Məhkəmə qərarları › İş №2-1(104)-22/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-22/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-22/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızının və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10 və X11) “torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)- 159/2022 saylı qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10 və X11 ) xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli mülkünün torpaq sahəsinin bir hissəsinə verilmiş xx.xx.2005-ci il tarixli, JN-612F nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 26 sot torpaq sahəsində yerləşən 15/40A nömrəli ev onun mülkiyyətindədir. Üçüncü şəxslər qeyd edilən mülkün çöl qapısının qıfılını sındırıb torpaq sahəsini və evi zəbt etmişlər. Onları evdən çıxarılması barədə iddia qaldırarkən məlum olmuşdur ki, onların mərhum ataları X13 iddiaçının 26 sot həyətyanı torpaq sahəsinin bir hissəsinə dair öz adına xx.xx.2005-ci il tarixli, JN-612 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. Şəhadətnamədə göstərilir ki, guya həmin şəxsin mülkiyyətinə Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarına əsasən verilmişdir. Halbuki “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə uyğun olaraq vətəndaşların evlərinin qanuni istifadədə olan torpaq sahələrinin ev mülkiyyətinə verilməlidir. X8 qanuni istifadəsində heç bir mülk və torpaq sahəsi olmadığı üçün iddiaçının həyətinin torpaq sahəsinin bir hissəsini onun mülkiyyətinə verilməsi mövcud qanunvericiliyə ziddir. Belə şəhadətnamənin verilməsi üçün hüquqi əsas olmalıdır. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı isə yanlız torpaq sahəsinin X8 qanuni istifadəsində olduğu halda hüquqi əsaslardan biri olar. Özünü Ermənistan qaçqını kimi qələmə verən Fərrux Paşayevin həmin torpaq sahəsinə aidiyyatı olmamışdır. Onun torpaq şöbəsinə təqdim etdiyi sənədlərin hamısı, o cümlədən Çaykənd qeydiyyatına düşmək üçün Bakı şəhərinin hansı rayon icra hakimiyyətindənsə gətirdiyi məktub saxta olmuşdur. Məhkəmənin 2-1(83)-07/2019 nömrəli qərardadına əsasən mümkünsüzlüklə nəticələnmiş iş üzrə mütəxəssis rəyindən görünür ki, şəhadətnamə üzrə torpaq sahəsi onun sahəsi ilə üst üstə düşür. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-159/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli mülkünün torpaq sahəsinin bir hissəsinə verilmiş xx.xx.2005-ci il tarixli, JN- 612F nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X10 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-159/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, X8 adına verilmiş 0,10 ha torpaq sahəsinə dair torpağın mülkiyyət verilməsinə dair şəhadətnaməni cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi verməyib ki həmin idarə də sözügedən şəhadətnaməni ləğv etsin. Cavabdehin həmin şəhadətnaməni ləğv etmək hüququ yoxdur. Çünki həmin şəhadətnaməni Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi vermişdir. Həmçinin iddiaçının belə bir iddia tələbi qaldırmağa subyektiv hüququ yoxdur. Çünki iddiaçı Göygöl rayonu, Çaykəndə kəndində 15-ci məhəllə, 40A nömrəli ünvanda yerləşən yarımçıq tikilmiş yaşayış evinin xx.xx.1993-cü il tarixdə saxta yolla Xanlar rayon İcra Hakimiyyətinin sərəncamına əsasən alqı-satqı yolu ilə və polisin təqdimatına əsasən alsa da həmin evin torpaq sahəsini almamışdır. Həmin dövrdə iddiaçı Gəncə su polisində rəis işləyirdi. Bütün bunları o, özü düzüb qoşub, saxta yola evi adına keçirmişdir. Bundan başqa iddiaçı sözügedən evi alqı-satqı müqaviləsi ilə saxta yolla almağına baxmayaraq hələ də, onun hüquqları DƏDRX-də qeydiyyata alınmamış və onun adına heç bir mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmişdir. Lakin məhkmə bu faktı nəzərə almamışdır. Məhkəmə qərarda istinad edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə o və digərləri Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40 A saylı evdən çıxarılması qərara alınmış və həmin gətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə qanunsuz qəbul edilmişdir, çünki həmin vaxt həmin evdə yaşayış olmamış, ev yararsız halda olmuşdur və onu da, heç kim evdən çıxarmamışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-651/2018 saylı qətnaməsi ilə o, mərhum əri X8 qanun üzrə vərəsəsi tanınmış və Göygöl rayonunun Çaykənd kəndində yerləşən DTXK-nin Xanlar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005ci il tarixli torpağın mülkiyyət verilməsinə dair səhadətnamə ilə müəyyən olunan 0,10 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Hal-hazırda o, həmin torpaq sahəsinin mülkiyyətçisi sayılır. Məhkəmə qərarda göstərir ki, xx.xx.2019-cu il tarixli, 133 nömrəli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus yaşayış evinin torpaq sahəsinə tərtib edilmiş plan ölçü sənədinə əsasən 0,23 ha-ya torpaq sahəsinin 0,09 ha hissəsi X8 mülkiyyətində olan 0,10 hektar həyatyanı torpaq sahəsinin kordinatları üst-üstə düşür. O, bununla qəti razı deyildir. İddiaçının torpağa dair sənədi yoxdur. İddiaçı öz evinə hələ də çıxarış almamışdır, o, həmin evin mülkiyətçisi sayılmır, onun hələ subyektiv hüququ yaranmamışdır. Belə ki, o, xx.xx.1986-ci ildə X13 ilə qanuni nikaha daxil omaqla ailə qurmuşdur. Birgə ailə həyatından iki uşaqları olmuşdur. Əri F.Paşayevə Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə 0,10 ha torpaq sahəsi verilmişdir. Əri xx.xx.2008-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin torpaq sahəsinə faktiki o, sahiblik edir, miras əmlakı faktiki gəbul etmiş və həmin torpaq sahəsinin mülkiyətçisi hesab olunur. Lakn iddiaçının isə həmin torpaq sahəsinə heç bir hüquq yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdikləri isə əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-159/2022 saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və şikayətin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-159/2022 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Xanlar Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 368 nömrəli sərəncamından görünür ki, Çaykənd kəndinin 1991-ci il aprel ayının axırlarında erməni quldurlarından azad edilməsində fəal iştirak edən Gəncə şəhər DİŞ mühafizə şöbəsinin bir qrup əməkdaşlarına yaşayış evləri ayrılması qərara alınmışdır. Siyahıda İddiaçı adı da qeyd edilmişdir. - JN 612F KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə 0,10 ha torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. - Göygöl Rayon Məhkəməsinin 30,10.2012-ci il tarixli, 2(066)-796/2012 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, X2 və X6 İddiaçı məxsus Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40a nömrəli evdən çıxarılmaları qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(104)-110/2013 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 30,10.2012-ci il tarixli, 2(066)-796/2012 saylı qətnaməsinin iddiaçı X2 və X6 İddiaçı məxsus Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40a nömrəli evdən çıxarılmaları hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(102)- 2548/2013 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(104)-110/2013 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. - Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-651/2018 saylı qətnaməsinə əsasən, iddianın təmin edilməsi, iddiaçı X5 mərhum X8 qanun üzrə vərəsəsi tanınması, Göygöl rayonu Çaykənd kəndində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 612F seriyalı, 50800058 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilən 0,10 ha torpaq sahəsinin iddiaçı X5 mülkiyyətinə verilməsi qət edilmişdir. - Xanlar rayonu Çaykənd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, Göygöl rayonu, Çaykənd kəndinin həyətyanı torpaq sahələrinə dair subyektlərin siyahasında X8 adı qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********61 nömrəli məktubda qeyd edilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv siyahısına əsasən Xanlar rayon Dövlət notariat kontorunda xx.xx.1993-cü il tarixdə təsdiq edilmiş Xanlar rayonunun Çaykənd kəndindəki sabiq Xanlar rayon XDS İcariyyə komitəsinin sərəncamına götürülmüş yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli ev İddiaçı satılmışdır. Lakin sözügedən daşınmaz əmlak üzrərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. - Xanlar rayon Dövlət notariat kontorunda xx.xx.1993-cü il tarixdə təsdiq edilmiş Xanlar rayonunun Çaykənd kəndindəki sabiq Xanlar rayon XDS İcariyyə komitəsinin sərəncamına götürülmüş yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli ev İddiaçı satılmışdır. Evə dair texniki pasport verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********42 nömrəli məktubda qeyd edilmişdir ki, Xanlar rayon Dövlət notariat kontorunda xx.xx.1993-cü il tarixdə təsdiq edilmiş Xanlar rayonunun Çaykənd kəndindəki sabiq Xanlar rayon XDS İcariyyə komitəsinin sərəncamına götürülmüş yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli ev İddiaçı satılmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN-612F saylı şəhadətnaməyə əsasən X12 məxsus olduğu müəyyən edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-651/2018 saylı icra vərəqəsi və qətnaməsi ilə iddiaçı X5 mərhum X8 qanun üzrə vərəsəsi tanınması, Göygöl rayonu Çaykənd kəndində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 612F seriyalı, 50800058 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilən 0,10 ha torpaq sahəsinin iddiaçı X5 mülkiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamənin icra edilməsi ilə bağlı vətəndaş X11 tərəfindən Ərazi İdarəsinə müraciət edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubda qeyd edilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv siyahısına əsasən Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40 ünvanında yerləşən fərdi yaşayış evi Xanlar rayon Dövlət notariat kontorunda xx.xx.1993-cü il tarixdə, 8-102 reyestr nömrə ilə təsdiq edilmiş Xanlar rayonunun Çaykənd kəndindəki sabiq Xanlar rayon XDS İcariyyə komitəsinin sərəncamına götürülmüş yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən, X1 adına qeydiyyata alınmışdır. Lakin həmin evin yerləşdiyi torpaq sahəsinə dair arxiv qovluğundan hər hansı hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********98 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanında fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin plan ölçüsü sənədi 3 saylı Gəncə Ərazi İdarəsinin qovluğunda aşkar edilməmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-651/2018 saylı icra vərəqəsi və qətnaməsi icra olunması üçün xx.xx.2018-ci il tarixdə Ərazi İdarəsinə daxil olmuşdur. Lakin daşınmaz əmlak üzərində məhkəmədə mübahisə davam etdiyi üçün sözügedən qətnamə bugünə kimi icra olunmamışdır. - Məhkəmə kolleqiyasının 18 iyul 2022-ci il tarixli qərarına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 10/7979 saylı rəyindən görünür ki, iş materiallarında olan Xanlar rayon İcra Hakimiyyətinin 06 may 1993-cü il tarixli, 368 saylı sərancamına əsasən, Çaykənd kəndində fərdi yaşayış evlərinin Gəncə şəhəri DİŞ-nin mühafizə şöbəsinin bir qrup əməkdaşlarına (İddiaçı 15/40A saylı ev) satılmışdır. Fərdi yaşayış fondu tərəfindən 16 sentyabr 1993-cü il tarixdə verilmiş texniki pasporta əsasən, Çaykənd kəndində yerləşən İddiaçı məxsus 15/40A saylı evin ümumi tikinti altı sahəsi 74,5 kv.m. və həmin evin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 2390.7 kv.m. təşkil edir. Tədqiq olunan torpaq sahəsi bir tərəfdən keçid ilə, üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Eyni zamanda iş materiallarında olan Xanlar (Göygöl) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarına əsasən Torpağa Mülkiyyətə Verilməsinə dair JN- 612F saylı Şəhadətnaməyə əsasən, Xanlar rayonu Çaykənd kəndində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi Paşayev Fərrux oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvar Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, xx.xx.1993-cü il tarixli, r8-123-reyestr nömrəsi ilə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən, İddiaçı oglunun adına tərtib olunmuş Göygöl rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayiş evinin yerləşdiyi torpaq sahəsinə dair plan ölçü sənədinə istinadən 0,23 ha (2300 kv.m) dək torpaq sahəsinin 0,09 ha (900 kv.m) hissəsi, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-612F KOD 50800058 nömrəli şəhadətnaməyə əsasən X8 mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Baxış zamanı aparılmış ölçü işləri nəticəsində İddiaçı istifadəsində olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrlərinin texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Qərardadda qoyulmuş suallar ilə bağlı qeyd olunur ki, Göygöl rayonu Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən İddiaçı adına fərdi yaşayış fondu tərəfindən 16 sentyabr 1993-cü il tarixdə verilmiş texniki pasporta əsasən torpaq sahəsinin yerində sərhədləri müəyyən edilmişdir. Həmin torpaq sahəsinin eni 37,0 metr, uzunluğu 61,3 metr olmaqla, bir tərəfdən keçid ilə, üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Eyni zamanda İddiaçı fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri fərdi yaşayış fondu tərəfindən 16 sentyabr 1993-cü il tarixdə verilmiş texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Qərardadla ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri cəlb olunmaqla Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Tədqiqat obyektinə mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş, lakin hər-hansı bir sənəd mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən də, qərardadın ikinci - dördüncü sualları üzrə tədqiqat aparılmamışdır. Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə, 40A nömrəli ünvanda yerləşən İddiaçı adına fərdi yaşayış fondu tərəfindən 16 sentyabr 1993-cü il tarixdə verilmiş texniki pasporta əsasən torpaq sahəsinin yerində sərhədləri müəyyən edilmişdir. Həmin torpaq sahəsinin eni 37,0 metr, uzunluğu 61.3 metr olmaqla, bir tərəfdən keçid ilə, üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Eyni zamanda İddiaçı fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri fərdi yaşayış fondu tərəfindən 16 sentyabr 1993-cü il tarixdə verilmiş texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qərardadın ikinci - dördüncü sualları üzrə tədqiqar aparılmamışdır. - Göygöl rayon Dövlət Arxivi və Göygöl Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən məhkəməyə göndərilmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı iclas protokoluna əsasən gündəlikdə olan məsələlərdən biri də torpaq payı almaq hüququ olan şəxslərə torpaq sahələrinin verilməsi olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iş materiallarında olan İddiaçı adına verilmiş Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsinin yerində müəyyən edilməsi mümkündür. Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-612F KOD 50800058 nömrəli şəhadətnaməyə əsasən X8 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin 0,09 ha hissəsi eyni ərazidə yerləşir. Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-612F KOD 50800058 nömrəli şəhadətnaməyə əsasən X8 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi 0,09 ha hissədə üst-üstə düşür. İddiaçı adına verilmiş Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən yaşayış evinin texniki pasportunda göstərilən fərdi yaşayış evinin 3,7 kv.m hissəsi Torpağın mülkiyyətə verilməsinə dair” JN-612F KOD 50800058 nömrəli şəhadətnaməyə əsasən X8 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsində yerləşir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının bu tələblə məhkəmə müdafiəsindən istifadə etməsinə subyektiv hüququnun olub-olmamasının aydınlaşdırılmasını zəruri hesab edir. İş materiallarından göründüyü kimi, Xanlar Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 368 nömrəli sərəncamına əsasən, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli yaşayış evi onun mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə 0,10 ha torpaq sahəsinin X8 mülkiyyətinə verilməsinə dair JN 612F KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qanunsuz olduğunu iddia edərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən ilk öncə iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə cavabdeh X8 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahələrinin üst-üstə düşübdüşməməsini müəyyən etmək üçün 18 iyul 2022-ci il tarixli qərarla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli, 10/7979 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Xanlar rayon İcra Hakimiyyətinin 06 may 1993-cü il tarixli, 368 saylı sərəncamına əsasən, Çaykənd kəndində fərdi yaşayış evlərinin Gəncə şəhəri DİŞ-nin mühafizə şöbəsinin bir qrup əməkdaşlarına (İddiaçı 15/40 a saylı ev) satılmışdır. Fərdi yaşayış fondu tərəfindən 16 sentyabr 1993-cü il tarixdə verilmiş texniki pasporta əsasən, Çaykənd kəndində yerləşən İddiaçı məxsus 15/40 a saylı evin ümumi tikinti altı sahəsi 74,5 kv.m. və həmin evin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 2390.7 kv.m. təşkil edir. Tədqiq olunan torpaq sahəsi bir tərəfdən keçid ilə, üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Eyni zamanda iş materiallarında olan Xanlar (Göygöl) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarına əsasən Torpağa Mülkiyyətə Verilməsinə dair JN-612F saylı Şəhadətnaməyə əsasən, Xanlar rayonu Çaykənd kəndində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi Paşayev Fərrux oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvar Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, xx.xx.1993-cü il tarixli, r8-123-reyestr nömrəsi ilə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən, İddiaçı oglunun adına tərtib olunmuş Göygöl rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayiş evinin yerləşdiyi torpaq sahəsinə dair plan ölçü sənədinə istinadən 0,23 ha (2300 kv.m) dək torpaq sahəsinin 0,09 ha (900 kv.m) hissəsi, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-612F KOD 50800058 nömrəli şəhadətnaməyə əsasən X8 mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Baxış zamanı aparılmış ölçü işləri nəticəsində İddiaçı istifadəsində olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrlərinin texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Qərardadda qoyulmuş suallar ilə bağlı qeyd olunur ki, Göygöl rayonu Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən İddiaçı adına fərdi yaşayış fondu tərəfindən 16 sentyabr 1993-cü il tarixdə verilmiş texniki pasporta əsasən torpaq sahəsinin yerində sərhədləri müəyyən edilmişdir. Həmin torpaq sahəsinin eni 37,0 metr, uzunluğu 61.3 metr olmaqla, bir tərəfdən keçid ilə, üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Eyni zamanda İddiaçı fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri fərdi yaşayış fondu tərəfindən 16 sentyabr 1993-cü il tarixdə verilmiş texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Qərardadla ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri cəlb olunmaqla Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Tədqiqat obyektinə mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş, lakin hər-hansı bir sənəd mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən də, qərardadın ikinci dördüncü sualları üzrə tədqiqat aparılmamışdır. Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə, 40A nömrəli ünvanda yerləşən İddiaçı adına fərdi yaşayış fondu tərəfindən 16 sentyabr 1993-cü il tarixdə verilmiş texniki pasporta əsasən torpaq sahəsinin yerində sərhədləri müəyyən edilmişdir. Həmin torpaq sahəsinin eni 37,0 metr, uzunluğu 61,3 metr olmaqla, bir tərəfdən keçid ilə, üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Eyni zamanda İddiaçı fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri fərdi yaşayış fondu tərəfindən 16 sentyabr 1993-cü il tarixdə verilmiş texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Məhkəmə kolleqiyasının 18 iyul 2022-ci il tarixli qərarına əsasən keçirilmiş məhkəmə tikinti-texniki eskpertizası nəticəsində qərarda qoyulmuş ikinci və dördüncü suallar üzrə rəy verilmədiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi X3 və tərəflərin iştirakı ilə iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə cavabdeh X8 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahələrinə baxış keçirilmiş, baxış zamanı mütəxəssis tərəfindən elekton ölçü cihazından istifadə etməklə müvafiq ölçmə işləri aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adına verilmiş Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsinin yerində müəyyən edilməsi mümkündür. Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-612F KOD 50800058 nömrəli şəhadətnaməyə əsasən X8 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin 0,09 ha hissəsi eyni ərazidə yerləşir. Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-612F KOD 50800058 nömrəli şəhadətnaməyə əsasən X8 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi 0,09 ha hissədə üst-üstə düşür. İddiaçı adına verilmiş Göygöl rayonu, Çaykənd kəndində 15-ci məhəllə 40A nömrəli ünvanda yerləşən yaşayış evinin texniki pasportunda göstərilən fərdi yaşayış evinin 3,7 kv.m hissəsi Torpağın mülkiyyətə verilməsinə dair” JN-612F KOD 50800058 nömrəli şəhadətnaməyə əsasən X8 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsində yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini araşdırmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Göründüyü kimi, Xanlar Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 368 nömrəli sərəncamına əsasən, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 15/40A nömrəli yaşayış evi onun mülkiyyətinə verilsə də, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə X8 mülkiyyətinə verilmişdir. Belə olan vəziyyətdə iddiaçının evin onun mülkiyyətində olması ilə bağlı hüquqlarına əsaslanaraq digər şəxslə əlaqədar olan Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirməyə subyektiv hüququ yaranmır. Digər tərəfdən, Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-651/2018 saylı qətnaməsi ilə iddiaçı X5 mərhum X8 qanun üzrə vərəsəsi tanınması, Göygöl rayonu Çaykənd kəndində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 612F seriyalı, 50800058 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə müəyyən edilən 0,10 ha torpaq sahəsinin iddiaçı X5 mülkiyyətinə verilməsi qət edilmişdir. Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2- 1(114)-159/2022 saylı qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10 və X11) “torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-159/2022 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10 və X11) “torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, X4, kod:210005, VÖEN **********, Müxbir hesabı: AZ41NABZ **********0000003944,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN**********, hesab: AZ34CTRE********************” hesabına keçirilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar