Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-227/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2567/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1987-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1991-ci ildən xx.xx.1993-cü il tarixədək Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının humanitar məsələləri üzrə icra hakimiyyəti başçısının müavini vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Gəncə X5”ndə lüləli mal-qara kökəltmə məntəqəsində rəis vəzifəsində işləmişdir. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 824 nömrəli məktubunda qeyd edilmişdir ki, 2016-cı ilədək Gəncə Şəhər İcra Hakimiyyətində olan sənədlər Azərbaycan Respublikası X6 filialına təhvil verildiyi üçün İddiaçı 1991-2003-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətində işləməsi və əmək haqqı alması, həmçinin işə qəbul və işdən azad edilməsi barədə heç bir məlumat təqdim edilməsi mümkün deyil. Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2022-ci il tarixli, 1039(291)/3 nömrəli arxiv arayışında bildirilir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun xx.xx.1991-1994-cü illər üzrə əmr kitablarında X1 işdən azad olunma əmri aşkar olunmamış, həmçinin göstərilən təşkilatın əmək haqqı cədvəlləri X6 Filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1996- 2004-cü illər üzrə əmr kitabları yoxlanılmış, X1 adı aşkar olunmamışdır. Bu səbəbdən X1 işdən azad olunma əmri arayışda göstərilməmişdir. Həmçinin bildiririk ki, həmin təşkilatın mövcud 1995-1997- ci illər üzrə əmək haqqı cədvəlləri yoxlanılmış, X1 adı aşkar olunmamışdır. Bu səbəbdən X1 həmin illərdə aldığı əmək haqqı arayışda göstərilməmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olmaması (təhsil və hərbi xidmət dövrü də daxil edilməklə sığorta stajı 24 il 5 ay təşkil edir) səbəbi ilə imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1972-ci ildən 2004-cü ilədək müxtəlif sahələrdə fasiləsiz işləmişdir. İş stajı ümumlikdə 33 ildən çoxdur. xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə şəhər Nizami rayon İcra hakimiyyətində İcra Başçısının müavini vəzifəsində, 1995-ci ildən 2004-cü il tarixədək isə “Gəncə X3”ndə məntəqə rəisi vəzifəsində işləmiş və əmək haqqı almışdır. Bununla bağlı əmək kitabçasında da müvafiq qeydlər vardır. İddiaçı qeyd olunanların nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təmin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2567/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materillarına əlavə edilmiş Dövlət X2 arxiv arayışında Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun xx.xx.1991-1994-cü illər üzrə, həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1996-2004-cü illər üzrə əmr kitablarında X1 işdən azad olunma əmrləri aşkar olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə cavabdeh etirazına münasibətdə qeyd edir ki, iddiaçının işdən azad edilməsi barədə arxiv məlumatının olmaması, başqa sözlə sözügedən əmrlərin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və əmək kitabçasında olan məlumatlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Həmçinin cavabdeh tərəfindən mübahisəndirilməyən sosial sığorta stajı kimi iddiaçının 24 il 5 ay hesablanmışdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının xx.xx.1991-ci il tarixindən xx.xx.1993- cü il tarixədək Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının humanitar məsələləri üzrə icra hakimiyyəti başçısının müavini vəzifəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Gəncə X5”ndə lüləli mal-qara kökəltmə məntəqəsində rəis vəzifəsində işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə mübahisələndirilən müddət də nəzərə alınmaqla iddiaçının ümumilikdə 34 il 3 ay 6 gün sosial sığorta stajı yaranmış olur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-ci il tarixdə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 24 il 5 ay sığorta stajl. 18971.59 manat pensiya kapitalı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından və 28800 manat pensiya kapitalından azdır. Belə ki, Dövlət X2 xx.xx.2022-ci il tarixli № 198(43)/3 saylı məktubuna əsasən əmək kitabçalarının surətində qeyd olunmuş Gəncə şəhəri Nizami Reyon İcra Hakimiyyətində xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və "gəncə X3"ndə xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyini iddia etdiyi dövrlərə aid işdən azad olunma əmrləri aşkar edilməmişdir. Bu səbəbdən həmin dövrlər iddiaçının xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına daxil edilməmişdir. İs üzrə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2550000 nömrəli məktuba əsasən "Gəncə X3"nə aid məlumatlar dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarında aşkar edilməmişdir. Həmçinin Azəbaycan Respublikasının lqtisadiyyat Nazirliyi yanında Dövlət Verqi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında alt sistemində "xxxx"Açıq Səhmdar Cəmiyyətinin xx.xx.1998-ci il tarixdən dövlət qeydiyyatına alınması ilə bağlı məlumat mövcuddur. Belə ki, həmin məlumata əsasən müəssisə xx.xx.1998-ci il tarixdə qeydiyyatdan keçmişdir və bu hal vətəndaşın xx.xx.1995-ci il tarixdə işə başlaması faktını sübhə altına alır. Gəncə İnzibati Məhkəməsinin iş üzrə müvafiq qərarında isə qeyd edilən məsələyə giymət verilməmiş, iş üzrə obyektiv araşdırılma həyata keçirilmədən iddiaçının iddia tələbi təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X8 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Lakin, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətində işlədiyi dövrlərin sosial staja daxil edilməsini və pensiyanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətində işlədiyi dövrlər araşdırılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 24 il 5 ay təşkil etdiyini bildirərək imtina etmişdir. Cavabdehin imtinasında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi onun sığorta stajının ümumilikdə 24 il 5 ay olması göstərmiş, bundan əlavə Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətində xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək və “Gəncə X3”ndə xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək mübahisələndirilən dövrləri iddiaçının sığorta stajı kimi nəzərə almama səbəbi olaraq işdən azad olunma əmrlərinin aşkar olunmamasını göstərmişdir. İşdə olan xx.xx.1987-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1991ci ildən xx.xx.1993-cü il tarixədək Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının humanitar məsələləri üzrə icra hakimiyyəti başçısının müavini vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Gəncə X5”ndə lüləli mal-qara kökəltmə məntəqəsində rəis vəzifəsində işləmişdir. Əmək kitabçasında gösərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 824 nömrəli məktubunda qeyd edilmişdir ki, 2016-cı ilədək Gəncə Şəhər İcra Hakimiyyətində olan sənədlər Azərbaycan Respublikası X6 filialına təhvil verildiyi üçün İddiaçı 1991-2003-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətində işləməsi və əmək haqqı alması, həmçinin işə qəbul və işdən azad edilməsi barədə heç bir məlumat təqdim edilməsi mümkün deyil. Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2022-ci il tarixli, 1039(291)/3 nömrəli arxiv arayışında bildirilir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun xx.xx.1991-1994-cü illər üzrə əmr kitablarında X1 işdən azad olunma əmri aşkar olunmamış, həmçinin göstərilən təşkilatın əmək haqqı cədvəlləri X6 Filialına təhvil verilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2022-ci il tarixli, 1039(291)/3 nömrəli arxiv arayışında da iddiaçının işə qəbul olunması öz təsdiqini tapmışdır. Başqa sözlə əmək haqqı cədvəlləri və işdən azad olunma əmrlərinin müəyyən edilməməsi və Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilməyən əmək haqqı cədvəlləri və işdən azad olunma əmrlərinə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan- sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. Bundan başqa, pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə əmək haqqı cədvəllərinin mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi əmək haqqı cədvəllərinin və s. sənədlərin nəzərə alınmasının mümkünlüyü müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz. Yuxarıda qeyd edilən maddi normalardan göründüyü kimi əmək kitabçası şəxsin əmək stajını müəyyən edən mənbələr sırasındadır. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Hazırki tələb üzrə cavabdeh iddiaçıya məxsus əmək kitabçasının özünün və oradakı qeydlərinin mötəbərliyini istisna edən hər hansı bir sənəd təqdim etməmişdir. Göründüyü kimi toplanmış sübutlarla iddiaçının əmək kitabçasından qeyd olunan iddiaçı xx.xx.1991-ci ildən xx.xx.1993-cü il tarixədək Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının humanitar məsələləri üzrə icra hakimiyyəti başçısının müavini vəzifəsində işləməsi sübut olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yaşa görə əmək pensiyası iki şərt: 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda; 2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Beləliklə də, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2567/2022 saylı qərarı dəyişdirilsin. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.