Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-224/2024 03.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin nümayəndəsi X3 iştirakları ilə, “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N23-cü il tarixli, 2-1(114)-2873/N23 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. N nömrəli hərbi hissə komandirinin N iyul N9-cu il tarixli, 217 nömrəli əmrinə əsasən əsgər X2 bağlaşma əsasında 3 il müddətinə müddətdən artıq hərbi xidmətə qəbul edilmişdir.
2. 23 mart N22-ci il tarixli N nömrəli hərbi hissə komandirinin təqdimatında qeyd olunmuşdur ki, baş əsgər İddiaçı xx.xx.N22-ci il tarixdən N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunda manqa komandiri vəzifəsində xidmət edir, xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız, təcrübəsiz və savadsız bir hərbi qulluqçu kimi göstərilmişdir. Nizam-intizam aşağı səviyyədədir, hərbi intizam qaydalarına riayət etmir. Peşəsinə və işinə bağlı deyil. Vəzifə borcunu tam olaraq yerinə yetirə bilmir. Biliyi, bacarığı və təşkilatçılığı aşağı səviyyədədir. Buna görə də tabor komandiri tərəfindən xx.xx.N22-ci il tarixdən onun vəzifəsinin öhdəsindən gələ bilmədiyi və məzuniyyətdə olduğu müddətdə sərxoş vəziyyətdə Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən komendant postunda ünvanlı, ünvansız nalayiq söyüşlər söydüyü üçün MAHHXHQ-un şərəf məhkəməsində dinlənilməsi barədə raportla müraciət edilmiş, komandanlıq tabor komandirinin xahişini nəzərə alaraq baş əsgər İddiaçı şərəf məhkəməsində dinlənilməsini göstəriş vermiş, 23 mart N22-ci il tarixdə şərəf məhkəməsi onun “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılması qərarı qəbul etmişdir.
3. N nömrəli hərbi hissənin müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin 23 mart N22-ci il tarixli protokolundan görünür ki, baş əsgər İddiaçı xx.xx.N22-ci il tarixdən xx.xx.N22-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə xx.xx.N22-ci il tarixdə saat 12:00 radələrində sərxoş vəziyyətdə Gədəbəy rayonun Novosarotovka kəndində yerləşən komendant postunda ünvanlı, ünvansız nalayiq söyüşlər söyməsi Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmiş nöqsanlara görə şərəf məhkəməsi keçirilmişdir.
4. N nömrəli hərbi hissənin müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin 23 mart N22-ci il tarixli qərarından çıxarışdan görünür ki, 2-ci tabor 4-cü bölük 1-ci taqım 2-ci manqa komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər İddiaçı xx.xx.N22-ci il tarixdən xx.xx.N22-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə xx.xx.N22-ci il tarixdə saat 12:00 radələrində sərxoş vəziyyətdə Gədəbəy rayonu Novosarotovka kəndində yerləşən komendant postunda ünvanlı, ünvansız nalayiq söyüşlər söyməsi Gədəbəy rayon polis əməkdaşları tərəfindən aşkar edilmiş nöqsanlara görə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə komandanlığın qarşısında vəsatət qaldırılması qərara alınmışdır.
5. Cavabdeh (1-ci Ordu Korpusu) komandirinin xx.xx.N22-ci il tarixli, 038əç nömrəli əmrinin surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
6. N nömrəli hərbi hissənin təhqiqat bölməsinin baş təhqiqatçısı Vüsal Əhədovun «Cinayət işi başlamasının rədd edilməsi barədə» xx.xx.N21-ci il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu baş əsgər İddiaçı barədində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun işdən azad olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandirinin xx.xx.N22-ci il tarixli, 038əc saylı əmrinin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 oktyabr N7-cı ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra, 01 avqust N9-cü il tarixdə müddətdən artıq hərbi qulluqçu kimi Müdafiə Nazirliyinin Şəmkir Korpusunun N saylı hərbi hissəsinin 4-cü taburunun 10cu bölüyünə manqa komandiri kimi işə qəbul olunmuşdur. 44 gün davam edən İkinci Vətən müharibəsi dövründə Gədəbəy rayonunda sərhəddə Vətəni müdafiə etmiş, N22-ci ilin mart ayının 7-də Bərdə Korpusunun N saylı hərbi hissəsinə dəyişirilmişdir. İddiaçının hərbi xidmət dövründə heç bir inzibati cəzası olmadığı halda Müdafiə Nazirliyinin Bərdə korpusunun N saylı hərbi hissə komandirinin xahişi ilə Cavabdeh komandirinin N aprel N22-ci il tarixli, 038əç saylı əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən işdən azad edilmişdir. İşdən azad olunmağının səbəbi odur ki, N22-ci ilin mart ayının 13-də məzuniyyətə olan vaxt mart ayının N-də N saylı hərbi hissə komandirinin oğlu ilə aralarında olan xırda insident olmuşdur. Bundan sonra onun atası Bərdə korpusunun komandirinə zəng vuraraq onu qanunsuz olaraq işdən azad etdirmişdir. Mübahisənin mahiyyətini komandirə olduğu kimi çatdırsa da, N saylı hərbi hissənin komandiri sıra düzülüşündə ona demişdir ki, ondan heç bir narazılığı yoxdur, ancaq N saylı hərbi hissənin komandiri deyib, Korpus komkandiri onu işdən çıxartmışdır. Yuxarıda göstərdiyi əsaslar və səbəblərə görə onun xidmətlərini, qüsursuz 3 il hərbiçi işlədiyini nəzərə almadan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən işdən azad edilməsi barədə xx.xx.N22-ci il tarixli 038əç saylı əmr qanunsuz və əsassız olduğundan hesab edir ki, həmin əmr ləğv edilməli və öz vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməlidir.
9. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandirinin xx.xx.N22-ci il tarixli, 038əç nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.N23-cü il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir.
10. Həmçinin iddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.N23-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N23-cü il tarixli, 2-1(114)-2873/N23 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən sözügedən hərəkətlərin törədilməsi ilə əlaqədar şərəf məhkəməsi keçirilsə də, həmin faktı təsdiq edən sübutlara istinad edilməmiş, şahidlər dindirilməmiş, aidiyyəti şəxslərdən izahatlar alınmamış, başqa sözlə iddiaçı tərəfindən həmin hərəkətlərin edilməsi faktını təsdiq edən əlavə sübutlar toplanmamışdır. Bütün bunların birtərəfli qaydada tərtib edilmiş protokol və qərarda göstərilməsi, üstəlik həmin halları təsdiq edən hər hansı sübuta istinad edilməməsini məhkəmə iddiaçıya qarşı qərəzli mövqeyin təzahürü hesab edir və barəsində qəbul edilmiş əmri onun hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddia tələbinə münasibət bildirmək üçün məhkəmə iclasının təxirə salınması xahiş edilsə də məhkəmə nəzərə almamışdır. Digər tərəfdən Cavabdeh komandirinin xx.xx.N22-ci il tarixli, 038əc nömrəli əmri ilə “İnzibati icraat haqqında” qanunun 62-ci maddəsinə uyğun olaraq ona inzibati aktın qəbul edilməsi haqqında məlumat verilmiş, onun N22-ci ilin dekabr ayınadək şikayəti daxil olmamışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, İddiaçı xidmət vaxtı içkidən istifadə etməmiş, məzuniyyətdə olmuşdur. Onunla 3 illik müqavilə bağlanmış, müqavilənin müddəti artıq bitmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdi, təmin olunmamasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, komendant postu bazarın yanında olmuşdur, o hərbi hissəyə deyil bazara getmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1: 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. 44-cü bəndinə əsasən hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə komandirlərin (rəislərin) qərarları ilə hərbi qulluqçuların nalayiq hərəkətləri: əsgərlərin və matrosların nalayiq hərəkətləri bölüklərin, batareyaların, taborların, divizionların, gəmilərin və bunlara müvafiq bölmələrin şəxsi heyətlərinin yığıncaqlarında müzakirə edilə bilər. 44-cü bəndinə əsasən bundan əlavə, zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə zabitlər, gizirlər, miçmanlar və müddətindən artıq xidmət hərbi qulluqçularının şərəf məhkəmələrində baxıla bilər. Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinin şərəf məhkəmələrində baxılması haqqındakı qərar tərkibində məhkəmələr yaradılmış hissələrin (idarələrin, müəssisələrin) komandirləri (rəisləri), həmçinin onların böyük rəisləri tərəfindən qəbul edilir. 47-ci bəndin 2-ci hissəsində qeyd edilmişdir ki, komandir (rəis) tabeliyində olan hərbi qulluqçunu öz vəzifəsindən kənar edərkən, bu barədə dərhal komanda üzrə məlumat verməlidir. Həmin məlumatda vəzifədən kənar edilmənin səbəbi və şəraiti müfəssəl izah edilməlidir. 50-ci bəndinə əsasən müddətindən artıq xidmət çavuşlarına: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) əlaçı döş nişanından məhrum etmə; d) öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq; e) aşağı vəzifəyə keçirmə; ə) hərbi rütbəsini bir pillə aşağı salma; c) hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə; z) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; i) sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma cəzaları verilə bilər. 85-ci bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. 87-ci bəndinə əsasən komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. 88-ci bəndinə əsasən eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
N. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr N07-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr N08-ci il tarixli qərarında göstərilmişdir ki, ... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəyə bərpa edilməsi hissəsində ləğv edilməlidir.
23. İşin hallarından görünür ki, N nömrəli hərbi hissə komandirinin N iyul N9-cu il tarixli, 217 nömrəli əmrinə əsasən əsgər X2 bağlaşma əsasında 3 il müddətinə müddətdən artıq hərbi xidmətə qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh (1-ci Ordu Korpusu) komandirinin xx.xx.N22-ci il tarixli, 038əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən onun barəsində heç bir hüquqi əsası olmayan dəlillərə istinad etməklə onun işdən azad edilməsi qanunsuzdur. Bu səbəbdən də hazırda qeyd olunan əmri mübahisələndirmişdir.
24. Birinci instansiya məhkəməsi tərəfindən inzibati akt- xx.xx.N22-ci il tarixli, 038əç nömrəli əmr, onun yaratdığı hüquqi nəticələr yoxlanılmış və inzibati aktın ləğv edilməsinə dair tələb əsaslı hesab edilmişdir.
25. Cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilmiş, məhkəmənin iş üzrə təqdim olunmuş sübutlara və iddia tələbi üzrə mümkünlük şərtinə riayət olunmamasına, yəni iddia müddətinin ötürülməsinə düzgün hüquqi qiymət vermədiyi qeyd olunmuşdur.
26. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iddia tələbinin mümkünlük şərtləri inzibati orqan tərəfindən mübahisələndirildiyindən ilkin olaraq qeyd olunan hala hüquqi qiymət verilməlidir.
27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
28. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 11 noyabr N5-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.N7-ci il tarixli qərarında göstərmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığmı müəyyən etməlidir.
30. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N5-ci il tarixli, 5 nömrəli qərarı 1.3, 2.1 və 2.3-cü bəndləri)
31. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, işə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş qəbzə əsasən iddiaçı xx.xx.N22-ci il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən xx.xx.N22-ci il tarixdə iddiaçının ilkin mediasiya sessiyasında iştirak etməsi barədə arayış verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət edilən vaxt Cavabdeh komandirinin xx.xx.N22-ci il tarixli, 038əç saylı əmrinin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmişdir.
32. İş materiallarında olan 23 mart N22-ci il tarixli N nömrəli hərbi hissə komandirinin təqdimatında qeyd olunmuşdur ki, baş əsgər İddiaçı xx.xx.N22-ci il tarixdən N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunda manqa komandiri vəzifəsində xidmət edir, xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız, təcrübəsiz və savadsız bir hərbi qulluqçu kimi göstərilmişdir. Nizam-intizam aşağı səviyyədədir, hərbi intizam qaydalarına riayət etmir. Peşəsinə və işinə bağlı deyil. Vəzifə borcunu tam olaraq yerinə yetirə bilmir. Biliyi, bacarığı və təşkilatçılığı aşağı səviyyədədir. Buna görə də tabor komandiri tərəfindən xx.xx.N22-ci il tarixdən onun vəzifəsinin öhdəsindən gələ bilmədiyi və məzuniyyətdə olduğu müddətdə sərxoş vəziyyətdə Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən komendant postunda ünvanlı, ünvansız nalayiq söyüşlər söydüyü üçün MAHHXHQ-un şərəf məhkəməsində dinlənilməsi barədə raportla müraciət edilmiş, komandanlıq tabor komandirinin xahişini nəzərə alaraq baş əsgər İddiaçı şərəf məhkəməsində dinlənilməsini göstəriş vermiş, 23 mart N22-ci il tarixdə şərəf məhkəməsi onun “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılması qərarı qəbul etmişdir.
33. N nömrəli hərbi hissənin müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin 23 mart N22-ci il tarixli protokolundan görünür ki, baş əsgər İddiaçı xx.xx.N22-ci il tarixdən xx.xx.N22-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə xx.xx.N22-ci il tarixdə saat 12:00 radələrində sərxoş vəziyyətdə Gədəbəy rayonun Novosarotovka kəndində yerləşən komendant postunda ünvanlı, ünvansız nalayiq söyüşlər söyməsi Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmiş nöqsanlara görə şərəf məhkəməsi keçirilmişdir.
34. N nömrəli hərbi hissənin müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin 23 mart N22-ci il tarixli qərarından çıxarışdan görünür ki, 2-ci tabor 4cü bölük 1-ci taqım 2-ci manqa komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər İddiaçı xx.xx.N22-ci il tarixdən xx.xx.N22-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə xx.xx.N22-ci il tarixdə saat 12:00 radələrində sərxoş vəziyyətdə Gədəbəy rayonu Novosarotovka kəndində yerləşən komendant postunda ünvanlı, ünvansız nalayiq söyüşlər söyməsi Gədəbəy rayon polis əməkdaşları tərəfindən aşkar edilmiş nöqsanlara görə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə komandanlığın qarşısında vəsatət qaldırılması qərara alınmışdır.
35. Cavabdeh (1-ci Ordu Korpusu) komandirinin xx.xx.N22-ci il tarixli, 038əç nömrəli əmrinin surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
36. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 tələblərinə əsasən hərbi qulluqçu ictimai asayişi pozarsa, ilkin olaraq komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Həmçinin onların nalayiq hərəkətləri müvafiq bölmələrin şəxsi heyətlərinin yığıncaqlarında müzakirə edilə bilər, bundan əlavə onların hərəkətlərinə şərəf məhkəmələrində baxıla bilər.
37. «Cinayət işi başlamasının rədd edilməsi barədə» xx.xx.N21-ci il tarixli qərarın məzmunundan görünür ki, iddiaçı barəsində başlanmış cinayət təqibi üzrə cinayət işinin başlanması CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən rədd edilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı hərbi xidmətlə bir araya sığmayan və yaxud “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd hərəkətlər etməmişdir.
38. Qeyd olunanlarla bağlı məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən sözügedən hərəkətlərin törədilməsi ilə əlaqədar şərəf məhkəməsi keçirilsə də, həmin faktı təsdiq edən sübutlara istinad edilməmiş, şahidlər dindirilməmiş, aidiyyəti şəxslərdən izahatlar alınmamış, başqa sözlə iddiaçı tərəfindən həmin hərəkətlərin edilməsi faktını təsdiq edən sübutlar toplanmamışdır. Bütün bunların birtərəfli qaydada tərtib edilmiş protokol və qərarda göstərilməsi, üstəlik həmin halları təsdiq edən hər hansı sübuta istinad edilməməsini kollegiya iddiaçıya qarşı qərəzli mövqeyin təzahürü hesab edir və barəsində qəbul edilmiş əmri onun hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir.
39. Beləliklə, məhkəmə kollegiyası qənaətə gəlir ki, cavabdehin mübahisələndirilən əmri qanuna uyğun deyil və iddiaçının hüquqlarını pozur. Belə ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
40. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
41. Məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirilən inzibati aktı- qərarı qəbul edən inzibati orqan həmin inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmə yükü daşısada, hazırki halda mübahisələndirilən inzibati aktın qanuniliyini və əsaslılığını, prosessual normalara riayyət edilməklə qəbul edilməsini sübut edə bilməmişdir.
42. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyul N9-cu il tarixli, 217 nömrəli əmrdən görünür ki, əsgər X2 bağlaşma əsasında 3 il müddətinə müddətdən artıq hərbi xidmətə qəbul edilmişdir.
43. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı ilə bağlanmış xidməti müqavilənin qüvvədə olma müddəti N iyul N22-ci il tarixdə başa çatmışdır və sonuncu ilə yenidən müqavilə bağlanması inzibati orqanın diskiresion səlahiyyətinə addir. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları araşdırmadan qərar qəbul etmişdir.
44. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N23-cü il tarixli, 2-1(114)-2873/N23 nömrəli qərarı qismən- İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəyə bərpa edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N23-cü il tarixli, 2-1(114)-2873/N23 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov