Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-243/2023 24.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, “Qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-23/2022 nömrəli qərarından üçüncü şəxs X1 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Ağstafa rayonu X5 (üçüncü şəxs X4) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa rayonu X3 xx.xx.2013-cü il tarixli, 01 saylı, xx.xx.2012-ci il tarixli, 01 nömrəli və xx.xx.2007-ci il tarixli, 87 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-408/2021 nömrəli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(114)-408/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ağstafa rayonu X5 (üçüncü şəxs X4) qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-23/2022 nömrəli qərardadı ilə İddiaçı Ağstafa rayonu, Dağkəsəmən Bələdiyyəsinə (üçüncü şəxs X4) qarşı qərarların ləğvi” tələbinə dair İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2022-ci il tarixli, 2-1(114)- 23/2022 nömrəli qərarı ilə iddia təmin edilməsi, Ağstafa rayonu X3 xx.xx.2013-cü il tarixli, 01 saylı, xx.xx.2012-ci il tarixli, 01 nömrəli və xx.xx.2007-ci il tarixli, 87 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Üçüncü şəxs X4 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-23/2022 nömrəli qərarından Cavabdeh və üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətləri mümkün hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti geri götürülmüş hesab edilmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-23/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. Üçüncü şəxs X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, həmin torpaq sahəsi xx.xx.1993-cü il tarixdə Ağstafa Rayon Xalq Deputatları Soveti rəyasət heyətinin iclas protokolları ilə ona verilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs X4 bildirmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi Ağstafa Rayon Xalq Deputatları Soveti rəyasət heyətinin iclas protokolları ilə ona verilmiş və o, həmin torpaq sahəsi üzərində kafe inşa etmiş, hazırda da həmin kafe fəaliyyət göstərir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılmasına keçənədək məhkəmə iddianın özünün mümkünlüyünü araşdırmalıdır. İddianın mümkünlük şərtləri isə, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən əsasların mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu səbəbdən də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. İş materiallarında olan Azərbyacan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/4573 saylı, xx.xx.2022-ci il tarixli "xxxx" MMCnin Tovuz LTl-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, A 438089 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində olan əsas döngə nöqtələrinin koordinatlarının əmələ gətirdiyi cizgi ilə həmin nömrəli kadastrının torpaq sahəsinin planı hissəsindəki cizgi arasında fərqlilik olduğundan və A 438089 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində olan torpaq sahəsinin koordinatları Əmlak Məsələləri Dövlət Xidmətinin elektron məlumat bazasında olmadığından İddiaçı verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd olunur ki, A 438089 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində olan torpaqsahəsinə əsasən X1 istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin 248 m'-ə qədər hissəsi Ağstafa rayonu X3 yerquruluşu planından çıxarışa əsasən İddiaçı həyətyanı məqsədilə verilməsi nəzərdə tutulan 0.03 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Hazırki işdə olan 19 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən də müəyyən olunur ki, 1, 3 və 4. AN 438089 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədində olan əsas döngə nöqtələrinin koordinatlarının əmələ gətidiyi cizgi ilə həmin nömrəli kadastrın torpaq sahəsinin planı hissəsindəki cizgisi arasında fərqlilik olduğundan və AN2 438089 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədində olan torpaq sahəsinin koordinatları Əmlak Məsələləri Dövlət Xidmətinin elektron məlumat bazasında olmadığından İddiaçı verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, AN 438089 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədinə əsasən X1 istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin 248 kv.m-ə qədər hissəsi Ağstafa rayonu X3 yerquruluşu planından çıxarışa əsasən İddiaçı həyətyanı məqsədilə verilməsi nəzərdə tutulan 0.03 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Cavabdeh xx.xx.2004-cü il tarixli, 58 saylı əmrinə əsasən İddiaçı ayrılmış 0.03 ha torpaq sahəsindən mübahisələndirilən ərazidə hazırda istifadə etmir və baza məlumatlarında həmin 0.03 ha torpaq sahəsi barədə İddiaçı adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da Ağstafa rayonu X3 xx.xx.2013-cü il tarixli, 01 saylı, xx.xx.2012-ci il tarixli, 01 nömrəli və xx.xx.2007-ci il tarixli, 87 nömrəli qərarlarının ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Beləliklə də, kollegiya qeyd edir ki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbinə dair təqdim olunmuş iki sənəd mövcüddur. Bunlar Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 34 saylı arayışı və Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 58 saylı istifadəyə az yararlı 0,03 ha torpaq sahəsinin həyətyanı sahəsinə bitişik olduğu üçün abadlaşdırmaq məqsədi ilə İddiaçı verilməsinə dair əmri. İddiaçı özünün iddia tələbinin əsası kimi təşkil edən Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 58 saylı əmrinə istina edir. Qeyd olunnan əmr üzrə torpaq sahəsinə dair hər hansı təhkim aktı, sxematik plan və ya torpaq sahəsinin koordinatlarını əks etdirən sənəd iş materiallarına əlavə edilmişməmiş və məhkəmə araşdırması zamanı da əldə edilməmişdir. Bundan başqa kollegiya qeyd edir ki, iş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda İddiaçı üzərində mülkiyyət hüquqlarının qeydiyyata alındığı Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən 0.04 ha torpaq sahəsi hazırda mübahisə predmeti olan torpaq sahəsinə aid olmayan başqa sahədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Yuxarıda qeyd olunan Qanunun tələblərindən göründüyü kimi, bələdiyyələr mülkiyyətlərində olan torpaq sahələrini vətəndaşların mülkiyyətinə müvafiq bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında verir. Hazırki işdən də müəyyən edilir ki, Ağstafa rayon Dağkəsəmənli bələdiyyəsi ilə İddiaçı arasında hər hansı müqavilə və bələdiyyənin qərarı mövcud deyildir. Həmçinin mütəxəssisin iştirakı ilə keçirilən yerli baxış zamanı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində kafe yerləşir, həmin kafe üçüncü şəxs X4 tərəfindən istifadə edilir və kollegiya tərəfindən mütəxəssisə çizgi koordinatlarına uyğun olaraq məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə mütəxəssis qarşısına qoyulan suallar üzrə müvafiq rəyin tərtib edilərək məhkəməyə təqdim edilməsi tapşırılmışdır. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən üçüncü şəxs X2 dair əldə edilmiş vergi məlumatlarından görünür ki, Ə.Muradovun adına ********** saylı aktiv VÖEN mövcuddur. Fəaliyyət obyekti isə **********-36001 kodu ilə aktiv vəziyyətdə kafedir. İşdə olan 10/4573 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində və 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunmuşdur ki, AN 438089 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədinə əsasən X1 istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin 248 kv.m-ə qədər hissəsi Ağstafa rayonu X3 yerquruluşu planından çıxarışa əsasən İddiaçı həyətyanı məqsədilə verilməsi nəzərdə tutulan 0.03 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Bununla bağlı kollegiya qeyd edir ki, mütəxəssisin Ağstafa rayonu X3 yerquruluşu planından çıxarışa əsasən verdiyi rəy əsas götürülə bilməz. Belə ki, Ağstafa rayonu X3 yerquruluşu planından çıxarış hüquqmüəyyən edən sənəd kimi nəzərə alına bilməz və nə qədər ki, iddiaçı tərəfindən təqdim edilmiş müvafiq bələdiyyə əmri üzrə sxematik plan, təhkim aktı, plan və ölçü sənədi və sair sənədlər yoxdursa Ağstafa rayonu X3 yerquruluşu planından çıxarışı mötəbər hesab edilə bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 88.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsinə inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu nəzərə alınmamış və iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmamışdır. Bu hal isə iddianın mümkünlün şərtlərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-23/2022 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi olaraq təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-243/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-243/2023
24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver