Məhkəmə qərarları › İş №2-1(104)-238/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-238/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-238/2025 03.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-NN87/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş İddiaçı məxsus olan xx.xx.20N6-cı il tarixli, SX ******* nömrəli hərbi biletdə göstərilmişdir ki, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Vətən Müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu bitirmə haqqında” N5553 nömrəli sertifikata əsasən əsgər İddiaçı N nömrəli hərbi hissədə kəşfiyyat ixtisası üzrə xx.xx.20N8-ci il tarixdə “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na başlamış, xx.xx.20N8-ci il tarixdə həmin kursu bitirmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 955 nömrəli Əmrindən çıxarışdan görünür ki, Kəşfiyyatçı-pulemyotçu MAHHXHQ kiçik çavuş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşmən tapdaqlarından azad edilməsi üçün 27 sentyabr 2020-ci il tarixdən etibarən döyüş əməliyyatlarına cəlb edilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “travma haqqında arayış”da göstərilmişdir ki, MAHHXHQ əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə Suqovuşan istiqamətində düşmən tərəfindər atılan artilleriya atəşi əticəsində “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı. Sol tərəfli bazu leksopatiyasının qalıq əlamətləri. Hər iki gözün posttravmatik şüşəvarı cisminin destruksiyası nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya N,0 olmaqla. Döş qəfəsinin ön divarının boşluğa nüfuz etməyən, sol baldırın orta N\3-nin kor qəlpə yaralanmaları. Barotravma. İki ərəfli xroniki koxlear nevrit, iki tərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 3,5 metr məsafədən eşitməsi ilə” diaqnozu ilə xəsarət almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) “döyüş tapşırığını” yerinə yetirərkən alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin qanunun 4cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən aparılır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsində isə sığortaeden tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. Qeyd edilənləri və “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığını nəzərə alaraq kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının 5 illik pul təminatı miqdarında sığortalanması mümkün olmamışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.N.3-cü yarımbəndində sığortaolunan dedikdə, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslər və toplanışda olan hərbi vəzifəlilər nəzərdə tutulur. Həmin qanunun 4.N-ci bəndinə əsasən sığortaolunan NN000 manat məbləğində sığorta edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.N.2-ci yarımbəndində nəzərdə tutulan "xxxx" dedikdə, xx.xx.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti, həmin tarixdən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur. Hərbi qulluqçulara sığorta ödənişi qeyd edilən orqanlar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-ci il tarixli “dövlət icbari şəxsi sığorta ödənişi haqqında” məktubda göstərilmişdir ki, o, hərbi xidmət dövründə ağır dərəcəli xəsarət aldığına görə ona "xxxx" ASC tərəfindən xx.xx.202N-ci il tarixdə 2750 manat, xx.xx.2022-ci il tarixdə isə İİİ dərəcəli əlillik təyin edildiyinə görə Fond tərəfindən xx.xx.2022-ci il tarixdə N650 (4400-2750) manat sığorta ödənişi verilmişdir. Baş vermiş sığorta hadisəsinə görə tam həcmdə sığorta ödənişi verildiyindən ona əlavə sığorta ödənişinin verilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən onun Azərbaycan Ordusunda tutduğu vəzifə xx.xx.20N8-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı Azərbaycan Ordusunda xx.xx.20N8-ci il tarixdən xx.xx.2022- ci il tarixədək xidmət etmişdir. Müdafiə Nazirliyi ilə xx.xx.202N-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında, xx.xx.202N-ci il tarixdən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası barədə bağlanmış müqaviləyə uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən qeyd edilən quruma mərkəzləşmiş qaydada icbari sığorta haqqı köçürülmüşdür. Qeyd olunanları nəzərə alaraq İddiaçı sığortaolunan hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 202N-ci il N8 may tarixli N340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci bəndlərinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 202N-ci il yanvarın N-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən, belə sənədin tarixi 2020-ci il dekabrın 3N-dən sonraya aid olduğu halda isə 2022-ci il yanvarın N-dən etibarən Fond tərəfindən təmin edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının N997-ci il 20 may tarixli 296-NQ nömrəli qanununun 2.N.3-cü yarımbəndinə əsasən barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər sığortaolunan hesab edilir və qanunun 4.N-ci bəndinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. "xxxx" ASC-nin Nazirliyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 0N/0N nömrəli məktubuna əlavə olunmuş rəsmi ödəniş siyahısına əsasən hərbi xidmət dövründə ağır dərəcəli xəsarət aldığına görə İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.202N-ci il tarixdə 2750 manat, xx.xx.2022-ci il tarixdə isə üçüncü dərəcəli əlilliyi təyin edildiyinə görə Fond tərəfindən xx.xx.2022-ci il tarixində N650 (4400-2750) manat sığorta ödənişi verilmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi tam həcmdə verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu, Ağcakənd kəndində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu olduğundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli sərəncamının 20.NN-ci bəndinə əsasən onun həyat və sağlamlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.N998-ci ildə Goranboy rayon Əzizbəyov kəndində doğulmuşdur. 20N6-cı ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuş və 20N8-ci ilin aprel ayında tərxis olunmuşdur. 20N8-ci ilin oktyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş olaraq yenidən xidmətə qayıtmış və xidmətini Goranboy rayonu Ağcakənd kəndində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu kimi davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə İİ Qarabağ müharibəsi başlananda o, bir hərbiçi olaraq müharibəyə yollanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır dərəcədə yaralanmış, Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirilmiş və orada 2022-ci ilin aprel ayına kimi orada müalicə olunmuşdur. O, 2022-ci ilin aprel ayında ehtiyata buraxılmış və ona İİİ qrup əllik dərəcəsi verilmişdir. İddiaçı İİ Qarabağ müharibəsi veteranıdır və bir sıra medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il 7NN- İİQ nömrəli sərəncamının 20.NN-ci bəndində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilirlər. İddiaçı kəşfiyyatçı olduğu üçün sözügedən sərəncama uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan ona imtina vermişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-N(NN4)-3648/2024 nömrəli qərardadı ilə iddia tələbi “Goranboy rayonu, Ağcakənd kəndində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu olduğundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli sərəncamının 20.NN-ci bəndinə əsasən onun həyat və sağlamlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edildiyindən, 5 illik pul təminatı məbləğində sığorta məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsinə əsasən Goranboy rayonu Ağcakənd kəndində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu olduğunu bildirmiş və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.NN-ci bəndinə əsasən həyat və sağlamlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edildiyindən, 5 illik pul təminatı məbləğində sığorta məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Belə ki, İddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-N7-N/2-YN5N044/2024 nömrəli məktubla “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının N997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən baş vermiş sığorta hadisəsinə görə tam həcmdə sığorta ödənişi verildiyindən ona əlavə sığorta ödənişinin verilməsi mümkün hesab edilməmişdir. İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar ağır dərəcəli xəsarət aldığına görə ona "xxxx" ASC tərəfindən xx.xx.202N-ci il tarixdə 2750 manat, xx.xx.2022-ci il tarixdə isə İİİ dərəcəli əlillik təyin edildiyinə görə Fond tərəfindən xx.xx.2022-ci il tarixdə N650 (4400-2750) manat sığorta məbləği ödənilmişdir. Beləliklə Qanunun 5-ci maddəsinin “ç” bəndində əsasən baş vermiş sığorta hadisəsinə görə tam həcmdə, yəni 4400 manat (NN000-in 40 %-i) sığorta ödənişi verildiyindən iddiaçıya əlavə sığorta ödənişinin verilməsi mümkün hesab edilmir. İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edildiyi üçün və ona “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi verildiyi üçün iddia tələbi əsassızdır və təmin edilməməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-NN87/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, İddiaçı kəşfiyyat fəaliyyəti subyekti qismində sığorta edildiyi 5 illik pul təminatı məbləğində sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir və qeyd edir ki, iddiaçı Yusibov X2 Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində kəşfiyyatçı-pulemyotçu vəzifəsində xidmətə başlamışdır. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunun 20.NN-ci maddəsinə əsasən, iddiaçının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onun 5 illik pul təminatı məbləğində sığorta edilmişdir. İddiaçı xidmətdə olarkən İİ Qarabağ Müharibəsində iştirak etmiş və yaralanaraq xəsarət almışdır. Bununla da sığorta hadisəsi baş vermişdir. İş materiallarında olan İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı kəşfiyyatçı qismində 5 illik pul təminatı məbləğində sığorta edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-N(N02)-246N/2024 nömrəli qərarında qeyd edilmişdir ki, kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Adı çəkilən Qanunun anlamında nəzərdə tutulan kəşfiyyat fəliyyəti subyekti bu vəzifəyə təyin olunduğu andan avtomatik olaraq 5 illik pul təminatı məbləğində sığorta olunur və əlavə olaraq hər hansı əmrə, müqaviləyə və digər sənədə zərurət qalmır. Qanunun mənasına görə hərbi qulluqçunun müvafiq vəzifəyə təyin edilməsi onun sığorta olunması üçün yetərlidir, sığorta hadisəsi baş verdikdə, yalnız sığorta ödənişi ilə bağlı məsələ müzakirə predmeti ola bilər. Bundan başqa məhkəmənin sorğusuna əsasən, Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, İddiaçı sığortaolunan hesab edilir. Müdafiə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası barədə bağlanmış müqaviləyə uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən qeyd edilən quruma mərkəzləşmiş qaydada icbari sığorta haqqı köçürülmüşdür. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-NN87/2025 saylı qərarını ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, , İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar ağır dərəcəli xəsarət aldığına görə ona "xxxx" ASC tərəfindən xx.xx.202N-ci il tarixdə 2750 manat, xx.xx.2022-ci il tarixdə isə üçüncü dərəcəli əlilliyi təyin edildiyinə görə Fond tərəfindən xx.xx.2022-ci il tarixdə N650 (4400-2750) manat sığorta məbləği ödənilmişdir. Beləliklə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının N997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən baş vermiş sığorta hadisəsinə görə tam həcmdə, yəni 4400 manat (NN000-in 40%-i) sığorta ödənişi verildiyindən iddiaçıya əlavə sığorta ödənişinin verilməsi mümkün hesab edilmir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-8/2-y-Nxx-xx/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsində isə sığortaedən tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. Qeyd edilənləri və Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığını nəzərə alaraq bildirilir ki, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının 5 illik pul təminatı miqdarında sığortalanması mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-25-N9/2- 3566/2024 nömrəli məktubunda da qeyd edilmişdir ki, “Müdafiə Nazirliyi ilə xx.xx.202N-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında, xx.xx.202N-ci il tarixdən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası barədə bağlanmış müqaviləyə uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən qeyd edilən quruma mərkəzləşdirilmiş qaydada icbari sığorta haqqı ödənilmişdir. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi bir daha qeyd edilir ki, İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edildiyi üçün və ona “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi verildiyi üçün iddia tələbi əsassızdır və təmin edilməməlidir. Daha sonra cavabdeh orqan tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilərək onunla əsaslandırılmışdır ki, kəşfiyyat fəaliyyəti subyekti Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Qanunun NN-ci maddəsində nəzərdə tutulan tədbirləri (müqayisəli tədqiq üçün nümunələrin toplanılması, nəzarətli göndərişlərin həyata keçirilməs, hüquqi şəxsin yaradılması və sair) həyata keçirən xüsusi qurumdur. Diqqətə çatdırır ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı həmin hərbi hissənin kəşfiyyatçı-pulemyotçusu vəzifəsində xidmət etdiyi zaman kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı kimi kəşfiyyat fəaliyyəti subyekti hesab edilən xüsusi xidmət orqanının əməkdaşı hesab edilməsinə dair hər hansı məlumat mövcud deyildir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı deyildir. Əlavə olaraq qeyd edilir ki, hərbi qulluqçuların həyat və sağlamlığı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının N997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununa uyğun olaraq sığorta olunur. Həmin Qanunun 2.N.3-cü yarımbəndinə əsasən barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər sığortaolunan hesab edilir və Qanunun 4.N-ci bəndinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Bildirilir ki, qanunvericiliyə əsasən sığortalı qurum olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hər bir hərbi qulluqçunun NN000 manat sığorta olunması məqsədilə Qanunun 4cü maddəsinə uyğun olaraq müvafiq məbləğdə sığorta haqqı ödəyir. Qeyd olunan Qanunda başqa şərt və icbari sığorta qaydası nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti və ona əlavənin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti və ona əlavənin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı N.N. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. N.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. N.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. N.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə N4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları N4.N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. N4.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. N4.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. ... Maddə 20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi ... 20.NN. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. ... Azərbaycan Respublikası Prezidentinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” 28 yanvar 2005-ci il tarixli N86 nömrəli Fərmanı: N. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: N.N. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); N.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); N.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); N.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: N.4.N. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; N.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; ... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. N2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 20N8-ci ildə N saylı hərbi hissədə kəşfiyyatçı-pulemyotçu kimi xidmətə başlamış, hərbi hissə komandirinin müvafiq əmri ilə İİ Qarabağ Müharibəsində döyüş əməliyyatlarına cəlb edilmişdir. Müharibədə iştirak etmiş iddiaçı hərbi hissə tərəfindən verilmiş arayışa əsasən “döyüş tapşırığını” yerinə yetirərkən xəsarət almışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra İddiaçı kəşfiyyatçı qismində sığorta edildiyi 5 illik pul təminatı məbləğində sığorta ödəşinin verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Cavabdeh imtinasının əsası kimi qeyd etmişdir ki, iddiaçı hərbi xidmət dövründə ağır dərəcəli xəsarət aldığına görə ona "xxxx" ASC tərəfindən 2750 manat, İİİ dərəcəli əlillik təyin edildiyinə görə Fond tərəfindən N650 manat sığorta ödənişi verilmişdir. Baş vermiş sığorta hadisəsinə görə tam həcmdə sığorta ödənişi verildiyindən ona əlavə sığorta ödənişinin verilməsi mümkün hesab edilməmişdir. Belə ki, Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubda kəşfiyyat fəaliyyəti subyektlərinin 5 illik pul təminatı məbləğində sığortalanmasının mümkün olmadığı qeyd edilmişdir. Yəni qeyd olunan halla bağlı icra mexanizmi müəyyən edilməmişdir. Bundan əlavə cavabdeh məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, Fondun Dövlət icbari şəxsi sığorta məsələləri departamentinin xx.xx.2025-ci tarixli 3-N7-N/3-N-39295/2025 tarixli xidməti məktubuna əsasən, "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 202N-ci il N8 may tarixli N340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci bəndlərinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 202N-ci il yanvarın N-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən, belə sənədin tarixi 2020-ci il dekabrın 3N-dən sonraya aid olduğu halda isə 2022-ci il yanvarın N-dən etibarən Fond tərəfindən təmin edilir. Qeyd edir ki, hərbi qulluqçuların həyat və sağlamlığı "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının N997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununa (bundan sonra Qanun) uyğun olaraq sığorta olunur. Həmin Qanunun 2.N.3-cü yarımbəndinə əsasən barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər sığortaolunan hesab edilir və Qanunun 4.N-ci bəndinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Əlavə olaraq bildirir ki, qanunvericiliyə əsasən sığortalı qurum olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hər bir hərbi qulluqçunun NN000 manat sığorta olunması məqsədilə Qanunun 4cü maddəsinə uyğun olaraq müvafiq məbləğdə sığorta haqqı ödəyir. Qeyd olunan Qanunda başqa şərt və icbari sığorta qaydası nəzərdə tutulmamışdır. "xxxx" ASC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 0N/0N nömrəli məktubuna əlavə olunmuş rəsmi ödəniş siyahısına əsasən hərbi xidmət dövründə ağır dərəcəli xəsarət aldığına görə İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.202N-ci il tarixində 2750 manat, xx.xx.2022-ci il tarixində isə üçüncü dərəcəli əlilliyi təyin edildiyinə görə Fond tərəfindən xx.xx.2022-ci il tarixində N650 (4400-2750) manat sığorta ödənişi verilmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən Qanunun 5-ci maddəsinin "ç" bəndinə əsasən İddiaçı baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi tam həcmdə verilmişdir. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.NN-ci maddəsinin icra mexanizmi olmadığından kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının 5 illik pul təminatı miqdarında sığortalanmasının mümkün olmaması”na dair dəlilinə münasibətdə qeyd edir ki, həmin maddədə konkret olaraq qeyd olunur ki, kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları dövlət büdcəsi vəsaiti hesabına 5 (beş) illik pul təminatı məbləğində sığorta edilir. Göründüyü kimi Qanunda bu təminat bir hüquq kimi tanınır və onun icrası üçün əlavə normativ aktın tələb olunması bu hüquqdan məhrum edilmə kimi qiymətləndirilə bilməz. Əgər icra mexanizmi mövcud deyilsə, bu, normativ hüquqi boşluqdur və bu boşluğun mövcudluğu vətəndaşın hüququnun pozulmasına bəraət qazandırmamamlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 7N-ci maddəsinin X bəndinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın N49-cu maddəsinin İİİ bəndinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Belə ki, qanunların icrası dövlət orqanları üçün məcburidir. Qanunun tətbiqi üçün icra mexanizmi təmin edilməyibsə, bu, vətəndaşın hüququndan məhrum edilməsi üçün əsas ola bilməz. Bundan başqa məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “hərbi qulluqçuların “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığortalandığından və həmin qanuna əsasən də iddiaçıya baş vermiş sığorta hadisəsinə görə tam həcmdə sığorta ödənişi verildiyindən iddiaçıya əlavə sığorta ödənişinin verilməsinin mümkün hesab edilməməsi”nə dair dəlilinə münasibətdə qeyd edir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.NN-ci maddəsində nəzərdə tutulan təminat “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda qeyd edilən sığorta ödənişindən ayrıdır və əlavə təminatdır. Burada söhbət kəşfiyyat fəaliyyəti subyekti olan hərbi qulluqçunun xüsusi statusundan və bu statusa görə verilən əlavə sığorta təminatından gedir. Bundan başqa cavabdeh orqan apellyasiya şikayətinə əlavə təqdim edərək iddiaçının kəşfiyyat fəaliyyəti subyekti olan hərbi qulluqçu olmasını mübahisələndirmişdir ki, məhkəmə kollegiyası ona münasibətdə aşağıdakıları qeyd edir. - İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 8/2N37 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Ordusunda tutduğu vəzifə xx.xx.20N8-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşlarının vəzifələrinin siyahısına daxil edilmişdir. - İş materiallarında olan N nömrəli Hərbi hissənin komandirinin 376 nömrəli əmrindən çıxarışdan görünür ki, ehtiyatda olan əsgər İddiaçı 23 dekabr 20N8-ci il tarixdən 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməklə hərbi hissənin kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının N-ci kəşfiyyat manqasının kəşfiyyatçı-pulemyotçusu vəzifəsinə təyin edilmişdir. - İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, N86 nömrəli arayışında bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 8/2N37 nömrəli məktubuna əsasən xx.xx.20N8-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşlarının siyahısına daxil edilmişdir. - İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “travma haqqında arayış”da göstərilmişdir ki, MAHHXHQ əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə yaralanmışdır. Yuxarıda qeyd olunan iş materiallarından müəyyən edildiyi kimi İddiaçı kəşfiyyat fəaliyyəti subyekti olan hərbi qulluqçu qismində tanınması təsdiq olunur, ona görə də cavabdeh orqanın bununla bağlı dəlilləri də əsassız hesab olunur. Beləliklə məhkməmə kollegiyası hesab edir ki, iddiaçının kəşfiyyat subyekti qismində 5 illik pul təminatı məbləğində sığorta olunması qanunvericiliklə birbaşa müəyyən olunmuş hüququ olduğundan birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Göründüyü kimi apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-NN87/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən N ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar