Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-232/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrliyi və məruzəsi ilə), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı vurulmiş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)- 73/2021 nömrəli qərarından İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə və üçüncü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan tikililərin sökülməsi və torpaq sahəsinin bir hissəsinin əlindən alınması ilə əlaqədar ona vurulmuş zərərin əvəzində 375.000 (üç yüz yetmiş beş min) manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək qanunsuz əlindən alınmış 1369 kv.m torpaq sahəsinə görə 135000 manat, 662,7 kv.m tikililərin sökülməsinə görə 145800 manat, əldən çıxmış fayda ilə əlaqədar vurulmuş zərərə görə isə 95000 manat pulun cavabdehdən alınıb ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı “qanunsuz əlindən alınmış 1369 kv.m torpaq sahəsinə görə 135000 manat, 662,7 kv.m tikililərin sökülməsinə görə 145800 manat, əldən çıxmış fayda ilə əlaqədar vurulmuş zərərə görə isə 95000 manat pulun ödənilməsi” tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-73/2021 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, 1311 kv.m torpaq sahəsinə görə 135.000 (bir yüz otuz beş min) manat və həmin torpaq sahəsində mövcud olmuş qeyriyaşayış sahəsinin bərpa edilməsinə görə 145.800 (bir yüz qırx beş min səkkiz yüz) manat olmaqla, ümumilikdə 280.800 (iki yüz səksən min səkkiz yüz) manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən 100 (bir yüz) manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesabına, 311 (üç yüz on bir) manat məbləğində pulun tutularaq KADASTR və YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filialı, KOD 200071 VÖEN ********** müxbir hesab AZ 37 NABZ013501**********1944 SWİFT kod AİİBAZ2Z saylı hesaba və 500 (beş yüz) manat məbləğində pulun tutularaq "xxxx" MMCnin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, müxbir hesab AZ03NABZ013501**********2944, kod:805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ******************** saylı hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın iddianın təmin edilməmiş hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-752/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində işə cəlb edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-80/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-80/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ilə məhkəmənin 17 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, "xxxx" ASC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-80/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-80/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin 4 iyun 2021-ci il tarixli qərardadı ləğv edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-80/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə (hakimlər R.Mamedov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2-1(114)-73/21 saylı qərarı “1311 kv.metr torpaq sahəsinə görə 135000 manat və həmin torpaq sahəsində mövcud olmuş qeyri-yaşayış sahəsinin bərpa edilməsinə görə 145800 manat olmaqla, ümumilikdə 280800 manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməsi, 1311 kv.metr torpaq sahəsinə görə 130000 manat və həmin torpaq sahəsində mövcud olmuş qeyri-yaşayış sahəsinin bərpa edilməsinə görə 145800 manat olmaqla, ümumilikdə 275800 manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın – iddianın təmin edilməyən hissəsində ləğv edilib, iddianın həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2028/2022 nömrəli qərarı ilə (hakimlər Z.Quliyev - sədrlik edən və məruzəçi, S.Kərimov və R.Nəbizadə) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-80/2022 nömrəli, 26 may 2022-ci il tarixli, qərarının qismən, yəni “qərar qalan hissədə dəyişdirilmədən saxlansın” hissəsində ləğv edilməsi, işin həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, iddiaçının kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində yerləşən, ümumi sahəsi 3747 kv.m olan, ümumi tikinti sahəsi 306 kv.m və əlavə qurğulardan ibarət olan əmlak kompleksi xx.xx.2013-cü il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışa və həmin tarixli **********77-12301 reyestr nömrəli texniki pasporta əsasən iddiaçıya məxsus olmuşdur. xx.xx.2013-cü il tarixdə onun razılığı olmadan həmin əmlakın bir hissəsi həmin vaxt Cavabdeh başçısının, Rayon İcra Hakimiyyətinin başçılarının və icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdirinin rəhbərliyi ilə sökülmüşdür. Şikayətlərindən sonra ona həmin sökülmüş əmlakın və onun altındakı torpaq sahəsinin kompensasiyasına və ya başqa torpaq sahəsi ilə əvəz edilməsinə söz verilsə də, ona şəhərətrafı ərazidən torpaq sahəsi təklif olunmuş, təklif olunan kompensasiya isə real zərərə uyğun olmamışdır. Bu səbəbdən aralarında razılıq əldə olunmamışdır. Gəncə şəhərinin abadlaşdırılması, yolun genişləndirilməsi adı ilə onun əmlak kompleksinin bir hissəsinin sökülməsi və torpağının bir hissəsinin yola və tikiləcək bazar ərazisinə qatılması ilə əlaqədar külli miqdarda maddi itkilərə, zərərə məruz qalmışdır. Belə ki, əmlak kompleksi 3747 kv.m torpaq sahəsi üzərində yerləşmişdir. Cavabdehin qanuna zidd söküntüsü nəticəsində həmin ərazinin 1369 kv.m torpaq sahəsi üzərində olan tikililəri sökülmüş və torpaq sahəsinin bir hissəsi, yəni 820.9 kv.m hissəsi genişləndirilən yol infrastrukturna qatılmışdır. Digər 581.1 kv.m sahə isə iddiaçının obyektinə qonşu ərazidə inşa edilən "xxxx" adlanan ticarət kompleksinin ərazisinə qatılmışdır. Nəticədə xüsusi mülkiyyətində olan 1369 kv.m torpaq sahəsinin əvəzinin ödənilməməsi və sökülmüş tikili və qurğuların dağıdılıb təyinatl itirməsi ilə əlaqədar həmin obyektlərdən əldə edəcəyi bir neçə illik mənfəətdən məhrum olmuşdur. Vurulmuş zərər aşağıdakı qaydada hesablanmışdır:- 2013-cü ilin aprel ayından əvvəl texniki pasportda “A” literi altında yerləşən 3 otaqdan biri müdiriyyətin iş otağı olmaqla, digər iki otaqdan biri ev alqı-satqısı, digəri isə kompyuter xidməti üçün icarəyə verilmişdir. Hər icarəçi ayda 100 manat icarə haqqı vermişdir, “Ç literi” tikilidə yerləşmiş bir otaq televizor-radio təmiri üçün ayı 100 manata icarədə olmuşdur. Sonrakı 3 ədəd tikili təmir sexi kimi fəaliyyət göstərmiş, sexlərin də hər biri ayda 100 manata icarəyə verilmişdir. “D literli” tikilidə 4 ədəd avtomobil təmir sexi fəaliyyət göstərmiş, həmin sexlərin də hər biri 100 manata icarəyə verilmişdir. “C literli” tikilidə sahəsi 35 kv.m olan kafe fəaliyyət göstərmiş, icarəçi hər ay 200 manat icarə haqqı ödəmişdir. Həmin “C literli” tikilidə bundan əlavə 4 ədəd 35 kv.m ölçüdə müasir təchizatlı təmir sexləri fəaliyyət göstərmiş, həmin sexlərin hər biri ayda 200 manat icarə haqqı ödəmişdir. Bundan əlavə, həmin ərazidə 360 kv.m ölçüdə inşaat materialları anbarı da fəaliyyət göstərmiş, həmin anbarın icarəçisi ayda 300 manat icarə haqqı ödəmişdir. “C literli” tikilidə əlavə olaraq maşınların yuyulması üçün sex də fəaliyyət göstərmiş, o da ayda 100 manat icarə haqqı ödəmişdir. Söküntüdən əvvəl icarəyə verdiyi obyektlərnin ümumi icarə haqqı 2400 manat təşkil etmişdir. 2013-cü ilin aprel ayında icra hakimiyyətinin qanunsuz müdaxiləsindən sonra o, aylıq gəlirlərindən məhrum olmuşdur. 80 aya münasibətdə o, 192.000 manat gəlirdən qalaraq zərərə düşmüşdür. Bundan əlavə həmin tikililərin sökülməsi ilə əlaqədar mal-material avadanlıqların bir hissəsi onda qalsa da, əmlakın həmin hissəsinin sıradan çıxması ilə əlaqədar 100.000 manatdan artıq zərər dəymişdir. O, həmin zərərin miqdarını 50.000 manat hesablamaqla tələb edir. Qeyd olunduğu kimi, 581.1 kv.m sahə isə, onun obyektinə qonşu ərazidə inşa edilən "xxxx" adlanan ticarət kompleksinin ərazisinə qatılmışdır. Həmin ərazi şəhərin mərkəzi yerlərindən sayıldığından hazırda 1 kv.m torpaq sahəsinin dəyəri 150-200 manat miqdarındadır. O, isə 100 manatdan hesablayaraq 1369 kv.m torpaq sahəsinin qanunsuz olaraq əlindən aılınması ilə əlaqədar 136.900 manat zərərə məruz qalsa da, 135.000 manat tələb edir. Hesab edir ki, ümumilikdə ona vurulmuş zərərin məbləği 375.000 manat təşkil edir və qeyd olunan məbləğ cavabdeh orqan tərəfindən ona ödənilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, 2013-cü ilin aprel ayından əvvəl texniki pasportda “A literi” altında yerləşən 3 otaqdan biri müdiriyyətin iş otağı olmaqla, digər iki otaqdan biri ev alqı-satqısı, digəri isə kompyuter xidməti üçün icarəyə verilmişdir. Hər icarəçi ayda 100 manat icarə haqqı vermişdir, “Ç literi” tikilidə yerləşmiş bir otaq televizor-radio təmiri üçün ayı 100 manata icarədə olmuşdur. Sonrakı 3 ədəd tikili təmir sexi kimi fəaliyyət göstərmiş, sexlərin də hər biri ayda 100 manata icarəyə verilmişdir. “D literli” tikilidə 4 ədəd avtomobil təmir sexi fəaliyyət göstərmiş, həmin sexlərin də hər biri 100 manata icarəyə verilmişdir. “C literli” tikilidə sahəsi 35 kv.m olan kafe fəaliyyət göstərmiş, icarəçi hər ay 200 manat icarə haqqı ödəmişdir. Həmin “C literli” tikilidə bundan əlavə 4 ədəd 35 kv.m ölçüdə müasir təchizatlı təmir sexləri fəaliyyət göstərmiş, həmin sexlərin hər biri ayda 200 manat icarə haqqı ödəmişdir. Bundan əlavə, həmin ərazidə 360 kv.m ölçüdə inşaat materialları anbarı da fəaliyyət göstərmiş, həmin anbarın icarəçisi ayda 300 manat icarə haqqı ödəmişdir. “C literli” tikilidə əlavə olaraq maşınların yuyulması üçün sex də fəaliyyət göstərmiş, o da ayda 100 manat icarə haqqı ödəmişdir. Söküntüdən əvvəl onun icarəyə verdiyi obyektlərnin ümumi icarə haqqı 2400 manat təşkil etmişdir. 2013-cü ilin aprel ayında icra hakimiyyətinin qanunsuz müdaxiləsindən sonra iddiaçı aylıq gəlirlərindən məhrum olmuşdur. 80 aya münasibətdə iddiaçı 192.000 manat gəlirdən qalaraq zərərə düşmüşdür. Birinci instansiya məhkəməsi qərarda göstərmişdir ki, o həmin iddiasının həmin hissəsini məhkəmədə sübuta yetirə bilməmişdir. Nəzərə alınmalıdır ki, tikililərin söküldüyü vaxtdan 8 il keçmişdir və xeyli müddətdə icarəçilərlə əlaqəsi qalmamışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı hər hansı qərar verilməmiş və söküntü aparılmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi şikayətin təmin edilməsini, Cavabdeh tərəfindən verilmiş şikayətin isə rədd edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, 1998-ci ildə “ŞİRİN-RD” çoxsahəli kisik müəssisəsi yaratmış və Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində yerləşən obyektində qeyri-yaşayış sahələrini ayrı-ayrı şəxslərə icarəyə verməklə kiçik müəssisə kimi fəaliyyət göstərmiş, gəlir əldə etmiş və vergi ödənişləri etmişdir. Obyektinin sökülməsi ilə əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddiasının həmin hissədə də təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddiaçının verdiyi apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və əldən çıxmış faydaya görə 95 000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdırıb, habelə kassasiya instansiyası məhkəməsinin qərarında ifadə olunmuş mövqeyi nəzərə alaraq aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfidnən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməmiş hissəsində ləğv edilərək həmin hissədə iddianın qismən təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbi, habelə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləi ilə bağlı qeyd edir ki, iddiaçının verdiyi iddia tələbi mümkün tələbdir, iddianın qeyri-mümkün sayılması üçün əsaslar yoxdur. Həmçinin iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri də qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də hər iki şikayət qəbul edilə bilən hesab edilir. Məhkəmə kollegiyası apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilmiş “1311 kv.m torpaq sahəsinə görə 135.000 (bir yüz otuz beş min) manat və həmin torpaq sahəsində mövcud olmuş qeyri-yaşayış sahəsinin bərpa edilməsinə görə 145.800 (bir yüz qırx beş min səkkiz yüz) manat olmaqla, ümumilikdə 280.800 (iki yüz səksən min səkkiz yüz) manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi” hissəsində kassasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanıldığına və beləliklə də çıxarılmış qərar həmin hissədə qanuni qüvvəyə mindiyinıə görə hazırkı apellyasiya araşdırmasının predmetini iddianın təmin edilməmiş “əldən çıxmış fayda ilə əlaqədar vurulmuş zərərə görə isə 95000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi” hissəsi təşkil edir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tələbin əldən çıxmış fayda ilə əlaqədar vurulmuş zərərə görə 95000 manat pulun ödənilməsi hissəsi ilə bağlı qeyd olunur ki, tələb həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində sökülmüş tikililərin icarə obyekti kimi fəaliyyət göstərdiyini qeyd etsə də, bunu təsdiq edən müvafiq sübutları, başqa sözlə həmin obyektlərin fəaliyyəti ilə bağlı sənədləri və ya icarədar ilə bağlanmış müvafiq müqavilələri təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, tələb qeyd olunan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişləri nəzərə alınmaqla iddiaçının 2013-cü ilə qədər vergi orqanına təqdim etdiyi vergi bəyannamələrini (hesabatları), iddiaçının vergi ödənişləri barədə məlumatları, həmçinin icarə müqavilələrini, eləcə də obyektdə çalışmış və maaş almış işçilər haqqında rəsmi informasiyanı vergi orqanından tələb edilmişdir. İş materiallarında olan icarə müqavilələrindən görünür ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində yerləşən avtomobillərin texniki xidmət stansiyası hissələrə bölünməklə 2010-2012-ci illərdə X10, X7, X11, X12, X1, X15, X4, X3, X5, X6, X8 və X9 icarəyə verilmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış və iş materiallarına əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********679500 nömrəli məktubundan görünür ki, elektron-uçot məlumat bazasına əsasən aparılmış araşdırma zamanı İddiaçı (VÖEN **********) tərəfindən 2012-ci ilin aprel ayından 2013-cü ilin aprel ayınadək olna dövr ərzində vergi orqanına hər hansı bir bəyənnamə təqdim etmədiyi, heç bir ödənişin olmadığı, təsərrüfat subyektinin (obyektinin) qeydiyyata qoyulmadığı və hər hansı bir işçi ilə əmək müqaviləsinin olmadığı aşkar edilmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış və iş materiallarına əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********312200 nömrəli məktubundan görünür ki, elektron uçot baza məlumatlarına əsasən “ŞİRİN-RD” çoxsahəli kisik müəssisəsi xx.xx.1998-cil də qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş vergi bəyannamələrindən görünür ki, 2011-ci il üzrə ümumi gəlir 6171.40 manat olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əldən çıxmış fayda ilə əlaqədar vurulmuş zərərə görə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilmişdir ki, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya cavabdeh inzibati orqanın təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulması, iddiaçının qanuni istifadəsində olmuş əmlakından (qeyri yaşayış sahəsindən) və ondan əldə etdiyi gəlirdən məhrum edildiyi işin mübahisəsiz hallarıdır. İş materiallarından da göründüyü kimi iddiaçının illik gəliri təqribi 6100 manat olmuşdur və 7 il ərzində əldə edəcəyi gəlirlər 42700 (6100 x 7) manat təşkil edir. Lakin iddiaçıya məxsus daşınmaz əmlak olan qeyri-yaşayış sahələri buna müvafiq kompensasiya ödənilmədən qanunsuz olaraq söküldüyünə görə iddiaçı mülkiyyətçisi olduğu əmlakla yanaşı həmin əmlakdan əldə edə biləcəyi gəlirdən də məhrum olmuşdur. Ona görə də kollegiya hesab edir ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-73/2021 saylı qərarı qismən - əldən çıxmış fayda ilə əlaqədar vurulmuş zərərə görə 95000 manat pulun ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdehndən əldən çıxmış fayda ilə əlaqədar vurulmuş zərərə görə 42700 (qırx iki min yeddi yüz) manat tutularaq İddiaçı ödənilsin. İddia əldən çıxmış fayda ilə əlaqədar vurulmuş zərərə görə qalan hissədə təmin edilməsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-232/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-232/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver