Məhkəmə qərarları › İş №2-1(104)-220/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-220/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-220/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin nümayəndəsi X3 və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-74/2022 saylı qərarından cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(114)-1185/2021 nömrəli qərardadı ilə "xxxx" MMC İddiaçı cavabdeh Şəmkir rayon Sabirkən bələdiyyəsinə qarşı Şəmkir rayon Sabirkənd bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-74/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbinin təmin edilməsi, İddiaçı cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddianın təmin edilməsi, Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv olunması və iddianın təmin edilməməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2- 1(103)-215/2022 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X6) ilə Gəncə İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1829/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(103)-215/2022 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabirkənd bələdiyyəsi 03 iyul 2004-cü il tarixli, 12 saylı qərarı əsasında bağlanmış “X10” əsasən 13 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi 50 il müddətinə onun istifadəsinə verilmiş, habelə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 28 avqust 2004-cü il tarixli JN-5279 saylı şəhadətnamə alınmış, adıçəkilən 13 ha torpaq sahəsi üzərində 5750 ədəd xurma ağacından ibarət plantasiyası salınmış və bir neçə dəfə məhsul götürülmüşdür. 2014-cü ilin oktyabr ayında Sabirkənd kənd Bələdiyyəsinin əməkdaşları texnikalarla salmış olduğu plantasiyaya daxil olaraq əkdiyi ağacları üzərində yığılma vaxtı çatmış meyvələri ola-ola qıraraq məhv etmişlər. Bundan əlavə tərəflər arasında olan iş üzrə 11 yanvar 2019-cu il tarixdə Gəncə İnzibati- İqtisadi Məhkəməsində Sabirkənd kənd Bələdiyyəsinin nümayəndəsi Sabirkənd kənd Bələdiyyəsinin 09 oktyabr 2014-cü il tarixli 10 nömrəli qərarı təqdim etmiş, həmin qərara əsasən bələdiyyə birtərəfli qaydada tərəflər arasında olan 03 iyul 2004-cü il tarixli, 12 saylı qərarı əsasında bağlanmış “X13” ləğv etmişdir. Bundan sonra Sabirkənd kənd Bələdiyyəsi tərəfindən X9 müraciət edilmiş və cavab olaraq bildirilmişdir ki, icarəçi tərəfindən torpaq üzərində icarə hüquqlarına xitam verilməsinə əsas verən hallara yol verilməmiş, icarə müqaviləsinin şərtlərinə əməl edilmiş, torpağın icarə haqqı isə gecikdirilmədən ödənilmişdir. Bütün bunlara baxmayaraq Sabirkənd kənd Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 03 nömrəli qərarı ilə Sabirkənd kənd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12 saylı iclasının İddiaçı 13 ha tropaq sahəsinin icarəyə verilməsi ilə bağlı qərarı ləğv edilmişdir. Sabirkənd kənd Bələdiyyəsinin 30 mart 2021 -ci il tarixli 03 nömrəli qərarın qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən mövcud qanunvericiliyin tələblərinə pozaraq maddi hüqııq normalarının tətbiqində səhv buraxmış və sonda iddianın təmin edilməsinə dair qanunsuz qərar qəbul etmişdir. Belə ki, Şəmkir rayonu Sabirkənd kənd bələdiyyəsinin 30 iyun 2004cil il tarixli qərarı ilə İddiaçı bələdiyyənin ehtiyat fonduna daxil olan 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə istifadə etmək üçün icarəyə verilmişdir. 03 iyul 2004-cü il tarixdə bələdiyyə ilə İddiaçı arasında müvafiq icarə müqaviləsi bağlanmışdır. İddiaçı Azərbaycan Respublikası DT və XK-nın Şəmkir rayon şöbəsin sabiq müdiri Rüstəm Rüstəmovla cinayət əlaqəsinə girmiş və onlar qərarda göstərilən torpaq sahəsinə deyil, bələdiyyənin mülkiyyətində olan, bələdiyyənin ehtiyat fonduna aid olan 13 hektar torpaq sahəsinə dair sənəd hazırlamışlar. Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2004-cü il tarixdə JN-5279 (Kod ********) nömrəli “Torpaqdan müvəqqəti iştifadə hüququna dair” şəhadətnamə verilmişdir. Həmin sənəd bir mənalı saxta sənəddir və İddiaçı indi də həmin sənəddən istifadə edir. Bu səbəbdən Sabirkənd bələdiyyəsinin 09 oktyabr 2014-cü il tarixli, 10 nömrəlı qərarı ilə İddiaçı ilə Sabirkənd bələdiyyəsi arasında bağlanmış 03 iyul 2004-cü il tarixli 01 saylı icarə müqaviləsi ləğv edilmişdir. 11 yanvar 2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsində tərəflər arasında olan hazırkı iş üzrə cavabdehin nümayəndəsi Sabirkənd bələdiyyəsinin 09 oktyabr 2014-cü il tarixli 10 nömrəli qərarını məhkəməyə təqdim etmişdir. Həmin qərarda məhkəmə iclasınadək ondan xəbəri olmamış, ona hər hansı bir formada məlumat vermədən, onun iştirakı olmadan xəbərsiz çıxarılmış tam qanunsuz və əsasız qərardır. Bununla əlaqədar iddiaçı həmin qərar qəbul olunarkən bələdiyyənin iclasına dəvət edilsə də, özü həmin iclasda iştirak etməkdən imtina etmiş, eləcə də həmin qərarın surəti iddiaçının yaşadığı ünvana göndərilmişdir. Bundan əlavə İddiaçı həmin vaxt bələdiyyənin üzvü olmuş və bələdiyyənin qəbul etdiyi bütün qərarlardan məlumatlı olmuşdur. Qeyd olunanlarla yanaşı hesab edirlər ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi – Vəkil apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, həmin şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sabirkənd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarı əsasında kənd təsərrüfatı və bağçılıq məqsədilə istifadə üçün 50 (əlli) il müddətinə icarə yolu ilə kənd sakini İddiaçı 13 ha torpaq sahəsi verilməsi qərara alınmışdır. Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03 nömrəli qərarı ilə Sabirkənd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərar araşdırılan zaman müəyyən edilmişdir ki, torpaq sahəsini icarəyə götürmüş İddiaçı qeyd edilən bələdiyyənin iclasında iştirak etməmiş və onun mövqeyi öyrənilməmişdir. Qeyd edilən hal cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təsdiqlənmişdir. xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarın ləğv edilməsi üçün əsas kimi icarə müqaviləsinin ləğv edilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırması olmuşdur. Bundan əlavə, xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, qərara əlavə olunmuş sənədlərdən icarəçi tərəfindən torpaq üzərində icarə hüquqlarının xitam verilməsinə əsas verən hallara yol verilməmiş, icarə müqaviləsinin şərtlərinə əməl edilmiş, torpağın icarə haqqı isə gecikdirilmədən ödənilmədiyi məlum olmuşdur. Belə olan halda məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarı qanunsuzdur və ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli iclasının 12 nömrəli qərarından görünür ki, kənd təsərrüfatı və bağçılıq məqsədilə istifadə üçün 50 (əlli) il müddətinə icarə yolu ilə kənd sakini İddiaçı 13 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli iclasının 10 nömrəli qərarından görünür ki, İddiaçı ilə bağlanmış 03 iyul 2004-cü il tarixli 01 sayli icarə müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasının 03 nömrəli qərarından görünür ki, Sabirkənd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərar araşdırılan zaman müəyyən edilmişdir ki, torpaq sahəsini icarəyə götürmüş İddiaçı qeyd edilən bələdiyyənin iclasında iştirak etməmiş və onun mövqeyi öyrənilməmişdir. Qeyd edilən hal cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təsdiqlənmişdir. xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarın ləğv edilməsi üçün əsas kimi icarə müqaviləsinin ləğv edilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırması olmuşdur. Bundan əlavə xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, qərara əlavə olunmuş sənədlərdən icarəçi tərəfindən torpaq üzərində icarə hüquqlarının xitam verilməsinə əsas verən hallara yol verilməmiş, icarə müqaviləsinin şərtlərinə əməl edilmiş, torpağın icarə haqqı isə gecikdirilmədən ödənildiyi məlum olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Göründüyü kimi Şəmkir rayon Sabirkənd Bələdiyyəsi torpaq sahəsini icarəyə götürmüş İddiaçı qeyd edilən bələdiyyənin iclasına rəsmi qaydada dəvət etməmiş, onun iştirakı olmadan keçirilmiş və onun mövqeyi öyrənilməmişdir. Qeyd edilən hal cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təsdiqlənmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 bildirmişdir ki, İddiaçı şifahi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunmuşdur ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin Məcəllənin 75.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsaslarından hər hansı birinin iddiaçıya münasibətdə olması hazırki mübahisə üzrə olması iş materiallarından görünmür. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qəbul etdiyi mübahisələndirilən qərar “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etməməklə qəbul edildiyindən qanunsuz olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinin tələbləri baxımından inzibati orqanın şəxsin hüquq və azadlıqlarına müdaxilə edən aktı yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəbul oluna bilər. Bu cür inzibati akt həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan qanuni olmalıdır. İnzibati aktın formal-hüquqi baxımdan qanuniliyi dedikdə, aktın səlahiyyətli inzibati orqan tərəfindən, lazımi qaydada həyata keçirilmiş icraat nəticəsində qəbul olunmasını və qanunla müəyyən olunmuş formaya riayət olunması nəzərdə tutulur. İnzibati aktın maddi-hüquqi cəhətdən qanuniliyi dedikdə isə, onun qəbulu üçün səlahiyyətverici normanın dispozisiya şərtlərinin mövcudluğu nəzərdə tutulur. Baxılan iş üzrə Sabirkənd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarı qanuni və əlverişli inzibati aktdır. Belə ki, həmin qərarla iddiaçıya torpaq sahəsi icarəyə verilmişdir. Bu halda həmin qərarın ləğv olunması üçün “İnzibati icraat haqqında” Qanunun 68.2ci maddəsində müəyyən olunmuş maddi hüquqi əsaslar, yəni səlahiyyətverici normanın dispozisiya şərtləri mövcud olmalı idi. Hazırki iş üzrə də mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan “icarə müqaviləsinin müddətinin qurtarması” müddəası ümumiyyətlə iddiaçıya aid edilə bilməz. Çünki tərəflər arasında olan müqavilə 50 il müddətinə bağlanmışdır. Ümumiyyətlə qərarın qəbul edilməsi üçün maddi hüquqi əsaslar olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsində müəyyən olunmuş maddi hüquqi əsaslar cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış müqavilənin ləğv edilməsinin qərara alınması zamanı mövcud olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Belə təqdirdə məhkəmə kollegiyası göstərir ki, cavabdehin xx.xx.2021-ci il 03 saylı qərarı qanunsuz və əlverişsiz olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsində göstərilmişdir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. (“İnzibati icraat haqqında” Qanunun 67.2 və 67.3-cü maddələri) Məhkəmə kollegiyası göstərir ki, Şəmkir rayon Sabirkənd bələdiyyəsinin xx.xx.2021ci il tarixli, 03 saylı qərarı qanunsuz əlverişsiz inzibati aktdır, ona görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslApellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddiaçı həmin qərarın qəbul edildiyini bilmiş, lakin bununla belə həmin qərarı vaxtında mübahisələndirməmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini cavabdeh təərfin förmal mülahizəsi sayır. Belə ki, işdən görünür ki, tərəflər arasındakı mübahisə artıq bir neçə ildir ki, davam edir və iddiaçının torpaq sahəsinin ona icarəyə verilməsinə dair bələdiyyənin qərarının bələdiyyənin özü tərəfindən ləğv edilməsini normal qaşılaması ağlabatan deyildir. Həmin xüsusat iddia ərizəsinin məzmunundan da görünür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan qərarın ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-74/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar