Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-227/2025 08.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və X7 ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxslər X19 və Göygöl rayonu Göygöl bələdiyyəsi) “üçüncü şəxsin adına tərtib edilmiş çıxarış üzrə aparılmış qeydin və həmin torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin qanunsuz sayılmasına dair qərar qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-340/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Xanlar (indiki Göygöl) rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 24 nömrəli qərarı ilə İddiaçı 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2005-ci il tarixli rəyində İddiaçı satılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsinin Aşıqlı bələdiyyəsinin mülkiyyətinə aid olması və KPİ torpaq sahəsi olması qeyd edilərək, satılması məqsədəuyğun hesab edilmişdir. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi və Aşıqlı bələdiyyəsinin nümayəndələri bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşlara satılmasını məqsədəuyğun hesab etmişlər. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 518250 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2005-ci il tarixdə 414 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına Torpağın mülkiyyətə verilməsinə dair JN-690A KOD 50803018 nömrəli şəhadətnamə tərtib edilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 175 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı Aşıqlı kəndində satılmış 0.12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-902/2021 nömrəli qərarı əsasında iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının aparılması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan sonuncunun verdiyi apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında baxılarkən əldə edilmiş xx.xx.2022-ci il tarixli 10/1089 nömrəli və xx.xx.2023-cü il tarixli 10/2584 nömrəli ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki: - xx.xx.2022-ci il tarixli ekspertiza rəyinə əsasən İddiaçı adına olan Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-690A (KOD ********) saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Sözügedən torpaq sahəsi faktiki vəziyyətdə digər vətəndaşın istifadəsində olmaqla hasara alınmış, üzərində fərdi yaşayış evi və həyət tikililəri inşa edilmişdir. X8 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN-688A (KOD ********) saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə həmçinin JN-690A (KOD ********) saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən etmək mümkün olmamışdır. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021- ci il tarixli **********05 reyestr nömrəli çıxarışla X16 adına qeydiyyata alınmış (JN-688A KOD 50803018 saylı şəhadətnamə əsasında ilkin qeydiyyatdan keçmiş torpaq sahəsi) və AA 576245 saylı **********05 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin iddiaçının iddia etdiyi JN-690A (KOD ********) saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. - xx.xx.2023-cü il tarixli ekspertiza rəyinə əsasən Aşıqlı Bələdiyyəsinin 10 iyun 2005ci il tarixli, 13 saylı qərarı ilə X12 ayrılmış 0.12 ha torpaq sahəsinə aid Bələdiyyənin yerquruluşunun sxematik planından 1:10000 miqyaslı çıxarışda ayrılan torpaq sahəsinin planlı yerləşməsi (ümumi ərazinin hansı hissəsində yerləşməsi) qeyd olunmadığından, X8 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN-688A (kod ********) saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Aşıqlı Bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli, 13 saylı qərarı ilə X12 ayrılmış 0,12 ha torpaq sahəsinə aid Bələdiyyənin yer quruluşunun sxematik planından 1:10000 miqyaslı çıxarışda ayrılan torpaq sahəsinin planlı yerləşməsi (ümumi ərazinin hansı hissəsində yerləşməsi) qeyd olunmadığından, X8 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN688A (kod ********) saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdə də həmin torpaq sahəsinin JN690A (KOD ********) saylı şəhadətnamə əsasında iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********05 reyestr nömrəli çıxarışla X16 adına qeydiyyata alınmış (JN-688A Kod 50803018 saylı şəhadətnamə əsasında ilkin qeydiyyatdan keçmiş torpaq sahəsi) və AA№576245 saylı, **********05 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin iddiaçının iddia etdiyi, JN-690A (Kod ********) saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Aşıqlı Bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli, 13 saylı qərarı ilə X12 ayrılmış 0.12 ha torpaq sahəsinə aid Bələdiyyənin yer quruluşunun sxematik planından 1:10000 miqyaslı çıxarışda ayrılan torpaq sahəsinin planlı yerləşməsi (ümumi ərazinin hansı hissəsində yerləşməsi) qeyd olunmadığından, X8 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN- 688A (kod ********) saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********05 reyestr nömrəli çıxarışla X16 adına qeydiyyata alınmış (AA5762245 saylı **********95 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan) torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan sonra İddiaçı Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair X16 adına xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-A- 00xx-xx/2023 nömrəli cavab məktubu iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı ilə X12 0.12 ha torpaq sahəsi ayrılmış, onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-688A KOD 50803018 saylı şəhadətnamə tərtib edilmişdir. X20 həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə X2, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli **********05 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X19 həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X6, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli **********05 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2020-ci il tarixli A№498308 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X28 həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X4, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********05 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2020-ci il tarixli AA№576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Bundan başqa, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı ilə X20 ilə yanaşı onun qardaşı X14 da 0.12 ha torpaq sahəsi ayrılaraq, onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-689A KOD 50803018 saylı şəhadətnamə tərtib edildiyindən və hər iki 0.12 ha torpaq sahəsi B nöqtəsindən C nöqtəsinədək qonşu olduğundan hərtərəfli və müqayisəli araşdırma (həm də mütəxəssis tədqiqatı) aparılması üçün həmin torpaq sahəsinə dair sənədlər də əldə edilərək, öyrənilmişdir. Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı ilə X9 0.12 ha torpaq sahəsi ayrılmış, onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-688A KOD 50803018 saylı şəhadətnamə tərtib edilmiş, həmin şəhadətnamə əsasında onun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli **********76 reyestr nömrəli çıxarış verilmiş və adına A№01220 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X22 həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə X3, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli **********76 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2015-ci il tarixli A№012023 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X23 həmin torpaq sahəsini xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X5, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli **********76 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2019-cu il tarixli A№395242 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçı sözügedən ərazidə faktiki istifadə sahəsi olmadığından, sualın cavablandırılması mümkün deyil. 2) X20 əraziyə keçirilən baxışda iştirak etmədiyindən sualın cavablandırılması mümkün deyildir. 3) X10 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli 082671 nömrəli X25 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli A 498308 nömrəli və X16 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli AA 576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən koordinatlar və 0.12 ha torpaq sahəsi eyni koordinatlar və eyni torpaq sahəsidir. Torpağın mülkiyyətə verilməsinə dair JN-688A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları, yuxarıda qeyd olunan plan və ölçü sənədlərində göstərilən 0.12 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir. 4) X22 əraziyə keçirilən baxışda iştirak etmədiyindən sualın cavablandırılması mümkn deyildir. 5) X9 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 12220 nömrəli, X11 adına tərtib edilmiş 11.012.2015-ci il tarixli A012023 nömrəli və X17 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A395242 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən koordinatlar və 0.12 ha torpaq sahəsi eyni koordinatlar və eyni torpaq sahəsidir. Torpağın mülkiyyətə verilməsinə dair JN-689A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları, yuxarıda qeyd olunan plan və ölçü sənədlərində göstərilən 0.12 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 12270/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, torpaq sahəsi özgəninkiləşdirildikdə yeni mülkiyyətçinin müraciəti əsasında onun adına çıxarış və plan və ölçü sənədi verilən zaman əvvəlki hüquq sahibinin adına tərtib edilmiş çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi Ərazi İdarəsi tərəfindən ləğv edilir. Yeni tərtib edilmiş plan və ölçü sənədi əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş plan və ölçü sənədinin koordinatları əsasında tərtib edilir. X38 və Xəritəçəkmə Komitəsi tərəfindən qüsurlu tərtib edilmiş plan və ölçü sənədlərinin hüquq sahibləri dəyişdikdə və ya mülkiyyətçinin təkrar müraciəti zamanı nöqsanların aradan qaldırılması məqsədi ilə yeni mülkiyyətçinin yaxud hazırki hüquq sahibinin, həmçinin Ərazi İdarəsinin (və ya bələdiyyə) əməkdaşlarının iştirakı ilə akt-sxem və ya məhkəmə qərarı əsasında plan və ölçü sənədlərinin koordinatlarında düzəlişlər edilə bilər. Çıxarış, eləcə də plan və ölçü sənədlərində edilmiş bütün dəyişikliklər Ərazi İdarəsinin elektron xəritə məlumatlarında öz əksini tapır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, DT və XK-nın Xanlar rayon şöbəsinin xx.xx.2005ci il tarixli plan və ölçüsündə göstərilən və ona məxsus Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə çıxarış verilməsi üçün X16 adına verilmiş xx.xx.2021-ci il tarixli 50803018 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aşıqlı Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli, 24 saylı qərarı əsasında ona satılmış, 0.12 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair JN-690A KOD ******* olan və 11868 nömrə ilə kitaba qeyd edilən şəhadətnamə almışdır. 2005-ci il tarixdə mövcud olan Dövlət Xəritəçəkmə komitəsinin müdiri vəzifəsində işləmiş A.Avazovun özünün imzası ilə təsdiq edilmiş torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü 690A kimi qeyd edilərək şəhadətnamədə öz əksini tapmışdır. Bunun əsasında torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması üçün 26 yanvar 2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin xx.xx.2021-ci il tarixli, **********29 saylı cavab bildirişində, torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçüləri arasında uyğunsuzluq olduğu və bu səbəbdən də ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Bu işlə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-902/2021 saylı qərarı ilə tələbi təmin edilmişdir. Lakin qərardan narazı qalan cavabdeh Gəncə Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Apellyasiya məhkəməsində ekspertiza təyin olunmuşdur. Ekspertin rəyinə əsasən JN-690A KOD ******* olan və 11868 nömrə ilə kitaba qeyd edilən şəhadətnamədə qeyd edilən koordinatlar faktiki olaraq üst-üstə düşür. İş üzrə 3-cü şəxs X21 verilmiş xx.xx.2021-ci il tarixli, **********05 reyestr nömrəli çıxarış da onun torpağı ilə üst üstə düşür. Lakin həmin çıxarışın verilməsinə əsas olmuş, X8 adına olmuş JN-688, KOD ******* saylı şəhadətnamə olsa da, bələdiyyənin yerquruluşu planından çıxarış olmadığı üçün ilkin sənədə əsasən onun yerini müəyyən etmək mümkün olmamışdır. Sonuncu iclasda hakim Əlizamin Abdullayev tərəfindən sorğu verilərək o sənədi əldə etmək mümkün olmuş və iş yenidən ekspertizaya göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkil olan nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair X16 adına xx.xx.2021-ci il tarixdə aparılmış reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair X16 adına tərtib edilmiş xx.xx.2020ci il tarixli AA576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X27 zəruri cəlbetmə qaydasında, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə Göygöl rayonu Aşıqlı bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-340/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin koordinatları X20 tərəfindən xx.xx.2015-ci il tarixdə X1 sonra sonuncunun adına xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilən zaman düzgün işlənilməmiş, bundan sonra həmin 0.12 ha torpaq sahəsi digər şəxslərə (təkrar alqı-satqılar zamanı) satılarkən də eyni koordinatlar üzrə işlənilərək, Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Yəni, üçüncü şəxs X16 adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş plan və ölçü sənədinin koordinatları əsasında tərtib edilmişdir. Hansı ki, X28 onun adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli A498308 nömrəli plan-ölçü sənədində əks olunmuş torpaq sahəsini X4 və sonuncuya plan-ölçü sənədi əvvəlki mülkiyyətçinin plan-ölçüsündə əks olunmuş koordinatlar üzrə tərtib edilərək, torpaq sahəsi naturada təhvil verilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində faktiki sahibliyi və istifadəsi olmadığından o, bu illər ərzində koordinatların düzgün işlənilməməsindən məlumatsız olmuş, yalnız hüquqlarının dövlət qeydiyyatı ilə bağlı məhkəmə icraatı çərçivəsində X16 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi məlum olmuşdur. Lakin üst-üstə düşmə halı (koordinatların düzgün işlənilməməsi) halı X27 torpaq sahəsini alqı-satqı qaydasında əldə edərkən və onun adına çıxarış və plan-ölçü sənədi tərtib edilərkən deyil, ondan daha əvvəllər (X20 tərəfindən xx.xx.2015-ci il tarixdə X1 sonra sonuncunun adına xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilən zaman) mövcud olmuşdur. Məhkəmə hesab edib ki, X16 dövlət orqanın verdiyi sənədlərə etimad hüququ olmuşdur. O, torpaq sahəsini alan zaman yalnız əvvəlki mülkiyyətçinin sənədlərindən xəbərdar olmuşdur və onun ondan daha əvvəlki mülkiyyətçilərin sənədlərinin düzgün işlənilməməsini bilməsi mümkün deyildi. İddiaçı tərəf də üçüncü şəxsin torpaq sahəsini əldə edərkən özgəninkiləşdirənin (X25) adına qeydə alınmış hüquqa dair qeydin yaxud plan-ölçü sənədinin qeyri-dəqiq olduğunu bildiyini sübuta yetirə bilməmişdir. Hazırkı mübahisənin faktiki halları üzrə isə X16 adına xx.xx.2020-ci il tarixdə verilmiş AA 576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi ilə bağlı cavabdeh orqanın hərəkətlərinə X16 etimad hüququnun qorunması məhkəmə tərəfindən müdafiə edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardan göründüyü kimi məhkəmə iddianı rədd edərkən 2 əsasa istinad etmişdir: X16 dövlət orqanın verdiyi sənədlərə etimad hüququnun olması və reyestrin həqiqiliyi prezumpsiyası. Bununla bağlı qeyd etmək istəyir ki, o, X21 yox, onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz və əsassız olaraq mübahisəli plan ölçü sənədi tərtib etmiş inzibati orqana qarşı iddia qaldırmışdır. Qeyd edir ki, məhkəmənin istinad etdiyi qanunvericilik normalarının və Konstitusiya Məhkəməsinin qərarlarının hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Belə ki, reyestr xidməti qanunsuz plan ölçü sənədini tərtib edərkən inzibati akt qəbul etməmişdir. Plan ölçü sənədi də özlüyündə inzibati akt deyil. Orqanın faktiki xarakterli hərəkəti nəticəsində tərtib olunmuş texniki sənəddir və bu hərəkət nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Məhkəmənin əsaslandırmasına diqqət etsək belə nəticəyə gəlmək olar ki, o, icra hakimiyyətinə qarşı sərəncamın ləğvi tələbinə dair iddia qaldırmış olsaydı, onda məhkəmə yenə də üçüncü şəxsin etimad hüququna istinad edib iddianı rədd edərdi. Yəni qərarda yazılan bu absurd və heç bir məntiqə sığmayan qənaət faktiki olaraq onun hüququnun kobud formada pozulmasına gətirib çıxardır. Məhkəmə elə bil mülki işə baxıb və üçüncü şəxsi faktiki cavabdeh kimi qəbul edib və reallıqda ona qarşı "iddianı" rədd edib. Yuxarıda qeyd olunanların qısa xülasəsi olaraq qeyd etmək istəyir ki, hazırki iddia tələbi üzrə məhkəmə düzgün nəticəyə gəlməmiş, iddianı rədd edərkən üçüncü şəxsin plan ölçü sənədinin əvvəlki plan ölçü sənədlərinə əsasən tərtib edilməsini reyestrin həqiqiliyi prezumpsiyasına uyğun olaraq onun etimad hüququnun qorunmalı olduğunu əsas gətirmişdir. Halbuki işin araşdırılmış halları ilə həqiqətən də üçüncü şəxsin plan ölçü sənədinin düzgün tərtib olunmadığı müəyyən olunmuş, məhkəmə əsaslandırma hissəsində özü də bunu təsdiqləmiş, lakin axır nəticədə bu mübahisəyə heç bir aidiyyəti olmayan normalara istinad etməklə iddianı rədd etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-12270/2024 nömrəli cavab məktubunda da bildirilmişdir ki, torpaq sahəsi özgəninkiləşdirildikdə yeni mülkiyyətçinin müraciəti əsasında onun adına çıxarış və plan və ölçü sənədi verilən zaman əvvəlki hüquq sahibinin adına tərtib edilmiş çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi Ərazi İdarəsi tərəfindən ləğv edilir. Yeni tərtib edilmiş plan və ölçü sənədi əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş plan və ölçü sənədinin koordinatları əsasında tərtib edilir. X38 və Xəritəçəkmə Komitəsi tərəfindən qüsurlu tərtib edilmiş plan və ölçü sənədlərinin hüquq sahibləri dəyişdikdə və ya mülkiyyətçinin təkrar müraciəti zamanı nöqsanların aradan qaldırılması məqsədi ilə yeni mülkiyyətçinin yaxud hazırki hüquq sahibinin, həmçinin Ərazi İdarəsinin (və ya bələdiyyə) əməkdaşlarının iştirakı ilə akt-sxem və ya məhkəmə qərarı əsasında plan və ölçü sənədlərinin koordinatlarında düzəlişlər edilə bilər. Göründüyü kimi cavabdeh də qüsurlu plan ölçü sənədinin koordinatlarında dəyişiklik edilməsi və ləğvinin mümkün olmasını bildirmişdir. Nəzərə alsaq ki, torpaq sahəsi özgəninkiləşdirildikdə yeni mülkiyyətçinin müraciəti əsasında onun adına çıxarış və plan və ölçü sənədi verilən zaman əvvəlki hüquq sahibinin adına tərtib edilmiş çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi Ərazi İdarəsi tərəfindən ləğv edilir, onda hazırki üçüncü şəxsin adına olan plan ölçü sənədi qüvvədə olduğundan və onun sənədinin tərtib edilməsinə əsas olmuş plan ölçü sənədləri cavabdeh inzibati orqanın özü tərəfindən ləğv edildiyi üçün əvvəlki plan ölçülərin ləğvinə artıq ehtiyac qalmamışdır. Cavabdeh yalnız sonuncu, yəni üçüncü şəxsə məxsus sənədi ləğv etməli və ilkin torpaq ayırma sənədlərinə uyğun plan ölçü sənədi tərtib etməklə onun mülkiyyətinə qanunsuz hərəkətlər ilə olan müdaxiləyə son qoyulmasına nail olmalıdır. Yox əgər əvvəlki sənədlər ləğv edilmədən hazırki plan ölçü sənədinin ləğvi mümkün olmadığı halda isə məhkəmə bu halı müəyyən etdikdən sonra İPM-nin 13-cü maddəsinə əsasən hüquqi marağını nəzərə alaraq ona əvvəlki sənədləri də mübahisələndirməli olduğu barədə yardım etməli idi. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(104)-227/2025 saylı qərardadı ilə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilərək iddia tələbi “0.12 ha torpaq sahəsi üzərində X10 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli **********05 reyestr nömrəli çıxarış üzrə aparılmış qeydin və həmin torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli, 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin qanunsuz sayılmasına dair qərar qəbul edilməsi” tələbinə dəyişdirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(104)-227/2025 saylı qərardadı ilə X18 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(104)-227/2025 saylı qərardadı ilə X19 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(104)-227/2025 saylı qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin hüquq varisi kimi tanındı. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(104)-227/2025 saylı qərardadı ilə Göygöl rayon Aşıqlı Bələdiyyəsinin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(104)-227/2025 saylı qərardadı ilə Göygöl rayon Göygöl Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. ...
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ...
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət ... 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. ... 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: ... 3.0.11. hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.24. tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək;
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”
3. DƏDKR-in vəzifələri və hüquqları ... 3.1.29. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək; ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması” qaydaları: Bu Qaydalar “Dövlət torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və torpaq-kadastr sənədlərinin aparılması qaydalarını müəyyən edir.
1. Azərbaycan Respublikasında dövlət torpaq kadastrını formalaşdıran vahid torpaqkadastr sənədləri sistemi tətbiq edilir.
2. Vahid torpaq-kadastr sənədləri sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlər hüquqi torpaq-kadastr sənədləri hesab olunur.
4. Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə aparılan aşağıdakı sənədlər texniki kadastr sənədləri hesab edilir: torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlərin qeydiyyat kitabları, planxəritə materialları, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri üzrə uçotunun illik hesabat formaları, cədvəlləri və jurnalları; şəhərsalma kadastrının məlumatları və materialları nəzərə alınmaqla, torpaq sahələrinin ölçülərini, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən kənd, qəsəbə, rayon, şəhər, Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikası üzrə torpaq-kadastr kitabları və xəritələri.
5. Vahid torpaq kadastr sənədləri sistemini tamamlayan digər texniki sənədləri, arayışları və formaları Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təsdiq edir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti torpağın mülkiyyətə, daimi və müvəqqəti istifadəyə verilməsi haqında səlahiyyətli orqanlar tərəfindən qəbul edilmiş qərar əsasında qanunvericiliklə müəyyən edilmiş formada sənədləri hazırlayır.
14. Bu sənədlər qeydiyyatdan keçirilərək torpaq mülkiyyətçisinə və istifadəçisinə verilmək üçün müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə təqdim olunur.
15. Hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilən torpaq sahələrini yer üzərində (naturada) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti mərzlərlə ayırırlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında” Əsasnamə: Bənd 2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Bənd 3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Bənd 4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: -qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: -mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; -mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; -məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; -torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; -istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; -torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; -torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. -Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Xanlar (indiki Göygöl) rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 24 nömrəli qərarı ilə ona satılmış və torpaq sahəsinə dair onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-690A KOD 50803018 nömrəli şəhadətnamə tərtib edilmiş 0.12 ha torpaq sahəsi üzərində X10 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli **********05 reyestr nömrəli çıxarış üzrə aparılmış qeydin və həmin torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli, 82671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin qanunsuz sayılmasına nail olmaqdan ibarətdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Xanlar (indiki Göygöl) rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 24 nömrəli qərarı ilə İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2005-ci il tarixli rəyində İddiaçı satılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsinin Aşıqlı bələdiyyəsinin mülkiyyətinə aid olması və KPİ torpaq sahəsi olması qeyd edilərək, satılması məqsədəuyğun hesab edilmişdir. Ayrılan 0.12 ha torpaq sahəsinə dair bələdiyyənin yerquruluşu planından çıxarış tərtib edilərək, torpaq sahəsinin yerləşmə yeri göstərilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 518250 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2005-ci il tarixdə 414 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına Torpağın mülkiyyətə verilməsinə dair JN-690A KOD 50803018 nömrəli şəhadətnamə tərtib edilmişdir. Digər tərəfdən Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı ilə X12 0.12 ha torpaq sahəsi ayrılmış, onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-688A KOD 50803018 saylı şəhadətnamə tərtib edilmişdir. X20 həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə X2, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli **********05 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X19 həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X6, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli **********05 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2020-ci il tarixli A№498308 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X28 həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X4, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********05 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2020-ci il tarixli AA№576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-902/2021 nömrəli qərarı əsasında iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının aparılması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuş və həmin qərardan sonuncunun verdiyi apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında baxılarkən əldə edilmiş xx.xx.2022-ci il tarixli 10/1089 nömrəli və xx.xx.2023-cü il tarixli 10/2584 nömrəli ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçının adına qeydə aldırmaq istədiyi torpaq sahəsi X16 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bundan sonra İddiaçı cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair X16 adına xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, X10 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli 082671 nömrəli X25 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli A498308 nömrəli və X16 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli AA576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən koordinatlar və 0.12 ha torpaq sahəsi eyni koordinatlar və eyni torpaq sahəsidir. Torpağın mülkiyyətə verilməsinə dair JN-688A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları, yuxarıda qeyd olunan plan və ölçü sənədlərində göstərilən 0.12 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir. X22 əraziyə keçirilən baxışda iştirak etmədiyindən sualın cavablandırılması mümkün deyildir. X9 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 12220 nömrəli, X11 adına tərtib edilmiş 11.012.2015-ci il tarixli A 012023 nömrəli və X17 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A 395242 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən koordinatlar və 0.12 ha torpaq sahəsi eyni koordinatlar və eyni torpaq sahəsidir. Torpağın mülkiyyətə verilməsinə dair JN-689A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları, yuxarıda qeyd olunan plan və ölçü sənədlərində göstərilən 0.12 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclası zamanı rəyi vermiş mütəxəssis Sevindik Həsənov məhkəmə iclasında dinlənilmiş və o, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-688A KOD 50803018 saylı, JN-689A KOD 50803018 saylı və JN-690A KOD 50803018 saylı şəhadətnamələrdə torpaq sahəsinin koordinatları əks olunmasa da, bələdiyyələrin kompleks yerquruluşu layihəsində (DWG xəritə materiallarında) şəhadətnamələrin yerləşmə yeri onların xəritə nömrələrinə uyğun işlənildiyindən və koordinatlar mövcud olduğundan tədqiqatı həmin xəritə məlumatları əsasında apararaq, müəyyən etmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-690A KOD 50803018 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatları hazırda X16 faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsinin koordinatları ilə tamamilə üst-üstə düşür. Həmin torpaq sahəsinin koordinatları X20 tərəfindən xx.xx.2015-ci il tarixdə X1 sonra sonuncunun adına xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilən zaman düzgün işlənilməmişdir. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı ilə X12 ayrılmış 0.12 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə X1 sonra sonuncunun adına xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilən zaman koordinatlar düzgün işlənilməmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-690A KOD 50803018 nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatlarının üzərinə işlənilmişdir. Bundan sonra həmin (Torpağın mülkiyyətə verilməsinə dair JN-689A KOD 50803018 nömrəli şəhadətnamədə əks olunan) 0.12 ha torpaq sahəsi digər şəxslərə (təkrar alqı-satqılar zamanı) satılarkən də eyni koordinatlar üzrə işlənilərək Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçıya məxsus torpaq sahəsi üzrə koordinatları səhv işləməklə həmin sahəyə dair üçüncü şəxs – X10 hüquqlarını dövlət qeydiyyatına almış və bunun əsasında adına yanlış plan və ölçü sənədi tərtib etmişdir. Nəticədə iddiaçıya məxsus torpaq sahəsi üzərində hüquqlar əsassız olaraq başqa şəxsin adına rəsmiləşdirilmiş, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Belə olan halda, cavabdeh tərəfindən üçüncü şəxs X10 adına xx.xx.2016-cı il tarixli **********05 reyestr nömrəli çıxarış üzrə aparılmış qeyd və həmin torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi zamanı səhvə yol verilməsi iş materialları ilə sübut olunduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.2-ci maddəsinə uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına qeydiyyat orqanının vəzifəli şəxslərinin cavabdeh olduğu nəzərə alındıqda, iddiaçı hazırkı məzmunda tələb irəli sürməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 0.12 ha torpaq sahəsi üzərində üçüncü şəxs X10 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli **********05 reyestr nömrəli çıxarış üzrə aparılmış qeyd və həmin torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli, 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi qanunsuz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-340/2024 saylı qərarı ləğv edilsin. Yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilsin. 0.12 ha torpaq sahəsi üzərində üçüncü şəxs X10 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli **********05 reyestr nömrəli çıxarış üzrə aparılmış qeyd və həmin torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2016-cı il tarixli, 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi qanunsuz sayılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.