Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-224/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1976/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 120- 21825Ə-3221 nömrəli məktubda bildirilmişdir ki, «Yaşayış yeri və oldugu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsinə köçmək ücün əsas verən sənəd, (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi olmalıdır.
2. xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hazırki hüquq sahibləri X9 və İddiaçıdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinə (üçüncü şəxs X5) qarşı X3 onun birgə mülkiyyətində olan olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə tərəfindən iddiaçıya lazmi hüquqi yardım göstərildikdən sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, arvadı X4 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Ələkbər Seyfi küçəsi, 3 nömrəli evinə daimi pasport qeydiyyatına alınmasını Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində doğulmuş və hal-hazırda da həmin evdə yaşayır. Həmin ev xx.xx.2018ci il tarixli, RX ******* seriyalı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla onun mülkiyyətindədir. Arvadı X1 fərdi yaşayış evinə pasport qeydiyyatına alınması barədə Cavabdehnə müraciət etsə də, bundan imtina olunmuşdur.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1976/2022 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı Cavabdehnə (üçüncü şəxs X9) qarşı qeydiyyat alınma barədə iddiası təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bütün mülkiyyətçilərin razılığı olmadan yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olması təsdiq olunmayan şəxsin mülkiyyətçinin razılığı olmadan qeydiyyata alınması qanunamüvafiq hesab oluna bilməz.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 5-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, yuxarda qeyd etdiyi ünvanda anadan olmuşdur. 2002-ci ildən ailə qurandan həyat yoldaşı həmin evə gəlin gəlibdir. Birgə nikahdan iki uşaqları həmin evdə anadan olubdur. Həmin ünvanda da iki uşağı xx.xx.2003-cü il təvəllüdlü X10, xx.xx.2004-cü il təvəllüdlü X11 və o hazırda həmin mənzildə pasport qeydiyyatındadırlar. Həyat yoldaşı (arvadı) X4 mülkiyyətində olan mənzilə pasport qeydiyyatına saldırmaq üçün aidiyyati orqanlara müraciət etsə də qeydiyyata salmırlar.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
13. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
15. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu:
17. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun:
18. 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
19. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.
20. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 215.5. paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
22. 152.1. mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi:
23. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
25. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
26. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
27. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.
29. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
30. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsinə dair düzgün nəticəyə gəlmişdir.
32. İşin halları ilə müəyyən olunur ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hazırki hüquq sahibləri X9 və İddiaçıdur. İddiaçı isə onun və X6 birgə mülkiyyətində olan olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə digər mülkiyyətçinin razılıq ərizəsi olmadan qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb edir.
33. Hazırki tələbində iddiaçı X3 onun birgə mülkiyyətində olan olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, inzibati orqan müraciəti təmin etməmiş, imtinanı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndi ilə əsaslandırmışdır. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
34. Məhkəmə kollegiyası ишин мцяййян олунмуш щалларына гиймят веряряк щесаб едир ки, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətidir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
35. İşdə olan xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hazırki hüquq sahibləri X9 və İddiaçıdur.
36. Göründüyü kimi, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X9 və İddiaçı birgə paylı mülkiyyətindədir. Belə olan halda bütün mülkiyyətçilərin razılığı olmadan yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olması təsdiq olunmayan şəxsin mülkiyyətçinin razılığı olmadan qeydiyyata alınması qanunamüvafiq hesab oluna bilməz.
37. İş materiallarından da göründüyü kimi, hazırda X9 tərəfindən belə bir razılıq verilməmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının X3 onun birgə mülkiyyətində olan olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslıdır.
39. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1976/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.