Məhkəmə qərarları › İş №2-1(104)-248/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-248/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-248/2025 31.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X10 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli, N-1(114)-866/N0N5 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.N019-cu il tarixdə verilmiş AZ-İİ 343610 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı və X4 nikahları bağlanılmış, ərə Nəbiyev, arvada Nəbiyeva soyadları verilmişdır. xx.xx.N0N0-ci il tarixdə verilmiş AZ-İV 456308 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X8 06 may N0N0-ci ildə doğulmuşdur, atası qrafasında İddiaçı, anası qrafasında X6 qeyd edilmişdir. xx.xx.N0N3-cü il tarixdə verilmiş AZ-İV 914N70 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X9 N9 avqust N0N3-cü ildə doğulmuşdur, atası qrafasında İddiaçı, anası qrafasında X6 qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli N48 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, Cavabdeh komandirinin xx.xx.N0N1-ci il tarixli 098əç nömrəli əmri ilə, N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyün 1-ci mexanikləşdirilmiş taqımın 4-cü döyüş maşınının sürücü vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Kəlbəcər rayonu) gəlmiş hesab edilmiş, xx.xx.N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, həmçinin bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlaması əmr edilmişdir. Xidməti xasiyyətnaməyə əsasən, “MAHHXHQ əsgər İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, işgüzar bir hərbi qulluqçu kimi göstərməyə çalışır. Xidməti vəzifələrini nizamnamələr çərçivəsində yerinə yetirməyə çalışır. Hərbi nəzakət və davranış qaydalarını bilir və gündəlik fəaliyyətində rəhbər tuturmağa çalışır. Tutduğu vəzifənin məsuliyyətini dərk edir, xidmətə vicdanla yanaşmağa çalışır. Bölmədə sənədləşmə işinə diqqətlə yanaşır. Təşkilatçılıq və qərar qəbul etmə qabilliyəti normaldır. Tabeliyində olan hərbi qulluqçulara qarşı münasibətdə tələbkardır. Hərbi nəzakət və davranış qaydalarını bilir və gündəlik fəaliyyətində rəhbər tutumağa çalışır. Tutduğu vəzifənin məsuliyyətini dərk edir, xidmətə vicdanla yanaşmağa çalışır. Komandirlərin verdiyi əmr və tapşırıqları vaxtında, yerinə yetirməyə çalışır. Göstərilən qüsur və nöqsanlara münasibət bəsləyir və onları vaxtında aradan qaldırır. Kollektivdə və yoldaşları arasında hörmətə malikdir, xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi normal səviyyədədir. Qanunları, rəhbər sənədləri və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nizamnamələrinin tələblərini bilir, gündəlik xidmətində onlardan istifadə etməyi bacarır. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır.” N nömrəli hərbi hissənin tuşlayıcı-operator əsgər İddiaçı ilə apardığı 1-ci və N-ci söhbət vərəqələrinə əsasən, İddiaçı Əli oğlu ordu sıralarından tərxis edilməməsini xahiş etmişdir. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsinin xx.xx.N-cü il tarixli protokolundan görünür ki, həmin məhkəmədə iştirak edən hərbi qulluqçular təklif üzrə çıxış etmiş, İddiaçı Əli oğlu xahişi üzrə dinlənilmişdir. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsinin xx.xx.N-cü il tarixli qərarına əsasən, mexanikləşdirilmiş bölüyün 1-ci mexanikləşdirilmiş taqımının 4-cü döyüş maşınının tuşlayıcı-operatoru vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı Azərbaycan Ordusu sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. N nömrəli hərbi hissə komandirinin təqdimatına əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Cavabdeh komandirinin xx.xx.N-cü il tarixli, 018əç nömrəli əmrindən çıxarışa əsasən 191-ci əməliyyat (komando) briqadasının (N nömrəli hərbi hissə) mexanikləşdirilmiş bölüyünün mexanikləşdirilmiş taqımının tuşlayıcı-operatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 139 nömrəli Əmrindən çıxarışdan görünür ki, mexanikləşdirilmiş bölüyün 1-ci mexanikləşdirilmiş taqımın 8-ci döyüş maşınının tuşlayıcı - operatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, 14 may N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N-cü il tarixli 176 nömrəli təyinat vərəqəsinə əsasən MAHHXHQ əsgər İddiaçı xx.xx.N-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə qeydiyyatda durmaq məqsədilə getməsi əmr edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 018əç nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, əvvəlki vəzifədə xidmətə bərpa olunmağı və məcburi boş dayanmaya görə əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.N0N0-ci il tarixdə hərbi kursları müvəffəqiyyətlə keçərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 31 iyul N0N0-ci il - N avqust N0N1-ci il tarixləri ərzində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, N avqust N0N1-ci il - 14 may N-cü il tarixləri ərzində isə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Müharibə veteranıdır. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Onun himayəsində iki azyaşlı övladı var, ailədə yeganə qazanc gətirən şəxsdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 018əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən (həqiqi hərbi xidmətdən) ehtiyyata buraxılmışdır. Həmin əmr qanunsuz və əsassız olmaqla onun konstision hüquqlarını pozmuşdur. İddiaçıya hələ də, nə üçün hərbi xidmətdən ehtiyata buraxıldığı məlum deyil. Ona ehtiyata buraxılmağının səbəbi, xidmətə uyğunsuzluğunun nədən ibarət olması izah edilməmiş, ümumiyyətlə barəsində xidmətdən buraxılmağı barədə təqdimat (raport) olmasından və araşdırma aparıldığdan heç bir məlumatı olmamışdır. Cavabdeh buna əsaslar olmasını heç bir sübutla əsaslandırmamışdır. İddiaçı inzibati icraatın, araşdırmanın aparılmasında iştirak etməmiş və bu barədə məlumatı olmamışdır. Yalnız ona təqdim olunmuş təyinat vərəqəsindən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmağı məlum olmuş, lakin bu barədə əmr nə ona təqdim edilmiş, nə də elan olunmuşdur. Nəticədə qəbul olunmuş inzibati akt onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. 44 günlük Vətən Müharibəsi iştirakçısı və ölkə başçısı tərəfindən medallarla təltif olunmuş bir hərbiçi olaraq iddiaçı barəsində qəbul olunmuş belə bir qanunsuz inzibati akt onda təəccüb və təəssüf hissi doğurur. Bu səbəbdən də o, ədalətin və hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N-cü il tarixli N-1(114)-N978/N nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N-cü il tarixli N-1(114)-866/N0N5 nömrəli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 018əç nömrəli əmrinin ona aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, əvvəlki vəzifədə xidmətə bərpa olunması və məcburi boş dayanmaya görə əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və Cavabdeh komandirinin N may N-cü il tarixli 018əç nömrəli əmrinin ləğv edilmədən qanuni qüvvədə saxlanılması xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı, xx.xx.N010-ci il tarixdə SHXÇDX-nin Yevlax şəhər idarəsi tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.N0N1-ci il tarixdən xx.xx.N-cü il tarixədək N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyün 1-ci taqımının 8-ci döyüş maşınının tuşlayıcıoperatoru vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyünün komandiri baş leytenant Rüfət Qasımov xx.xx.N-cü il tarixdə raportla yuxarı komandanlığa müraciət edərək MAHHXHQ əsgər İddiaçı hərbi qulluqçuların şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsi”ndə dinlənilməsini xahiş etmişdir. MAHHXHQ əsgər İddiaçı özünün deməsinə görə Vətən Müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət edərkən N oktyabr N0N0- ci il tarixdə Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhid olmuş əsgər X3 anası vətəndaş X5 ilə N0N3-cü ilin may ayında “Azar-video chat” canlı internet video söhbət proqramı vasitəsilə tanış olmuş, bir müddət sonra aralarında qeyri-rəsmi münasibətlər yaranmışdır. Bundan sonra MAHHXHQ Əsgər İddiaçı məzuniyyətdə, buraxılışda olarkən mütəmadi olaraq Bakı şəhərinə S.O.Həsənovanın yaşadığı ünvana gedib-gəlmiş, onunla qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşdur. Həmin müddət ərzində şəxsi münasibətlər zəminində aralarında yaranmış etibardan suiistifadə edərək N0N3-cü ilin təxminən avqust-sentyabr aylarında S.O.Həsənova onun xahişi ilə öz adına sənədləşdirilməklə dəyəri 3000 manat təşkil edən Vaz N1093 markalı avtomobil almış, 1300 manat məbləğində 1 ədəd “Redmi Not 1N pro” markalı mobil telefon almış, N0N3-cü ilin iyul ayında onun hesabına 400 manat pul köçürmüşdür. Daha sonra S.O.Həsənova MAHHXHQ əsgər İddiaçı təkidi ilə xx.xx.N0N3-cü il tarixdə ona “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnamə vermişdir. MAHHXHQ Əsgər T.İ. Nəbiyev xx.xx.N-cü il tarixdə hərbi hissədə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsi”ndə dinlənilmiş və onun hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyi üçün Azərbaycan Ordusu sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair qərar qəbul olunmuşdur. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən MAHHXHQ əsgər İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, o hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil, işinə məsuliyyətlə yanaşmır, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyi bacarmır, işinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. Hərbi nəzakət və davranış qaydalarını bilmir. MAHHXHQ əsgər İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən hərbi qulluqçuya yaraşmayan və hərbi qulluqçu adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə onun, N nömrəli hərbi hissə komandirinin vəsatəti əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. Cavabdeh komandirinin N may N-cü il tarixli 018əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli, N-1(114)-866/N0N5 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 018əç nömrəli əmrinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması hissəsində ləğv edilməsi, İddiaçı əvvəlki vəzifədə xidmətə bərpa olunması və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi iddiaçı hərbi xidmətdən kənar etdiyi hərəkətə görə, birbaşa hərbi hissənin təqdimatına əsasən cavabdeh orqan tərəfindən müvafiq əmrlə xidmətdən ehtiyata buraxılmışdır. Halbuki iddiaçının qulluq etdiyi hərbi hissə tərəfindən ona etdiyi hərəkətin ağırlığına və təqsirin dərəcəsinə görə qanunvericilikdə nəzərdə tutulan intizam cəzalarından biri tətbiq edilə bilərdi. Məhkəmə hesab edir ki, iddiaçının etdiyi hərəkətə görə sonuncunun birbaşa xidmətdən ehtiyata buraxılması qanuna uyğun olmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, MAHHXHQ əsgər İddiaçı İİ Qarabağ Müharibəsində iştirak etmiş, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” müdalları ilə təltif edilmişdir. Həmçinin N saylı hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnaməyə əsasən iddiaçı müsbət xarakterizə olunur. Digər tərəfdən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsinin xx.xx.N-cü il tarixli protokolundan görünür ki, məhkəmədə iştirak edən hərbi qulluqçuların bəziləri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını təklif etsələr də, bəziləri isə iddiaçının qulluqda nizam-intizamlı olmasını qeyd edərək “ictimai töhmət” verməyi təklif etmişlər. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, hərbi hissə tərəfindən iddiaçı ilə N dəfə söhbət aparılsa da, qanunvericilikdə nəzərdə tutulan söhbət zamanı edilməli olan hərəkətlər söhbət vərəqələrində öz əksini tapmamışdır. Həmçinin söhbət vərəqələri və təqdimatda tarix dəqiq qeyd edilməmişdir. Buna görə də həmin hərəkətlərin qanunvericilikdə nəzərdə tutulan ardıcıllıqla aparılmasının müəyyən edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin nümayəndəsi X11 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli, N-1(114)-866/N0N5 saylı qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyünün komandiri baş leytenant Rüfət Qasımov xx.xx.N-cü il tarixdə raportla yuxarı komandanlığa müraciət edərək MAHHXHQ əsgər İddiaçı hərbi qulluqçuların şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsi"ndə dinlənilməsini xahiş etmişdir. MAHHXHQ əsgər İddiaçı Vətən Müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət edərkən N oktyabr N0N0-ci il tarixdə Xocavənd uğurunda gedə döyüşlər zamanı şəhid olmuş əsgər X3 anası vətəndaş X5 ilə N0N3-cü ilin may ayında "Azar-video chat" canlı internet video söhbət proqramı vasitəsilə tanış olmuş, bir müddət sonra aralarında qeyr-rəsmi münasibətlər yaranmışdır. Bundan sonra MAHHXHQ əsgər İddiaçı məzuniyyətdə, buraxılışda olarkən mütəmadi olaraq Bakı şəhərinə S.O.Həsənovanın yaşadığı ünvana gedib-gəlmiş, onunla qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşdur. Həmin müddət ərzində şəxsi münasibətlər zəminində aralarında yaranmış etibardan suiistifadə edərək N0N3-cü ilin təxminən avqust-sentyabr aylarında S.O.Həsənova onun xahişi ilə öz adına sənədləşdirilməklə dəyəri 3000 manat təşkil edən Vaz N1093 markalı avtomobil almış, 1300 manat məbləğində 1 ədəd "Redmi Not 1N pro" markalı mobil telefon almış, N0N3-cü ilin iyul ayında onun hesabına 400 manat pul köçürmüşdür. Daha sonra S.O.Həsənova MAHHXHQ əsgər İddiaçı təkidi ilə xx.xx.N0N3-cü il tarixdə ona "Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair" etibarnamə vermişdir. MAHHXHQ əsgər İddiaçı xx.xx.N-cü il tarixdə hərbi hissədə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsi"ndə dinlənilmiş, onun hərbi qulluqçuya yaraşmayan və hərbi qulluqçu adına ləkə gətirən hərəkətlərə yol verdiyi üçün Azərbaycan Ordusu sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair qərar qəbul olunmuşdur. Lakin, Gəncə İnzibati Məhkəməsinin N-1(114)-866/N0N5 nömrəli, xx.xx.N0N5-ci tarixli qərarından görünür ki, iddiaçı özünün intizamsızlığını əks etdirən faktları məhkəmədən gizlətmiş və bununla məhkəmənin obyektiv qərar qəbul etməsinə maneçilik törətmişdir. İddiaçı intizamsızlığı ilə bağlı yuxarıda qeyd edilən faktlar onun hərbi xidmətdən ehtiyata buraxılmağının nə qədər düzgün və əsaslı olduğunu göstərir. Yuxarıda qeyd edilənlər bir daha göstərir ki, Gəncə İnzibati Məhkəməsi öz qərarını yalnız iddiaçının izahatlarına və onun məhkəməyə təqdim etdiyi özünə sərfəli sənədlərə istinad edərək qəbul etmişdir. Bu da məhkəmənin qərarının obyektivliyini şübhə altında qoyur. Həmçinin, mübahisələndirilən Cavabdeh komandirinin 018əç nömrəli N may N0N5-ci il tarixli əmrin qəbulundan 1 ay vaxt keçdikdən sonra iddia qaldırılmışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, əmək məzuniyyətinə çıxmağı ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir və məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etirazı yoxdur. Həmçinin apellyasiya şikayətinin əsassız olduğu üçün təmin olunmaması və Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli, N-1(114)-866/N0N5 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 6N.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: - bənd 156: ... e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. - bənd 16N. hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. ... Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. -bənd 163. ... Bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndləri, 158-ci maddəsinin “b” bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin “q” bəndi ilə buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin N may N-cü il tarixli 018əç nömrəli əmrinin ona aid hissədə ləğv edilməsinə, onun əvvəlki vəzifəsinə bərpa olunmasına və ona məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsinə nail olmaqdan ibarətdir. İş üzrə materiallardan görünür ki, əsgər T.İ.X7 zamanı şəhid olmuş əsgər X3 anası vətəndaş X5 ilə N0N3-cü ilin may ayında “Azar-video chat” adlı internet video proqramı vasitəsilə tanış olmuş, bundan sonra aralarında qeyri-rəsmi münasibətlər yaranmışdır. İddiaçı həmin münasibətlərdən istifadə edərək, N0N3-cü ilin avqust-sentyabr aylarında S.O.Həsənovanın adına dəyəri 3000 manat olan Vaz N1093 markalı avtomobil, 1300 manat dəyərində “Redmi Note 1N Pro” markalı mobil telefon aldırmış, N0N3-cü ilin iyul ayında onun hesabına 400 manat məbləğində pul köçürdərək əldə etmiş, N7 iyul N0N3-cü il tarixdə isə avtomobilə sərəncam verilməsi üçün etibarnamə almışdır. Bundan sonra S.O.XN İdarəsinə müraciəti əsasında iddiaçı barəsində Hüquq şöbəsində araşdırma başlanmışdır. Həmin araşdırmanın nəticəsi məruzə olunduqdan sonra Müdafiə nazirinin müavini Quru Qoşunları komandanı tərəfindən əsgər İddiaçı Şərəf məhkəməsinə cəlb edilərək xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məsələsinə baxılması tapşırılmışdır. 19 mart N-cü il tarixdə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsi”ndə dinlənilmiş, onun hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyi müəyyən edilmiş və xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusunun sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. N nömrəli hərbi hissə tərəfindən Cavabdeh komandanlığına təqdimat verilmişdir. Cavabdeh komandirinin xx.xx.N-cü il tarixli, 018əç nömrəli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın tələblərini pozaraq hərbi qulluqçuya yaraşmayan, cəmiyyətdə qəbul edilmiş əxlaq normalarına zidd olan hərəkətlərə yol verdiyinə görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları: 8.3. Hərbi qulluqçular cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, valideynlərinin qayğısına qalmalı, nikahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməklə hər kəsə nümunə olmağa çalışmalı, təsadüfi münasibətlərdən və eyş-işrət məclislərindən çəkinməlidir. 8.4. Hər bir hərbi qulluqçu xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdən istifadə edərkən ehtiyatlı olmalı, hərbi xidmət və xidmətlə bağlı sənədləri, xidməti fəaliyyəti və vəzifələri, habelə özü barədə, eləcə də dövlət sirri təşkil edən, xidməti istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Ordusunun qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatları paylaşmamalı, xidmət yerinin, özünün hərbi geyimdə olan və ya xidmət yerində çəkilmiş fotoşəkillərini yerləşdirməməli, digər hərbi qulluqçuları bu cür hərəkətdən çəkindirməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh N may N-cü il tarixli, 018əç nömrəli əmri ilə iddiaçını “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxmaqla qanunvericiliyin tələblərini pozmamışdır. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, İddiaçı xidmətdə olduğu müddətdə Vətən Müharibəsi zamanı şəhid olmuş əsgər X3 anası S.O. Həsənova ilə N0N3-cü ilin may ayında “Azar-video chat” vasitəsilə tanış olmuş, aralarında qeyri-rəsmi münasibətlər yaranmışdır. İddiaçı həmin münasibətlərdən şəxsi məqsədləri üçün istifadə edərək, S.O. Həsənovanın adına dəyəri 3000 manat olan Vaz N1093 markalı avtomobil, 1300 manat dəyərində “Redmi Note 1N Pro” markalı mobil telefon aldırmış, hesabına 400 manat pul köçürülməsini təmin etmişdir. İş materiallarında olan iddiaçının xx.xx.N-cü il tarixli izahatından görünür ki, iddiaçı özü də yuxarıda qeyd olunan halları etiraf edir və əlavə olaraq bildirmişdir ki, avtomobili alarkən 3000 manat pulun N500 manatını özü vermiş 500 manatını isə S.O. Həsənova, həmçinin S.O. Həsənovadan 400 manat pul almış və daha sonra özünə 1300 manat dəyərində “Redmi Note 1N Pro” markalı mobil telefon aldırmışdır. Göründüyü kimi iddiaçı xidməti araşdırma zamanı verdiyi izahatında və məhkəmə kollegiyasının iclasında öz hərəkətlərində səhv etdiyini etiraf etmişdir. Bu etiraf iş üzrə təqdim olunmuş digər sübutlarla birlikdə cavabdehin əmrinə əsas verən faktların təsdiqləndiyini göstərir. Hərbi qulluqçunun şəhid ailəsi üzvü ilə qeyri-rəsmi münasibətlər quraraq şəxsi maraqları üçün istifadə etməsi, sosial şəbəkələrdən məqsədəuyğun olmayan istifadəsi, həmçinin verdiyi izahatlarda hərəkətlərinin səhv olduğunu etiraf etməsi onun hərbi xidmət üçün uyğunsuzluğunu göstərir. Eyni zamanda qeyd olunan pozuntuların xarakteri baxımından iddiaçının hərbi xidmətlə bağlı üzərinə götürdüyü öhdəlikləri bilərəkdən pozduğunu söyləmək üçün yetərli əsas verir. Hərbi xidmətin spesifik xarakterə və təbiətə malik olduğu və bunun üzərindən hərbi qulluqçuların hərbi intizama tabe olduqları nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, hərbi intizam bütün hərbi qulluqçular tərəfindən qanunlarda və hərbi nizamnamələrdə müəyyən olunmuş davranış qaydalarına ciddi riayət olunmasını nəzərdə tutur. Hərbi intizam Azərbaycan Respublikasının müdafiəsi üçün hər bir hərbi qulluqçunun xidməti borcunun və şəxsi məsuliyyət daşıdığının şüurlu şəkildə dərk olunmasına əsaslanır. Hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə – mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir (Azərbaycan Respublikası Silahlı X1 1-3-cü maddələri). Məhkəmə kollegiyası yuxarıda ifadə olunan hüquqi mövqe baxımından qeyd edir ki, hazırkı mübahisəyə dair iş üzrə iddiaçının şəhid anası ilə qeyri-rəsmi münasibətlər qurması, bu münasibətlərdən şəxsi maraqları üçün istifadə edərək maddi fayda əldə etməsi, həmçinin “Azar-video chat” sosial şəbəkəsindən məqsədəuyğun olmayan şəkildə istifadə etməsi və bununla da “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın tələblərini pozması hərbi intizamın kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Bu zaman həm də iddiaçının hərbi xidmətə qəbul zamanı hərbi xidmətin təbiətindən irəli gələn bir sıra məhdudiyyətlər barədə xəbərdar edildiyi və həmin öhdəliklərə əməl edəcəyi barədə yazılı öhdəlik götürdüyü nəzərə alınmalıdır. Həmin öhdəliklərə əməl olunmaması, xüsusilə də hazırkı mübahisədə olduğu kimi hərbi qulluqçu adına ləkə gətirən hərəkətlərə yol verilməsi, iddiaçı barəsində daha sərt intizam tədbirinin — xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasının — tətbiqi üçün yetərli əsas kimi qəbul olunmalıdır. Həmçinin iddia tələbini təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, hərbi hissə tərəfindən iddiaçı ilə N dəfə söhbət aparılsa da, qanunvericilikdə nəzərdə tutulan söhbət zamanı edilməli olan hərəkətlər söhbət vərəqələrində öz əksini tapmamışdır. Həmçinin söhbət vərəqələri və təqdimatda tarix dəqiq qeyd edilməmişdir. Buna görə də həmin hərəkətlərin qanunvericlikdə nəzərdə tutulan ardıcıllıqla aparılmasının müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçının Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydalarının tələblərini pozan hərəkətlər etməsi müəyyən olunmuş və həmin hal iddiaçı tərəfindən təkzib edilməmişdir. Bunun üzərindən cavabdeh tərəfindən aparılmış intizam icraatının nəticəsi olaraq iddiaçı barəsində mübahisələndirilən əmr qəbul edilmişdir. Cavabdeh tərəfindən intizam icraatı müəyyən prosedur qaydalara riayət edilmədən aparılsa da, həmin formal pozuntular sözügedən əmrin ləğvi üçün yetərli əsas hesab edilə bilməz. Beləliklə, mübahisələndirilən əmrin qanuna zidd olduğu müəyyən edilmədiyindən iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz. Nəticə etibarı ilə, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunməmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli, N-1(114)-866/N0N5 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar