Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-237/2025 16.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “qeydiyyata alınma” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-1875/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı onun Təbriz küçəsi, döngə 4, ev 54 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınması barədə Cavabdehnə etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, vəfat etmiş İddiaçı Allahverdi oğlunun adına olan mülkiyyətə onu və ailə üzvlərini şəxsiyyət vəsiqəsi üzrə daimi qeydiyyata almaq səlahiyyətləri olmadığından aidiyyəti üzrə müraciət etməsi xahiş olunur.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********76-10301 reyestr nömrəli (MH №0014496) çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-70-V3149/2024 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Allahverdi oğlu xx.xx.1957-ci il tarixdə vəfat etmiş, ölüm haqqında xx.xx.1957-ci il tarixli 37 nömrəli akt qeydi tərtib olunmuşdur.
4. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən, xx.xx.1948-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.1978-ci il təvəlüldlü X7, xx.xx.1950-ci il təvəllüdlü X5, xx.xx.1934-cü il təvəllüdlü X9, xx.xx.2003-ü il təvəllüdlü X8, xx.xx.1992-ci il təvəllüdlü X13, xx.xx.1997-ci il təvəllüdlü X15 və xx.xx.1968-ci il təvəllüdlü X2 şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 17, mənzil 45 ünvanında qeydiyyatdadır.
5. 1 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 44 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1957-ci il tarixdə ölmüş İddiaçı Allahverdi oğlunun adına xx.xx.2025-ci il tarixədək 1 saylı Gəncə regional Asan xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmamışdır və vərəsəlik şəhadətnaməsi verilməmişdir.
6. 2 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 53 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Allahverdi oğlunun adına 2 saylı Gəncə regional Asan xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmamış, bu barədə qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun ünvan 5 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1988-ci il tarixdə 3-cü şəxs X3 ailəsində doğulmuşdur. Doğulan bir gündən hazırki dövrə AZ 2000 ünvan 5 ünvanda ailəsilə yaşayır. ünvan 6 arayış onun və ailəsinin həmin evdə yaşadıqlarını təsdiqləyir. Ev rəhmətlik babası rəhmətlik İddiaçı Allahverdi oğlunun adında olduğundan ailəsinin həmin evə pasport qeydiyyatına düşməsində süni əngəllər yaranmışdır. Bir neçə qonşuları tərəfindən 20 sentyabr 2024-cü il tarixdə imzalanmış aktda onun həmin evdə doğulmağı və hazırda ailəsilə birgə yaşamağı barədə imzalarla təsdiqlənmişdir. Azərbaycan Respublikası Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH № ******* saylı xx.xx.2007-ci il tarixli çıxarış İddiaçı Allahverdi oğlunun adına verilmişdir. Cavabdehə müraciətində bildirilmişdir: Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edilməlidir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1875/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 5-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qərarın dəlillərindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
15. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs X3 inzibati iş üzrə icraatda iştirakına xitam verilmişdir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeydiyyata alınmasını tələb etdiyi mülk mərhum babası İddiaçı adınadır, həmin evdə illərdir ailəsi ilə birlikdə yaşayır.
17. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır.
5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
8. Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə.
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Baxılan iş üzrə birinci instansiya məhkəməsi işin hallarına və iddia tələbinin dəlillərinə tam qiymət verməklə qanuni nəticəyə gəlmişdir.
24. İşin hallarından göründüyü kimi iddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, vəfat etmiş İddiaçı Allahverdi oğlunun adına olan mülkiyyətə onu və ailə üzvlərini şəxsiyyət vəsiqəsi üzrə daimi qeydiyyata almaq səlahiyyətləri olmadığından aidiyyəti üzrə müraciət etməsi xahiş olunur.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının hazırda qeydiyyata alınmasını tələb etdiyi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********76-10301 reyestr nömrəli (MH №0014496) çıxarışla İddiaçı Allahverdi oğluna məxsus olmuş, o, xx.xx.1957-ci il tarixdə ölmüş, onun ölümündən sonra vərəsəlik işi açılmamış, bu barədə qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamışdır.
26. Belə ki, 1 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 44 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1957-ci il tarixdə ölmüş İddiaçı Allahverdi oğlunun adına xx.xx.2025-ci il tarixədək 1 saylı Gəncə regional Asan xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmamışdır və vərəsəlik şəhadətnaməsi verilməmişdir.
27. Həmçinin, 2 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 53 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Allahverdi oğlunun adına 2 saylı Gəncə regional Asan xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmamış, bu barədə qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamışdır.
28. Məhkəmə tərkibi qeyd edir ki, qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından həmin maddədə göstərilən hallar mövcud olduqda imtina edir. Hazırki işdə də iddiaçının sözügedən mənzilə qeydiyyata alınmasını istisna edən, yəni bu hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan əsas (Qanunda göstərilən müvafiq sənədlərin təqdim edilməməsi) mövcuddur.
29. Başqa sözlə iddiaçı adıçəkilən qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməmişdir.
30. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə:
31. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1875/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov