavə, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.202N-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissə olsa belə, onun həmin hərbi hissədə olan xidmət dövrü xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə etmişdir ki, bu hal da həmin dövrün müharibə dövrünə təsadüf etmədiyini deməyə əsas verir. 6N. Digər tərəfdən, iddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərə madditexniki təminat üzrə tapşırıqların yerinə yetirməsi ilə bağlı ezam olunması iş materialları ilə müəyyən olunmur. İddiaçı öz izahatında xidmət müddətində döyüş bölgələrinə (Ağdam rayonu) göndərildiyini (ezam olunduğunu) bildirsə də, bu hal müvafiq sənədlərlə (ezamiyyət vəsiqələri, hərbi hissə komandirinin əmrindən çıxarışlar və.s) öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edir.
62. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna 05N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-25-N40/2-33/2025 nömrəli arayışda ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində 05N nömrəli hərbi hissənin qərargah bölüyünün tərkibində xidməti vəzifə borclarını yerinə yetirirək döyüş əməliyyatları zamanı maddi-texniki təminatın təşkili üzrə Ağdam rayonu istiqamətində tapşırıqları yerinə yetirdiyi göstərilmişdir. Arayışdan da göründüyü kimi iddiaçı maddi-texniki təminatın təşkili üzrə tapşırıqları Ağdam rayonunda deyil, Ağdam rayonu istiqamətində yerinə yetirmişdir.
63. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
64. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-N(NN4)-92N/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.