Məhkəmə qərarları › İş №2-1(104)-23/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-23/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-23/2024 15.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ X6 İnzibati kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri X4, X3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan qeyri-yaşayış obyektinə yeni çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(114)-286/2022 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Cavabdeh inzibati orqanın imtinası: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 12 aprel 2021-ci il tarixli, **********42 nömrəli imtinasından görünür ki, əmlaka dair hüqumüəyyənedici sənədlərin əslləri ərazi idarəsinə təhvil verilmədiyindən və əlavə tikilələrə dair sənədlər ərizəyə əlavə edilmədiyindən müraciətin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMC Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Göygöl rayonu, H.Əliyev prospekti 1a ünvanında yerləşən və 10 iyun 2005-ci il tarixli, 278 saylı qeydiyyat vəsiqəsi əsasında İddiaçı MMC-nin mülkiyyətdə olan qeyri-yaşayış obyektinə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, H.Əliyev prospekti 1a ünvanında yerləşən bina 10 iyun 2005-ci il tarixli, 278 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan qeydiyyat vəsiqəsi əsasında həmin qeyri-yaşayış sahəsinə yeni çıxarışın verilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqan hüqumüəyyənedici sənədlərin əsllərinin ərazi idarəsinə təhvil verilmədiyini və əlavə tikilələrə dair sənədlər ərizəyə əlavə edilmədiyini əsas gətirmişdir. Çıxarışın verilməsindən əsassız və qanunsuz olaraq imtina edilmişdir. Belə ki, onların müraciəti əlavə tikiliyə çıxrışın verilməsi ilə bağlı deyil, mövcud qeydiyyat vəsiqəsinin çıxarışla əvəz olunması olmuşdur. Buna görə də iddia tələbinin təmin olunması xahiş olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-286/2022 nömrəli qərarı (hakim F.Hüseynov) ilə iddia təmin edilərək, 10 iyun 2005-ci il tarixli, 278 saylı Qeydiyyat vəsiqəsi əsasında İddiaçı MMC-nin mülkiyyətdə olan Göygöl rayonu, H.Əliyev prospekti 1a ünvanında yerləşən qeyri-yaşayış obyektinə çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İşdə olan sübutlar: Xanlar rayon X2 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 10 iyun 2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Xanlar rayonu, H.Əliyev prospekti, 1a ünvanında yerləşən qeyri-yaşayış binası bütövlükdə iddiaçının adına 09 nömrəli reyestr kitabında 29-cu səhifədə 116 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İnventar nömrəsi 278-dir. Qeyri-yaşayış binasının 3 may 2005-ci il tarixli Texniki pasportuna əsasən Xanlar rayonu, H.Əliyev prospekti, 1a ünvanında yerləşən qeyri-yaşayış binasının sahibi olaraq iddiaçı qeyd olunmuşdur. Texniki pasportun verilməsinə əsas "xxxx" ASC-nin 30 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi və 07 aprel 2005-ci il tarixli təhvil-təslim aktıdır. İddiaçı qeyd edilən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 16 fevral 2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 01 aprel 2022-ci il tarixli, **********21 nömrəli məktubunda qeyd edilmişdir ki, arxiv qovluğunda texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin surəti mövcuddur və iddiaçının adına verilmiş xx.xx.2005-ci il tarixli, 9/116 nömrəli qeydiyyat vəsiqəsi “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatı kitabı”nda qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.52022-ci il tarixli, **********56 saylı məktubunda Göygöl şəhəri, H.Əliyev prospekti, 1A ünvanında yerləşən qeyri- yaşayış binasına dair xx.xx.2005-ci il tarixdə tərtib edilmiş texniki pasport üzrə qeyd olunmuş sahələrlə faktiki vəziyyət üzə aşkar olunmuş uyğunsuzluğa dair geniş məlumatın məhkəməyə göndərilməsi barədə 13 may 2022-ci il tarixli ********** saylı məktuba Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış, əmlak kompleksi kimi müəssisə ilə bağlı xx.xx.2021-ci il tarixdə aparılan müayinə baxışı zamanı əlavə tikinti işlərinin aparıldığı, həmin tikililərə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığı müəyyən edilmişdir. xx.xx.2005-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən Liter “A” inzibati bina ümumi sahəsi 777.1 kvm, Liter “B” məişət korpusu 129.0 kvm, Liter “V” məişət korpusu (yarımçıq) 189 kvm, 189.4 kv.m, liter “Q” gözətçi otağı 25.6 kv.m, liter “O” anbar 1587.8 kv.m, liter “F” texniki anbar 549.6 kv.m, liter “İ” gipsolit sexi 1068.6 kv.m, liter “D” gözətçi otağı 20.8 kv.m, liter “L” tranformator binası 48.8 kv.m, liter “N” emalatxana 792.7 kv.m, liter “M” emalatxana 1544.6 kv.m, liter “P” istehsalat binası 126.1 kv.m, liter “K” qazanxana 111.2 kv.m, “İ” hovuz 78.0 kv.m, “İİ” ayaq yolu 4.5 kv.m olması müəyyən edilsə də, əmlaka müayinə baxışı keçirilən zamanı Liter “A” inzibati binanın ümumi sahəsinin 837.6 kv.m, Liter “B” məişət korpusunun 302.4 kv.m; Liter “V” məişət korpusunun (yarımçıq) 284.0 kv.m, liter “Q” gözətçi otağının 21.3 kv.m, liter “O” anbarın 1485.1 kv.m, liter “F” texniki anbarın 567.8 kv.m, liter “İ” gipsolit sexinin sökülməsi, liter “D” gözətçi otağının 14.1 kv.m, liter “L” transformator binası 35.0 kv.m, liter “N” emalatxananın 792.7 kv.m, liter "M" emalatxananın 1695.7 kv.m, liter “P” istehsalat binası sökülməsi, liter “K” qazanxananın 114.2 kv.m, “İ” hovuz 78.0 kv.m, “İİ” ayaq yolu 2.2 kv.m olması, həmçinin gözətçi otağı 15.5 kv.m, qazanxana 21.3 kv.m, qazanxana 18.9 kv.m. gözətçi otağı 8.4 kv.m, talvar 21.2 kv.m, talvar 112.5 kv.m, talvar 42.4 kv.m, talvar 250.2 kv.m, talvar 312.0 kv.m, Liter “M” emalatxananın 151.0 kv.m hissəsinin icazəsiz tikililər olmaqla sonrdan inşa edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2024-cü il tarixli, 10/7246 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC-yə məxusus, Göygöl rayonu, H.Əliyev prospekti 1 A ünvanında yerləşən, xx.xx.2005-ci il tarixli qeyri-yaşayış binasının Texniki pasportunda göstərilən “A” literli inzibati bina ümumi sahəsi 985,6 kv.m (İ mərtəbə 492,8 kv.m və İİ mərtəbə 492,8 kv.m), “B” literli məişət korpusu ümumi sahəsi (İ mərtəbə 129 kv.m və İİ mərtəbə 129 kv.m) 258,0 kvm, “V” literli məişət korpusu (yarım tikili) sahəsi 189,4 kv.m, “Q” literli gözətçi otağı sahəsi 25,6 kv.m, “O” literli anbar sahəsi 1587,8 kv.m, “F” literli texniki anbar 549,6 kv.m, “İ” literli gipsolit sexi sahəsi 1068,6 kv.m, “D” literli gözətçi otağı 20,8 kv.m, “L” literli transformotor binası 48,8 kv.m, “N” literli emalatxana (yarım tikili) 792,7 kv.m, “M” literli ağac emalatxanası (yarım tikili) 1544,6 kv.m, “P” literli istehsalat binası (yarım tikili) 126,1 kv.m, “K” literli qazanxana 111,2 kv.m, “İ” literli hovuz 78,0 kv.m və “Q” literli 4,5 kv.m ayaq yoludan ibarət tikililər faktiki olaraq mövcud olduğu və həmin tikililərin ölçülərinin texniki pasportda qeyd olunan ölçülərlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2024-cü il tarixli, 10/7246 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC-yə məxusus, Göygöl rayonu, H.Əliyev prospekti 1 A ünvanında yerləşən tikililərin ölçüləri texniki pasportun məlumatları ilə eynilik təşkil etdiyindən qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-286/2022 nömrəli qərarından narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatı üçün əsaslar və məlumatlar məhkəməyə düzgün təqdim edilməmişdir, Bu hal MM-nin 139-1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8,9,10-cu maddələrinin tələblərinə zidd olmuşdur. Ərazi İdarəsinin arxiv qovluğunda 10 iyun 2005-ci il tarixli 278 saylı qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin yalnız surətlərinin olduğu, əsillərinin Ərazi idarəsinə təhvil verilmədiyi, həmçinin, əmlak kompleksi ilə bağlı ölçmə işləri aparılarkən əlavə tikinti işlərinin aparıldığı, həmin tikililərə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığı müəyyən edilmiş, daxil olmuş sənədlərlə bəyan olunmuş hüquqlar arasında ziddiyyətlərin olması aşkar edilmişdir. Apellyasiya instansiyasında birinci icraat: Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(104)-234/2022 saylı qərarı ilə (sədrlik edən və məruzəçi X7, hakimlər X8 və X10 ibarət tərkibdə) apelyasiya şikayətinin təmin edilməməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-286/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(104)-234/2022 saylı qərarından narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi kassasiya şikayəti vermişdir. Kassasiya instansiyasında icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(102)- 1738/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2- 1(104)-234/2022 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişi: Azərbaycan Respublikası Ali Məhkəməsi 25 oktyabr 2022-ci il tarixli, 2-1(102)- 1738/2022 saylı qərarında qeyd etmişdir ki, hazırda iddiaçıda olan qeydiyyat vəsiqəsinə və onun əsasında tərtib edilmiş xx.xx.2005-ci il tarixli texniki pasporta əsasən qeydə alınmış daşınmaz əmlakın bir hissəsi sökülmüşdür, yəni mövcud deyildir. Belə olan halda, mövcud olmayan daşınmaz əmlaka dair hüquqların qeydə alınması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması daşınmaz əmlakın dövlət reyestrinə dair qanunvericiliyə və daşınmaz əmlakın texniki göstəricilərinin müəyyən edilməsi qaydalarına zidd olmuşdur. Mübahisələndirilən daşınmaz əmlaka dair xx.xx.2005-ci il tarixdə tərtib olunmuş texniki pasportda qeyd edilən göstəricilər ilə faktiki göstəricilərin uyğun gəlməməsi cavabdehin apellyasiya şikayətinin dəlillərində qeyd olunsa da, apellyasiya instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X11 izahat verib bildirmişdir ki, onların tələbləri köhnə qeydiyyat vəsiqəsi üzrə hüquqların təkrar qeydə alınmasıdır, yalnız texniki pasportda qeyd olunan sahə üzrə hüquqların qeydə alınmasını xahiş edirlər. İddiaçının nümayəndəsi isə hazırda imtinadan kənar mülahizə irəli sürməklə bəzi tikililərin yarımçıq tikili olmasını iddia edir. Halbuki, onların imtinalarının əsası bu olmamışdır. Ola bisin ki, bir binanın damı mövcud olmadığında yarım tikili kimi qeyd olunubdur. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə isə İddiaçı MMC-yə məxusus, Göygöl rayonu, H.Əliyev prospekti 1 A ünvanında yerləşən tikililərin ölçüləri texniki pasportun məlumatları ilə eynilik təşkil etməsi təsdiq olunmuşdur. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X9 izahat verib bildirmişdir ki, onlar qeydiyyat vəsiqəsində və texniki pasportlarında qeyd olunan tikililərə dair çıxarış verilməsini xahiş etmişlər. Əlavə tikili mövcuddursa və ya mövcud tikili məhv olmuşsa həmin tikililərə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etməmişlər. Buna görə də apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmçinin məhkəmədən qərar qəbul edilərkən Aqro-Azərinvest” MMC-yə məxusus, Göygöl rayonu, H.Əliyev prospekti 1 A ünvanında yerləşən, xx.xx.2005-ci il tarixli qeyri-yaşayış binasının Texniki pasportunda göstərilən bir neçə tikilinin yarımçıq tikili olmasının nəzərə alınmasını xahiş edir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 17.1. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi:

2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(114)-286/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, Xanlar rayon X2 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 10 iyun 2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Xanlar rayonu, H.Əliyev prospekti, 1a ünvanında yerləşən qeyriyaşayış binası bütövlükdə iddiaçının adına 09 nömrəli reyestr kitabında 29-cu səhifədə 116 reyestr, 278 inventar nömrəsi ilə qeydiyyata alınmış və qeyri-yaşayış binalarından ibarət obyektin 03 may 2005-ci il tarixli Texniki pasportu tərtib edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.52022-ci il tarixli, **********56 saylı məktubunda qeyd etmişdir ki, xx.xx.2005-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən Liter “A” inzibati bina ümumi sahəsi 777.1 kvm, Liter “B” məişət korpusu 129.0 kvm, Liter “V” məişət korpusu (yarımçıq) 189 kvm, 189.4 kv.m, liter “Q” gözətçi otağı 25.6 kv.m, liter “O” anbar 1587.8 kv.m, liter “F” texniki anbar 549.6 kv.m, liter “İ” gipsolit sexi 1068.6 kv.m, liter “D” gözətçi otağı 20.8 kv.m, liter “L” tranformator binası 48.8 kv.m, liter “N” emalatxana 792.7 kv.m, liter “M” emalatxana 1544.6 kv.m, liter “P” istehsalat binası 126.1 kv.m, liter “K” qazanxana 111.2 kv.m, “İ” hovuz 78.0 kv.m, “İİ” ayaq yolu 4.5 kv.m olması müəyyən edilsə də, əmlaka müayinə baxışı keçirilən zamanı Liter “A” inzibati binanın ümumi sahəsinin 837.6 kv.m, Liter “B” məişət korpusunun 302.4 kv.m; Liter “V” məişət korpusunun (yarımçıq) 284.0 kv.m, liter “Q” gözətçi otağının 21.3 kv.m, liter “O” anbarın 1485.1 kv.m, liter “F” texniki anbarın 567.8 kv.m, liter “İ” gipsolit sexinin sökülməsi, liter “D” gözətçi otağının 14.1 kv.m, liter “L” transformator binası 35.0 kv.m, liter “N” emalatxananın 792.7 kv.m, liter "M" emalatxananın 1695.7 kv.m, liter “P” istehsalat binası sökülməsi, liter “K” qazanxananın 114.2 kv.m, “İ” hovuz 78.0 kv.m, “İİ” ayaq yolu 2.2 kv.m olması, həmçinin gözətçi otağı 15.5 kv.m, qazanxana 21.3 kv.m, qazanxana 18.9 kv.m. gözətçi otağı 8.4 kv.m, talvar 21.2 kv.m, talvar 112.5 kv.m, talvar 42.4 kv.m, talvar 250.2 kv.m, talvar 312.0 kv.m, Liter “M” emalatxananın 151.0 kv.m hissəsinin icazəsiz tikililər olmaqla sonrdan inşa edilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdehin nümayəndəsinə xx.xx.2005-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstəricilərin, əmlaka müayinə baxışı keçirilən zamanı müəyyən edilmiş göstəricilərdən fərqli olmasının hansı sənədlə müəyyən edilməsi, buna dair hər hansı bir cizgi-planın tərtib edildiyi təqdirdə məhkəməyə təqdim edilməsi təklif olunsa da cavabdeh inzibati orqan xx.xx.52022-ci il tarixli, **********56 saylı məktubunda müayinə zamanı qeyd olunan göstəricilərin məhz hansı sənəd əsasında müəyyən edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məsələn, cavabdeh inzibati orqan xx.xx.52022-ci il tarixli, **********56 saylı məktubunda xx.xx.2005-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən Liter “A” inzibati binanın ümumi sahəsinin 777.1 kvm. olması göstərildiyi halda müayinəsinə görə həmin tikili 837.6 kv.m olduğunu qeyd etmişdir. Lakin, cavabdeh inzibati orqan 837,6 kvadratmetr sahədn ibarət tikilinin ölçülərinin hansı qaydada olması ilə bağlı müvafiq cizgi-plan təqdim edə bilməmişdir. Hərçənd ki, xx.xx.2005-ci il tarixdə tərtib edilmiş texniki pasportda “A” inzibati binanın ümumi sahəsinin 777.1 kvm olması qeyd olunmamışdır. Texniki paslportda həmin tikilinin birinci və ikinci mərtəbələrdən ibarət olması və hər mərtəbənin 498.2 kv.m olması göstərilmişdir. Bundan başqa Liter “B” məişət korpusu texniki pasportda (İ mərtəbə 129 kv.m və İİ mərtəbə 129 kv.m) 258,0 kvm göstərilsə də cavabdeh inziabti orqan müayinə zamanı həmin tikilinin 302.4 kv.m olmasnı müəyyən etmiş, lakin həmin fərqi hansı əsasla müəyyən etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İnzibati orqan bu kimi fərqlərin digər tikililərdə də olmasını iddia etmişdir. Buna görə də, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(102)- 1738/2022 saylı qərarında verilən göstərişə əsasən məhkəmə kollegiyası tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilərək, ekspert qarşısında Aqro-Azərinvest” MMC-yə məxusus, Göygöl rayonu, H.Əliyev prospekti 1 A ünvanında yerləşən, xx.xx.2005-ci il tarixli qeyri-yaşayış binasının Texniki pasportunda göstərilən tikililərin faktiki olaraq mövcud olub-olmaması, mövcud olduğu təqdirdə həmin tikililərin texniki pasportdakı ölçülərlə eynilik təşkil edib-etməməsinə, eynilik təşkil etmədiyi təqdirdə eynilik təşkil etməyən ölçünün nə qədər olması və səbəbi (sökülmə, əlavə inşa, texnili pasportda mexaniki yalnışlıq və dair səbəblərdən) ilə bağlı sual qoyulmuş və əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2024-cü il tarixli, 10/7246 saylı ekspert rəyi ilə İddiaçı MMC-yə məxusus, Göygöl rayonu, H.Əliyev prospekti 1 A ünvanında yerləşən, xx.xx.2005-ci il tarixli qeyri-yaşayış binasının Texniki pasportunda göstərilən “A” literli inzibati bina ümumi sahəsi 985,6 kv.m (İ mərtəbə 492,8 kv.m və İİ mərtəbə 492,8 kv.m), “B” literli məişət korpusu ümumi sahəsi (İ mərtəbə 129 kv.m və İİ mərtəbə 129 kv.m) 258,0 kvm, “V” literli məişət korpusu (yarım tikili) sahəsi 189,4 kv.m, “Q” literli gözətçi otağı sahəsi 25,6 kv.m, “O” literli anbar sahəsi 1587,8 kv.m, “F” literli texniki anbar 549,6 kv.m, “İ” literli gipsolit sexi sahəsi 1068,6 kv.m, “D” literli gözətçi otağı 20,8 kv.m, “L” literli transformotor binası 48,8 kv.m, “N” literli emalatxana (yarım tikili) 792,7 kv.m, “M” literli ağac emalatxanası (yarım tikili) 1544,6 kv.m, “P” literli istehsalat binası (yarım tikili) 126,1 kv.m, “K” literli qazanxana 111,2 kv.m, “İ” literli hovuz 78,0 kv.m və “Q” literli 4,5 kv.m ayaq yoludan ibarət tikililərin faktiki olaraq mövcud olduğu və həmin tikililərin ölçülərinin texniki pasportda qeyd olunan ölçülərlə eynilik təşkil etdiyi müəyyən edilmişdir ki, bununla da cavabdeh inzibati orqanın qeyd etdiyi dəlillərin əsassız olması sübuta yeririlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeydiyyat vəsiqəsi subyektin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəddir ki, həmin sənədin həqiqiliyinə hər hansı bir şöbhə də olmamışdır. Qanunvericilikdə hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında və siyahısı qanunla müəyyən edilən sənədlərin təqdim olunması ilə aparılır və iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədi inzibati orqana təqdim etmişdir. Qeydiyyat vəsiqəsinin verilməsinə dair təqdim edilən sənədlərdən ibarət qovluqda sənədlərin əslinin olmaması subyekt olaraq mülkiyyətçinin deyil, qeydiyyatı həyata keçirən qeydiyyat orqanın hərəkətlərinin faktiki nəticəsi hesab olunur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın əmlak kompleksindən kənar və ya əlavə tikililərin olması, o cümlədən bəzi əmlakların mövcud olmaması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçının tələb həddi 10 iyun 2005-ci il tarixdə verilmiş 278 saylı qeydiyyat vəsiqəsi ilə tanınan mülkiyyət hüququnun hədləri ilə müəyyən olunmuşdur. İddiaçı qeydiyyat vəsiqəsi ilə mülkiyyətinin tanındığı əmlakdan əlavə sonradan əlavə tikililər olsa, o cümlədən mövcud olmuş tikililər sökülərək məhv edilsə belə tələbin predmetinə həmin tikililər aid olmamışdır. Buna görə də cavabdeh inzibati orqanın Aqro- Azərinvest” MMC-yə məxusus, Göygöl rayonu, H.Əliyev prospekti 1 A ünvanında yerləşən, xx.xx.2005-ci il tarixli qeyri-yaşayış binasının Texniki pasportunda göstərilən və 10 iyun 2005-ci il tarixdə verilmiş 278 saylı qeydiyyat vəsiqəsi əsasın qeydə alınmış və hazırda mövcud olan tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın nümayəndəsinin bəzi tikililərin yarımtikili olması ilə bağlı izahatına münasibətdə isə qeyd edir ki, iddiaçıya məxsus həmin yarımtikililər əvvəlki qeydiyyat orqanı tərəfindən reyestrdə qeydə alınmışdır. Hərçənd ki, iddiaçı tərəf yarımtikililərin mövcud olmadığını iddia etməklə, sadəcə tikilinin damının olmadığını və təmir ediləcəyini iddia etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsi hətta tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qabaqcadan qeydiyyatının aparılmasına imkan verməkdədir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də Gəncə İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(114)-286/2022 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,məhkmə kollegiyası QƏRARAALDİ:

Gəncə İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(114)-286/2022 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(114)-286/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar