Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-216/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2762/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.İT ******* əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, bundan əlavə xx.xx.1985xx.xx.2015-ci il tarixləri arasında avtomotoris maşinisti vəzifəsində işləmişdir. 2."xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenti 4 nömrəli Gəncə elektrik təchizatı sahəsinin xx.xx.2022-ci il tarixli, 53 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən hal-hazırkı tarixədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamenti Elektrik təchizatı xidmətinin 4 nömrəli Gəncə elektrik təchizatı sahəsində fasiləsiz olaraq elektrik montyoru və Avtomotris maşinisti vəzifəsində işləyib. 35 il 6 ay X2 əlaqə şəbəkəsində fasiləsiz olaraq elektrik montyoru və avtomotoris maşinisti işlədiyi müddəti Dəmir yol magistralında ağır iş olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 21ci bölməsinin 4-cü yarımbölməsi ilə güzəştli şərtlərlə əmək təqaüd hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına görə güzəştli şərtlərlə təqaüd hüququna malik peşədə (vəzifə) işləməklə güzəştli təqaüd hüququ qazanmışdır. 3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1985-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamenti Elektrik təchizatı xidmətinin 4 nömrəli Gəncə elektrik təchizatı sahəsində işlədiyi AQV “avtomotoris maşinisti” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"-da olmaması, bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az (1 il 6 ay 21 gün (xx.xx.1983-xx.xx.1983- cü il, xx.xx.1984xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. 4."xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-1/2-2836/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı Gəncə elektrik təchizatı sahəsində xx.xx.1983-cü il tarixdə, 16 nömrəli əmr ilə elektrik şəbəkəsinin elektrik montyoru vəzifəsində işə başlamış xx.xx.1983cü il tarixdə həmin vəzifədən azad olunmuş, xx.xx.1985-ci il tarixdən, 39 nömrəli əmr ilə avtomotorist AQV (drzin) maşinisti vəzifəsində işə başlamış, İnfrastruktur departamentinin 5 nömrəli müəssisənin elektrik təchizatı sahəsində xx.xx.2010-cu il tarixdə, 373 nömrəli əmr ilə AQV (drezin maşinisti) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixində həmin vəzifədən azad edilmişdir. İşlədiyi müvafiq peşələr üzrə sosial sığorta stajı 30 il 7 ay 10 gün təşkil edir. Drezinaların özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotoristlərin markalarından hesab edilməklə işlədiyi avtomotorist AQV maşinisti peşəsinin əsas xüsusiyyətləri drezinaların, kran qurğularının və digər xüsusi drezin mexanizmilərinin idarə edilməsindən, həmçinin, fəhlələrin, materialların, avadanlıqların və qurğuların iş yerinə daşınmasından, əlaqə şəbəkəsinin elektrik montyoru peşəsinin əsas xüsusiyyətləri isə əlaqə şəbəkəsinə texniki qulluq, cari və əsaslıtəmir işlərinin yerinə yetirilməsindən ibarət olmaqla, müvafiq olaraq Azərbaycan Respublikası NK-nin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 28-ci bölməsinin 5 və 20-ci (kod 23001000-13529 və 23001000-19825), Azərbaycan Respublikası NK-nin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 21.4-cü bəndinin 4 və 22-ci abzaslarına uyğundur. Birinci instansiya məhkəməsində icraat: 5.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu ildən 2022-ci ilədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamenti Elektrik təchizatı xidmətinin 4 nömrəli Gəncə elektrik təchizatı sahəsində fasiləsiz olaraq elektrik montyoru və AQV avtomotorist maşinisti vəzifəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. 7.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2762/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. 8.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinədək, yəni xx.xx.2006-cı ilədək ümumilikdə 25 il 1 ay 28 gün sığorta stajı vardır. Həmin stajın 22 il 2 ay 21 günü "xxxx" QSC-də elektrik montyoru və avtomotorist maşinisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat (21-ci) bölməsinin Dəmiryol nəqliyyatı.Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4-cü) bəndində nəzərdə tutulmuşdur. 9.Məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında”, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının müvafiq müddəaları ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri 10.Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı qanunvericiliklə tələb olunan yaş həddinə çatmışdır. Tələb olunan 12 il 6 ay güzəştli sosial sığorta stajı ilə bağlı qeyd edilməlidir ki, İddiaçı təqdim etdiyi 19 dekabr 1979-cu il tarixli əmək kitabçasında xx.xx.1985-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC İnfrastruktur departamentinin elektrik təchizatı xidmətinin 4 nömrəli Gəncə elektrik təchizatı sahəsində AQV avtomotris maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin AQV avtomotris maşinisti vəzifəsi Azərbaycan Respublikası NK 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az( 1il 6 ay 21 gün-xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1984xx.xx.1985-ci il tarixləri arasındakı dövrləri) təşkil edir. İddiaçının ümumi iş stajı və hərbi xidmət dövrü sosial sığorta stajı kimi nəzərə alınmışdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 12.Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları 13.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. 14.Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 15.38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının: 16.XXVİİİ bölməsində 23001000—13529 - motovozların və avtomotoristlərin maşinistləri və 23001000—19825 - magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı: 17.21.4. Dəmiryol nəqliyyatı. motovozların və avtomotoristlərin maşinistləri; magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 18.9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 19.9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20.21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: 21.13. a) bəndi. yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 22.b) bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 32N-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 23.19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 24.12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 25.12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 26.58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 27.68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 28.87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 29.87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 30.87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 31.Məhkəmə kollegiyası hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlinsə də, pensiya məbləğinin ödənilməsi ilə bağlı hissəyə hüquqi qiymət verilməmişdir. 32.İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və pensiya yaşına çatdığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin inzibati orqan iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaradan sığorta stajının yetərsiz olması əsası ilə imtina etmişdir. 33.Cavabdeh inzibati orqan imtinasının əsası kimi qeyd etmişdir ki, İddiaçı xx.xx.1985-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamenti Elektrik təchizatı xidmətinin 4 nömrəli Gəncə elektrik təchizatı sahəsində işlədiyi AQV “avtomotoris maşinisti” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"-da olmaması səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 21 gün (xx.xx.1983-xx.xx.1983- cü il, xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. 34."xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-1/2-2836/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı Gəncə elektrik təchizatı sahəsində xx.xx.1983-cü il tarixdə, 16 nömrəli əmr ilə elektrik şəbəkəsinin elektrik montyoru vəzifəsində işə başlamış xx.xx.1983cü il tarixdə həmin vəzifədən azad olunmuş, xx.xx.1985-ci il tarixdən, 39 nömrəli əmr ilə avtomotorist AQV (drzin) maşinisti vəzifəsində işə başlamış, İnfrastruktur departamentinin 5 nömrəli müəssisənin elektrik təchizatı sahəsində xx.xx.2010-cu il tarixdə, 373 nömrəli əmr ilə AQV (drezin0 maşinisti vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixində həmin vəzifədən azad edilmişdir. İşlədiyi müvafiq peşələr üzrə sosial sığorta stajı 30 il 7 ay 10 gün təşkil edir. Drezinaların özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotoristlərin markalarından hesab edilməklə işlədiyi avtomotorist AQV maşinisti peşəsinin əsas xüsusiyyətləri drezinaların, kran qurğularının və digər xüsusi drezin mexanizmilərinin idarə edilməsindən, həmçinin, fəhlələrin, materialların, avadanlıqların və qurğuların iş yerinə daşınmasından, əlaqə şəbəkəsinin elektrik montyoru peşəsinin əsas xüsusiyyətləri isə əlaqə şəbəkəsinə texniki qulluq, cari və əsaslıtəmir işlərinin yerinə yetirilməsindən ibarət olmaqla, müvafiq olaraq Azərbaycan Respublikası NK-nin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 28-ci bölməsinin 5 və 20-ci (kod 23001000-13529 və 23001000-19825), NK-nin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 21.4-cü bəndinin 4 və 22-ci abzaslarına uyğundur. 35.Göründüyü kimi iddiaçının işlədiyi elektrik montyoru və avtomotris maşinisti vəzifəsi Azərbaycan Respublikası NK-nin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 28-ci bölməsinin 5 və 20-ci (kod 23001000-13529 və 23001000- 19825), Azərbaycan Respublikası NK-nin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 21.4-cü bəndinin 4 və 22-ci abzaslarına uyğundur. 36.Xüsusi olaraq vurğulanır ki, subyektin cari olaraq realizə olunan pensiya hüququnun əsasında dayanan əmək stajının hesablanması və tətbiqinə dair məhz həmin əmək stajının yarandığı dövrə aid maddi hüquq norması tətbiq edilməlidir. Qeyd edilən maddi normada güzəştli şərtlərlə pensiya təyininə dair 3 şərt müəyyən edilir: 1. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. 37.Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci ildə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı və işəgötürən tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. 38.Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. İddiaçı tələb olunan yaş həddinə çatmış, qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajı mövcuddur. 39.Məhkəmə kollegiyası pensiyanın ödənilməsi tarixinə hüquqi qiymət verərkən hesab edir ki, birinci instansiya məhkəməsi pensiyanın təyin edilməsi tarixinə dair düzgün nəticəyə gəlsə də hansı tarixdən ödənilməsinə münasibət bildirməməklə səhvə yol vermişdir. 40.Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 41.Göründüyü kimi pensiya hüququnun yaranması hər hansı müddətlə məhdudlaşdırılmamış, yalnız vətəndaşın əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti zamanı onun ödənilməsi qaydası müəyyən edilmişdir. 42.İddia tələbindən məlum olur ki, iddiaçı 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərələ yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququ yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair nəticəyə gəlsə də pensiyanın ödənilməsi dövrünü müəyyən etməmişdir. 43.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 44.Məhkəmə kollegiyası iddiaçının pensiya hüququnun yaranmasına qazanılmış hüquq konsepsiyası ilə yanaşaraq hesab edir ki, iddiaçının xx.xx.2018-ci il tarixdən pensiya hüququ yarandığından həmin tarixdən pensiya təyin edilməli, pensiya məbləği iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməlidir. 45.Odur ki, hazırki iş üzrə cavabdehin imtinası qanunaziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2762/2022 nömrəli qərarı iddiaçının pensiya hüququ yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində dəyişdirilsin. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il üzrə ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov,Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-216/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-216/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver