Məhkəmə qərarları › İş №2-1(104)-247/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-247/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-247/2024 22.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)- 4353/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-N560 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N avqust N992-ci il tarixli 56 №o-li əmrində (əmrdə atasının adı tam yazılmayıb) tuşlayıcı-operator İddiaçı B. oğlunun avqust ayı üçün tutduğu vəzifəyə uyğun olması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N sentyabr N992-ci tarixli 65 №-li əmrində (əmrdə atasının adı yazılmayıb) İddiaçı Mardakerd döyüş zonasına göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N sentyabr N992ci il tarixli 82 №-li əmrində (əmrdə atasının adı yazılmayıb) İddiaçı Ağdərə döyüş zonasına göndərilməsi barədə məlumat vardır. Xanlar RHK-nın xx.xx.N993-cü il tarixli adlı siyahısına əsasən, çağırışçı sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N dekabr N993-cü tarixli 02N9 №-li əmrilə hərbi hissənin tərkibinə daxil edilmişdir. N nömrəli hərbi hissənin şəxsi həyətinin əlifba qeydiyyatı kitabında N974-cü il təvəllüdlü, xx.xx.N993-cü ildə Cəbrayıl RHK-dan çağrılmış İddiaçı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N9 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. (xx.xx.N992-xx.xx.N994-cü il, məlumatda şəxsi heyətin siyahısından çıxarılma səbəbi qeyd edilməyib). N nömrəli hərbi hissə komandirinin yanvar-fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.202N-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.N992- ci il tarixdə N nömrəli hərbi hissə tərkibində şəxsi heyətin siyahısına salınmış, xx.xx.N992-ci il tarixdə Ağdərə döyüş zonasına göndərilməsi barədə məlumat vardır. xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, xx.xx.N994-cü il tarixdən həmin hərbi hissənin şəxsi heyəlinin siyahısından çıxarılması barədə arxiv arayışında məlumat vardır. Gəncə Hərbi Prokurorluğunun xx.xx.202N-ci il tarixli HP-N7/6935 nomrəli məktubuna əsasən hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır. Gəncə Hərbi Prokurorluğunun xx.xx.202N-ci il tarixli məktubuna əsasən N977-ci il təvəllüdlü İddiaçı barəsində Gəncə şəhər Prokurorluğunda təqsirləndirici material yoxdur və cinayət işi istintaq edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 037 nömrəli qərarı ilə müəyyən olunur ki, Göygöl RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə Hərbi Prokurorluğunun xx.xx.202N-ci il tarixli N7 HP/6935 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi-diaqnoz: "Odlu qəlpə yaralanmasından sonrakı sol budun orta N/3- nin infeksiyalaşmış yarası. Üçlü sinirin nevralgiyası" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.202N-ci il tarixli N476 nömrəli göndərişi, xx.xx.202N-ci il tarixli 670 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N992-il il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, onun xx.xx.N992ci ildən xx.xx.N993-cü ilədək xidməti barədə məlumat olmadığına, xidmət etdiyi dövrlərdə xidmət etdiyi hərbi hissələr döyüş əməliyyatlarına cəlb olunmadığına və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli N593 nömrəli cavab məktubu ilə müəyyən olunur ki, 8N5 №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 56 №-li əmrində (əmrdə atasının adı tam yazılmamışdır) tuşlayıcıoperator İddiaçı B. oğlunun avqust ayı üçün tutduğu vəzifəyə uyğun olması barədə məlumat vardır. 8N5 №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 65 №-li əmrində (əmrdə atasının adı yazılmamışdır) İddiaçı Mardakerd döyüş zonasına göndərilməsi barədə məlumat vardır. 8N5 №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 82 №-li əmrində (əmrdə atasının adı yazılmayıb) İddiaçı Ağdərə döyüş zonasına göndərilməsi barədə məlumat vardır. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 8N5 №-li hərbi hissə komandirinin xx.xx.N992- xx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Xanlar RHK-nın xx.xx.N993-cü il tarixli adlı siyahısına əsasən, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 02N9 №-li əmrilə hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (Əsas: xx.xx.N992- xx.xx.N994-cü il, məlumatda şəxsi heyətin siyahısından çıxarılma səbəbi qeyd edilməmişdir) N974-cü il təvəllüdlü, xx.xx.N993-cü ildə Cəbrayıl RHK-dan çağırılmış İddiaçı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N9 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat var. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda 8N5 №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək 8N5 saylı hərbi hissədə döyüş əmliyyatlarında iştirak etmiş, açıq döyüşdə yaralanmış, diaqnozu odlu qəlpə yarasından aldığı travma olmuşdur. 8N5 saylı hərbi hissə komandirinin onun hərbi biletində daxil olma və bitirmə haqqında möhür imza olduğu halda müharibə veteranı verilməmişdir. O, müharibə veteranı vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, əsassız olaraq onun müraciətindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair etirazında bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyu uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Araşdırma nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 23 avqust 2022 ci il tarixli 9/2-5475 nömrəli arayışına əsasən İddiaçı N sentyabr N992-ci ildən 0N dekabr N993-cü ilədək xidməti və qanuni əsaslarla şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, iddiaçı xidmət etdiyi dövrlərdə hərbi hissələr döyüş əməliyyatlarına cəlb olunmamışdır. İddiaçının hərbi xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Bu normanın tələbləri baxımından iddiaçı "Müharibə veteranı" statusu almaq üçün onun hərbi xidməti hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarında istinad etmiş, lakin iş materialları ilə onun hərbi xidməti və hərbi xidmət dövrünü tam olaraq başa vurması, qanuni əsaslarla tərxis edilməsi faktı öz təstiqini tapmamışdır. Hərbi qulluqçuların ehtiyyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin "Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında" 23 yanvar N996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar N996-cı il tarixli əmrin N-ci bəndində qeyd edilmişdir ki, N0 fevral N996- cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-4353/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, xx.xx.N992-ci ildən xx.xx.N993-cü ilədək xidməti barədə məlumat olmadığına, xidmət etdiyi dövrlərdə xidmət etdiyi hərbi hissələr döyüş əməliyyatlarına cəlb olunmadığına və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilmədiyindən cavabdeh orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, İddiaçı xx.xx.N992-ci ildən xx.xx.N993-cü ilədək xidməti, döyüş əməliyyatlarına cəlb olunmadığı və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilməmişdir. Yəni, iddiaçının hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair mötəbər sübutlar mövcud deyildir. İddiaçının hərbi xidmətə qəbul edilməsi arxiv arayışından görünsə də, onun döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi və xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmamasıdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır. Belə ki, Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi bileti ilə yanaşı, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da vacib şərtdir, hansı ki, iddiaçının hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, idddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə razı deyildir. Məhkəmənin qərarı heç bir əsaslanma olmadan qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvanladığı etiraz ərizəsinə əsaslanmışdır. Hansı ki, həmin etirazın özünü əsaslandıra bilməmişlər. Onun aldığı yara güllə yarası olmuşdur. Döyüşlərdə iştirak etmişdir. Hərbi biletində daxil olma və çıxma yazılıb həmçinin möhürlə təsdiqlənib. Başqa hansı sübut təqdim etməlidir ki, məhkəmə ədalətli qərar qəbul etsin. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib . b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) proses iştirakçılarının izahatları İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 25 dekabr N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Əsasnamə: N6. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: [N3] çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün; b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;

20. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün;

“Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

İnzibati Prosessual Məcəllə (İPM): Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə N4.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.N-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

Apellyasiya məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti müsbət həll edilmədiyindən hazırkı tələblə məhkəmədə iddia qaldırmış və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmədiyindən qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-N560 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N avqust N992-ci il tarixli 56 №o-li əmrində (əmrdə atasının adı tam yazılmayıb) tuşlayıcı-operator İddiaçı B. oğlunun avqust ayı üçün tutduğu vəzifəyə uyğun olması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N sentyabr N992-ci tarixli 65 №-li əmrində (əmrdə atasının adı yazılmayıb) İddiaçı Mardakerd döyüş zonasına göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N sentyabr N992ci il tarixli 82 №-li əmrində (əmrdə atasının adı yazılmayıb) İddiaçı Ağdərə döyüş zonasına göndərilməsi barədə məlumat vardır. Xanlar RHK-nın xx.xx.N993-cü il tarixli adlı siyahısına əsasən, çağırışçı sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N dekabr N993-cü tarixli 02N9 №-li əmrilə hərbi hissənin tərkibinə daxil edilmişdir. N nömrəli hərbi hissənin şəxsi həyətinin əlifba qeydiyyatı kitabında N974-cü il təvəllüdlü, xx.xx.N993-cü ildə Cəbrayıl RHK-dan çağrılmış İddiaçı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N9 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. (xx.xx.N992-xx.xx.N994-cü il, məlumatda şəxsi heyətin siyahısından çıxarılma səbəbi qeyd edilməyib). N nömrəli hərbi hissə komandirinin yanvar-fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli N593 nömrəli cavab məktubu ilə müəyyən olunur ki, 8N5 №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 56 №-li əmrində (əmrdə atasının adı tam yazılmamışdır) tuşlayıcıoperator İddiaçı B. oğlunun avqust ayı üçün tutduğu vəzifəyə uyğun olması barədə məlumat vardır. 8N5 №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 65 №-li əmrində (əmrdə atasının adı yazılmamışdır) İddiaçı Mardakerd döyüş zonasına göndərilməsi barədə məlumat vardır. 8N5 №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 82 №-li əmrində (əmrdə atasının adı yazılmayıb) İddiaçı Ağdərə döyüş zonasına göndərilməsi barədə məlumat vardır. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 8N5 №-li hərbi hissə komandirinin xx.xx.N992- xx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Xanlar RHK-nın xx.xx.N993-cü il tarixli adlı siyahısına əsasən, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 02N9 №-li əmrilə hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (Əsas: xx.xx.N992- xx.xx.N994-cü il, məlumatda şəxsi heyətin siyahısından çıxarılma səbəbi qeyd edilməmişdir) N974-cü il təvəllüdlü, xx.xx.N993-cü ildə Cəbrayıl RHK-dan çağırılmış İddiaçı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N9 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat var. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda 8N5 №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə əsas onun xx.xx.N992-ci ildən xx.xx.N993-cü ilədək xidməti barədə məlumat olmaması, xidmət etdiyi dövrlərdə xidmət etdiyi hərbi hissələr döyüş əməliyyatlarına cəlb olunmaması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmaması qeyd olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı iddia tələbində xx.xx.N992-ci ildən xx.xx.N993cü ilədək 8N5 saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini qeyd etmişdir. Lakin AR Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli N593 nömrəli məktubu ilə müəyyən olunur ki, NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda 8N5 №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və qanuni əsaslarla ehtiyata buraxılması işə əlavə olunmuş sənədlərlə təsdiqini tapmamışdır. İddiaçı özü də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması barədə məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməmişdir. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-4353/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən N ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar