Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-233/2025 31.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Göygöl rayonu Aşıqlı Bələdiyyəsi, X4) iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Musayeva Günel Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1392/2024 nömrəli qərarından iddiaçının vəkili (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-11446/2023 nömrəli məktubla müraciətin müsbət həllindən imtina edərək, faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olması, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyünün müəyyən edilməsi ilə əsaslandırmışdır.
İşdə olan sənədlər:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-6244/2025 nömrəli məktubuna əlavə edilmiş: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin 835 nömrəli arayışında qeyd edilmişdir ki, Xanlar rayonu Aşıqlı bələdiyyə sədrinin xx.xx.2007-ci il tarixli, 20 nömrəli qərarına əsasən 5 nəfər vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün hər birinə 0.08 ha olmaqla cəmi 0.40 ha həyətyanı torpaq sahəsinin ayrılıb alqı-satqı yolu ilə satılması nəzərdə tutulmuşdur. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyinə əsasən, 5 nəfər vətəndaşa satılması nəzərdə tutulan torpaq sahəsi 0.40 ha olmaqla Aşıqlı bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi K.P.İ. olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Həmin torpaq sahəsi Xanlar rayonunun zona bölgüsündə İİ zonaya aiddir. - Xanlar rayonu Aşıqlı bələdiyyə sədrinin xx.xx.2007-ci il tarixli, 20 nömrəli qərarı ilə 5 nəfər vətəndaşa Xanlar rayonu Aşıqlı bələdiyyəsinin perspektiv inkişaf fond torpağından 0.40 ha ayrılıb 5 nəfər vətəndaşa hər birinə 0.08 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. - Xanlar rayon Torpaq şöbəsində xx.xx.2007-ci il tarixdə, 473 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akta əsasən, Aşıqlı kəndində yaşayan İddiaçı Aşıqlı bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Aşıqlı bələdiyyə ərazisində 0.08 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Xanlar rayon “Kapital” Bankının ********** saylı hesabına əvvəlcədən haqq ödənilmişdir.
3. Xanlar rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 91 nömrəli məktubunda qeyd edilmişdir ki, Xanlar rayon Aşıqlı bələdiyyəsinin İddiaçı xx.xx.2007-ci il tarixli, 20 saylı qərarı ilə satdığı 0.08 ha torpaq sahəsi ona verilmiş kadastrla üst-üstə düşür.
4. A 074580 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi Xanlar rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 20 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılmış 800 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Həmin sənəd X17 kitabında xx.xx.2009-cu il tarixdə, 1049 nömrə ilə uçota alınıb.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin 25 iyun 2007-ci il tarixli, 20 saylı qərarı əsasında ona satılmış Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayon Aşıqlı Bələdiyyəsinin 25 iyun 2007-ci il tarixli, 20 saylı qərarı ilə Göygöl rayon Aşıqlı Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün ona və digər 4 nəfər kənd sakininə hər birinə 0,08 ha həyətyanı torpaq sahəsi verilib. Torpaq sahəsi 16 ildir fasiləsiz olaraq onların sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, mülkiyyət hüququnun qeydiyyata alınaraq aidiyyəti üzrə çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesirində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunub. Səbəb kimi bələdiyyə ilə aralarında tərtib olunmuş aktın qeydiyyat orqanının arxivində olan aktla uyğun gəlməməsi qeyd edilmişdir. Eyni zamanda da torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir ki, bu da imtina üçün əsas ola bilməz.
7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3- 21-3-33/2-0719/2024 nömrəli etirazın məzmununda qeyd edilmişdir ki, Göygöl rayonu, Aşıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 1633 nömrəli “Torpaqların alqı-satqısına dair" Aktının Ərazi İdarəsinin arxiv məlumatlarında X9 adına xx.xx.2006-cı il tarixli qərarla qeyd edildiyi aşkar edilmişdir. Həmçinin aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin X7 adına xx.xx.2012-ci il tarixi, **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və X6 adına xx.xx.2018-ci il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışlarla üst-üstə düşdüyü müəyyən edilmişdir. Ərizəyə əlavə edilmiş 12/491a nömrəli qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı, həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2005-ci il tarixli, 4Ə-3-476 reyestr nömrəli müqavilədə alqı-satqı predmeti olmadığı, belə ki, 2006-cı il tarixdə X10 “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2367A saylı şəhadətnamənin tərtib edildiyi müəyyən edilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl rayonu Aşıqlı Bələdiyyəsi, xx.xx.2024-cü il tarixli qərardadı ilə X4, X8 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1392/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə araşdırması nəticəsində İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin 648.0 kv.m hissəsi, **********63 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi, 75.0 kv.m hissəsi isə **********50 reyestr nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Əmiraslanova Günel Qubad qızının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
11. İddiaçı və onun vəkili (nümayəndəsi) qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişlər.
12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsi 16 ildir ki, iddiaçının istifadəsindədir və bu günədək başqa şəxslər tərəfindən onun həmin torpaq sahəsindən çıxarılmasına dair iddiaları olmamışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.
13. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
14. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 20 saylı qərarı əsasında ona satılmış və X17 kitabında xx.xx.2009-cu il tarixdə, 1049 nömrə ilə qeydə alınmış A№074580nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 800kv.m torpaq sahəsinin 624 kv.m hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
15. Cavabdeh orqan tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə qarşı təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5407/2025 nömrəli etirazın məzmunu iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 0719/2024 nömrəli etirazın məzmunu ilə eynilik təşkil etmişdir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi, əlavə olaraq plan ölçü sənədində qeyd olunan torpaq sahəsinin koordinantları ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğunu bildirdi.
17. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X4 izahat verərək qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi.
18. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, cavabdeh orqan və üçüncü şəxs Göygöl rayonu Aşıqlı bələdiyyəsi nümayəndələrinin iştirakını təmin etməmişlər, digər üçüncü şəxs və iddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, inzibati işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları: 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;
21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (28 oktyabr 2008-ci il tarixdən əvvəlki redaksiyada): 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
22. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:
10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya)
2. Müəyyən edilsin ki: 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
24. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir.
27. İşin halları ilə müəyyən olunur ki, Xanlar rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 20 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 800 kv.m torpaq sahəsi satılmış, bu barədə A 074580 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunaraq X17 kitabında xx.xx.2009-cu il tarixdə, 1049 nömrə ilə uçota alınmışdır. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdeh orqana etdiyi xx.xx.2023-cü il tarixli müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 11446/2023 nömrəli məktubla imtina edilərək, faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olması, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyünün müəyyən edilməsi ilə əsaslandırılmışdır.
28. Bundan sonra, iddiaçı məhkəməyə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddia rədd edilərək onunla əsaslandırılmışdır ki, naturada təqdim edilən faktiki istifadədə olan 800.0 kv.m torpaq sahəsinin 648.0 kv.m hissəsi, **********63 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi, 75.0 kv.m hissəsi isə **********50 reyestr nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Əmiraslanova Günel Qubad qızının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
29. Məhkəmə kollegiyası iş üzrə gəlinən hüquqi nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi icraat gedişində əldə edilmiş mütəxəssis rəyində qeyd olunanlara və şəxsin faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə iddia tələbini rədd etmiş, lakin nəzərə almamışdır ki, iddiaçıya bələdiyyə qərarı əsasında satılmış torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədi mövcuddur və iddiaçı yalnız qeyd olunan sənəddə göstərilən torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını tələb edə bilər. Bundan başqa iş materiallarında olan rəydə iddiaçının faktiki istifadəsində olan və naturada təqdim etdiyi torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üstüstə düşdüyü müəyyən edilmişdir.
30. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-9046/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - Göygöl (Xanlar) rayon Aşıqlı Bələdiyyəsinin (25 iyun) 23 oktyabr 2007-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-074580 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 800.0 kv.m torpaq sahəsinin 73.0 kv.m hissəsi, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********63 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən xüsusi mülkivyəti, 103.0 kv.m hissəsi **********20 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyəti, 624.0 kv.m hissəsi isə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə TEKUİS və AzCAD məlumatlarına, Göygöl (Xanlar) rayonu Aşıqlı kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə və Göygöl (Xanlar) rayonu Aşıqlı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqlara dair tərtib olunmuş 2006-cı il tarixli yerquruşu sxeminə (kod-********) istinadən bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. - Göygöl (Xanlar) rayon Aşıqlı Bələdiyyəsinin (25 iyun) 23 oktyabr 2007-ci il tarixli 20 nömrəli (qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-074580 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 800.0 kv.m torpaq sahəsi, elektron kadastr uçotu informasiya sistemi TEKUİS və AzCAD məlumat bazasına və ərazinin kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Həmin 800 kv,m torpaq sahəsinin təyinatı — 204.0 kv.m hissəsi həyətyanı, 230.0 kv.m hissəsi infrastruktur (küçə və yollar), 181.0 kv.m hissəsi əkin, 185.0 kv. m hissəsi örüş sahəsinə aid olduğu müəyyən olunmuşdur. Həmin 800.0 kv.m torpaq sahəsi üzərində inşa edilmiş tikili mövcuddur. - İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi 800.0 kv.m təşkil edir. Həmin faktiki istifadədə olan 800.0 kv.m torpaq sahəsi, Göygöl (Xanlar) rayon Aşıqlı Bələdiyyəsinin (25 iyun) 23 oktyabr 2007-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı Knynz oğluna fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A073580 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 800.0 kv.m torpaq sahəsinin şimal-şərq istiqamətində yerləşdiyi müəyyən olunmuşdur. - Göygöl (Xanlar) rayon Aşıqlı Bələdiyyəsinin (25 iyun) 23 oktyabr 2007-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-074580 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 800.0 pm torpaq sahəsinin 75.0 kv.m hissəsi, İddiaçı naturada təqdim ediyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin 75.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Üst-üstə düşən torpaq sahəsi 75.0 kv.m təşkil edir. Əlavə olarqa qeyd edək ki, A 074580 nömrəli plan və ölçü sənədi, torpaqların elektron kadastr uçotu informasiya sistemində qeyd olunmamışdır. - Araşdırma aparılarkən elektron kadastr bazasına istinad olunmuşdur. Göygöl (Xanlar) rayon aşılı Bələdiyyəsinin (25 iyun) 23 oktyabr 2007-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı ayaz oğluna fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-074580 “ömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 800.0 kv.m torpaq sahəsinin 73.0 kv.m hissəsi, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********653 reyestr nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən X11 oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə, 103.0 kv.m hissəsi isə **********20 reyestr nömrəli xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən X5 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. - İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin 648.0 kv.m hissəsi, **********63 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi, 75.0 kv.m hissəsi isə **********50 reyestr nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Əmiraslanova Günel Qubad qızının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
31. xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-7388/2025 nömrəli məktubunda qeyd edilmişdir ki: - Göygöl (Xanlar) rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli,20 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A- 074580 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 800.0 kv.m torpaq sahəsinin 73.0 kv.m hissəsi, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********63 reyestr nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olan torpaq sahəsi, 103.0 kv.m hissəsi isə **********20 reyestr nömrəli xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışa əsasən X5 mülkiyyətində olan torpaq sahəsilə üst-üstə düşür. - TEKUİS və AZCAD məlumatlarında, sözügedən torpaq sahəsinin 204.0 kv.m hissəsi həyətyanı, 230.0 kv.m hissəsi infrastruktur (küçə və yollar), 181.0 kv.m hissəsi əkin, 185.0 kv.m hissəsi isə örüş sahəsi olaraq göstərilmişdir. - A-074580 nömrəli plan və ölçü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsinin 620.0 kv.m-dək hissəsi başqa şəxslərin faktiki istifadə sahələri ilə üst-üstə düşür. - A-074580 nömrəli plan və ölçü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsi, iddia olunaraq naturada təqdim olunan 800.0 kv.m torpaq sahəsilə 75.0 kv.m hissədə üstüstə düşür. - İddia olunaraq naturada təqdim olunan 800.0 kv.m torpaq sahəsinin 649.0 kv.m hissəsi, **********63 reyestr nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə, 78.0 kv.m hissəsi isə **********50 reyestr nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür.
32. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir.
33. İddiaçı məhkəmə kollegiyasının iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 20 saylı qərarı əsasında ona satılmış və X17 kitabında xx.xx.2009-cu il tarixdə, 1049 nömrə ilə qeydə alınmış A№074580 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 800 kv.m torpaq sahəsinin 624 kv.m hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
34. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti iddiaçının xx.xx.2009-cu il tarixli, 1049 nömrə ilə qeydə alınmış A№074580nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 800kv.m torpaq sahəsinin 624 kv.m hissəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının mümkünlüyüdür.
35. Göründüyü kimi, iddiaçı ilkin tələbində ona satılmış 0,08 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını xahiş etmiş, məhkəmə tələbə faktiki istifadə də olan torpaq sahəsi üzrə hüquqi qiymət vermişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, Xanlar rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 20 saylı qərarı ilə satılmış 800 kv.m torpaq sahəsi ilə istifadə də olan və mütəxəssis baxışına naturada təqdim edilən torpaq sahələri eynilik təşkil etmir. Belə ki, bələdiyyə orqanı tərəfindən iddiaçıya satılmış torpaq sahəsinə dair tərtib edilmiş A 074580 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi həmin sənəd üzrə iddiaçıya məxsus olsa da, faktiki olaraq onun istifadəsində deyil.
37. Mübahisələndirilən əraziyə kollegiya tərəfindən əyani baxış keçirilən zaman və iş materiallarına əlavə edilmiş torpaq sahəsinin ortofoto görüntülərinin araşdırılması zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan torpaq sahələri həmsərhədd olmaqla, biri-birinə müdaxilələr olmuş və həmin formada mülkiyyətçilərin adına qeydiyyata alınmaqla rəsmiləşdirilmişdir (hazırki qərarın 30 və 32-ci bəndləri).
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq mübahisələndirilən torpaq sahəsinin koordinatlarını TEKUİS və AzCAD məlumat bazalarına uyğun araşdırmış, hazırki qərarın 21-ci bəndində təqdim edilmiş sənədə əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-074580 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 800.0 kv.m torpaq sahəsinin 624 kv.m hissəsinin hər hansı bir üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyasının iclasında izahat verən mütəxəssis X13 iddiaçıya satılan 800 kv.m torpaq sahəsinin 624 kv.m hissəsinin heç kimin adına qeydiyyata alınmadığını, 73.0 kv.m hissəsinin X2, 103.0 kv.m hissəsinin isə X5 xüsusi mülkiyyətində olmasını bildirmişdir.
40. Göründüyü kimi, Xanlar rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 20 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılan 800 kv.m torpaq sahəsi hazırda onun faktiki istifadəsində olmasa da, qüvvədə olan A 074580 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə həmin torpaq sahəsinin iddiaçıya məxsusluğu öz təsdiqini tapır. Eyni zamanda həmin 800 kv.m torpaq sahəsinin 73.0 kv.m və 103.0 kv.m hissələri müvafiq olaraq üçüncü şəxslər X4 və X5 xüsusi mülkiyyətlərində olan torpaq sahələri ilə üst-üstə düşür.
41. İş materialları ilə hazırda iddiaçının tələb etdiyi 624 kv.m torpaq sahəsinin boş olduğu və həmin torpaq sahəsinin həm Xanlar rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 20 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona satılan 800 kv.m torpaq sahəsinin, həm də A 074580 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə nəzərdə tutulan torpaq sahəsinin daxilində yerləşməsi öz təsdiqini tapmışdır. Belə olan halda, tələb olunan 624 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi üçün heç bir maneə mövcud deyildir.
42. Mütəxəssis rəyi və yerində müayinə aparılmaqla plan və ölçü sənədi tərtib edilən torpaq sahəsi üzərində M.Allahverdiyevə məxsus olduğu qeyd edilən yarımçıq tikili olsa da, həmin fərdi yaşayış evinə dair heç bir sənəd təqdim edilməmiş, M.Allahverdiyevin mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına plan və ölçü sənədi tərtib edilmiş torpaq sahəsinin qonşuluğunda yerləşdiyi müəyyən edilmişdir. Başqa sözlə iddiaçının plan və ölçü sənədi tərtib edilən torpaq sahəsindən M.Allahverdiyev, sonuncuya məxsus (çıxarış üzrə hüquqlar qeydə alınan) torpaq sahəsindən isə faktiki olaraq iddiaçı istifadə etmişdir.
43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur.
44. Göründüyü kimi, cavabdeh orqanın imtinası faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olması ilə bağlı olmuş, işin apellyasiya icraatında qeyd edilən dəlillər üzrə araşdırma aparılmış və təsdiqini tapmamışdır. Belə ki, iddiaçının adına tərtib edilmiş plan və ölçü sənədində qeyd olunan torpaq sahəsinin 624 kv.m hissəsi üzərində hər hansı bir üçüncü şəxsin hüquqlarının dövlət reyestrində qeydə alınması müəyyən edilməmiş, üçüncü şəxsin həmin sahədən faktiki istifadəsi isə iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına əsas deyildir.
45. Belə ki, mülkiyyət hüququ konstitusion hüquqdur və Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir və cavabdehin imtina qeydlərində belə əsaslar mövcud deyildir.
47. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar qəbul edilməlidir.
Nəticəvi hissə:
48. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1392/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. Xanlar rayonu Aşıqlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 20 saylı qərarı əsasında satılan və X17 kitabında xx.xx.2009-cu il tarixdə, 1049 nömrə ilə qeydə alınmış A№074580nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 624 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Salman Hüseynov