Məhkəmə qərarları › İş №2-1(104)-245/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-245/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-245/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı X2 iştirakı ilə, “Çıxarışda göstərilən torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 2633/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: JN-250G, KOD 50802038 «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən məlum olur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 saylı qərarı ilə Xanlar rayonu Yeni Zod kənd sakinləri X13, X4, X7, X5 və X3 mülkiyyətinə 0,04 ha torpaq sahəsi verilmişdir. AN-İ ******* seriya və nömrəli, 20 aprel 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1ində 0,04 ha torpaq sahəsi X8, X13, X4 və X9 tərəfindən İddiaçı satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 26 iyun 2022-ci il tarixli, **********08 nömrəli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, torpaq sahəsi üzərində daşınmaz əmlakın texniki paportunun verilməsi ilə bağlı müraciətə əsasən aparılan araşdırma zamanı ərazi idarəsinin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, mübahisəli torpaq sahəsinin yerləşmə mövqeyi müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. ünvan 1ində yerləşən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.0345 ha (345.0 kv.m) təşkil edir və xüsusi mülkiyyətə aiddir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 77.0 kv.m hissəsi, elektron baza məlumatlarına istinadən **********88 reyestr nömrəli Çıxarışa əsasən X6 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-250G (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsinin naturada yerləşmə vəziyyətinin koordinatları ilə, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq halı mövcuddur. Beləki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-250G (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən 0,04 ha (384 kv.metr) torpaq sahəsinin 251 kv.metr hissəsi İddiaçı faktiki istifadəsində, 133.0 kv.m hissəsi isə, digər şəxsin istifadəsindədir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-250G (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsi mümkündür. Mümkün olduğu təqdirdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-250G (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsi xüsusi mülkiyyət formasına aiddir. Qeyd edək ki, elektron baza məlumatlarına istinadən, JN-250G (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsinin 166.0 kv.m hissəsinin, **********45 reyestr nömrəli Çıxarışa əsasən X10, 102.0 kv.m hissəsinin isə, **********46 reyestr nömrəli Çıxarışa əsasən X15 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş sahədir. Torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyil. Torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Qeyd olunan torpaq sahəsi üzərindən yüksək gərginlikli elektrik ötürücü xətti və yüksək təziqli qaz xətti keçmir. Torpaq sahəsi sürüşmə zonasında yerləşmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 09 iyun 2023-cü il tarixli, 3-21-3-33/2-7-01xx-xx/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı hazırda istifadə etdiyi torpaq sahəsinin ümumi sahəsi 0,0373 ha və ya 373 kv.metr təşkil edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışda göstərilən torpaq sahəsinə dair həqiqəti əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1i ərazisində yerləşən 0.04 ha torpaq sahəsi almış və onu xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeyd etdirib həmin torpaqdan istifadə edir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi ona torpağın harada yerləşməsini müəyyən edən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini təxirə salmış və həmin vaxtdan 1 ildən artıq vaxt ötməsinə baxmayaraq verməmişdir. Beləliklə, iddiaçıya qeyd edilən torpaq sahəsi ilə bağlı müvafiq çıxarış verilsə də, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, X1 rayonu, Yeni Zod kəndi ünvanda yerləşən 0,04 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixli, 4Ə-104 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında vətəndaş İddiaçı satmışdır. İddiaçı həmin əmlakla bağlı xx.xx.2021-i il tarixli, **********78 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə çıxarış verilmişdir. Lakin torpaq sahəsinə dair texniki pasportun verilməsi mümkün olmamışdır. Belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, İddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsinin cənub tərəfindən 0,0326 ha hissəsi X19 məxsus xx.xx.2007-ci il tarixli, **********46, X12 məxsus xx.xx.2007-ci il tarixli, **********45 və X11 məxsus xx.xx.2014-cü il tarixli, **********88 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə dair verilmiş çıxarışlarla üst-üstə düşür. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2633/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, müvafiq çıxarışa əsasən iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsinin texniki göstəricilərinin elektron kadastr baza məlumatlarında digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi iddiaçının ziyanına şərh oluna bilməz, başqa sözlə həmin hal torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsinə mane olan hal deyil. Belə ki, hər-hansı subyektin mülkiyyətində olan əmlakın texniki göstəricilərini əks etdirən sənədin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən cavabdehin vəzifələrinə aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 rayonu, Yeni Zod kəndi ünvanda yerləşən 0,04 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixli, 4Ə-104 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında vətəndaş İddiaçı satmışdır. İddiaçı həmin əmlakla bağlı xx.xx.2021-ci il tarixli, **********78 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə çıxarış verilmişdir. Lakin torpaq sahəsinə dair texniki pasportun verilməsi mümkün olmamışdır. Belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, İddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsinin cənub tərəfindən 0,0326 ha hissəsi X19 məxsus xx.xx.2007-ci il tarixli, **********46, X12 məxsus xx.xx.2007-ci il tarixli, **********45 və X11 məxsus xx.xx.2014-cü il tarixli, **********88 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə dair verilmiş çıxarışlarla üst-üstə düşür. Qeyd olunan uyğunsuzluqları nəzərə alaraq ərizənin icrasında imtina edilmişdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnziabti kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)245/2023 saylı qərardadı ilə inzibati iş üzrə X16 və X24 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək istifadəsində və mülkiyyətində olan 0,384 ha torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Cavabdeh hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın: 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı ünvan 1i ünvanında yerləşən 0,04 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixli, 4Ə-104 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən almış və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin texniki göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini xahiş etsə də cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını ərazi idarəsinin elektron baza məlumatlarına əsasən iddiaçıya məxsus torpaq sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üstüstə düşməsinin müəyyən edilməsi təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək təmin edilmişdir. Məhkəmə araşdırılması zamanı iş üzrə təqdim olunan mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin yerləşmə mövqeyi müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. ünvan 1ində yerləşən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.0345 ha (345.0 kv.m) təşkil edir və xüsusi mülkiyyətə aiddir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 77.0 kv.m hissəsi, elektron baza məlumatlarına istinadən **********88 reyestr nömrəli Çıxarışa əsasən X6 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-250G (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsinin naturada yerləşmə vəziyyətinin koordinatları ilə, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq halı mövcuddur. Beləki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 250G (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən 0,04 ha (384 kv.metr) torpaq sahəsinin 251 kv.metr hissəsi İddiaçı faktiki istifadəsində, 133.0 kv.m hissəsi isə, digər şəxsin istifadəsindədir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-250G (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsi mümkündür. Mümkün olduğu təqdirdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 250G (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsi xüsusi mülkiyyət formasına aiddir. Qeyd edək ki, elektron baza məlumatlarına istinadən, JN-250G (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsinin 166.0 kv.m-;ssəsinin, **********45 reyestr nömrəli Çıxarışa əsasən X10, 102.0 kv.m hissəsinin isə, **********46 reyestr nömrəli Çıxarışa əsasən X15 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş sahədir. Torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyil. Torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Qeyd olunan torpaq sahəsi üzərindən yüksək gərginlikli elektrik ötürücü xətti və yüksək təziqli qaz xətti keçmir. Torpaq sahəsi sürüşmə zonasında yerləşmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 09 iyun 2023-cü il tarixli, 3-21-3-33/2-7-01xx-xx/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı hazırda istifadə etdiyi torpaq sahəsinin ümumi sahəsi 0,0373 ha və ya 373 kv.metr təşkil edir. Məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən məlum olur ki, iddiaçı ərizə təqdim edərək istifadəsində və mülkiyyətində olan 0,384 ha torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilinin bir hissəsi üzrə, yəni 16 kv metr hissəsində artıq mübahisə mövcud deyildir. Qalan 384 kv metr hissənin hüquqi və faktiki olaraq İddiaçı mülkiyyətində olması isə mübahisəsiz haldır. İddia tələbinin əsası olaraq qeyd olunan İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən birbaşa səlahiyyətindədir. Odur ki, vətəndaşın qanuni tələbinin icrasından əsassız və lüzumsuz imtina inzibati orqanın vəzifə səlahiyyətindən sui-istifadədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan 384 kv metr torpaq sahəsinə dair “Plan və ölçü” sənədinin verilməsindən cavabdehin imtina dəlilləri öz təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2633/2022 nömrəli qərarı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi hissəsində dəyişdirilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 384 kv.metr torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar