Məhkəmə qərarları › İş №2-1(104)-245/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-245/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-245/2024 22.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-3364/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletdə onun xx.xx.N994-xx.xx.N994-cü il tarixlərdə N nömrəli və xx.xx.N994-xx.xx.N995-ci il tarixlərdə N nömrəli hərbi hissələrdə xidmət keçməsi barədə qeyd vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N9-cu il tarixli 380 nömrəli qərarı ilə Gədəbəy RHK tərəfindən N994-cü ildə hərbi xidmətə çağırılmış, Qazax Qarnizonu Hərbi Prokurorluğunun xx.xx.N998-ci il tarixli N9/NN6N nömrəli amnistiya qərarına əsasən hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.N995-ci ildə aldığı və xx.xx.N995-ci ildən xx.xx.N995-ci ilə kimi Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmasının diaqnozu "Başın sol tüklü nahiyəsinin qəlpə yaralanması. Üzün və saidin çoxsaylı sıyrılmış yaraları" və xx.xx.N995-ci ildən xx.xx.N995-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: «Başın sol gicgah nahiyəsinin, sol əlin, sol dizin çoxsaylı qəlpə yaralanması. Qapalı baş beyin travması. Baş-beyin silkələnməsi. Astenonevrotik hal" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli 60N nömrəli göndərişi, xx.xx.20N9-cu il tarixli NN0 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N995-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2-N9202 nömrəli arxiv arayışına əsasən Gədəbəy RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü, İddiaçı Mehdi oğlu N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 5 №-li əmrilə (əsas: §-3,səh-37,sıra-N23; qeyd: əmrdə atasının adı Mehdi yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 3N №-li əmrilə (əsas: S-N,səh- 82,sıra-508; qeyd: əmrdə atasının adı Mehdi yazılmışdır) İddiaçı Mehdi oğlu şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli N №-li əmrilə (əsas: §-3,səh-N4,sıra-255) İddiaçı xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.N994- xx.xx.N998-ci il, sıra-82; qeyd: məlumatda atasının adı Mehdi yazılmış, əmrin verilmə tarixi və nömrəsi qaralanmışdir) Gədəbəy RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü, sıravi İddiaçı Mehdi oğlunun hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissəyə daxil olması və hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli 80 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 80 №-li əmrində İddiaçı adı qeyd olunmamışdır. N nömrəli hərbi hissə komandirinin NN iyul N994-cü il tarixli N26 №-li əmrilə (əsas: §-N, səh-30, sıra-N) sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək komendant bölüyündə tənzimləyici vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N avqust N995-ci il tarixli 62 №-li əmrilə (əsas: §-8,səh-N06,sıra-3; qeyd: əmrdə atasının adı Mehdi yazılmışdır) sıravi İddiaçı Mehdi oğlu müalicə üçün N nömrəli hərbi hissəyə göndərilərək ərzaq təminatından azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 330 nömrəli məktubunda bildirilmişdir ki, Gədəbəy RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı Mehdi oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 5 №-li əmrilə (əsas: §-3, səh-37, sıra-N23) hərbi hissəyə gəlmiş hesab edilərək bütün növ təminatlardan istifadə hüququ verilmiş və 5-ci motoatıcı tabora təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N №-li əmrində (əsas: §-N, səh-82, sıra-508) bütün növ təminatlardan azad edilərək xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən 4-cü motoatıcı taborunun əsgərlərinin siyahısında İddiaçı Mehdi oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N994- xx.xx.N998-ci il, sıra-82) xx.xx.N994-cü il tarixdə Gədəbəy RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü, sıravi İddiaçı Mehdi oğlunun hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq siravi hərbi rütbəsinin verilməsi, kursant vəzifəsinə təyin olunması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, komandirinin xx.xx.N994-cü il tarixli 80 №-li əmrilə (məlumatda "0N" və "80" rəqəmləri qaralanmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrində (əsas: Ş-3, səh-N7, sıra- 255, əmrdə atasının adı "Mehti" yazılmışdır) N №-li hərbi hissə komandirinin sərəncamında olan, xx.xx.N994-cü il tarixdən Qusar Qarnizonunda yerləşən motoatıcı taborun şəxsi heyətinin siyahısına salınaraq ərzaq təchizatına qoyulan əsgərlərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin aprel N994-cü il (o cümlədən xx.xx.N994-cü il tarixli 80 №-li əmrində) İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Sıravi İddiaçı N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N26 №-li əmrilə (əsas: §-N, səh-377, əmrdə atasının adı "Mehti" yazılmışdır, əmr olduğu kimi yazılmışdır, əsas kimi "təqriri" göstərilmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək komendant bölüyündə tənzimləyici vəzifəsinə təyin olunmuşdur. Sıravi İddiaçı Mehdi oğlu N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 245 №-li əmrilə (əsas: §-2, səh-N58, sıra-7) komendant bölüyündə tutduğu vəzifədən azad edilərək 4-cü tabor komandirinin sərəncamına göndərilmişdir. Sıravi İddiaçı Mehdi oğlu N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 283 №li əmrilə (əsas: §-N0, səh-44, sıraN, əmrdə vəzifəsi yazılmamışdır) 4-cü taborda tutduğu vəzifədən azad edilərək mühafizə və xidmət bölüyündə vəzifəyə təyin olunmuşdur. 5-ci taborun hərbi qulluqçusu, sıravi İddiaçı Mehdi oğlu N7N №-li hərbi (əsas: §-8, səh-N06, sıra-3, əsas kimi hissə komandirinin xx.xx.N995-ci il tarixli 62 №-li əmrilə tibb xidməti rəisinin xx.xx.N995-ci il tarixli göndərişi qeyd edilmişdir)) müalicə üçün N №li hərbi hissəyə göndərilərək ərzaq təminatından azad edilmişdir. N7N No-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: 30.06.N99 sıra-3) İddiaçı Mehdi oğlunun hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N26 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması qrafasında komandirin xx.xx.N995-сi il tarixli 62 №-li əmrilə N №-li hərbi hospitala getməsi və qayıtmağı yoxdur qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 549 nömrəli məktubunda bildirilmişdir ki, NN0 nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 327 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, Gədəbəy RHKdan həqiqi hərbi xidmətə çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı Mehdi oğlu N №o-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 5 №-li əmrilə (əsas: §-3, səh-37, sıra-N23) hərbi hissəyə gəlmiş hesab edilərək bütün növ təminatlardan istifadə hüququ verilmiş və 5-ci motoatıcı tabora təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N №-li əmrində (əsas: §-N, səh-82, sıra-508) bütün növ təminatlardan azad edilərək xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən 4-cü motoatıcı taborunun əsgərlərinin siyahısında İddiaçı Mehdi oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N994-xx.xx.N998-ci il, sıra-82) xx.xx.N994-cü il tarixdə Gədəbəy RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü, sıravi İddiaçı Mehdi oğlunun hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №- li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq siravi hərbi rütbəsinin verilməsi, kursant vəzifəsinə təyin olunması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, komandirinin xx.xx.N994-cü il tarixli 80 №-li əmrilə (məlumatda "0N" və "80" rəqəmləri qaralanmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrində (əsas: Ş3, səh-N7, sıra-255, əmrdə atasının adı "Mehti" yazılmışdır) N №-li hərbi hissə komandirinin sərəncamında olan, xx.xx.N994-cü il tarixdən Qusar Qarnizonunda yerləşən motoatıcı taborun şəxsi heyətinin siyahısına salınaraq ərzaq təchizatına qoyulan əsgərlərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin aprel N994-cü il (o cümlədən xx.xx.N994cü il tarixli 80 №-li əmrində) İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Sıravi İddiaçı N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N26 №-li əmrilə (əsas: §-N, səh- 377, əmrdə atasının adı "Mehti" yazılmışdır, əmr olduğu kimi yazılmışdır, əsas kimi "təqriri" göstərilmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək komendant bölüyündə tənzimləyici vəzifəsinə təyin olunmuşdur. Sıravi İddiaçı Mehdi oğlu N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 245 №-li əmrilə (əsas: §-2, səh-N58, sıra- 7) komendant bölüyündə tutduğu vəzifədən azad edilərək 4-cü tabor komandirinin sərəncamına göndərilmişdir. Siravi İddiaçı Mehdi oğlu N7N ;-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 283 №-li əmrilə (əsas: §-N0, səh-44, sıra-N, əmrdə vəzifəsi yazılmamışdır) 4-cü taborda tutduğu vəzifədən azad edilərək mühafizə və xidmət bölüyündə vəzifəyə təyin olunmuşdur. 5-ci taborun hərbi qulluqçusu, sıravi İddiaçı Mehdi oğlu N7N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 62 №-li əmrilə (əsas: §-8, səh-N06, sıra-3, əsas kimi tibb xidməti rəisinin xx.xx.N995-ci il tarixli göndərişi qeyd edilmişdir)) müalicə üçün N №-li hərbi hissəyə göndərilərək ərzaq təminatından azad edilmişdir. N7N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N994, sıra-3) İddiaçı Mehdi oğlunun hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N26 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması qrafasında komandirin xx.xx.N995-ci il tarixli 62 №-li əmrilə N №-li hərbi hospitala getməsi və qayıtmağı yoxdur qeyd olunmuşdur. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2- N9202 nömrəli arayışına və hərbi biletinin 4-cü, 23-cü səhifələrində olan qeydlərə əsasən xidmət etdiyi N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və N nömrəli hərbi hissədə hərbi xidməti atəşkəs dövrünə təsadüf etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə və döyüşlərdə yaralandığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 06 yanvar N994-cü il tarixdə Gədəbəy rayon hərbi komissarlığından Qarabağ uğrunda döyüşlərə gedib, əvvəlcə Priküşkül qəsəbəsindəki N nömrəli hərbi hissənin tərkibində təlim keçib, N fevral N994- cü il tarixdə N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. NN iyul N994-cü il tarixdə N nömrəli hərbi hissəyə göndərilib və xidmətini həmin hərbi hissədə davam etdirmişdir. N nömrəli hərbi hissənin tərkibində Gədəbəy rayonunun Qocadağ ərazisində döyüşlərdə fəal iştirak etmişdir. N avqust N995-ci il tarixdə döyüşlər zamanı baş nahiyəsindən, sol əlindən, sol diz nahiyəsindən ağır xəsarətlər almışdır. Yaralanan zaman 3 gün, yəni xx.xx.N995-ci il tarixdən xx.xx.N995-ci il tarixə kimi Gədəbəy rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra, onu Gəncə şəhərindəki N nömrəli hərbi hospitala gətirmişlər. Hospitalda xx.xx.N995-ci il tarixdən xx.xx.N995-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Həkimlər ona "başın sol gicgah nahiyəsinin, sol əlin, sol dizin çoxsaylı qəlpə yaralanması, qapalı baş beyin travması, baş beyin silkələnməsi, astero-nevrotik hal” diaqnozu qoymuşlar. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N9-cu il tarixli 380 nömrəli qərarında həmin xəstəlikləri təsdiq olunmaqla qeyd edilmişdir ki, xəstəliyi hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Onun fərariliyinin olmadığı halda arxiv arayışında əsası olmayan məlumatın yazılması onun hüquqlarının pozulması deməkdir. DİN-nin xx.xx.2023-cü il tarixli 3-N3.N2- N/2.A.70745/NN/223 nömrəli arayışından da aydındır ki, onun ümumiyyətlə məhkumluğu yoxdur. XN müharibəsində iştirak etməklə, mənfur düşmənə qarşı döyüşlərdə ağır yaralanmağı ərizəyə əlavə etdiyi tibbi arayışlar, hərb bilet, stasionar müalicə barədə tibbi kartadan çıxarışların notariusda təsdiqlənmiş surətləri ilə də tam təsdiq olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyinə, yaralanmağına baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir. Bu da onun konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiqlənmiş müvafiq sənədlərimi müraciətinə əlavə edib Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyini, yaralandığını nəzərə alıb ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə köməklik edilməsini xahiş etsə də, həmin inzibati orqan bu günə kimi, yəni iki aydan atıq müddət keçməsinə baxmayaraq ona heç bir rəsmi cavab verməmişdir. Müraciətini xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri N2 saylı poçt vasitəsi ilə cavablı göndərmişdir. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məhkəmə qaydasında müəyyən edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair etirazında bildirilmişdir ki, Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 549 nömrəli arxiv arayışına əsasən NN0 nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-3364/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilmədiyindən cavabdeh orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun xidmət etdiyi N və N nömrəli hərbi hissələrin Silahlı Qüvvələrin Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması və N nömrəli hərbi hissədə hərbi xidmətinin atəşkəs dövrünə təsadüf etməsi olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun sonuncunun xidmət etdiyi N və N nömrəli hərbi hissələrin Silahlı Qüvvələrin Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması və N nömrəli hərbi hissədə hərbi xidmətinin atəşkəs dövrünə təsadüf etməsi olmuşdur ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hallar öz təsdiqini tapmışdır. Hazırkı işdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə sənədlər mövcud deyildir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, idddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı işə baxan hakim yalnız cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibati işə əlavə olunmuş imtinasına və etirazına əsaslanıb qanunsuz, yanlış qərar çıxarmış. Məhkəmədə iddiaçı kimi onun məhkəmə prosesində göstərdiklərini, eləcə də inzibati işə əlavə olunmuş kifayət qədər sübutlarını, xx.xx.N994-cü il tarixdən hərbi xidmətə yollanaraq İ Vətən müraribəsində iştirak edərək N avqust N995-ci il tarixdə döyüşlər zamanı, sol diz nahiyyəsindən, sol əlindən və baş nahiyyəsindən düşmən tərəfindən minaatandan atılmış mərmidən qəlpə yaraları alaraq xx.xx.N995-ci ildən, xx.xx.N995-ci il tarixədək Gədəbəy rayon Mərkəzi Xəstəxanasında, ilkin tibbi yardım aldıqdan sonra Gəncə şəhəri 230 saylı hərbi hospitala gətirilib, xx.xx.N995-ci il tarixə kimi stasionar müalicə olunduğunu, müalicə olunduqdan sonra hərbi xidmətini davam etdirdiyini, fərari kimi barəsində heç bir cinayət işi başlama qərarı, yaxud da məhkəmə hökmü olmadığı halda, göstərdikləri hərbi biletin, arxiv arayışı, xəstələlik vərəqələri və arayışlarla tam təsdiq olunsa da bunları nəzərə almadan, işin faktiki hallarına uyğun olmayan qanunsuz qərar qəbul etmişdir. Onunla döyüşlərdə iştirak edən şəxslərin hamısı bu gün vetaran olsalar da ona veteranlıq verilmir. Eləcə də yaralandığına, əmək qabiliyyətini itirdiyinə görə dövlət tərəfindən heç bir imtiyazla təmin olunmamışdır. 4 nəfər ailə üzvü vardır. Heç biri də işləmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir. Bu da onun konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Bu göstərdiklərinə, eləcə işə əlavə edilmiş sübut xarakterli digər sənədlərinə görə ona veteranlıq düşdüyü halda, birinci instansiya məhkəməsi cavabdehin imtinasına və hüquqi əsası olmayan etirazına və öz mülahizələrinə əsaslanıb işin faktiki hallarına uyğun olmayan iddianın təmin edilməməsi barədə qanunsuz qərar qəbul etmişdir. Hesab edir ki, apellyasiya instansiyasında işə baxılarkən obyektiv qərar qəbul ediləcək, apellyasiya şikayəti təmin ediləcəkdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) proses iştirakçılarının izahatları İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 25 dekabr N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Əsasnamə: N6. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: [N3] çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün; b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;

20. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün;

“Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat: Bənd N.6. N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.

İnzibati Prosessual Məcəllə (İPM): Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə N4.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.N-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti müsbət həll edilmədiyindən hazırkı tələblə məhkəmədə iddia qaldırmış və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmədiyindən qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 549 nömrəli məktubunda bildirilmişdir ki, NN0 nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023cü il tarixli 327 nömrəli cavab məktubunda göstərilir ki, N7N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N994, sıra-3) İddiaçı Mehdi oğlunun hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N26 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması qrafasında komandirin xx.xx.N995-ci il tarixli 62 №-li əmrilə N №li hərbi hospitala getməsi və qayıtmağı yoxdur qeyd olunmuşdur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb Silahlı Qüvvələrin Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında iddiaçının xidmət etdiyi N və N nömrəli hərbi hissələrin olmaması və N nömrəli hərbi hissədə hərbi xidmətinin atəşkəs dövrünə təsadüf etməsi olmuşdur. Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. İş materiallarından da görünür ki, İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N997-ci il tarixli “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə” amnistiya qərarına əsasən Gədəbəy Rayon Hərbi Komisarlığında qeydiyyata alınmışdır. Bundan əlavə İddiaçı izahatında bildirmişdir ki, N995-ci ilin avqustunda yaralanmış və müalicə olunması üçün hərbi hospitala göndərilmiş, N ay müalicə olunduqdan sonra müalicəsini davam etdirməsi üçün N7N saylı hərbi hissənin tibb məntəqəsində qaytarılmışdır. O, tibb məntəqəsində bir müddət qaldıqdan sonra heç kimin onunla maraqlanmadığını görüb, hərbi xidməti davam etdirməmiş və evinə qayıtmışdır. Bundan sonra N997-ci ildə barəsində amnistiya qərarı tətbiq edilmişdir. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən ehtiyata buraxılması işə əlavə olunmuş sənədlərlə təsdiqini tapmamışdır. İddiaçı özü də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması barədə məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməmişdir. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-3364/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən N ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar