Məhkəmə qərarları › İş №2-1(104)-223/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-223/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-223/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2455/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin 13 iyul 2022-ci il tarixli, 4/3-N07Q nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə hərbi hissə döyüşlərdə iştirak etmədiyindən Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina etmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-139N nömrəli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci tarixli 3 nömrəli əmrində (əsas: bənd-b, səh-3, əmrdə soyadı Mamedov atasının adı "Mamed” yazılmışdır) Milli orduda xidmət edən X3 pulemyotçu vəzifəsində əmrə salınması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 56 nömrəli əmrində (əsas: səh-3, əmrdə atasının adı tam yazılmamışdır) İddiaçı M. oğlunun operator-tuşlayıcı vezəsində, şəxsi heyətin siyahısında avqust ayı üçün etibarlı sayılması barədə məlumat N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 64 nömrəli əmrində (əsas: bənd-b, səh-13, əmrdə atasının adı yazılmamışdır) Mardakerd zonasına göndərilən əsgərlərin siyahısında Memmedovun adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrində (əsas: səh-17, sıra-3, əmrdə atasının adı yazılmamışdır) ailə vəziyyəti ilə əlaqədar olaraq könüllü əsgər İddiaçı yazmış olduğu ərizəsinə əsasən, hərbi hissənin tərkibindən azad ediməsi barədə məlumat vardır. Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N3-cü il tarixli nizami hissə üzrə əmrərində İddiaçı xidməti, kontuziya alması barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin N2- ci il, yanvar-mart N3-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 351 nömrəli arayışından görünür ki, istefada olan əsgər xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arxiv arayışında qeyd edilmişdir: "Verilir, İddiaçı ondan ötrü ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 3 nömrəli əmrində (əsas: bənd-b, səh-3, əmrdə soyadı "Mamedov", atasının adı "Mamed" yazılmışdır). Milli orduda xidmət edən X3 pulemyotçu vəzifəsində əmrə salınması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 56 nömrəli əmrində (əsas: səh-3, əmrdə atasının adı tam yazılmamışdır) İddiaçı M. oğlunun operator-tuşlayıcı vəzifəsində, şəxsi heyətin siyahısında avqust ayı üçün etibarlı sayılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 64 nömrəli əmrində (bənd-b, səh-13, əmrdə atasının adı yazılmamışdır). Mardakerd zonasına göndərilən əsgərlərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrində (əsas: səh-17, sıra-3, əmrdə atasının adı yazılmışdır) ailə vəziyyəti ilə əlaqədar olaraq könüllü əsgər İddiaçı yazmış olduğu ərizəsinə əsasən, hərbi hissənin tərkibindən azad edilməsi barədə məlumat vardır. Qeyd edirik ki,Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, kontuziya alması barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin N2-ci il, yanvar-mart N3-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Mərkəzi Arxivinə daxil olmamışdır".

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 03 aprel 2023-cü il tarixli, 4/2- 1565 nömrəli məktubundan qeyd olunur ki, Mərkəzi arxivdə N nömrəli hərbi hissə komandirinin həmin tarix üzrə şəxsin hərbi hissədən azad edilməsinə dair əmr vermək səlahiyyətinin olub-olmamasına, həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, N nömrəli nizami hissə üzrə əmrinin ehtiyata buraxılmanı ehtiva edib-etməməsi barədə məlumat yoxdur.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, N2-ci ilin may ayında könüllü olaraq Gəncə şəhəri, Kəpəz rayon Hərbi Komissarlığına müraciət etmiş, oradan isə N nömrəli hərbi hissəyə göndərilmişdir. Silahlı Qüvvələrin N nömrəli hərbi hissənin tərkibində pulemyotçu və operator - tuşlayıcı vəzifəsində xidmət etmiş, həmin müddət ərzində Mardakert uğrunda gedən döyüşlərdə bilavasitə iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmri əsasında hərbi hissənin tərkibindən azad olunmuşdur. Lakin bu günə qədər ona "müharibə veteranı" adı və müvafiq vəsiqə verilməmişdir. O "müharibə veteranı" adının və müvafiq vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli, 4/3- N079 nömrəli məktubu ilə "müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İmtinaya səbəb kimi, hərbi xidmətinin tam təsdiqlənmədiyi və xidmət etdiyi müddət ərzində (xx.xx.N2-ci il tarixdən sonra) N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması qeyd edilmişdir. Lakin, onun xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi və Mardakert uğrunda gedən döyüşlərə qatılması Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2- 139N saylı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 351 saylı arayışlarında öz təsdiqini tapmışdır. O, müharibə gedərkən döyüşdüyünə və hərbi hissəni özbaşına tərk etmədiyimə, yəni hərbi hissə komandirinin əmr əsasında hərbi hissənin tərkibindən azad edildiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmasını qanunsuz və əsassız hesab edir

7. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, Mərkəzi Arxivin 07 sentyabr 2022-ci il tarixli 4/2-5N2N nömrəli müşayiət məktubu ilə daxil olan arayışına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli əmri ilə pulemyotçu vəzifəsinə əmrə salındığı qeyd edilmişdir. Lakin, "Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələri Siyahısı"na əsasən N nömrəli hərbi hissə N yanvar N2-ci il tarixdən 01 may N2-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Bu səbəbdən də İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə hərbi hissə döyüşlərdə iştirak etmədiyindən Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. N. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2455/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin N-ci yarımbəndinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının sonrakı xidməti barədə məlumat aşkar edilmədiyindən və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından qanunvericiliklə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi istisna olunur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

10. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2455/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi xidmətkeçmənin sübutu kimi həm də yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar əsasında verildiyi qeyd edilmişdir. Silahli Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi siyahıda onun xidmət etdiyi N nömrəli hərbi hissə həmin dövrdə döyüş əməliyyatlarında iştirak etməsi sübut olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi.

14. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

15. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: …. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;….. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

16. 25 dekabr N1-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 1N.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.

17. 23 dekabr 2011-ci il tarixədək qüvvədə olmuş «Hərbi xidmət haqqında» Qanun:

1. Bu Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət və ehtiyatda xidmət keçilməsinin qaydasını müəyyən edir.

2. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.

14. Aşağıdakı günlər hərbi xidmətin başlanğıcı sayılır: çağırışçılar üçün-hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün; hərbi vəzifəlilər və qadınlar üçün-hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün; ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan (qəbul edilən) ehtiyatda olan zabitlər üçün-hərbi komissarlığın göstərdiyi məzuniyyətə getmə günü; çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün-hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. 1N. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 19NN-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 5N.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 6N.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N7.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. N7.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. N7.N. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İş matariellarından göründüyü kimi iddiaçı tələbində xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsini bildirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

22. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi isə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-139N nömrəli arxiv arayışынa əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci tarixli 3 nömrəli əmrində (əsas: bənd-b, səh-3, əmrdə soyadı Mamedov atasının adı "Mamed” yazılmışdır) Milli orduda xidmət edən X3 pulemyotçu vəzifəsində əmrə salınması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 56 nömrəli əmrində (əsas: səh-3, əmrdə atasının adı tam yazılmamışdır) İddiaçı M. oğlunun operator-tuşlayıcı vezəsində, şəxsi heyətin siyahısında avqust ayı üçün etibarlı sayılması barədə məlumat N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 64 nömrəli əmrində (əsas: bənd-b, səh-13, əmrdə atasının adı yazılmamışdır) Mardakerd zonasına göndərilən əsgərlərin siyahısında Memmedovun adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrində (əsas: səh-17, sıra-3, əmrdə atasının adı yazılmamışdır) ailə vəziyyəti ilə əlaqədar olaraq könüllü əsgər İddiaçı yazmış olduğu ərizəsinə əsasən, hərbi hissənin tərkibindən azad ediməsi barədə məlumat vardır. Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N3-cü il tarixli nizami hissə üzrə əmrərində İddiaçı xidməti, kontuziya alması barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin N2- ci il, yanvar-mart N3-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır.

24. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 351 nömrəli arayışından görünür ki, istefada olan əsgər xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arxiv arayışında qeyd edilmişdir: "Verilir, İddiaçı ondan ötrü ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 3 nömrəli əmrində (əsas: bənd-b, səh-3, əmrdə soyadı "Mamedov", atasının adı "Mamed" yazılmışdır). Milli orduda xidmət edən X3 pulemyotçu vəzifəsində əmrə salınması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 56 nömrəli əmrində (əsas: səh-3, əmrdə atasının adı tam yazılmamışdır) İddiaçı M. oğlunun operator-tuşlayıcı vəzifəsində, şəxsi heyətin siyahısında avqust ayı üçün etibarlı sayılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 64 nömrəli əmrində (bənd-b, səh-13, əmrdə atasının adı yazılmamışdır). Mardakerd zonasına göndərilən əsgərlərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmrində (əsas: səh-17, sıra-3, əmrdə atasının adı yazılmışdır) ailə vəziyyəti ilə əlaqədar olaraq könüllü əsgər İddiaçı yazmış olduğu ərizəsinə əsasən, hərbi hissənin tərkibindən azad edilməsi barədə məlumat vardır. Qeyd edirik ki,Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, kontuziya alması barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin N2-ci il, yanvar-mart N3-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Mərkəzi Arxivinə daxil olmamışdır".

25. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 03 aprel 2023-cü il tarixli, 4/2- 1565 nömrəli məktubundan qeyd olunur ki, Mərkəzi arxivdə N nömrəli hərbi hissə komandirinin həmin tarix üzrə şəxsin hərbi hissədən azad edilməsinə dair əmr vermək səlahiyyətinin olub-olmamasına, həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, N nömrəli nizami hissə üzrə əmrinin ehtiyata buraxılmanı ehtiva edib-etməməsi barədə məlumat yoxdur.

26. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin iddiaçının qanuni əsasla ehtiyata buraxılması barədə məlumatын aşkar edilməməsи dəlili “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymətini tapmalıdır.

27. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 19NN-ci il fevralın 1-dən N4-cü il mayın 12- dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində...döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə. müdafiə. Orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2N. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır.

29. İddiaçının qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrdən çıxarış mövcud deyildir.

30. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 19NN-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi ilə yanaşı qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir.

31. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hərbi qulluqçu statusu itirməsi sübuta yetməmişdir.

32. Odur ki, iddianın təmin olunmaması ilə məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N2, N3, N6-N7, N9, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2455/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar