Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-247/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-189/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, 3813 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-43- 90/2-Ə-6xx/xx/2024 nömrəli məktubları ilə bildirilmişdir ki, təqdim edilən sənədlər əsas vermədiyi üçün (döyüş iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir.
İşdə olan sənədlər:
2. НЗ4459779 nömrəli hərbi biletindən görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuşdur.
3. Xanqərvənd Kənd XDS İcrakomu üzrə xx.xx.1991-ci il tarixli, 13 nömrəli əmrə əsasən Əvəzov X1 Sovetinin hərbi masa rəisi vəzifəsinə təyin edilmişdir.
4. Goranboy Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 22 nömrəli arayışında qeyd edilmişdir ki, Əvəzov X12 rayonu könüllü özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir.
5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-43-90/2-178/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyətinin 416 nömrəli, 8 dekabr 2016-ci il tarixli məktubu ilə Xidmətin Aparatına təqdim edilmiş "01 fevral 1988-ci il tarixdən 12 may 1994-cü il tarixədək erməni işğalına qarşı döyüşlərdə iştirak etmiş və müharibə veteranı adı almamış şəxslərin adlı siyahısı"nda xx.xx.1964-cü il təvəllüdlü İddiaçı adı keçmir. Əlavə olaraq, Goranboy Rayon İcra Hakimiyyətindən daxil olmuş 6 nömrəli xx.xx.2017-ci il tarixli məktubda isə bildirilir ki, 1988-1991-ci illərdə könüllü özünümüdafiə batalyonlarının tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş və müharibə veteranı statusu almamış şəxslərin qeydiyyatı Rayon İcra Hakimiyyətində aparılmamışdır. Yuxarıda qeyd olunan siyahının hansı sənədlər əsasında tərtib olunmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hər hansı bir məlumat yoxdur.
6. Goranboy rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-45/2-43/2024 nömrəli mətubu və ona əlavə edilmiş Goranboy Rayon Dövlət Arxivinin 29 yanvar 2024-cü il tarixli, 3-48-15RA/2-Ə-2/20/2024 nömrəli arayışı ilə müəyyən olunur ki, Dövlət Arxivində mühafizə olunan (2005-ci il) sənədlər qovluğunda Goranboy rayonu üzrə Könüllü özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında sıra nömrəsi 7, xx.xx.1964-cü il təvəllüdlü Xan Qərvənd kənd sakini İddiaçı adı göstərilmişdir.
7. Goranboy rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-45/2-151/2024 nömrəli mətubunda qeyd olunmuşdur ki, Dövlət Arxivində mühafizə olunan (2005-ci il) sənədlər qovluğunda Goranboy rayonu üzrə Könüllü özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında sıra nömrəsi 7, xx.xx.1964-cü il təvəllüdlü Xan Qərvənd kənd sakini İddiaçı adı göstərilmişdir.
8. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-22/2-1155/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X11, X10, X6, X7, X8 və X3 SHXÇDX-nin Goranboy rayon şöbəsində (keçmiş Goranboy rayon Hərbi Komissarlığı üzrə) “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas olmuş adlı siyahı tərtib edilmişdir.
9. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il, 2510 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 091 nömrəli əmrində 1992-ci ilin mart ayının 27-dən Goranboy rayonunun Əlahiddə Ərazi Özünümüdafiə batalyonun yaradılması (şərti adı N nömrəli hərbi hissə) bütün işlərin 1992-ci ilin aprel ayından başlaması, qərargahın Goranboy rayonu Hərbi Komissarlığının bazasında yaradılması və fəaliyyət göstərməsi barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda Goranboy RHK-nın xx.xx.1992-ci il tarixdən 09.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Qeyd edilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Goranboy rayonu ƏÖMB komandirinin aprel-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin avqust-noyabr 1993cü il, iyul-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin yanvar-iyul, dekabr 1993-cü il, yanvariyun 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1991-1993-cü illərdə könüllü özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci ildən Goranboy rayonu ərazisində erməni qəsbkarlarının hücumlarının qarşısını almaq üçün Goranboy rayon könüllü özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 1992-ci ildə Şaumyan (indiki Ağcakənd) rayonunun erməni işğalçılarından təmizlənməsi əməliyyatlarında, 1993cü ildə isə Gülüstan ərazisinin müdafiəsində iştirak etmişdir. Həmçinin, o 1991-ci ildə isə Goranboy rayon Xanqərvənd kənd XDS icrakomunun xx.xx.1991-ci il tarixli əmri ilə hərbi masa rəisi vəzifəsinə təyin edilmiş, həmin illərdə özünümüdafiə dəstələrinin təşkil edilməsində və milli ordu quruculuğunda yaxından iştirak etmişdir. Bunu ərizəyə əlavə edilən Goranboy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 22 saylı arayışı və Goranboy rayon Xanqərvənd kənd XDS İcrakomunun xx.xx.1991-ci il tarixli 13 saylı əmrindən çıxarışı sübut edir. 2004-cü ildə müvafiq sənədlər ilə birgə o, Qarabağ müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı Goranboy rayon Hərbi Komisarlığına müraciət etsə də, nəticəsiz qalmışdır. 2020-ci ildə yenidən ərizə ilə Qarabağ müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsinə müraciət etmişdir. Lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidməti təqdim etdiyi sənədlərin ona müharibə veteram adının verilməsinə əsas vermədiyini bildirmiş və imtina vermişdir.
12. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, Gəncə izibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
13. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı il tarixli, 416 nömrəli məktubla Xidmətə təqdim edilmiş “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları”nda iddiaçının adı mövcud deyil. Məhkəmə sorğusuna əsasən Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-45/2-151/2024 nömrəli məktubunda iddiaçının könüllü özünümüdafiə batalyonun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin köhnə adlı siyahıda adının olması barədə qeyd də vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həm də döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. Hazırkı iş üzrə sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, irəli sürülən faktlar iddiaçı tərəfindən mötəbər sübutlarla sübut edilməmişdir. Habelə, iddiaçı iddia ərizəsində 1991-1993-cü illər ərzində Goranboy rayonun Əlahiddə Ərazi Özünümüdafiə batalyonunun tərkibində döyüşlərdə iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 2510 nömrəli məktubundan görünür ki, Goranboy rayonun Əlahiddə Ərazi Özünümüdafiə batalyonu 1992-ci ilin sentyabr ayına qədər fəaliyyət göstərmiş, həmin tarixdən sonra onun bazasında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi yaranmış və arxiv məlumatlarında isə nə həmin özününmüdafiə batalyonun, nə də N nömrəli hərbi hissənin əmr kitablarında (şəxsi heyətin əlifba qeydiyyat kitablarında) iddiaçı barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq, iddiaçı 1991-1993-cü illərdə döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi əlaqədar məhkəməyə müraciət etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-1304/2020 nöməli qətnaməsi ilə ərizəçi İddiaçı 1991-ci ildən 1993-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(104)-1139/2023 nömrəli qərarı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-1304/2020 nöməli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-189/2025 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının istinad etdiyi siyahı tam olmamaqla yanaşı, sonradan kim tərəfindən tərtib edilməsi və imzalanması göstərilməmişdir. Həmçinin, siyahının mövcudluğu vəziyyəti iddiaçının xeyrinə dəyişdirmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həm də döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. Hazırkı işdə bu, baş verməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-189/2025 nömrəli qərarının ləğv edilməsini, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.
b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c)Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayəti müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, onunla birlikdə işləyən şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilmişdir, onun döyüşlərdə iştirak etməsini təsdiq edən əlavə sənədləri yoxdur.
20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinə etiraz etdi və təmin olunmamasını xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
22. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranı adı aşağıdakı qaydad verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı, eyni zamanda bu hal müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İş materialları ilə müəyyən edilir ki, iddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, sonuncu müraciətin müsbət icrasından imtina edərək təqdim edilən sənədlər əsas vermədiyi üçün (döyüşdə iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmamasını bildirmişdir.
26. Göründüyü kimi, hazırda cavabdeh orqan tərəfindən iddiaçının döyüşdə iştirakını sübut edən təsdiqedici hüquqi sənədlərin olmamasına istinad etmiş, birinci instansiya məhkəməsi cavabdeh orqanın imtina dəlillərini əsaslı hesab etmiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarını apellyasiya qaydasında mübahisələndirmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, imtina dəlilinə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymət verilməlidir.
28. Belə ki, adıçəkilən Əsasnaməyə əsasən, şəxsə müharibə veteranı adı verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı, eyni zamanda bu hal müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.
29. Göründüyü kimi, şəxsə müharibə veteranı adı verilməsi üçün 2 şərt nəzərdə tutulmuşdur: 1) döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməli; 2) bu hallar qeyd olunan müvafiq icra hakimiyyəti orqanları və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.
30. Yuxarıda qeyd olunan normativ tələblər hazırki işin hallarına tətbiq edildiyi halda, iddianın əsaslılığının sübut edilməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlərin də təqdim edilməsi şərtdir.
31. İşin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Goranboy Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən Azərbaycan Respublikasının Hərbi Komissarına “Goranboy rayonu üzrə könüllü özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı” təqdim edilmişdir. Belə ki, həmin siyahının 7-cı sırasında iddiaçının adı qeyd olunmuşdur.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sözügedən siyahı həm tam, həm də kim tərəfindən tərtib edilməsi və imzalanması məlum deyildir.
33. Bununla yanaşı, siyahının mövcudluğu vəziyyəti iddiaçının xeyrinə dəyişdirmir. Belə ki, istinad edilən Əsasnamənin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həm də döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. Hazırkı iş üzrə iddiaçının döyüşlərdə iştirakını sübut edən sənədlər mövcud deyil. Həmçinin, iddiaçı məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, döyüşlərdə iştirak etməsini təsdiq edən əlavə sənədləri yoxdur.
34. Bundan başqa, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il, 2510 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 091 nömrəli əmrində 1992-ci ilin mart ayının 27-dən Goranboy rayonunun Əlahiddə Ərazi Özünümüdafiə batalyonun yaradılması (şərti adı N nömrəli hərbi hissə) bütün işlərin 1992-ci ilin aprel ayından başlaması, qərargahın Goranboy rayonu Hərbi Komissarlığının bazasında yaradılması və fəaliyyət göstərməsi barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda Goranboy RHK-nın xx.xx.1992-ci il tarixdən 09.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Qeyd edilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Goranboy rayonu ƏÖMB komandirinin aprel-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin avqust-noyabr 1993-cü il, iyul-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin yanvar-iyul, dekabr 1993-cü il, yanvar-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
35. Apellyasiya şikayətinin “iddiaçı ilə birlikdə döyüş əməliyyatlarında iştirak edən digər şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-22/2-1155/2024 nömrəli məktubu və ona əlavə edilmiş siyahı (i.m. səh.84-90) ilə müəyyən olunur ki, X11, X10, X6, X7, X8 və X3 SHXÇDX-nin Goranboy rayon şöbəsində (keçmiş Goranboy rayon Hərbi Komissarlığı üzrə) “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas olmuş adlı siyahı tərtib edilmişdir. Həmin siyahılar tam tərtib edilmiş, səlahiyyətli şəxslər tərəfindən tərtib edilərək imzalanmışdır.
36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 091 nömrəli əmrində 1992-ci ilin mart ayının 27-dən Goranboy rayonunun Əlahiddə Ərazi Özünümüdafiə batalyonun yaradılması (şərti adı N nömrəli hərbi hissə) bütün işlərin 1992-ci ilin aprel ayından başlaması, qərargahın Goranboy rayonu Hərbi Komissarlığının bazasında yaradılması və fəaliyyət göstərməsi barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda Goranboy RHK-nın xx.xx.1992-ci il tarixdən 09.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Goranboy rayonu ƏÖMB komandirinin aprelavqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin avqust-noyabr 1993-cü il, iyul-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin yanvariyul, dekabr 1993-cü il, yanvar-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X4 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, order və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi həmin sənədlərin hər hansı biri ilə sübut olunmadığından iddia əsaslı sayıla bilməz.
Nəticəvi hissə:
39. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-189/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov